Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2973/2025 27.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunun Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Sabirabad rayo nunun Azadkənd kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 1(103)-1518/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 30 may tarixli 1(101)-308/2025 nömrəli hökmü ilə (hakimlər V.Quliyev (sədrlik edən), E.Rüstəmov və A.Əliyeva) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci m addəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməsi, CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 1(103)-1518/2025 nömrəli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən), Ə.Q.Ələkbərov və İ.A.İbrahimli) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 30 may tarixli 1(101)-308/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin faktiki halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 30 may tarixli 1(101)-308/2025 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 1(103)-1518/2025 nömrəli qərarında ətraflı təsvir edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 1(103)1518/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti, digər müdafiəçisi Müdaf iəçi1 tərəfindən isə kassasiya şikayətinə əlavə verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. İşə kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum yazılı ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 2025-ci il 29 oktyabr tarixli qərarından müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun vəsatəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli qərarından məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum vəsatəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 1(103)1518/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2973/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2973/2025
27.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver