Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2941/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 27 oktyabr 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 may 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər m əsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən 01 oktyabr 2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 04 oktyabr 2024-cü il tarixli müşayiətedici məktubu ilə 15 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 25 oktyabr 2024cü il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin qərarından Məhkum tərəfindən 20 iyul 2025ci il tarixdə verilmiş apellyasiya şikayəti və a pellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 22 iyul 2025-ci il tarixli müşayiətedici məktubu ilə 06 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməməsi barədə qərardan apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.
7. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdi r.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində hüquqi savadının olmaması səbəbindən apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü əsas gətirərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarının ləğv olunmasını, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş e dilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
13. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
14. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Lənkər an Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli hökmü Məhkum və müdafiəçisinin iştirakı ilə apellyasiya şikayəti vermək hüququ və qaydası da izah edilməklə elan edilmiş, hökmün surəti 01 noyabr 2023-cü il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 27 noyabr 2023-cü il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
15. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini və bunun üçün qanunvericiliklə müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti qanunvericilikdə nəzərdə tutulan 20 gün müddətdən 09 (doqquz) aydan çox vaxt keçdikdən sonra, 01 oktyabr 2024-cü il tarixdə vermişdir. Buna g örə də məhkum tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
16. Məhkum birinci instansiya məhkəməsinin həmin qərarından da apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 07 (yeddi) aydan çox ötürərək, 20 iyul 2025-ci il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Halbuki iş materiallarından göründüyü kimi, sözügedən qərarın surəti 06 noyabr 2024-cü il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Buna görə də onun təqdim etdiyi apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət Lənkəra n Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
17. Prosessual müddətin ötürülməsinə əsas olaraq hüquqi savadın olmaması bildirilsə də, bu səbəb vaxtında apellyasiya şikayəti ilə müraciət etmə imkanından məhrum edən əsas kimi qəbul edilə bilməz. Belə ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, məhkum cinayət təqibinin bütün mərhələlərində dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, hökm və onun və müdafiəçisinin iştirakı ilə və apellyasiya şikayəti vermək hüququ və qaydasının izah edilməsi ilə elan edilmiş, həmin izahın da əks olunduğu hökmün surəti məhkuma və müdafiəçisinə təqdim olunmuşdur. Apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatətin təmin edilməməsi barədə qərarda da apellyasiya şi kayəti vermək hüququ və qaydası aydın şəkildə izah edilmişdir.
18. Göründüyü kimi, baxılan kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilmiş hallar heç bir izah və sübuta əsaslanmayan mülahizələrdən ibarətdir, Məhkum apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdən kənar vaxtda verməsinə dair izahı isə iş materialları ilə təkzib edilir.
19. Təsvir edilənlərdən müəyyən olunur ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən, daha sonra apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsi barədə qərarından vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud deyil, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 19 avqust 2025-ci il tarixli və 06 oktyabr 2025-ci il tarixli qərarlarında göstərdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-619/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli hökmündən, eləcə də hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinin rədd edilməsi barədə 25 oktyabr 2024-cü il tarixli qərarını apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.
20. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, Məhkum verdiyi kassasiya şikayətində üzrlü səbəb olaraq göstərilən hallar heç bir yetərli izaha əsaslanmayan mülahizələrdən ibarət olmaqla, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul edilə bilməz.
21. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağ lı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır.
22. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüq uquna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
23. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini də nəzərə alır.
24. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CP M-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-746/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.