Məhkəmə qərarları › İş №1(102)-2954/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2954/2025

22.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2954/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-428/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassa siya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq X yerləşən ünvansız fərdi evdə yaşamışdır.

2. Gəncə Şəhər Məhkəməsinin 1(125)-374/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı cəmi 02 (iki) ay 15 (on beş) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 05 (beş) ay müddət təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 07 (y eddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı təqsirləndirilən şəxs Məhkum aid hissədə apellyasiya protesti verib, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmaqla hökmün dəyişdirilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-105/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 1(125)-374/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə cəza təyini hissəsində dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının ağırlaşdırılması və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı cəmi 02 (iki) ay 15 (on beş) gün müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2025-ci il tarixdən hesablanması, hökmün qalan hissədə apel lyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-105/2025 nömrəli, 2025-ci il 31 yanvar tarixli qərarı ilə yekun qərarda olan anlaşılmazlıq aradan qaldırılmış, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının ağırlaşdırılaraq ona 03 (üç) il müddətə azadlıdan məhrum etmə cəzası təyin edilməsi kimi oxunması qərara alınmışdır.

7. Həmin qərardan Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu kassasiya şikayəti verib, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1310/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qərarı ilə müdafiəçi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti qism ən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-105/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərarının Məhkum aid hissədə qismən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-105/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarının isə tam ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-428/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 1(125)-374/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məh rum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla yeni qərarla təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində, ev dustaqlığında olduğu 02 (iki) ay 11 (on bir) gün müddətin, habelə Gəncə Şəhər Məhkəməsinin 1(125)-34/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli hökmü ilə tə yin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan hissəsi 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətin azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 07 (yeddi) ay 10 (on) gün, habelə onun həbsdə olduğu 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddət, cəmi 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətin təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellya siya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.

11. Cinayət işinə kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.

13. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.

14. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və təqdim edilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-428/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılm alı və kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-428/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar