Məhkəmə qərarları › İş №1(102)-2922/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2922/2025

06.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2922/2025 06.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum – Məhkum iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilmə si, CM-in 221.1-ci maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 1(103)-1229/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2025-ci il 16 aprel tarixli 1(005)93/2025 nömrəli hökmü ilə (hakim H.Kamranov) Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Məhkum CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.202 4-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 7 ay 16 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq cəmi 01 il 03 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Məhkum vurulmuş zərərə görə 1853,96 manat və ödənilmiş 200 manat dövlət rüsumunun, cəmi 2053,96 manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 1(103)-1229/2025 nömrəli qərarı ilə (hakimlər E.Mehdiyev, M.Qarayeva və Z.Əhmədov) təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-93/2025 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, CM-in 127.2.3-cü maddəsi ilə Məhkum təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 7 (yeddi) ay 16 (on altı) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cə zasından çıxılmış, üzərində qəti olaraq 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 1(103)-1229/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ittiham irəli sürülmüşd ür ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Məhkum 30 avqust 2024-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında ictimai yer hesab edilən küçədə əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib xuliqanlıq niyyət i ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə yumruq zərbələri ilə vuraraq ona bədən xəsarətləri yetirib, sonra isə onun ayağından badalaq vurub yerə yıxaraq yerdə yumruq zərbələri ilə qəsdən döyərək Zərərçəkmiş şəxs sağ gicgah-təpə sümüyünün tikişinin travmatik aralanması və sağ gicgah nahiyyəsinin əzilmiş yarası ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır, sol yanaq nahiyyəsinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları və sağ yanaq nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, sağ yanaq nahiyəsinin sıyrığı, sifətin sol yarısının sıyrıql arı və sol almacıq nahiyyəsinin şişkinliyi halında əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə təqsirləndirilən şəxs Məhkum CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gələrək, ona həmin maddə ilə bəraət vermiş, təqsirləndirilən şəxsi CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum c əza təyin edərkən barışığın olmamasını, baş vermiş cinayət nəticəsində dəymiş zərərin ödənilmədiyini nəzərə almamışdır. Bundan başqa, hadisə cəmiyyətin gözü qarşısında baş versə də, CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmiş, bu hissədə zərərçəkmiş tərəfin şikayəti təmin edilməmişdir. Qeyd edilməlidir ki, Quliyev X2 Elnur Elman oğluna avtomobildə xəsarət yetirdikdən sonra o bununla kifayətlənməyərək öz hərəkətlərini davam etdirmiş, Zərərçəkmiş şəxs avtomobili tərk etsə də, sonradan onu ictimai yerdə cəmiyyətin gözü önündə vurmuş və qərəzli hərəkətlərinə davam etmişdir ki, bu hərəkətlər həmçinin CM-in 221.1-ci maddəsinin təsiri altına düşür. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 25 se ntyabr tarixli qərarının ləğv edilməsini, Məhkum CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilərək daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkuma əsassız olaraq CM-in 221.1-ci maddəsi ilə bəraət verildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən cəza təyini zamanı yanlışlığa y ol verildiyi, təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. C inayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının m üddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılm ış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd edilən normaların tələbləri baxımından kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək iş materiallarına əsasən müəyyən edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respu blikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə araşdırmaları cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlində CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələ n sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma əsassız olaraq CM-in 221.1-ci maddəsi ilə bəraət verilməsinə dair dəlillərini iş materialları ilə müqayisəli təhlil edib aşağıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, bu hissədə birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan son ra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamə tləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan gör ür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şərait indən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, icti mai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Odur ki, CM-in cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblə rinə əsasən şəxsi CM-in 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Hazırki cinayət işinin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı hərəkətləri, o cümlədən onun zərər çəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmasının motivi cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qa ydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin arvadı barədə nalayiq ifadələr işlətməsi səbəbindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ünvan 2 ünvanına çağırmasından, bundan sonra onların arasında mübahisə yaranması ilə əlaqədar şəxsi münasibətlərinin pozulmasından yaranan, hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtlənmiş, yəni cinayətkar hərəkətlərini törədərkən təqsirləndirilən şəxsin qəsdi birbaşa ictimai qaydanın qərəzli surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz qərəzli şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmələrdə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxsə istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq onun zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın qərəzli surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz qərəzli olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilən in “ictimai qaydanı qərəzli surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 106 ünvanında küçədə baş verməsi göstərilsə də, məhkəmə kollegiyası qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və bunu arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyy ətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Kassasiya məhkəmə kollegiyası müəyyən olunanlara əsasən qeyd edir ki, Məhkum niyyəti məhz ictimai qaydanı pozmağa, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmiş, sadəcə zərərçəkmiş şəxsin sağlamlığa zərər vurmaya yönəlmişdir. Beləliklə də kassasiya məhkəmə kollegiyası, cinayət işi üzrə toplanılmış və araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmi ş şəxsə həyat üçün təhlükəli olmayan az ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirsə də, xuliqanlıq cinayətini törətməmiş, eləcə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar məhkəməyə Məhkum CPM-in 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə bəraət verilməli olduğu barədə yekun nəticəyə gəlməyə imkan vermişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngül olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə də qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun ol malıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM- in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 399. 1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Kassatorun isnad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında l əğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli və cinayət işini yeni apellyasiya baxışına təyin etməlidir (ç ünki işi birinci instansiya məhkəməsinə göndərmədən məhkumun vəziyyətinin ağırlaşdırılmasının mümkünlüyünü nəzərdə tutan apellyasiya icraatından fərqli olaraq, cinayət prosessual qanunvericiliyinin müddəalarına əsasən kassasiya instansiyası məhkumun vəziyyətini ağırlaşdıra bilməz. Bu icraatda prokurorun protesti və yaxud zərər çəkmiş şəxsin şikayəti əsasında məhkumun vəziyyətini ağırlaşdıran motivlərlə məhkəmə qərarı ləğv oluna, iş isə yeni məhkəmə araşdırmasına göndərilə bilər). Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi maddə üzrə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və ailəli olması cəzanı yüngülləş dirən hal kimi qiymətləndirilmiş və məhkəmə Məhkum cəza təyin edərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələləri üzrə müəyyən etdiklərini CM-in 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla - cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmişdir. Qeyd edilməlidir ki, Məhkum təqsirli bilindiyi, CM-in 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Göründüyü kimi, Məhkum təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza nəzərdə tutulmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi (kassasiya şikayətində iddia olunanların əksinə olaraq) tərəflər arasında barışığın olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş həmin növ cəzanı dəyişdirmiş və ona təqsirli bilindiyi maddə ilə sanksiyada nəzərdə tutulmuş ən ağır növ cəza, yəni azadlıqdan məhrum etmə növündə cəzanı təyin etmiş, təqsirkarın şəxsiyyəti ilə bağlı məlumatlardan, cəzanı yüngülləşdirən haldan, cəzanı ağırlaşdıran halların olmamasından, eləcə də CM-in 58.1-ci maddəsinin tələbindən çıxış edən məhkəmə Məhkum daha artıq müddətə azadlıqdan məhrum edi lməsi üçün əsas tapmamışdır. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş cəza CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, həmin cəzanın təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Qeyd edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində ehtiva olun an Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasın olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il 25 sentyabr tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il 25 sentyabr tarixli 1(103)-1229/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar