Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2920/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.2.4-cü maddəsi ilə n əzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli, 1(103)-1425/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "Bakı Baş Səhiyyə Mərkəzi" PHŞ-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işi n faktiki hallarına görə, Məhkum 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində tanıdığı Zərərçəkmiş şəxs ilə bir yerdə yeyib, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə sonuncuya məxsus olan yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında bacısı Leyla Hüseynovanın işlədiyi ərzaq mağazasına gedərək nisyə spirtli içki istəmiş, verilmədiyinə görə kobud ifadələr işlədərək yöndəmsiz hərəkətlər etmiş, həmin vaxtı Zərərçəkmiş şəxs mağazaya girərək onu təkidlə çölə çıxardıb yola salmış, bundan sonra evinə gedib dəstəyi qırıq olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı özü ilə götürərək yenə də həmin mağazanın qarşısına gəlmiş, bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayaraq yenə də “mən burada hara istəsəm girə bilərəm” kimi özündən razı ifadələr işləd ərək mağazanın qarşısından təxminən 50 metr aralanıb həmin küçəyə paralel olan Zeytun savxozu, Məktəbli küçəsi, ev 24 ünvanının qarşısından keçərkən Zərərçəkmiş şəxslə təsadüfən rastlaşdığı zaman sonuncunun onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə sillə ilə vurması səbəbindən bir-birləri ilə əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq üzərində olan həmin soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədən nahiyəsindən qəsdən 5 dəfə vuraraq sağlamlığına sol tərəfli hemopinef motoraksla və mədənin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmi ş yaralan ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X6 və X2 ibarət məhkəmə tərkibində) 26 may 2025-ci il tarixli, 1(101)-894/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai araşdırma zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddətin ona təyin edilmi ş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 26 may 2025ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, hökmün icrasının bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, Məhkum barəsində seç ilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi və maddi sübutlar məsələləri də həll edilmişdir.
4. Hökmdən, Müdafiəçi2 apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində CM-in 126.2.4-cü maddəsinin tərkibi olmadığından onun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışdığı üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət məhkəmə tərkibində) 3 oktyabr 2025-ci il tarixli, 1(103)1425/2025 nömrəli qərarı ilə Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri qismində apellyasiya müraciətinin dəlillərini təkrarlamaqla, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, Məhkum bu cinayəti özünümüdafiə etmək məqsədi ilə törətmişdir. Belə ki, hadisənin baş verməsində təşəbbüs zərərçəkmiş şəxsdən gəlmişdir. Onun xuliqanlıq etməsi hər hansı mötəbər və aid sübutlarla təsdiq edilməmişdir.
8. Müdafiəçi müraciətinin dəlilləri qismində qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan halları yaradan pozuntu kimi qiymətləndirərək qeyd etdiklərinə əsasən, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək, Məhkum barəsində CM-in 126.2.4-cü maddəsinin tərkibi olmadığından onun əməlinin CM-in 130.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışdığı üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni q üvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunl arı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrin də nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli, 1(103)-1425/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə ağır zərər vurması ilə nəticələnən əməlinə münasibətdə araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozunt uya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. 19. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə ada m öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa z idd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyə t (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. 20. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir.
21. Məhkum Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan Cinayə t Məcəlləsinin Xüsusi hissəsinin normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, kassasiya şikayəti müəllifinin onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən tövsifedici əlamətin olmaması haqqında iddiasının əsaslı olduğu, məhkəmələrin isə həmin maddəni Məhkum əməlinə şamil etməklə məhkəmələrdə baxılmış sübutlardan irəli gəlməyən (işin həqiqi faktiki halları ilə uzlaşmayan) nəticə çıxararaq təqsirkarın əməlinin hüquqi tövsifində səhvə yol verdikləri müəyyən edilir.
22. Belə ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlinin hüquqi tövsifini qiymətləndirərkən səhvə yol verərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması nəticəsinə gəlmiş və onun əməlini CM-in 126.2.4-cü maddəsi ilə tövsif etmişlər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: - şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; - şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; - şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi.
24. Belə ki, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində işdən çıxıb evə gedərkən kafenin qarşısından keçəndə məhəllə sakini Pərvin onu görüb kafeyə dəvət etmişdir, Pərvin həmin vaxtı qonşu məhəllədə yaşayan Şahinlə oturmuşdur. O da Şahingilnən biryerdə oturmuş, hətda xahiş elədiklərinə görə bir şüşə araq da almış və bir yerdə yeyib-içmişlər. Təxminən yarım saat sonra Şahingildən ayrılıb kafedən çıxaraq yaşadığı evə getmişdir. Həyətə girəndən sonra yenidən çölə çıxmışdır ki, ev üçün işığın avtomat sayğacın alsın. Qonşu məhəllədə yaşayan elektrik işləyən Fikrətgilə getmək istəyirdi ki, avtomat sayğac götürsün. Ancaq yolda öyrənmişdir ki, Fikrət evdə yoxdur və evə qayıdarkən küçədə Şahin ilə Pərvini görmüşdür. Onlar ayaqüstü söhbətləşərkən Şahingil pul qoyub spirtli içki almaqdan söhbət salmışlar. Tam xatırlaya bilmir, ancaq nəsə bu araq almaq üstündə araları nda mübahisə yaranmışdır. Şahin özündən çıxıb ona əl-qol atmış və nalayiq ifadələrlə təhqir etmişdir, ancaq o, Şahinlə davaya girməmiş və aralanıb evinə getmişdir. Bu dəfə evdən pul götürüb avtomat sayğac almaq üçün mağazaya gedəndə həyətdə təsərrüfatda istifadə etdiyi balaca bıçağı da hər ehtimala qarşı özü ilə götürmüşdür ki, birdən Şahin küçədə ona rast gəlib zor tətbiq etsə özünü müdafiə edə bilsin. Qapıdan çıxıb Şahin gilin evi ilə qonşu olan küçə ilə getdiyi zaman Şahinlə Pərvin yenə də qarşısına çıxmışlar. Şahin onu görən kimi üstünə hücum edib yumruq zərbələri ilə vurmuşdur. Şahin onun boynunu qolunun altına salıb sıxmağa başlamış, bu vəziyyətdə nəfəsinin kəsildiyini hiss etmiş, lakin boynunu Şahinin qolunun altından çıxarda bilməmişdir. Artıq görmüşdür ki, huşu özündən gedir, hə yatını xilas etmək üçün məcbur olmuşdur ki, cibinə qoyduğu bıçağı çıxardaraq əl çəksin deyə qorxutmaq məqsədi ilə Şahinin bədən nahiyəsindən bir-neçə dəfə vurmuşdur. Fiziki təzyiq altında olduğuna görə həyəcanlı vəziyyətdə Şahinə neçə bıçaq vurduğunu xatırlamır. Şahin bıçaq zərbələrinin təsirindən onu buraxıb geri çəkilmiş və üzünə çevirib evlərinə tərəf getmişdir. Həmin vaxtı dərk etməmişdir ki, Şahinə hər hansı ağır xəsarət yetirmişdir. Şahini bıçaqla vurarkən bıçaq dırnağını qopartmışdı, barmağının qanı üstünə tökülmüşdür, buna görə də elə bilmişdir ki, köynəyinə tökülən öz qanıdır. Şahin onu buraxdığına görə təqib etməmiş və öz yaşadığı evə getmişdir. Evə gedib yaralı barmağını sarıyandan sonra yenə də çıxmışdır ki, təsərrüfat malları mağazasından işıq üçün elektrik sayğacı (rubilnik) alsın, həmin vaxtı Şahingilin evinin qarşısından keçib mağazaya çatmağa az qalmış Pərvini görmüş, Pərvin ona Şahini vurduğunu demişdir. Evə qayıdıb hadisələrin gedişatmı gözləmiş və həmin gecə polislər evlərinə gəlib çağırmışlar, özü könüllü şəkildə evdən çıxıb polislərlə birlikdə polis idarəsinə getmişdir.
25. Birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı Məhkum ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, işdən çıxıb evə gədərkən Pərvinin dəvəti ilə onunla kafeyə getmişlər. Orada olarkən də araqları qurtardığından araq almaq üçün oradan çıxmış gedib kafenin yanından araq almış və oturub 100 qram onlarla içmiş və sonra evə getmişdir. Evdə isə işıq sayğacının avtomatı xarab olduğundan evdən həmin avtomatı almaq üçün çıxmışdır. Yolda isə Şahing ili təzədən məhlədə görmüş, ona yenə demişlər ki, araq almaq üçün pul lazımdı. O da pul olmadığını demişdir. Ona görə də Şahinlə aralarında münaqişə düşmüşdür. Şahin ona əl-qol atmış, təhqiramiz sözlər olmuşdur. Belə söhbətlər olduğuna görə sonra evə qayıtmış və həyətdə şitil əkmişdir. Atasının istifadə etdiyi bıçağı şitil əkmə üçün görmüşdür. Elə o bıçaq da üstündə ola-ola evdən pul götürüb, yenidən işıq üçün avtomat (tənzimləyici) almağa getmişdir. Yolda isə yenə də Şahin və yanındakı Fəridlə rastlaşmış və Şahin ona yaxınlaşıb əl-qol atmışdır. Sonra Şahin onun boynundan tutmuş, qarnının altından onun boynunu sıxmışdır. Artıq nəfəsinin kəsildiyini görmüşdür. Şahini əsla bıçaqla vurmaq fikri olmamışdır, onu qorxutmaq fikri olmuşdur. Bir də görmüşdür ki, Şahin onu buraxaraq çönüb öz evlərin ə tərəf gedir. Sonra görmüşdür ki, öz üstündə qan var və elə bilmişdir ki, öz qanıdır. Təzədən evə qayıtmışdır. Əynini dəyişmişdır. Yenidən evdən çıxanda Pərvini görmüşdür. Pərvin ona demişdir ki, “Şahini vurmusan xəbərin var?”. Gecə saat 12-dən sonra onu çağırmışlar. Adam vurduğunu söyləmişlər. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda aralarında barışıq olmuşdur. Valideynləri tərəfindən zərərçəkmişin xəstəxana xərcləri çəkilmişdir. Bıçağı qorxutmaq məqsədilə, üstündə saxlamışdır. Mağazadə satıcıyıa qarşı hər hansı hərəktələr etməmişdir.
26. Cinayət işinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən Məhkum 13 iyul 2024-cü il tarixdə saat 17 radələrində tanıdığı Zərərçəkmiş şəxs ilə bir yerdə yeyib, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə sonuncuya məxsus olan yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanının qarşısında bacısı Leyla Hüseynovanın işlədiyi ərzaq mağazasına gedərək nisyə spirtli içki istəmiş, əvvəlcədən borclarının çox olması və ödənilməməsi səbəbindən mağazada olan satıcı Şahid1 ona araq vermək istəməmiş və çölə çıxmasını istəmiş, həmin vaxtı Zərərçəkmiş şəxs mağazaya girərək onu təkidlə çölə çıxardıb yola salmış, bundan sonra evinə gedib dəstəyi qırıq olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı özü ilə götürərək yenə də həmin mağazanın qarşısına gəlmiş, bir qədər əvvəl oradan uzaqlaşdırılması ilə barışmayaraq mağazanın qarşısından təxminən 50 metr aralanıb həmin küçəyə paralel olan Zeytun savxozu, Məktəbli küçəsi, ev 24 ünvanının qarşısından keçərkən Zərərçəkmiş şəxsl ə təsadüfən rastlaşdığı zaman sonuncunun onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə sillə ilə vurması səbəbindən bir-birləri ilə əlbəyaxa olub dalaşarkən üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsindən qəsdən 5 dəfə vuraraq sağlamlığına qəsdən ağır zərər vurmuşdur.
27. Cinayət işi materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, yaşadıqları evin həyətyanı sahəsinə bitişik olan qarşısı küçəyə tərəf balaca bir ərzaq mağazası işlədərək ailəsini dolandırmağa çalışır. Həmin dükanı anası işlədir, hadisə ərəfəsində isə anası xəstə olduğuna görə dükanı bacısı Leyla işlədirdi. 13 iyul 2024-cü il tarixdə saat 13 radələrində qəsəbədə yerləşən kafedə dostu Pərvinlə yeyib-içərək istirahət edi rmişlər. Sonra Məhkum da Pərvini tanıdığına görə onların məclisinə qoşulmuşdur. Üçü birlikdə təxminən 700 qram araq içmişlər. Bir qədər oturandan sonra Hamlet durub kafedən çıxıb getmişdir. O isə Pərvinlə oturub yeyibiçməklərini davam etdirmişdir. Təxminən 10-15 dəqiqədən sonra o da kafedən çıxıb evlərinə getmiş, toyuqlara dən verib çıxanda görmüşdür ki, qonşular, Samir və Çimnazın həyat yoldaşı dükanın qarşısında dayanıb, bacısı da dükanda 9 yaşlı oğlu Sənanla birlikdə dükanın içində oturmuşlar. Qonşular onu görəndə Hamletin dükana girdiyini, içkilili olduğunu, nisyə mal götürmək istədiyini, bacısının da mal vermək istəmədiyini, Hamleti dükandan çıxartmaq istəsələr də, çıxarda bilmədiklərini demişlər. O, dükana girib Hamletin içəridə dayandığını görmüş və dükandan çıxmağını tələb etmişdir. Hamlet əvvəlcə tabe olmaq istəməsə də, onu qolundan tutub çölə çıxartmışdır. Hamleti dükanın qarşısından yola salmış və aralarında heç bir mübahisə olmadan Hamlet çıxıb getmişdir. O da yenidən kafeyə qayıdıb Pərvinlə bir stolda oturub yeyibiçməklərinə davam etmişdir. Təxminən saat 16 radələrində Pərvinlə birlikdə kafedən çıxıb küçə ilə evlərinə tərəf hərəkətdə olmuşlar. Evlərinə çatmağa təxminən 100-150 metr qalmış, yəni bir küçə aralıda Hamlet qarşılarına çıxmış və onun üstünə gələrək dalaşmaq istəmişdir. Hamletin nəyə görə belə etdiyini başa düşməmiş, Hamleti yumruqla üzündən vurmaq istəyəndə yumruğu Hamletin qoluna dəymişdir. Həmin anda da bir-birləri ilə əlbəyaxa olmuşlar, dalaşmışlar və bu dava-dalaş zamanı Hamlet cibindən və ya şalvarının belindən çıxartdığı bıçaqla bir-neçə dəfə q arın və sinə nahiyəsindən vurmuşdur. O, Hamleti itləyib geri çəkiləndə görmüşdür ki, bədəni qanın içindədi. Bundan sonra ciddi xəsarətlər aldığını bilərək Pərvinlə birlikdə özünü evə çatdırmışdır. Ailə üzvləri də onun vəziyyətini görmüşlər, Hamletin onu bıçaqladığını ailə üzlərinə demişdir. O, köynəyini dəyişmiş, anası Bağdagül əmisi oğlu Mətləbə zəng eləmişdir, Mətləb də tez gəlib idarə etdiyi avtomobillə onu 3 saylı Şəhər Xəstəxanasına çatdırmışdır. Cərrahi əməliyyat olunduqdan sonra təminən 15 gün xəstəxanada müalicə olunmuşdur. Sonradan bacısı və qonşulardan eşitmişdir ki, o, Hamleti dükandan çıxardıb gedəndən sonra Hamlet bıçaq götürüb dükana gələrək dükandan çıxarılmağına görə etiraz əlaməti olaraq “məni zəif oğlan bilibsiz” kimi sözlər işlədərək öz nüfuzunu nümayiş etdirmək istəmişd ir. Hamletin ona qarşı olan qəzəbi elə həmin vaxtdan məlum olmuşdur.
28. Həmçinin, birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, hadisə günü Hamlet onların işlətdiyi dükandan içki istəyirmiş, lakin bundan əvvəl aldığı içkinin pulunu qaytarmadığı üçün ona nisyə içki verməmişdir. İmtina olunduqda isə Hamlet səs-küy salmış, o da səsi eşidib dükkana gələrək və onu çölə çıxarmışdır. Sonra isə Hamlet bıçaq götürüb gəlib ona demişdir ki, “Məni tək görmüsünüz?” O, da sonra Hamleti yolda görərkən ona bir şillə vurmuş və şillədən sonra bu hadisə baş vermişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 5-10 dəqiqənin içində baş vermişdir. Barışmışlar şikayət və tələbi yoxdur.
29. Həmçinin, ibtidai istintaq zamanı Şahid2 vermiş olduğ u ifadəsində qeyd etmişdir ki, “...Bir qədər sonra Şahin onunla telefon əlaqəsi saxlayaraq kafenin qarşısına gəlmiş və Hamletin evini soruşaraq demişdir ki, Hamlet onlardan ayrılandan sonra onlara məxsus bacısının işlədiyi mağazaya girərək artıq-əksik hərəkətlər etmiş, bu səbəbdən Hamletə bir-iki sillə vurub başa salmaq istəyir ki, bir daha belə hərəkətlər etməsin...”. Həmçinin, birinci instansiya məhkəməsində məhkəm istintaq zamanı qeyd etmişdir ki, “...Sonra kafedən çıxmışlar. Küçənin tinindən Hamlet rastlarına çıxmış, Şahin ona cummuş (onun üzərinə getmiş) və bunlar bir-birilərinə tutuşmuşlar. O da onları aralamışdır...”. Həmçinin, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “...Evlərinə çatmağa təxminən 100-150 metr qalmış, yəni bir küçə ar alıda Hamlet qarşılarına çıxmış və onun üstünə gələrək dalaşmaq istəmişdir. Hamletin nəyə görə belə etdiyini başa düşməmiş, Hamleti yumruqla üzündən vurmaq istəyəndə yumruğu Hamletin qoluna dəymişdir. Həmin anda da bir-birləri ilə əlbəyaxa olmuşlar, dalaşmışlar və bu dava-dalaş zamanı Hamlet cibindən və ya şalvarının belindən çıxartdığı bıçaqla bir-neçə dəfə qarın və sinə nahiyəsindən vurmuşdur...”. Qeyd edilən sübutların təhlilindən müəyyən edilir ki, hadisənin bilavasitə şahidi olmuş Şahid2 və Məhkum ifadəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmələr tərəfindən qarşılıqlı əlaqədə, müqayisəli və sistemli şəkildə araşdırılmamışdır. Halbuki cinayətprosessual qanunvericiliyin tələblərinə görə sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi baxımından qiymətləndi rilməlidir. Məhkəmələr tərəfindən mübahisənin yaranma mexanizmi, ilkin konfliktin təşəbbüskarı, hadisənin inkişaf dinamikası və tərəflərin davranışının motivasiya əsasları müəyyən edilməmiş, bu xüsusatlara hüquqi qiymət verilməmişdir. Nəticədə sübutların qiymətləndirilməsi zamanı obyektivlik, hərtərəflilik və tamlıq prinsiplərinə riayət olunmamış, bu isə qəbul edilmiş məhkəmə aktlarının əsaslılığı və qanuniliyi barədə ciddi şübhələr doğurmuşdur. Belə yanaşma sübutların sərbəst qiymətləndirilməsi prinsipinin formal tətbiqi ilə kifayətlənildiyini, lakin həmin prinsipin mahiyyətindən irəli gələn əsaslandırma borcunun lazımi səviyyədə yerinə yetirilmədiyini göstərir.
30. Göründüyü kimi, Məhkum səbəbsiz hərəkət etməmiş, o cümlədən zərərçəkmiş şəxsi özü ilə mübahisəyə təhrik edib bundan bəhanə k imi istifadə etməmişdir.
31. Məhkum əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, onun zərərçəkmişə qarşı zor tətbiq etməsinə qədər etdiyi hərəkətlər, yəni dükana gedərək orada səs-küy salması, digər qanunsuz hərəkətləri zor tətbiqi ilə müşayiət olunmamışdır. Onun bu hərəkətlərində inzibati xəta tərkibi olmuşdur. Əməldə xuliqanlıq cinayətinin tərkibinin olması üçün vacib şərtlərdən biri hərəkətlərin şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmasıdır.
32. Toplanmış sübutların məcmusu göstərir ki, təqsirləndirilənin davranışı ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək məqsədindən deyil, konkret zərərçəkmiş şəxslə aralarında yaranm ış şəxsi münaqişə və zərərçəkmiş şəxsin ona qarşı zor tətbiqi fonunda formalaşmış qəzəb motivindən, yəni küçənin tinində Şahin və Hamletin qarşı-qarşıya gəlməsi, Şahinin Hamletin üzərinə cumaraq ona zor tətbiq etməsindən irəli gəlmişdir. Beləliklə, evdən bıçaq götürülməsi faktı özlüyündə əmələ xuliqanlıq niyyəti kimi hüquqi qiymət verilməsi üçün yetərli əsas yaratmır.
33. Yəni, Məhkum özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi vurması, niyyət və davranışının faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz "müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi qənaət əsassızdır və Məhkum evdən götürdüyü bıçaqla qəsdən 5 dəfə vuraraq sağlamlığına sol tərəfli he mopinef motoraksla və mədənin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərərvurmaya aid xəsarətlər yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz.
34. Mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməməsi əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilməsi zamanı nəzərə alınan mühüm yana şmalardan biridir. Hazırki cinayət işinin faktiki hallarından müəyyən edilir ki, Məhkum nisyə içki almaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus olmaqla həmin zaman satıcısının bacısı Şahid1 olan ərzaq mağazasına daxil olması, borclarının çox olması səbəbindən ona nisyə mal verilməməsi, bundan əsəbləşərək səs-küy salması, Zərərçəkmiş şəxs onu içəridən çıxarması Məhkum zor tətbiq etməsi əlaməti ilə müşayiət edilmədiyindən həmin hissədə hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Cinayət işinin materiallarından müəyyən edilir ki, bir qədər sonra Məhkum evdən bıçaq götürərək çıxması, Zeytun sovxozu, Məktəbli küçəsi, ev 24 ünvanının qarşısında Zərərçəkmiş şəxslə rastlaşması, sonuncunun onun üzərinə gəlib (Şahid2 ifadəsində qeyd etdiklərinə əsasən, onun üzə rinə cumması) onu vurmasından sonra davam edən mübahisə əsnasında zərərçəkmişin bıçaqlanması ilə tamamlanmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin qeyd edilən faktiki halları tədqiq edilərək qiymətləndirilməmiş, apellyasiya instansiya məhkəməsi isə hər hansı əlavə araşdırma aparmadan birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Kollegiya hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən hökm və qərarda təqsirləndirilən şəxsin “sərxoş vəziyyətdə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması və heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması” barədə nəticəyə gəlinmiş olsa da, b u nəticəni şərtləndirən faktiki halların və hüquqi meyarların konkret və əsaslandırılmış təhlili aparılmamışdır. Şəxsin sərxoş vəziyyətdə olması, eləcə də əvvəllər nisyə ərzaq aldığı mağazadan yenidən nisyə mal almaq istəməsi özlüyündə ictimai qaydanın kobud surətdə pozulması, açıq etinasızlıq nümayiş etdirilməsi və ya zor tətbiqi kimi hüquqi qiymətləndirilə bilməz və bu hallar mexaniki olaraq xuliqanlıq motivinin və ya ictimai qaydanın pozulmasının mövcudluğunu sübut etmir. Cinayəthüquqi qiymətləndirmə aparılarkən hadisənin başvermə mexanizmi, tərəflərin qarşılıqlı davranışının xarakteri, münaqişənin yaranma səbəbləri, eləcə də təqsirin forması və motivi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmalı, sübutlar məcmu halında qiymətləndirilməli və gəlinmiş nəticələr hökmün əsa slandırıcı hissəsində aydın və məntiqi şəkildə izah edilməlidir. Bu tələblərə əməl olunmaması maddi hüquq normalarının düzgün tətbiqinə və əməlin hüquqi tövsifinə dair nəticələrin əsaslılığına şübhə yaradır.
35. Bundan əlavə, birinci instansiya və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxsin əməlini xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif etsə də, eyni zamanda cəzanı fərdiləşdirərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə istinad edərək cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən sonra törədilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bu isə məhkəmənin hüquqi mövqeyində daxili ziddiyyətin mövcudluğunu göstərir. Belə ki, əgər hadisənin ilkin inkişaf edən mərhələsində zərərçəkmiş şəxsin qanunsuz davranışı münaqişənin yaranmasına səbəb olmuşdursa və bu hal cəzanı yüngülləşdirən amil kimi qəbul edilirsə, həmin xüsusatlar xuliqanlıq niyyətinin — yəni cəmiyyətə açıq hörmətsizlik və özünü ətrafdakılara qarşı qoyma motivinin — mövcudluğunun qiymətləndirilməsi zamanı da nəzərə alınmalı idi. Qərarın əsaslandırıcı hissəsində zərərçəkmişin qanunsuz hərəkətlərinə faktiki və hüquqi qiymət verilməməsi, eyni zamanda isə xuliqanlıq niyyətinin mövcudluğu barədə qəti nəticəyə gəlinməsi, təqsirin motiv və məqsəd elementlərinin ardıcıl və sistemli təhlil olunmadığını göstərir və nəticə etibarilə əməlin hüquqi tövsifinin əsaslılığına dair şübhə yaradır.
36. Qeyd olunan faktiki halları Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi və Ali Məhkəmənin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarınd a ifadə olunmuş “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi ilə müqayisə etdikdə, əslində Məhkum əməlində qeyd olunan əlamətin olmadığı və onun hərəkətlərinin həmin maddə ilə əsassız olaraq tövsif edildiyi müəyyən olunur.
37. Belə ki, Məhkum tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini yuxarıda açıqlayan hərəkətlərə, yəni bu motivlə özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol verilməsi müəyyən olunmur.
38. Göründüyü kimi, Məhkum ictimai qaydanı hansı şəkildə pozması, onun ictimai qaydanın kobud şəkildə pozulmasına dəlalət edən hərəkətlərinin nədə ifadə olunmas ı həm ona elan olunmuş ittihamda, həm də onun barəsində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarda əksini tapmamış və həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr yalnız CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlığın obyektiv cəhətinə aid olan əlamətləri sadalamaqla kifayətlənərək bu əlamətlərin hansı sübutlarla təsdiq olunmasını göstərməmiş və qeyd edilən halı təsdiq edən sübutlar əldə edilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün nəzərə alınmamışdır.
40. Beləliklə məhkəmə kollegiyası he sab edir ki, baş vermiş münaqişə zamanı məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq niyyətinin olmaması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri mövcuddur.
41. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışında tədqiq olunan Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.20 24-cü il tarixli 765 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla və mədənin zədələnməsi ilə müçayiət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd torokoabdominal deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Qeyd edilən xəsarətlər əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarətlər hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
42. Həmçinin Konstitusiy a Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün t əhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
43. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
44. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.
45. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
46. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
47. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.
48. Məhkəmə kollegiyası eyni zamanda müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində Məhkum əməlində CM-in 130.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu ilə bağı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər apellyasiya müraciətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq məhkumun əməlində zəruri müdafiə vəziyyətinin olması ağlabatan hesab edilməmişdir. Müdafiə tərəfindən məhkumun qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurma sı ittihamı qəbul edilməsə də, cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlində zəruri müdafiə vəziyyətinin mövcudluğunun istisna edilməsi barədə gəlinmiş nəticə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmu qiymətləndirilməsinə, hadisənin faktiki hallarının düzgün müəyyən edilməsinə və cinayət qanunvericiliyinin müvafiq normalarının adekvat şərhinə əsaslanmışdır. Belə ki, zəruri müdafiə institutunun tətbiqi üçün tələb olunan real və bilavasitə ictimai təhlükəli qəsdin mövcudluğu, həmin qəsdin qarşısının alınmasının zəruriliyi və müdafiə hədlərinin aşılmaması kimi obyektiv və subyektiv meyarlar apellyasiya instansiyası məhkəməsi tərəfindən ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə təhlil edilmiş, iş materialları ilə onların təsdiqini tapmadığı əsaslandırılmışdır. Bu baxımdan, kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini maddi və prosessual hüquq normalarının tələblərinə uyğun, məntiqi və əsaslandırılmış hesab edir.
49. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Qeyd edilən məhkəmə göstərilən mövqeyini əsaslandırm amış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir.
50. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyu l 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları).
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
52. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır.
53. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 54. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.
55. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəs inin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
56. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən halları (əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və əməlini qismən etiraf etməsini və hadisənin zərərçəkm iş şəxsin qanunsuz hərəkətlərindən sonra törədilməsi), əməlində cəzanı ağırlaşdıran halın olmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir.
57. Odur ki, Məhkum əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il müddətinə aza dlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır.
58. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli, 1(103)-1425/2025 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
59. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli, 1(103)-1425/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə isə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai araşdırma zamanı tutulmaqla həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2025-ci il tarixli, 1(103)-1425/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.