Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2892/2025 04.03.2026 ALİ MƏHKƏMƏ QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Məhkum barəsində olan xüsusi ittiham qaydasında şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1544/2024 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2024-cü il 5 aprel tarixli, 1(003)-98/2024 nömrəli hökmü ilə Məhkum CM-in 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilərək ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi, Məhkum CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 (min) manat miqdarda cərimə cəzasının təyin edilməsi, ona Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-1219/2023 nömrəli qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-10/2023 nömrəli hökmünə əsasən təyin edilmiş 360 (üç yüz altmış) saat ictimai işlər cəzasının əvəz edildiyi 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1000 (min) manat miqdarda cərimə cəzası ilə tamamilə toplanmaqla üzərində qəti olaraq 3 (üç) ay müddətinə azadlığın məh dudlaşdırılması cəzası və 1000 (min) manat miqdarda cərimə cəzasının saxlanılması, CM-in 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzasının hər birinin müstəqil icra edilməsi, Məhkum yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə hə valə edilməsi, cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən narazı qalan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) 2024-cü il 6 noyabr tarixli, 1(103)-1544/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Məhkum Azərbaycan Respublikasını CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrlə nəzərdə tutulan hədlər daxilind ə cəza təyin edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Məhkum onun barəsində mənfi rəy yaradılması məqsədi ilə "Space" TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən "Gəl danış” proqramında onun barəsində həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən fikirlər ifadə edərək ümumrespublika səviyyəsində yaymışdır. Belə ki, Məhkum 2022-ci il 3 noyabr tarixdə "Space" TV-nin efirində Amil Xəlilin aparıcılığı ilə birbaşa efirə gedən "Gəl danış" proqramında onun barəsində "çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm" və s. fikirlər ifadə etmişdir. Həmçinin onun ba rəsində dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şikayətin məzmununda şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır. Müxtəlif təşkilatlara etdiyi şikayətlər ayrı-ayrı orqanlar tərəfindən araşdırılmış və beləliklə, yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Həmçinin 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında "Youtube" kanalı olan "Kanal 11" TV-yə verdiyi müsahibəsində onun barəsində, “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və sair fikirlər ifadə etməklə onun barəsində yalan olduğunu bilə-bilə və şərəf və ləyaqətini ləkələyən məlumatları kütləvi çıxışı ilə yaymışdır. Beləliklə, Məhkum onun barəsində həm kütləvi informasiya vasitəsi olan "Space" TV-də ifadə etdiyi fikirlə r və həm də barəsində yazdığı əsassız şikayətlərdə ifadə olunmuş həmin fikirlər həqiqətə uyğun olmayan fikirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işin faktiki halları ilə sübut olunur ki, xüsusi ittiham qaydasında baxılan bu cinayət işi saxtalaşdırılmış sübutlar əsasında şəhid anası olan X4 dünyasını dəyişmiş həyat yoldaşından miras qalan torpaq sahəsinin xüsusi ittihamçı Sabit Əliyev tərəfindən (hal-hazırda həmin torpaq sahəsinin mənimsənilməsi üçün evlərinə etdiyi hücuma görə həbsdədir) mənimsənilməsi üçün quraşdırılmışdır. Belə ki, o, şəhid bacısıdır, anası X7 şəhid anasıdır. X3 İ Qarabağ Müharibəsi zamanı torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə şəhid olmuşdur. Onlar şəhid anası X7 ilə birlikdə Masallı rayonun Türkoba İnzibati Ərazi Vahidinin Qəzvinoba kəndində 65 ildən çoxdur ki, 20 nəfərə yaxın ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində olan evdə yaşayırlar, daha doğrusu 2015-cü ilə qədər yaşayırdılar. Çünki həmin vaxtdan başlayaraq özünü xüsusi ittihamçı adlandıran X9 tərəfindən evləri söküldükdən sonra, həyətyanı torpaq sahələri mənimsəmək məqsədilə başlarına müsibətlər açaraq həmin həyətdə yaşayan ailə üzvlərinin hamısını öldürmək məqsədilə ailəsinə qarşı soyqırım cinayətlərini törətməyə cəhd etmişdir. Bu sahədə ona vəzifəli şəxslər də havadarlıq edirlər. Belə ki, məhz Masallı Rayon İcra Hakimiyyətinin Türkoba İnzibati Ərazi üzrə Nümayəndəliyinin rəhbərliyi və kən d Bələdiyyəsi şəhid anasının yaşadığı evin yerləşdiyi torpaq sahəsini 1977-ci ildə Bakı şəhərində anadan olan, 40 ildən çox Bakı şəhərində qeydiyyatda olaraq yaşayan, kəndlə heç bir əlaqəsi olmayan xüsusi ittihamçı X8 vermək məqsədilə, həmin torpaq sahəsində olan və şəhid anasının ailə üzvləri ilə birlikdə 65 ildən çox yaşadıqları mənzili xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən Sabit Əliyevlə əlbir olaraq 2015-сі ildə vəhşicəsinə sökərək viran ediblər. Təbii ki, 10 ildən çoxdur ki, onlar ailəvi olaraq yaşadıqları torpaq sahəsi ilə bağlı hüquqlarını müdafiə edir və sökülən evə görə Sabit Əliyevin cəzalandırılmasını dövlət orqanlarından tələb edirlər. 10 ildir ki, məhkəmə vasitəsi ilə məqsədinə çata bilməyən Sabit Əliyev zorakılıq yoluna keçərək, şəhid anası Əliyeva Xədicəni və o da daxil olmaqla 2 bacısını öldürmək məqsədini belə gizlətmir. 2017-ci ildən başlayaraq evlərinə etdiyi hücumlar bir daha bunları sübut edir. Axırıncı dəfə, yəni xx.xx.2023-cü il tarixində Bakıdan gətirdiyi xüsusi adamlarla evlərinə hücumu və özü ilə gətirdiyi Günay adlı bir qıza anasının öldürülməsi ilə bağlı cəhdə cəlb etməsi bir daha bunları sübut edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum qeyd etmişdir ki, şəhid anası başda olmaqla 3 şəhid bacısına qarşı törədilən cinayətlərin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində ailəsinə qarşı onun törətdiyi cinayətləri ictimailəşdirməklə qarşısını almaq məqsədilə çıxış edərək işlətdiyi terrorist sözü də onun hər dəfə onlara hücum edərkən özü tərəfindən işlədilən sözdür. Məhz onları qorxutmaq məqsədilə bu sözü həmişə onlara hücum edəndə işlədirdi. Belə olan halda özünün barəsində işlətdiyi söz təhqir və böhtan kimi qiymətləndirilə bilər? Və yaxud barəsində dediyi anasını döyür, içir, butulkaları həyətlərinə atır, türmədə yatıb sözlərinə gəldikdə isə bunların hamısının baş verməsi iş materialları ilə sübut olunmuşdur. Belə ki, anasının döyülməsi barəsində 3 dəfə məhkəmədə işi olmuşdur. İndi də anasının bir ayağı onun zərbələrindən işləmir. Həyətlərində içki içdikdən sonra saxladığı butulkaların şəklini məhkəməyə təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə onun xəbəri olmadan, yuxarıda göstərdiyi halları təsdiq edən sənədləri işə əlavə etmədən ekspertiza təyin etmişdir. Qəribəsi də odur ki, bu iş barəsində 20 noyabr 2023-cü il tarixində ekspert rəyi vermiş Almaz Bayramova, Sabit Ə liyevin iddiası əsasında mülki iş kimi Xəzər rayon məhkəməsində baxılmış iş üzrə də 27 oktyabr 2023-cü il tarixində də rəy vermişdir. Demək olar ki, həmin rəyi eyni ilə bu iş üçün köçürmüşdür. Ona görə də Almaz Bayramovun bir iş barəsində bir nəfərin ərizəsi əsasında verdiyi rəyin qərəzli ola bilməsi ehtimalını əsas götürülərək məhkəməyə ikinci dəfə kompleks ekepertizanın təyin edilməsi üçün vəsatət təqdim etmişdir. Dəhşətlisi odur ki, məhkəmə həmin vəsatətinə münasibət bildirmədən qanunsuz məhkəmə hökmü vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Barəsində xüsusi ittiham qaydasında iş üzrə icraat aparılan şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisləndirərək və ona bəraət verilməli olunduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiy a şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarınd a göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunu n tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar CPM-in tələblərinə uyğun yoxlanılaraq qiymətləndirilmiş və istər ittiham, istərsə də müdafiə tərəfinin hər bir dəlilinə əsaslandırılmış münasibət bildirilmiş və qiymət verilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkrarən əks etdirməyi zəruri hesab etməyərək apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razılaşır, gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında iş üzrə icraat aparılan şəxsin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstə rilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 noyabr tarixli, 1(103)-1544/2024 nömrəli qərarı, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2892/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2892/2025
04.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver