Məhkəmə qərarları › İş №1(102)-2923/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2923/2025

22.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2923/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-503/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1971-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, x kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 19 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1 və 234.11-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 iyul 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı Təq sirləndirilən şəxs2 ilə birlikdə cinayət əlaqəsinə girərək istintaqla dəqiq müəyyən edilməyən tarixdə və telefon vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində, yol kənarındakı ağacın dibinə qoyulmuş 01 ədəd sellofan torbanın içərisində 03 ədəd kağız bükümlərdə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqli olan, təmiz çəkiləri 0,781 qram, 1,645 qram və 0,773 qram olmaqla ümumilikdə 3,199 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini birlikdə axtarıb həmin yerdən taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs2la öz aralarında bölərək satış məqsədi olmadan üzərində saxlayaraq Göyçay rayonuna daşımış, 24 y anvar 2023-cü il tarixdə, saat 09 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı tanışı Təqsirləndirilən şəxs2la birlikdə X kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilib Növbətçi Hissədə saat 09:10-da videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən birlikdə əldə etdikləri həmin 3,199 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin onun payına düşən hissəsi, yəni 01 ədəd kağız bükümdə olan 0,773 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət əlaqəsinə girərək 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Göyçay r ayonu Potu kəndi ərazisində digər tanışı olan, həmin kənd sakini X1 25 manatı yerində, 10 manatı isə sonra verəcəkləri ilə bağlı razılaşaraq qanunsuz olaraq şəxsi istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,186 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə 0,314 qram çəkidə narkotik vasitə heroini birlikdə alaraq əldə etdikdən sonra satış məqsədi olmadan birlikdə istifadə etmələri üçün tanışı Təqsirləndirilən şəxs1la birlikdə üzərlərində qanunsuz olaraq saxlayaraq daşımış, 27 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonun Çayarxı kəndi ərazisində yaşadığ ı evin qarşısında tanışı Təqsirləndirilən şəxs1la birlikdə saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilib Növbətçi Hissədə saat 23:30da videoçəkiliş vasitəsilə tanışı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən birlikdə əldə etdikləri həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan 0,186 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə olan 0,314 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-27/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılmaqla, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınım təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 (üç) gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələl ər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilinib məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihama bəraətverici əsasla xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 234.1.1-ci maddəsinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilib barəsində həbslə bağlı olmayan cəza təyin edilməklə ədalətli və qanuni hökm çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum qəsd etdiyi, lakin faktiki olaraq əldə edə bilmədiyi narkotik vasitənin ümumiyyətlə çəkisi müəyyən edilməmiş, bu səbəbdən əməlin cinayət tərkibi yaradıb-yaratma ması, habelə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmasının mümkünlüyü nə ittiham tərəfi, nə də məhkəmə tərəfindən mötəbər sübutlarla əsaslandırılmamışdır. İş materiallarından görünür ki, onun üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir və belə olan halda hansı əsaslarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunan əməli törətməkdə təqsirli hesab edilməsi aydın deyildir. O, Təqsirləndirilən şəxs1la razılığa gəlmiş olsa da, narkotik vasitəni əldə etməklə saxlamamış, narkotik vasitə faktiki olaraq üzərində aşkar edilmədiyindən əməlin müvafiq maddə ilə tövsif edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətində qeyd edilmişdir ki, əgər istintaq zamanı onun Təqsirləndirilən şəxs1la birlikdə cinayət əməlini törətməsi barəd ə qənaətə gəlinmişdirsə, bu halda iştirakçılıq institutuna dair cinayət qanunvericiliyinin tələblərinə uyğunluq ayrıca qiymətləndirilməli idi, lakin işin faktiki hallarına görə onunla digər şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya birgə icraçılıq anlayışı çərçivəsində cinayət əlaqəsinə girməsi müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə hökm çıxararkən Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.3-cü maddələrini əsas götürərək cinayətlərin təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzanı ağırlaşdıran hal kimi tətbiq etmiş, halbuki Təqsirləndirilən şəxs2la birlikdə yalnız xeyli miqdarda heroinin əldə edilməsi faktı müəyyən edilmişdir. Apellyasiya şikayətində, habelə azadlıqdan məhrum edilməsinin onun səhhətinə və ailəsinin həyat şəraitinə mənfi təs ir göstərdiyi, azadlıqda olduğu müddətdə narkotik vasitələrin istifadəsindən uzaq olduğu, himayəsində işləməyən arvadı və üç azyaşlı övladının olduğu, eləcə də onda işemik insultun qalıqlarının aşkar edildiyi və ambulator müalicəyə ehtiyac duyduğu göstərilmişdir.

9. Hökmdən həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi Əliyev Emil Namiq oğlu apellyasiya şikayəti verib, hökmün Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilməsi, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-503/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsin in 1(091)-27/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Məhkum kassasiya şikayətində apellyasiya şikayətində irəli sürdüyü dəlilləri təkrarlayaraq, barəsində olan cinayət işi üzrə obyektiv araşdırmanın aparılmasını, habelə ədalətli və qanuni qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ver ib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum kassasiya şikayətində törətdiyi əməlin hüquqi tövsifini, həmçinin ona təyin edilmiş cəzanı mübahisələndirməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)503/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

20. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, baxılan kassasiya şikayəti üzrə məhkum edilmiş şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi üzrə əməlinin düzgün tövsif olunmadığını iddia edir.

25. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum eyni əsas və dəlillərlə verdiyi apellyasiya şikayəti, eləcə də digər məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin apellyasiya şikayəti üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual ci nayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri özünün, eləcə də digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri bir-biri ilə uzlaşan ifadələri, videoçəkilişdən istifadə edilməklə hər üç məhkum edilmiş şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar, məhkəmə-kimyəvi, məhkəmə-tibbi ekspertizalarının rəyləri, digər istintaq və məhkəmə hərəkəti protokolları, maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

26. Müvafiq olaraq, birin ci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti cinayət işinin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

28. Məhkum cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməlin hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkuma təyin edilmiş cəzaya münasibətdə də apellyasiya instansiyası məhkəməsi əsaslı nəticəyə gəlmişdir.

29. Belə ki, Mə hkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli isə həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

30. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səc iyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən hallar olaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran hallar olaraq cinayətin təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində - 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasının ən aşağı həddində - 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin cəzaları tam toplamaqla, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

31. B irinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.

32. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərin ə xidmət edir.

33. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

34. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkə məsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-503/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-503/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar