Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2916/2025 06.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş – şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Məhkumun müdafiəçisi – “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Türkmənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanın da qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan yerdə fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.2-1.1 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 14 iyul tarixli 1(103)1256/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bak Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 21 aprel tarixli 1(101)-1050/2025 nömrəli hökmü ilə (hakimlər L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası CM-in 150. 2-1.1 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona CM-in 150.2-1.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CMin 150.3.3-cü maddəsi (köhnə redaksiya) ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsin də çəkməsi, cəzasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 14 iyul tarixli 1(103)-1256/2025 nömrəli qərarı ilə (hakimlər M.C.Qarayeva (sədrlik edən), E.E.Rəhimov və Q.X.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 21 aprel tarixli 1(101)-1050/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 14 iyul tarixli 1(103)1256/2025 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişd ir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum on dörd yaşına çatmayan və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etməklə, həmçinin zor tətbiq etmə hədəsi ilə, onların köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ilk dəfə dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan 2019-cu ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2008-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs2 və xx.xx.2006-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs1 yataq otağına aparıb qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixolo ji təsir və davranışlarının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmalarından, onların üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Sevda və Zərərçəkmiş şəxs1 bacılarını ona qarşı müqavimət göstərmələri imkanlarını, düşdükləri vəziyyətdən çıxıb qaçaraq yayınmaları və səs-küy salmaqla kömək istəmələrini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib Sevda və Zərərçəkmiş şəxs1 bacılarının bütün paltarlarını soyunduraraq yataq otağındakı çarpayının üzərində öz yanında uzandırıb özünün cinsiyyət orqanını çıxardıb hər ikisinə nümayiş etdirərə k qısa müddətdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə gərginləşdirmək üçün əlləri ilə Sevda və Zərərçəkmiş şəxs1 bacılarının bədənlərinin sinə, döş, yanaqlarından, dodaqlarından və digər nahiyyələrini öpməsi ilə yanaşı onların cinsiyyət orqanını və arxa keçəcəklərini sığallamaqla, həmçinin öz gərginləşmiş cinsiyyət orqanını hər ikisinin qılçalarının arasına sürtərək ehtirasını sonlandırma həddinə çatdırıb, eyni zamanda onları gərginləşmiş cinsiyyət orqanından tutub sığallamaları və irəli-geri hərəkət etdirib oxşamaları kimi seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib cinsi orqanından ifraz etdiyi şirəni Sevda və Zərərçəkmiş şəxs1 bacılarının əllərinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan doğma qızları zərərçəkmiş şəxslər Zərər çəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində iki şəxsə qarşı təkrar zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətlərindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətlər etmişdir. Bundan başqa, Məhkum təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvələrindən həmin ilin iyul ayınadək olan müddət ərzində dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan vaxtlarda yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2008-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs2 təkrarən hər ayda 3-4 dəfə yataq otağına aparıb seksual xarakterli zorakı hərəkətlərini davam etdirib qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışlarının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmasından, onun üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Zərərçəkmiş şəxs2 ona qarşı müqavimət göstərməsi imkanlarını, düşdüyü vəziyyətdən çıxıb qaçaraq yayınması və səsküy salmaqla kömək istəməsini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib Zərərçəkmiş şəxs2 bütün paltarlarını soyunduraraq yataq otağındakı çarpayının üzərində öz yanında uzandırıb özünün cinsiyyət orqanını çıxardıb ona nümayiş etdirərək qısa müddətdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə gərginləşdirmək üçün əlləri ilə Zərərçəkmiş şəxs2 bədəninin sinə, döş, yanaqlarından, dodaqlarından və digər nahiyyələrindən öpməsi ilə yanaşı onun cinsiyyət orqanını və arxa keçəcəklərini sığallamaqla, həmçinin öz gərginləşmiş cinsiyyət orqanını onun qılçalarının arasına sürtərək ehtirasını sonlandırma həddinə çatdırıb, eyni zamanda onu gərginləşmiş cinsiyyət orqanından tutub sığallaması və irəli-geri hərəkət etdirib oxşaması kimi seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib cinsi orqanından ifraz etdiyi şirəni Zərərçəkmiş şəxs2 əllərinə və bədəninin müxtəlif nahiyyələrinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs2 barəsində iki şəxsə qarşı təkrar zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli təkrar zorakılıq hərəkətlər etmişdir. Bundan başqa, Məhkum təkrarən cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvələrindən həmin ilin iyul ayınadək olan müddət ərzində dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan vaxtlarda yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2006-ci il təvəllüdlü doğma qızı Zərərçəkmiş şəxs1 təkrarən hər ayda 1 dəfə yataq otağına aparıb seksual xarakterli zorakı hərəkətlərini davam etdirib qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmasından, onun üzərinə dəfələrlə qışq ırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Zərərçəkmiş şəxs1 ona qarşı müqavimət göstərməsi imkanlarını, düşdüyü vəziyyətdən çıxıb qaçaraq yayınması və səsküy salmaqla kömək istəməsini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib Zərərçəkmiş şəxs1 bütün paltarlarını soyunduraraq yataq otağındakı çarpayının üzərində öz yanında uzandırıb özünün cinsiyyət orqanını çıxardıb ona nümayiş etdirərək qısa müddətdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə gərginləşdirmək üçün əlləri ilə qızı Zərərçəkmiş şəxs1 bədəninin sinə, döş, yanaqlarından, dodaqlarında n və digər nahiyyələrindən öpməsi ilə yanaşı onun cinsiyyət orqanını və arxa keçəcəklərini sığallamaqla, həmçinin öz gərginləşmiş cinsiyyət orqanını onun qılçalarının arasına sürtərək ehtirasını sonlandırma həddinə çatdırıb, eyni zamanda onu gərginləşmiş cinsiyyət orqanından tutub sığallaması və irəli-geri hərəkət etdirib oxşaması kimi seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib cinsi orqanından ifraz etdiyi şirəni Zərərçəkmiş şəxs1 əllərinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib on dörd yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs1 barəsində təkrar zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətindən istifadə etməklə təkrarən seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Bundan başqa, Məhkum təkrarən cinsi ehtirasın ı pozğun formada təmin etmək məqsədi ilə 2023-cü ilin dekabr ayında saat 09 radələrində dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan vaxtda yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə xx.xx.2008- ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs2 məktəb paltarını geyinən zaman alt paltarında olduğu vaxt niyyətini təkrarən həyata keçirmək məqsədi ilə qolundan tutub dartaraq hamam otağına aparıb qapını içəridən bağlayaraq özündən həm maddi, həm də psixoloji təsir və davranışlarının tənzimlənməsi baxımından asılı vəziyyətdə olmasından, onun üzərinə dəfələrlə qışqırıb qorxutmaqla, dediyi hərəkətləri etməyəndə fiziki ağrı yetirəcəyi ilə hədələyərək fiziki zor tətbiq etmə hədəsi ilə və psixoloji zor tətbiq etməklə, Zərərçəkmiş şəxs2 ona qarşı müqavimət göstərmələri imkanlarını, düşdüyü vəziyyətdən çıxıb qaçaraq yayınması və səs-küy salmaqla kömək istəməsini məhdudlaşdırmaqla köməksiz vəziyyəti həddinə gətirib niyyətinə nail olmaq üçün qəsdən və bilərəkdən yaratdığı həmin şəraitdən sui-istifadə etməklə atalıq hissini itirib cinsiyyət orqanını nümayiş etdirərək özü ilə əvvəlcədən götürdüyü istintaqla müəyyənləşdirilməsi mümkün olmayan kremi özünün cinsiyyət orqanına sürtüb gərginləşdirdiyi cinsiyyət orqanını zorakı hərəkətlərlə qızı Zərərçəkmiş şəxs2 əlinə verərək ehtirasını sonadək coşdurmasına məcbur edib sığallatmaqla və irəli-geri hərəkət etdirib seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur edib oxşatmaqla və əlinin Zərərçəkmiş şəxs2 cinsiyyət orqanına sürtüb sığall ayaraq ehtirasını sonlandırma həddinə çatdırıb cinsi orqanından ifraz etdiyi şirəni Zərərçəkmiş şəxs2 əllərinə boşaldaraq cinsi ehtirasını pozğun formada təmin edib yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs2 barəsində zor tətbiq etməklə, habelə zor tətbiq etmə hədəsi ilə, eyni zamanda yaratdığı köməksiz vəziyyətindən istifadə etməklə təkrarən seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Muradov X3 əsassız və qanunsuz olaraq, CM-in 150.2-1.1 və 150.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, müvəkkili elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişd ir ki, maddi imkanı çox zəif olmuş, arvadına uşaqları hazırlığa qoymaq üçün pul çatdırmadığını bildirərkən evlərində mübahisələr yaranmışdır. Kiçik qızı Sevdanı idman hazırlığından çıxarmaq istədiyi üçün ona qarşı münasibəti dəyişmişdir. O, qızlarına qarşı əxlaqsız hərəkətlər etməmişdir. O, bir dəfə kiçik qızından onu masaj etməsini istəmişdir. Həmin vaxt o, alt paltarında yataqda olmuşdur. Qızı isə ona sən utanmırsan belə hərəkət edirsən demişdir. O, isə qızına çimərlikdə hərkəsin alt paltarında gəzdiyini, bu səbəbdən utanmadığını bildirmişdir. Bundan sonra həmin söhbəti arvadı da bilmiş və evdə dava düşmüşdür. Sonra onlar arasında olan mübahisələr qurtarmış və normal yaşamışlar. Həmçinin Məhkum ifadəsində bildirmişdir ki, polis idarəsində ona “ittiham aktında qeyd olunan məzmunda ifadə v er və səni buraxacayıq” demişdirlər. O da məcbur olub həmin məzmunda ifadə vermişdir, ifadəsini oxumadan imzalamışdır. Hər iki zərərçəkmiş birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində ataları tərəfindən onlara qarşı hər hansı bir əxlaqsız hərəkətlərin edilmədiyini, şikayət etmələrinin səbəbinin onların ataları ilə münasibətlərinin pis olduğu və ondan acıq çıxmaq istəklərinin olması ilə əsaslandırmışlar. Birinci və apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslərin istintaqda və məhkəmədə verdikləri ifadələri arasında olan ziddiyyəti digər sübutlarla birlikdə araşdırmamış, həmin ifadələrə düzgün hüquqi qiymət verməmiş və hansı səbəbdən məhkəmənin istintaqda verilmiş ifadələri əsas götürməsi məhkəmə hökmündə və qərarında əsaslandırılmamışdır. Müdafiəçi kassa siya şikayətində göstərilənlərə əsasən, Məhkum əməlində cinayət tərkibi olmaması və ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməməsi səbəbi ilə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 14 iyul tarixli qərarının ləğv edilməsi, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əsassız olaraq CM-in 150.21.1 və 150.3.3-cü m addələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 14 iyul tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayə t məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.2-1.1 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilm əsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməllərində CM-in 150.2-1.1 və 150.3.3-cü maddəsində nəzərdə tutulmuş seksual xarakterli zorakılıq hərəkətləri (on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və təkrar törədildikdə), onun həmin maddələrlə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğu n şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum CM-in 150.2-1.1 və 150.3.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən özünün ibtidai istintaq zamanı həm şübhəli, həm təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadələri, həm də təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadələri, eləcə də zərərçəkmiş şəxslərin qanuni nümayəndələrinin iştirakı ilə verdikləri ifadələri, Məhkumla zərərçəkmiş Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolu (həmin üzləşmə zamanı da Məhkum törətdiyi əməlləri etiraf etmişdir), məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli rəyləri, zərərçəkmiş şəxslərin ərizələri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəl illər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum CM-in 150.2-1.1 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Müdafiəçi kassasiya şikayətində polis əməkdaşları tərəfindən Məhkum qarşı təzyiqlər olduğunu, onun ifadələrini oxumadan imzaladığını bildirsə də, bu hal hər hansı sübutla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ibtidai araşdırma dövründə məhkum barəsində həbs qətimkan tədbiri seçilməmiş və o, azadlıqda olmuş, iddia etdiyi təzyiq və təsirlə bağlı müraciətlər etmək imkanını məhdudlaşdıran, istisna edən hal olmamışdır. Hətta, müdafiəçisinin iştirakı ilə azadlıqda olduğu xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində də, zərərçəkmiş şəxslərə qarşı ittihamda qeyd edilən əməlləri törətdiyini etiraf etmiş, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki güc və ya psixi təsir olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bundan başqa, müdafiəçi kassasiya şikayətində məhkəmənin təqsirləndirilən şəxsin və zərərçəkmi ş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri deyil, ibtidai araşdırma zamanı verdikləri ifadələri əsas götürməklə Məhkum barəsində əsassız ittiham hökmü çıxardığını, bununla da CPM-in məhkəmənin hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməli olmasına dair tələbini pozduğunu iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Belə ki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Göründüyü kimi, həmin normada məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqı zamanı əldə edilmiş (toplanmış) sübutlara deyil, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslandıqda hökmün əsaslı olması qeyd edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu hallarda, CPM-in 327.1 və 330-cu maddələrinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunur və həmin ziddiyyət məhkəmə tərəfindən araşdırılır. Bu halda, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübut hesab edilir və məhkəmə həmin sübutu digər sübutlarla birlikdə müqayisəli şəkildə yoxlayıb, həmin sübutu da mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirə bilər. Sübutların qiymətləndirilməsi zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı tədqiq edilmiş ibtidai is tintaq zamanı verdiyi ifadələrinin daha mötəbər olması qənaətinə gəlinməsi və ittiham hökmünün əsası kimi digər sübutlarla yanaşı həmin sübutlara istinad edilməsi CPM-in 349.5.1-ci maddəsinin tələbinə uyğundur. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, onun cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi CM-in 150.2-1.1-ci maddəsi ilə 10 il, CM-in 150. 3.3-cü (köhnə redaksiyada) maddəsi ilə 9 il, cinayətlərin məcmusu üzrə isə qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 58.3, 61 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.2-1.1 və 150.3.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə a pellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və zərərçəkmiş şəxslərin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 14 iyul tarixli, 1(103)1256/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbayc an Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1 və 150.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 14 iyul tarixli 1(103)-1256/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2916/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2916/2025
06.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver