Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2896/2025 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – X5, Müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 1(004)47/2025 nömrəli (hakim: Mirsadiq Mirsəttar oğlu Seyidovun sədrliyi) hökmü ilə 2 iyun 1974-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.4-cü m addəsinə əsasən bəraət verilməsi, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərci məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Alverdiyev Ramiz Xalıqverdi oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-ci il tarixli 1(103)-1396/2025 nömrəli (hakimlər: Məmmədov Murad Akif oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X18 oğlu xx.xx.2024-cü il tarixdə Bakı ş əhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən xeyli miqdarında bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini tanımadığı şəxsdən alaraq üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində xxx ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmələr isə yuxarıda qeyd edilən nəticəyə gəl mişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-cü il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya kollegiyası tərəfinden cinayət işinin əsasını təşkil edən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi, tam obyektiv araşdırma aparılmamışdır. Belə ki, təqsirləndirilən şəxsin müdafiəçisi X-in üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi zaman ərzində qeyd edilən ərazinin anten dairəsində olmuşdur. Telefon məlumatları öyrənil irkən müəyyən edilmişdir ki, şahid Yasamal RPİ-nin 26-cı PBnin əməliyyat müvəkkili Şahid1 X-in saxlanıldığı andan, müdafiəçi X isə sonuncunun tutulduğu və üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirildiyi zaman ərzində qeyd edilən ərazinin anten dairəsində olmuşdur. Bu hal da birbaşa qeyd edilən istintaq hərəkətlərinin keçirilməsi zamanı Şahid1 və müdafiəçinin iştirakının və həmçinin istintaq hərəkətlərinin protokolda qeyd edildiyi vaxtda keçirilməsini təsdiq edən faktdır. Məhkəmə X-ə bəraət verərkən əsas istinad etdiyi fakt şahid Yasamal RPl-nin 26-cı PB-nin sahə rəisi Şahid2 X-in üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən onun Babək prospekti Keşlə qəsəbəsi ərazisində olması olmuşdur. İşin mübahisəsiz, həm məhkəmə, həm də təqsirləndirilən şəxs tərəfi ndən qəbul edilən halı odur ki, X-in saxlanılmasında sahə rəisi Şahid2 iştirak etmişdir. Belə olan halda ortada olan ziddiyyətli faktların, yəni qeyd edilən mobil nömrənin Şahid2 tərəfindən X saxlanılan zaman istifadə edilib-edilməməsi qeyri-müəyyən qalmış, bununla bağlı məhkəmə tərəfindən hər hansı əlavə araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı tərəfindən sorğu edilmiş mobil nömrələrin X saxlanılan zaman istifadə edilibedilməməsinin aydınlaşdırılması məqsədi ilə müdafiəçi X-in, sahə müvəkkili Şahid2, əməliyyatçı Şahid1 şahid qismində yenidən dindirilmələri barədə, eyni zamanda müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş işdə maraqlı şəxslərin (X-in yaxın qohumları və qonşuları) sonuncunun evdən polis əmə kdaşları tərəfindən aparılmasına dair ifadələrində göstərdiklərinin, həmin şəxslərin həqiqətən ifadələrində qeyd etdikləri hadisənin şahidləri olub-olmamalarının dəqiqləşdirilməsi məqsədilə mobil telefon nömrələrinə dair anten məlumatlarının götürülməsi barədə verilmiş vəsatətlər məhkəmə tərəfindən təmin edilməmişdir. Qeyd olunan hal isə məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırma aparılmasında qətiyyətli mövqe tutmadığının göstəricisidir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi əvvəllər dəfələrlə eyni maddələrlə məhkum edilmiş və əməllərində cinayətlərin residivi olan şəxsin yalnız məhkəmə istintaqında verdiyi özünümüdafiə xarakterli ifadəsini qəbul etmiş, ancaq ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin qarşısının almaq vəzifəs ini daşıyan və yerinə yetirən polis əməkdaşlarının verdikləri ifadələri, iş üzrə toplanmış təhqiqat və istintaq materiallarını şübhə altına qoymuş, cinayət məsuliyyətindən yayınmaq istəyən şəxsə əsassız olaraq bəraət vermişdir. X18 oğlu psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlaması barədə Polis Bölməsinə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında şəxs saxlanıldıqdan sonra PB-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, həmin psixotrop maddənin ona məxsus olduğunu, həmin maddədən istifadə etdiyini etiraf etmiş, ona polis tərəfindən hər hansı zorakılıq edilmədiyini göstərmiş, X ilkin verdiyi izahat və ifadəsində törətmiş olduğu cinayət əməlinə görə özünü təqsirli bilmiş, yuxarıda qeyd olunanları əməliyyat tədbirində iştirak edən polis əməkdaşları da təsdiq etmiş, keçirilmiş əməliyyat tədbiri məhkəmə nəzarətini həyata keçirən Yasamal Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmiş, şəxsin narkotik vasitədən və psixotrop maddədən istifadə etməsini təsdiq dən, "məhkəmə narkoloji ekspertizası”-nın rəyi ilə onda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, şəxs əvvəllər dəfələrlə CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyi üçün əməllərində cinayətlərin residivi müəyyən edilmiş, anten məlumatlarına dair məlumatlara əsasən anten dairələri mübahisə doğuran şəxslərin istintaq və prosessual hərəkətlər keçirilən yerdə olub-olmamalarına dair ətraflı araşdırma aparılmamış, ziddiyyətlər aradan qaldırılmamışdır. Məhkəmə tərəfindən bəraət hökmü çıxarılarkən X-in məhkəmə istintaqı zamanı verdiyi özünümüdafiə xarakterli ifadələrinə, ibtidai istintaq zamanı hüquqlarını müdafiə edən müdafiəçinin və onu saxlamış və hadisəni tam xatırlamayan sahə müvəkkili Şahid2, həmçinin müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş işdə maraqlı olan şəxslər - təqsirləndirilən şəxsin qohumları və qonşularının ifadələrinə istinad edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi1 çıxış edərək, kassasiya protestinin əsassız olduğunu bildirib, verilmiş kassasiya pro testinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum X18 oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi k assasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yox layaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən X6 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cin ayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X5 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən görün düyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələbl ərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prose dur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Birinci instansiya məhkəməsinin hökmünə qarşı verilmiş protestdə ittiham tərəfi sübutların kifayət qədər olduğunu, məhkəmənin onları düzgün qiymətləndirmədiyini və nəticəyə səhv gəldiyini iddia etsə də, protestdə göstərilən dəlillərin hər biri ayrıca və məcmu şəkildə təhlil edildikdə onların ittiham hökmü üçün zəruri olan “şübhədən kənar sübut” standartını təmin etmədiyi açıq şəkildə görünür. Əvvəla, protestdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəyə xüsusi istinad olunur. Lakin həmin ifadə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən inkar edilmiş, ifadənin psixoloji təzyiq və qorxu şəraitində alındığı bildirilmişdir. Müdafiə tərəfi həmin ifadənin alınma şəraiti, vəkilin real iştirakının təmin olunub-olunmaması və ifadənin digər sübutlarla uyğunluğu məsələsini qaldırmışdır. İfadənin məzmununun şablon xarakter daşıması, hadisənin konkret mexanizmini detallı təsvir etməməsi və digər obyektiv sübutlarla uzlaşmaması onun mötəbərliyini zəiflədir. Cinayət-prosessual qanunvericiliyin tələbinə görə, sübut yalnız qanuni yolla əldə edildikdə və digər sübutlarla təsdiq edildikdə etibarlı hesab edilə bilər. Təkbaşına, sonradan inkar edilmiş etiraf ittiham hökmü üçün yetərli əsas sayıla bilməz. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Bir qayda olaraq, şübhəli şəxs polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. İş materiallarından görünür ki, X18 oğlu 10 aprel 2024-cü il saat 11:45-də saxlanılmış, üzərinə baxış isə yalnız təxminən saat 13:15-də keçirilməyə başlanmışdır. Bu müddət ərzində, yəni bir saat yarımdan artıq vaxt ərzində o, tam polis nəzarəti altında olmuşdur. Lakin həmin əsas istintaq hərəkətinin aparılması zamanı müdafiəçinin faktiki iştirakı məsələsi obyektiv texniki məlumatlarla ziddiyyət təşkil edir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ********* nömrə üzrə xx.xx.2024-cü il saat 13:10–13:30 intervalında istifadə qeydə alınmadığından əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı, müdafiəçi X3 məxsus ***-***-**-** nömrəsinin anten məlumatları göstərmişdir ki, o, həmin gün 12:22-dən 13:46-dək x küçəsi 4 və x küçəsi 196 ərazilərinin əhatə dairəsində olmuşdur. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş mobil operator nümayəndəsi bildirmişdir ki, x küçəsi ilə istintaq hərəkətinin aparıldığı ərazi bir-birinə yaxın deyil və texniki baxımdan həmin vaxtda hər iki fərqli nöqtədə olmaq mümkün deyil. Bu isə göstərir ki, müdafiəçi şəxsi axtarışın aparıldığı iddia olunan vaxtda faktiki olaraq həmin yerdə olmamışdır. Belə olan halda iki ehtimal meydana çıxır: ya şəxsi axtarış protokolda göstərilən vaxtda aparılmamışdır, ya da müdafiəçinin iştirakı sənədlərdə formal qaydada göstərilmişdir. Hər iki hal müdafiə hüququnun effektivliyini aradan qaldırır. Müdafiə hüququnun mahiyyəti ondan ibarətdir ki, şəxs barəsində aparılan is tintaq hərəkətlərində vəkil real olaraq iştirak edə bilsin, müdaxilə etsin, qeydlər versin və prosessual pozuntulara dərhal reaksiya versin. Əgər müdafiəçi faktiki olaraq istintaq hərəkətinin keçirildiyi yerdə olmayıbsa, bu zaman həmin hərəkət müdafiəçinin iştirakı ilə aparılmış hesab edilə bilməz. Formal qeyd real iştirakın əvəzini verə bilməz. Nəzərə alınmalıdır ki, şəxsi axtarış bu iş üzrə əsas və həlledici sübutun əldə edildiyi istintaq hərəkətidir. Müdafiəçinin bu mərhələdə iştirakının təmin edilməməsi sonrakı mərhələdə həmin sübutun qanuniliyini mübahisələndirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə müdafiə hüququnun yalnız formal deyil, məhz praktik və effektiv təmin olunmalı olması prinsipinə ziddir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, müdafiə hüququ ilkin mərhələdən təmin edilməlidir və ilkin mərhələdə yol verilmiş pozuntu sonrakı məhkəmə araşdırmasının ədalətliliyinə ciddi təsir göstərə bilər. Xüsusilə, əgər ilkin mərhələdə əldə edilmiş sübut sonradan ittihamın əsasını təşkil edirsə, həmin mərhələdə müdafiəçinin real iştirakının olmaması ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna səbəb olur. Protestdə saxlanılma və şəxsi axtarışın qanunauyğun aparıldığı göstərilsə də, iş materiallarında bu məsələ ilə bağlı ciddi ziddiyyətlər mövcuddur. Polis əməkdaşlarının ifadələri saxlanmanın konkret yeri və vaxtı barədə bir-biri ilə uzlaşmır. Bir əməkdaş saxlanmanın küçədə həyata keçirildiyini bildirdiyi halda, digər əməkdaş mənzildə saxlanma olduğunu göstərmişdir. Qonşuların ifadələri isə hadisənin yaşayış sahəsində baş verdiyini təsdiqləmişdir. Bu cür ziddiyyətlər saxlanmanın faktiki şəraitinə dair aydın və birmənalı təsəvvür yaratmır. Cinayət prosesində isə saxlanma və axtarış kimi prosessual hərəkətlər dəqiq və şəffaf şəkildə rəsmiləşdirilməlidir. Əgər bu mərhələdə qeyri-müəyyənlik varsa, həmin qeyri-müəyyənlik sübutun əldə edilmə üsulunun qanuniliyinə kölgə salır. Həmçinin kassasiya protestində göstərilir ki, şəxsi axtarış zamanı narkotik vasitə məhz təqsirləndirilən şəxsin üzərindən aşkar edilmişdir və bu fakt protokolla təsdiqlənmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, axtarış saxlanmadan təxminən bir saat yarım sonra keçirilmişdir və bu müddət ərzində şəxs tam polis nəzarətində olmuşdur. Saxlanma ilə axtarış arasında bu qədər vaxt intervalının olması sübutun dəyişdirilm əsi və ya “atılması” ehtimalını obyektiv olaraq istisna etmir. İttiham tərəfi bu gecikmənin səbəbini əsaslandıra bilməmişdir. Cinayət-prosessual hüququn prinsiplərinə görə, sübutun əldə edilmə şəraitində hər hansı əsaslı şübhə varsa, bu şübhə aradan qaldırılmadan həmin sübut ittihamın əsasını təşkil edə bilməz. Protest mobil operator məlumatlarının məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyini iddia edir. Lakin təqdim olunmuş anten məlumatları göstərir ki, protokolda qeyd edilən vaxt intervalında bəzi polis əməkdaşlarının hadisə yerində olması obyektiv texniki məlumatlarla təsdiq olunmur. Bu isə istintaq sənədlərində göstərilən vaxt və iştirakçılar barədə məlumatların etibarlılığına ciddi şübhə yaradır. Texniki məlumatlar subyektiv ifadələrdən fərqli olaraq obyektiv xarakter daşıyır və onların ziddiyyət təşkil etdiyi hallarda məhkəmə haqlı olaraq bu ziddiyyəti ittihamın ziyanına qiymətləndirmişdir. Kassasiya protestində əməliyyat-axtarış tədbirinin qanuni əsaslara söykəndiyi vurğulansa da, iş materiallarından görünür ki, “güdmə” tədbirinin keçirilməsi üçün təxirəsalınmazlıq zərurəti əsaslandırılmamışdır. Əgər saxlanma əvvəlcədən aparılan əməliyyat məlumatına əsaslanmış olsaydı, bu barədə konkret sənədlər və əsaslandırma mövcud olmalı idi. Lakin müəyyən edilmişdir ki, saxlanma faktiki olaraq qonşu müraciəti əsasında baş vermişdir. Bu isə əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri barədə versiyanı zəiflədir və sonradan sənədləşdirmənin formal xarakter daşıması ehtimalını artırır. Qeyd olunlarla yanaşı protestdə məhkəmənin sübutları birtərəfli qiymətləndirdiyi iddia edils ə də, əksinə, məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və məcmu halda təhlil etmiş, ziddiyyətləri göstərmiş və həmin ziddiyyətlərin aradan qaldırılmadığını əsaslandırmışdır. Cinayət prosesində təqsirin sübuta yetirilməsi ittiham tərəfinin vəzifəsidir və şübhələrin mövcudluğu şəraitində bəraət hökmünün çıxarılması qanunun tələbidir. “Şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh olunur” prinsipi formal deyil, real tətbiq olunmalı olan hüquqi standartdır. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, X5 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş ü zrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş faktiki hallar göstərir ki, X18 oğlu 10 aprel 2024-cü il tarixdə saat 11:45-də saxlanılmış, onun üzərinə baxış isə yalnız təxminən saat 13:15-də keçirilməyə başlanmışdır. Beləliklə, saxlanılma ilə şəxsi axtarış arasında 1 saat 30 dəqiqədən artıq vaxt intervalı mövcud olmuşdur. Bu faktın özü artıq sübutun əldə edilmə şəraitinə dair ciddi hüquqi suallar yaradır. Çünki ittiham tərəfi iddia edir ki, psixotrop maddə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmişdir. Əgər maddə həqiqətən saxlanılma anında onun üzərində olmuşdursa, CPM-in 86.8.3-cü maddəsinə əsasən, təhqiqat orqanının əməkdaşı şəxsi məhz tutulduğu yerd ə yoxlamalı və aşkar edilən predmetləri dərhal götürməli idi. Halbuki konkret halda 11:45dən 13:15-dək, yəni bir saat yarımdan artıq müddətdə bu prosessual hərəkət həyata keçirilməmişdir. İş materiallarında göstərilir ki, həmin müddət ərzində X18 oğlu tam şəkildə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Eyni zamanda, saxlanıldıqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyünü əsaslandıran hər hansı obyektiv səbəb (təhlükəsizlik riski, təxirəsalınmaz digər əməliyyat, fiziki maneə və s.) mövcud deyildir və ittiham tərəfi belə bir sübut təqdim etməmişdir. Bu isə birbaşa olaraq sübutun əldə edilmə mexanizminin şəffaflığına kölgə salır. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin sahə rəisi Şahid2 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, qonşuların şikayəti əsası nda əməliyyat qrupu yaradılmış, o, əvvəllər tanıdığı X-in yaşadığı mənzilə Şahid1 iştirakı ilə yaxınlaşmış və onu mənzildə saxlamışdır. Şikayətin psixotrop maddənin satışı ilə bağlı olduğu göstərilmişdir. Bu ifadə göstərir ki, saxlanma faktiki olaraq yaşayış yerində baş vermişdir. Belə olan halda, məhz həmin yerdə dərhal üst axtarışı aparılmalı idi. Lakin bu edilməmişdir. Bundan əlavə, anten dairə məlumatları ilə müəyyən olunmuşdur ki, şəxsi axtarış protokolda göstərilən vaxt intervalında keçirilməmiş, faktiki vaxt qeyri-müəyyən olmuşdur. Bu isə artıq yalnız gecikmə məsələsini deyil, ümumiyyətlə protokol məlumatlarının doğruluğunu şübhə altına alır. Əgər axtarışın dəqiq vaxtı obyektiv texniki məlumatlarla uzlaşmırsa, bu halda həmin istintaq hərəkətinin rəsmiləşdirilməsi formal xarakter daş ıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında açıq şəkildə göstərilmişdir ki, şübhəli şəxs tutulduqda onun faktiki tutulduğu yerdə üstü yoxlanılmalı, aşkar edilən əşyalar dərhal götürülməli və bu barədə müvafiq sənəd tərtib olunmalıdır. Əgər obyektiv səbəbdən bu mümkün deyilsə, həmin səbəblər sənəddə ətraflı göstərilməlidir. Hazırkı işdə isə belə səbəblər göstərilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” qərarında qeyd edilmişdir ki, saxlanma ilə baxış arasında cəmi 30 dəqiqəlik fasilə belə sübutun “atılması” ehtimalı ilə bağlı əsaslı narahatlıq yaradır. Həmin işdə axtarış saxlanıldığı yerin yaxınlığında deyil, polis şöbəsində keçirilmiş və bu hal Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmi şdir. Müqayisə edilən hazırkı işdə isə fasilə 30 dəqiqə deyil, 1 saat 30 dəqiqədən artıqdır. Bu müddət ərzində şəxs tam polis nəzarətində olmuşdur və dərhal baxış keçirilməsinin mümkünsüzlüyü sübut edilməmişdir. Məhkəmə istintaqında dindirilmiş şahidlərin, yəni Şahid3, Şahid4 İdabala qızı, X12 və X8 ifadələri saxlanmanın mənzildə baş verməsini təsdiqləmiş və bir saat yarımdan sonra qeyri-müəyyən vaxtda aparılmış axtarış faktını dolayısı ilə təsdiq etmişdir. Bu ifadələr təqsirləndirilən şəxsin bölmədə ona göstərilənləri icra etməyə məcbur edilməsi və təzyiqə məruz qalması barədə dediklərinin real və inandırıcı olmasını gücləndirir. Beləliklə, şəxsin saat 11:45-də faktiki saxlanması, saat 13:15-də üzərinə baxışın başlanması, arada 1 saat 30 dəqiqədən artıq fasilənin olması, bu müddətdə onun tam polis nəzarətində olması, dərhal baxışın keçirilməsinin mümkünsüzlüyünü təsdiq edən sübutun olmaması və anten məlumatları ilə vaxt uyğunsuzluğunun olması kimi hallar sübutun əldə edilmə şəraitində ciddi prosessual qüsurun mövcudluğunu göstərir. İttiham yalnız təqsirləndirilən şəxsin üzərindən guya aşkar edilmiş maddəyə əsaslandığı üçün həmin maddənin əldə edilmə mexanizmi ilə bağlı yaranmış şübhə aradan qaldırılmadıqda ittihamın bütövlükdə etibarlılığı sarsılır. Nəticə etibarilə, 11:45 ilə 13:15 arasındakı bir saat yarımlıq boşluq, həmin müddətdə tam polis nəzarəti, dərhal baxışın keçirilməsinin əsaslandırılmaması və anten məlumatları ilə vaxt uyğunsuzluğu sübutun “atılması” ehtimalını obyektiv olaraq istisna etmir. Bu isə qanunun və Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən sübutun mötəbərliyini şübhə altına alır və şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kassasiya məhkəmə kollegiyası həmçinin protestin “işin faktiki hallarına uyğun verilmiş polis əməkdaşlarının ifadələrinin əsassız mötəbər hesab edilməməsinə” dair dəlillərinə də qiymət verərək aşağıdakıları göstərməyə məqəsədə müvafiq hesab edir. Belə ki, polis əməkdaşları fəaliyyət göstərdiyi orqan tərəfindən, yəni faktiki özləri tərəfindən təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinə dair şahid kimi ifadə vermişlər. Yəni, həmin ifadələr eyni zamanda həm özlərinin, həm də digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki X6 verilmiş ittihamın əsasını, eyni zamanda həm özlərinin, hətta vəzifəcə yuxarı mövqe tutan polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut kimi qəbul edilməsi üçün iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirilməlidir. Fikri davam etdirərək kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, o halda qeyd edilən şəxslərin ifadələrinə mötəbər sübutlar kimi istinad oluna bilərdi ki, həmin ifadələr digər sübutlarların məcmusuna uyğunluq təşkil etsin. Lakin baxılan iş üzrə həmin sübutlar nəinki təsdiqini tapmır hətta digər sübutlarla təkzib olunaraq, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuş işin faktiki hallar ı ilə ziddiyyət təşkil edir. Məhkəmələr haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X5 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Bu baxımdan X5 barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyinə, bu tədbirlərin qanunazidd olmasına, işin materiallarında əks olunmuş halların isə işin faktiki hallarına uyğun olmamasına dair məhkəmələrin gəldiyi nəticə də əsaslı görünür. Qeyd olunlarla yanaşı protestdə məhkəmənin sübutları birtərəfli qiymətləndirdiyi iddia edilsə də, əksinə, məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və məcmu halda təhlil etmiş, ziddiyyətləri göstərmiş və həmin ziddiyyətlərin aradan qaldırılmadığını əsaslandırmışdır. Beləliklə, protestdə göstərilən dəlillər ya artıq məhkəmə tərəfindən qiymətləndirilmiş və inandırıcı hesab edilməmiş, ya da sübutların qanuniliyinə və mötəbərliyinə dair mövcud şübhələri aradan qaldıra bilməmişdir. İttiham tərəfi sübutların əldə edilmə şəraitindəki ziddiyyətləri, saxlanma və axtarış arasındakı vaxt boşluğunu, ifadələrin uyğunsuzluğunu və texniki məlumatlarla yaranmış fərqləri inandırıcı şəkildə izah etməmişdir. Bu səbəbdən protestdə irəli sürülən arqumentlər hökmün ləğvi və ittiham hökmünün çıxarılması üçün yetərli hüquqi əsas yaratmır. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri il ə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tə ləblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə tə min etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2896/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2896/2025
17.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver