Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2947/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri ünvan 1 ünvanda yaşamış, həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası əra zisində tutularaq Rusiya Federasiyası Soçi şəhəri Adler Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli, 1(106)-609/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(032)-34/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim: A.Z.Məmmədli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarı ilə, (hakimlər: C.R.Sultanov (sədrlik edən), E.İ.Xasməmmədov və P.V.Hacıyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarından məhkum tərəfindən kassasi ya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, Mahir Mirzəyev küçəsindəki el qəbiristanlığında yerləşən sonuncunun ailə üzvlərinin qəbirləri olan yeri dəmir barmaqlıqlarla hasarlayacağı barədə yalan vəd verib, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2023-cü ilin fevral ayında Rusiya Federasiyasından “Zolotoy Korona” vasitəsi ilə 500 manat və 300 manat olmaqla ümumilikdə 800 manat pulu cinayətdən xəbəri olmayan arvadı X2 adına göndərtdirməklə Şirvan şəhəri, X11 prospekti 1 saylı ünvanda yerləşən X14 Filialında ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğ ində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun fərdi yaşayış evinin həyətyanı sahəsində təmir-tikinti işləri aparmaq barədə yalan vəd verib, ondan 2023cü ilin fevral ayında ünvan 5 ünvanda 1500 manat pulu əlbəəl alıb, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 mərhum atası X5 Hacıqabul rayonu Rəncbər kəndindəki el qəbiristanlığında yerləşə n qəbir daşını düzəltmək barədə yalan vəd verib, ondan 2023-cü ilin may ayında cinayətdən xəbəri olmayan qardaşı Şahid vasitəsi ilə Şirvan şəhərində vahid niyyətlə əhatə olunmuş qəsdlə 1500 manat pulu əlbəəl almaqla və mərhum anası X6 Hacıqabul rayonu Rəncbər kəndindəki el qəbiristanlığında yerləşən qəbir daşını təzələmək barədə yalan vəd verib, 2023-cü ilin may ayında mərhum X6 400 manat dəyərində qəbir daşını satmaq adı ilə yerindən söküb aparmaqla verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs4 mərhum atası X8 və mərhum anası X 3 Şirvan şəhəri, Mahir Mirzəyev küçəsindəki el qəbiristanlığında yerləşən qəbir daşlarını düzəltmək barədə yalan vəd verib, ondan 02 sentyabr 2023-cü il tarixdə Şirvan şəhəri, T.İsmayılov küçəsində 1500 manat pulu əlbəəl alaraq, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə irəli sürülmüş ittihamın bir hissəsi sübuta yetirilmədiyi və həmin hissədə əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda o, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkum kassasiya müraciətində göstərir ki, özünü ittihamın yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq epizodları üzrə qismən təqsirli bilir, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 aid epizodlar üzrə isə hər hansı dələduzluq əməli törətmədiyini bildirir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarının Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 aid epizodlar üzrə ləğv edilməsini cinayət işinə həmin hissədə bəraətverici əsaslarla xitam verilməsini, habelə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudların ı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 aid epizodlar üzrə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq təqsirli bilindiyini, habelə əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın qeyd olunan epizodlar hissəsində ləğv edilməsi, cinayət işinə həmin hissədə bəraətverici əsaslarla xitam verilməsi və cəzanın yüngülləşdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının k assasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o, özünü ittihamın yalnız zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq epizodları üzrə qismən təqsirli bilir, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 aid epizodlar üzrə isə hər hansı dələduzluq əməli törətmədiyi ni, həmin hissədə cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi və əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddia ilə çıxış edərək, həmin hissədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş təkrar olaraq dələduzluq cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş (qeyd olunan epizodlar üzrə cinayət təqibini istisna edən halların olmasına, həmçinin əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına baxmayaraq təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddia) və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının mü əyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi yekun qənaətini birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş sübutlardan, o cümlədən birinci instansiya məhkəməsində məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələridən, üzləşdirmə protokollarından və digər istintaq materiallarından ha sil etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hal – himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 maddi ziyanı ödəməklə dəymiş ziyanın qismən ödənilməsi, cəzanın ağır laşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətə (aşağı həddinə yaxın həddə) azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Kollegiya onu da nəzərə alır ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya aktı tətbiq edilmiş və o, təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur (Zərərçəkmiş şəxs3 maddi ziyanı ödəməsinə münasibətdə). Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kass asiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli, 1(106)-609/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2025-ci il tarixli, 1(106)-609/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2947/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2947/2025
10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver