Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2902/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum, Zərərçəkmiş şəxs4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-40/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx-ci il tarixdə Salyan rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, X qeydiyyatda olmaqla yaşamışdır. 2. 19 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 iyul 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 23 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Salyan rayonu, Şəkərli kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçməklə qanunsuz olaraq daxil olub yataq otağında saxlanc yeri hesab olunan qarderobdan içərisində 1700 manat pul və 50 manat dəyərində 1 ədəd “Samsung A01” markalı mobil telefon olan pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni 9.000 manat pulunu gizli olaraq talamaq məqsədilə 05 avqust 2022-ci il tarix də, saat 02 radələrində Salyan rayonu, Yenikənd kəndində yaşayan, həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub qonaq otağındakı masanın üzərindən 85 manat dəyərində 16 GB yaddaş tutumlu, ağ rəngli, “Samsung Galaxy J7” markalı, “SM-J710FN/DS” modelli 01 ədəd mobil telefonu və mebel olan otaqdakı şkafdan 907 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 992 manat maddi ziyan vurmaqla oğurluq etmiş və evdə başqa pul vəsaiti, eyni zamanda qiymətli əşya tapa bilmədiyindən 9.000 manat əmlakı ələ keçirməsindən ibarət olan kriminal niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Bundan ba şqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni, 9000 manat pulunu gizli olaraq talamaq məqsədilə 15 avqust 2022-ci il tarixdə, saat 02 radələrində Salyan rayonu, Yenikənd kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub yataq otağındakı asılqanda olan köynəyin cibindən 150 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmiş və evdə başqa pul vəsaiti, eyni zamanda qiymətli əşya tapa bilmədiyindən 9.000 manat əmlakı ələ keçirməsindən ibarət olan kriminal niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni, 9000 manat pulunu gizli olaraq talamaq məqsədilə 17 avqust 2022-ci il tarixdə, saat 01:30-da Salyan rayonu, Yenikənd kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs3 onu görməsinə baxmayaraq öz cinayətkar davranışlarını davam etdirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib xeyli miqdarda əmlak əldə etmək məqsədilə əvvəlcədən özü ilə götürdüyü, dəmir lingdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs3 baş, sol qulaq və döş qəfəsinin arxa nahiyələrinə ardıcıl zərbələr vurub sonuncuya başın təpə nahiyəsinin yarası, sol qulaq seyvanının, döş qəfəsinin arxa s əthinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül dərəcəli xəsarətlər yetirsə də, zərərçəkənin ona qarşı aktiv müqavimət göstərməsi və qışqıraraq kömək çağırmasından sonra ifşa olunmasından qorxub evdən qaçaraq quldurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda, yəni, 9000 manat pulunu gizli olaraq talamaq məqsədilə 21 avqust 2022-ci il tarixdə, saat 02:50-də Salyan rayonu, Şəkərli kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinə pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 onu görməsinə baxmayaraq öz cinayətkar davranışlarını davam etdirərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib xeyli miqdarda əmlak əl də etmək məqsədilə mətbəxdən götürdüyü dəmir tavadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs4 alın nahiyəsinin, burunun yumşaq toxumalarının yarası, burun sümüyünün açıq sınığı, sağ gözaltı nahiyənin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, az ağır dərəcəli xəsarətlər yetirsə də, zərərçəkənin ona qarşı aktiv müqavimət göstərməsindən sonra ifşa olunmasından qorxub evdən qaçaraq quldurluq etmişdir.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-81/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2, 177.2.3, 29,177.2.3, 29,177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələr i ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Musazadə Elşən Möhrab oğlu apellyasiya şikayəti verib, hökmün qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-40/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-81/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kas sasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində məhkum sosial vəziyyətinin, ilk məhkumluğunun nəzərə alınmadan ona ağır cəza təyin edildiyini iddia edib, təyin edilmiş cəza müddətinin qismən azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada iş in halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildiri r.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Az ərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-40/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutul muş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsini n şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzə rdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şə rhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən y eni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkum daha yüngül cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası məhkəmələrin məhkuma cəza təyin edilməsi ilə bağlı müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər, Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri isə həmin Məcəllənin 15.4-cü maddəsində a ğır cinayətlər kateqoriyalarına aid edilmişlər.
25. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2-ci maddəsinin sanksiyasında isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
26. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən halları, cinayət əməllərini törədərkən, ondan əvvəl və sonrakı davranışlarını, habelə cəzanı yüngülləşdirən hallar kimi ilk dəfə qəsdən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almışdır. Bununl a yanaşı, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Salyan rayonunun Yenikənd və Şəkərli kəndlərində yerləşən yaşayış evlərinə daxil olması kənd sakinləri arasında qorxu yaratmaqla əməlin ictimai təhlükəliliyini artıran hal kimi, Zərərçəkmiş şəxs3 qarşı törədilmiş əməldə isə cinayətin aşkar surətdə qoca şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Bu halları nəzərə alaraq məhkəmə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiya həddində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CMnin 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri üzrə başa çatmayan cinayətlərə görə daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmayan həddə 03 (üç) i l müddətinə azadlıqdan məhrum etmə, habelə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyasının ən aşağı həddində 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təyin edilmiş cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən etmişdir.
27. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
28. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.
29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-40/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-40/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.