Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2900/2025 06.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum – Məhkum iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağsu rayonu Cəlayir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Ağsu rayonu Cəlayir kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan s onra CM-in) 234.4.3 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 18 fevral tarixli 1(107)89/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 13 dekabr tarixli 1(091)-219/2024 nömrəli hökmü ilə (hakimlər B.Məmmədov (sədrlik edən), X.Məmmədov və T.Əfəndizadə) Məhkum CM-in 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olun an cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 18 fevral tarixli 1(107)-89/2025 nömrəli qərarı ilə (hakimlər İ.Şükürov (sədrlik edən), Z.Tahirov və X.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 13 dekabr tarixli 1(091)- 219/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 18 fevral tarixli 1(107)-89/2025 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 10 mart 2024-cü il tarixdə saat 2200 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada Ağsu Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən X4 otağında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə saxlanılması ilə əlaqədar sənədləş dirmə işləri aparılarkən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl cinayət məsuliyyətindən və cəza çəkməkdən boyun qaçırmaq üçün otaqdan çıxaraq qaçmaq istəyərkən, onun bu hərəkətlərinin qarşısını almaq istəyən hakimiyyət nümayəndələri Ağsu Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Zərərçəkmiş şəxs1 və polis leytenantı Zərərçəkmiş şəxs2 ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən müqavimət göstərib, əli ilə Zərərçəkmiş şəxs1 boynunun sol yan aşağı arxa hissəsində dərialtı qansızmalarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirərək Zərərçəkmiş şəxs1 üzərində olan tünd göy rəngli gödəkçənin sol yan cibini əli ilə cıraraq, həmçinin əl i ilə Zərərçəkmiş şəxs2 sol körpücük proyeksiyasında dərialtı qansızmalarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirərək, üzərində olan tünd göy rəngli gödəkçənin sağ yan cibini əli ilə cıraraq hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 4,259 qram çəkidə, psixotrop maddə olan metamfetamini əldə edib yerini dəyişməklə Ağsu şəhərinə gətirərkən üzərində saxlayaraq daşımış, 10 mart 2024-cü il tarixdə saat 2200 radələrində Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün sərnişin qismində əyləşdiyi, tanışı Şahid2 idarə etdiyi “Mercedes Benz E230” markalı, **TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsində yerləşən “Panorama” restoranının yaxınlığında hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 2315-dən etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 4,259 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökm çıxararkən işi hərtərəfli araşdırmamış, təqdim edilən sübutlara məhəl qoymamış, cinayət qanunu normasını düzgün tətbiq etməmiş, bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, o, özünü CM-in 315-ci maddəsi ilə təqsirli bilmir. Çünki, polis şöbəsində ikinci mərtəbədə olan bir şəxsin polislərin əhatəsindən qaçması mümkünsüzdür. Otaqda əli bağlı vəziyyətdə olarkən bir neçə polis əməkdaşı tərəfindən döyülərək fiziki və mənəvi işgəncəyə məruz qalmışdır. Polislərin özbaşınalıqları barədə əvvəlcə şikayətçi olsa da, müəyyən səbəblərə görə sonradan şikayətçi olmamışdır. O, heç bir polis əməkdaşına xəsarət yetirməmişdir. CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə isə onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, o, üzərindən aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Lakin həm istintaq orqanı həm də məhkəmələr həmin narkotik vasitəni n külli miqdar təşkil etməsini əsas götürərək onun həmin maddəni satış məqsədi ilə üzərində daşıdığını qeyd etmişlər. Onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini müəyyən edən heç bir sübut mövcud olmamışdır. Belə olan halda onun əməli CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli idi. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 18 fevral tarixli qərarının ləğv edilməsini, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit ed ilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq CM-in 234.4.3 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və CM-in 315-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsasla xitam verilməsi, əməlinin 234.1-1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 18 fevral tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mö təbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o, CM-in 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, faktiki olaraq CM-in 315-ci maddəsi ilə ona bəraət verilməsi, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin isə həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə tələblər irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətinin məhkumun CM-in 315-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi hissəsinə qiymət verərək hesab edir ki, ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş həmin cina yət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkumun CM-in 315-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən özünün xx.xx.2024-cü il tarixli əlyazma ərizəsi (həmin ərizədə polis şöbəsinə gətirildikdən sonra qaçmaq istədiyini, həmin vaxt polis əməkdaşlarının onu saxladığını, polis əməkdaşlarına müqavimət göstərdiyini, bu zaman baş nahiyəsinin yerə sürtündüyünü, gözündən və alnından xəsa rət aldığını bildirmişdir), zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxslərin bədəni üzərində xəsarətlərin olmasını müəyyən edən məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyləri, zərərçəkmiş şəxslərin gödəkcələri üzərində əlbəyaxa, qarşılıqlı mübarizə, müqavimət və s. şəraitdə yarana bilən zədələrin olmasını müəyyən edən məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. CM-in 315-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə ap ellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi həmin nəticəni təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin məhkumun CM-in 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan ittiham üzrə bütün sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilm əklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticəsini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, Məhkum CM-in 315-ci maddəsi təqsirli bilinməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Bu hissədə məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin məhkumun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində 2-ci abzasda təsvir edilmiş cinayətkar hərəkətlər i törətməsi, yəni 4,259 qram, kütləsinə görə külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlayaraq xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən əlində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilib götürülənədək daşıması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum qeyd olunan hərəkətləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən "şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolla, zərərçəkmiş şəxslərin və şahidləri n ifadələri, maddi sübut, məhkəmə ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum hərəkətlərinə CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə (əməlin hüquqi tövsifi məsələsinə) gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, onun əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlmələrinə əsasən sonuncuda aşkar olunmuş metamfetaminin külli miqdar – 4,259 qram təşkil etməsi və onun istifadəsində olan mobil telefon nömrəsi ilə aparılan yazışmalar (sms) səbəb olmuşdur. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il protokoldan görünür ki, baxış zamanı SMS_Tarixcesi__**********0328__557477927 adlı fayla daxil olduqda Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid aşağıdakı mesajlar müəyyən edildi: 1. xx-xx2023 01:57:52 **********27 – **********01: “He qaqa 60 manat gönderdiy karta çəklidə atdığ whatsappa baxarsan.” 2. xx-xx-2024 02:00:06 **********27—**********57: “Qaqa canı yoxumdu” SMS_Tarixcesi__**********0334__557477927 adlı fayla daxil olduqda Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə digər mobil nömrələrdən göndərilmiş aşağıdakı mesajlar müəyyən edildi: 1. (xx-xx-2023 21:12:03) **********01--- **********27: “ёmoglu 60 mаn vаr 50 mаndа olsа аdаmа 2dеnе mеni gozdyr pvl аtm” 2. (xx -xx-2023 18:36:41) **********43---**********27: “Qağa hər şey vaxtında olsa səliqəli olur” 3. (xx-xx-2024 01:59:11) **********57---**********27: “Qaqa sqaretun varsa gelim. Meçid terefe 2 dene ber mene” 4. (xx-xx-2024 02:01:17) **********57----**********27: “Pul var hardan ala bileriy?” 5. (xx-xx-2024 12:19:08) **********57---**********27: “Qardasmsan mene birazda das ver.lambcka qrldi poxa dondu hamisi. Birazdan yol cxacam”. Zenglerin_Mexsusluq_Tarixceleri__**********2817___557477927_BKC adlı fayla daxil olduqda ********* saylı mobil nömrənin Məhkum məxsus olması müəyyən edildi. Göründüyü kimi Məhkum istifadəsində olmuş mobil nömrədən digər mobil nömrələrə göndərilmiş mesajlar, eləcə də **********01 və **********43 nömrələrdən onun mobil nömrəsinə göndərilən mesajlar bir mənalı olaraq onu n narkotik vasitəsinin satışı ilə məşğul olmasını təsdiq etmir. **********57 mobil nömrəsinin sahibinin isə Şahid2 olması müəyyən edilmiş, həmin şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində mobil telefonunun başqa şəxslərdə ola biləcəyini, Ülvi ilə narkotik vasitə ilə bağlı yazışmalarının olmadığını bildirmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, Məhkum həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən psixotrop maddə hesab edilən metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitə və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 (sürücü) və Şahid1 (sərnişin) ifadələrində xx.xx.2024-cü il tarixdə Məhkumla birlikdə Bakı şəhərindən Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən yolda Məhkum avtomobildə falqada “patı” adlı narkotik vasitəni istifadə etməyə başladığını, buna görə ona iradlarını bildirdikdə Məhkum hərəkətlərini dayandırdığını bildirmişlər. Məhkəmə istintaqı zamanı da şahidlər analoji məzmunda ifadələr vermişdir. Bundan əlavə, ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli 555 nömrəli rəydən görünür ki, müa yinə zamanı Məhkum psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmişdir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənini Plenumunun 2024-cü il 14 iyun tarixli, 8 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndə rmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırki iş üzrə Məhkum üzərindən aşkar edilən psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkoti k vasitənin hazırlanması üçün avadanlığın olması və s. hallar müəyyən edilməmişdir. Məhkum götürülmüş 4,259 qram metamfetaminin külli miqdarda olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün psixotrop maddəni xırda bükümlərə bölməsi, onda psixotrop maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkum bir bükümdə aşkar edilmiş psixotrop maddənin kütləsi külli miqdar təşkil etməsi halı özü-özlüyündə onun həmin predmeti məhz satış məqsədi ilə əldə edib saxlamasını və daşımasını təsdiq etmək üçün kifayət etmir. İş üzrə dindirilmiş şahidlərdən də heç biri Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar ver məmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Məhkəmə kollegiyası Məhkum psixotrop maddələrdən istifadə nəticəsində yaranan narkomaniya xəstəliyinin müəyyən edilməsini, onun üzərindən cəmi bir bükümdə psixotrop maddə metamfetaminin aşkar edilməsini, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razılığının olması, psixotrop maddənin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə araşdırmaları zamanı müəyyən edilməməsini, şahidlər Şahid2 və Şahid1 yolda olarkən Məhkum üzərində olan psixotrop maddəni istifadə etməsi barədə verdikləri ifadələri nəzərə alaraq hesab edir ki, Məhkum qarşı satış məqsədilə külli m iqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Odur ki, ibtidai araşdırma orqanının və məhkəmələrin Məhkum mobil telefonundan aşkar edilmiş, onun tutulmasından iki ay əvvəl ünvanlanmış, lakin onun tərəfindən cavab verilməyən mesajlara isnad edərək, onun üzərindən aşkar edilmiş psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etmələri əsassız olmuşdur. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini bu hissədə tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların zidd inə olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən onun əməli CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və CM-in 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum CM-in 234.1-1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını əməlin tövsifində səhvə yol verildikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum t ərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 18 fevral tarixli 1(107)-89/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanı lmaqla, Məhkum qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2900/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2900/2025
06.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver