Məhkəmə qərarları › İş №1(102)-2981/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2981/2025

03.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2981/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxx 1964-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli, 1(103)-839/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 1(101)-858/2025 nömrəli hökmü ilə (hakim: A.H.Əliyeva (sədrlik edən) E.İ.Rüstəmov və V.E.Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum və müdafiəçisi Bayramov Orxan Nizami oğlu tərəfindən ay rı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli qərarı ilə (hakimlər: M.C.Qarayeva (sədrlik edən) E.Ə.Mehdiyev və Z.V.Əhmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum övladı Şahid1 usta kimi işlədiyi ünvan 2 ünvanda “Əhmədli” avtoservisə 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində gəldikdə həmin avtoservisdə usta işləyən Zərərçəkmiş şəxs təmir etdiyi avtomobil ilə onun yanından sürətlə keçmə sinə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər deməsini eşidib və görən oğlu Şahid1 əlində olan taxta dəstəkli bıçaqla hadisəyə müdaxilə edərkən Məhkum həmin dəstəyi qəhvəyi rəngli taxtadan 129 mm uzunluqda, tiyəsi 121 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını oğlu Şahid1 əlindən alaraq həmin bıçaqla Zərərçəkmiş şəxs döş nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qanunsuz yolla əldə edilmiş sübutlara, xüsusilə də zərərçəkmiş şəxsin qərəzli və etibarsız ifadələrinə əsaslanaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Şikayət müəllifi iddia edir ki, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasının məhz onun tərəfindən törədilməsi iş üzrə mövcud olan ziddiyyətli sübutlara əsasən müəyyən edilmiş, lakin həmin ziddiyyətlər məhkəmələr tərəfindən aradan qaldırılmamış və sübutlara obyektiv hüquqi qiymət verilməmişdir. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli qərarını dəyişdirərək, onun əməlini CM-nin 130.1 -ci maddəsinə tövsif edilməsini və onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin qəsdən sağlamlığa ağır zərər vurma kimi – Cinayət Məcəlləsininin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzə rdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə müm kün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum kassasiya şikayətindən görünür ki, o, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs ittihamda qeyd olunan sağlamlığa ağır zərər vurmadığını, əksinə özünü zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərindən müdafiə etdiyini (CM 130), əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edir. Məhkum törətdiyi (sadə tərkibi Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş) qəsdən sağlamlığa ağır zərər vurma cinayəti, qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın öz hərəkətlərinin ictimai-təhlükəli xarakterini dərk etməklə yanaş ı zərərçəkmiş şəxsə ağır xəsarət yetirməyi arzu etməsini (CM-in 25.2-ci maddəsində təsvir edilən birbaşa qəsd) və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, bununla belə həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməsini (CM-in 25.3-cü maddəsində təsvir edilən dolayı qəsd) ehtiva edir. Hazırkı iş üzrə şərh edilən məsələ ilə bağlı məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Məhkum oğlu Şahid1 usta kimi işlədiyi avtoservisə gəldikdə həmin servisdə usta işləyən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Məhkum soyuq silah hesab edilməyən mətbəx bıçağını oğlu Şahid1 əlindən alaraq həmin bıçaqla Zərərçəkmiş şəxs döş nahiyəsinə bir dəfə zərbə vurmuş, nəticədə zərərçəkmişə döş qəfəsinin dax ilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədə və diafraqmanın zədələnməsi, hemotoraks ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkum elan olunmuş ittiham üzrə həmin cinayət əməlini törətməsi iş üzrə araşdırılmış sübutlarla, o cümlədən məhkumun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunmuşdur. Belə ki, Məhkum öz ifadəsində göstərmişdir ki, Vüqar onun üzərinə doğru qaçaraq gəldiyi üçün o, bıçaqla Vüqarı bir dəfə qarın nahiyəsindən vurmuş, bundan sonra onu yumruqlayan Bəhruzun üzərinə getmiş, Bəhruz isə qaçaraq servisi tərk etmişdir. Sonradan Vüqar yenidən onun yanına gəlib yarasını göstərdikdə Məhkum on a “gəl səni xəstəxanaya aparım” demiş, lakin Vüqar bundan imtina etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı xəsarətin dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olması isə iş materiallarında olan 31 avqust 2024-cü il tarixli, 960 saylı məhkəmə-tibbi ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Hökmdə bu və digər sübutlar təsvir edilib ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, kassasiya şikayətində isə məhkəmələrin yuxarıda şərh olunan məsələlər üzrə çıxardıqları nəticələri təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Məhkum kassasiya şikayətində onun əməlində zəruri müdafiə həddinin aşması halının mövcud olması və bu səbəbdən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə tövsif edilməli olması barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə və Cinayət Məcəlləsinin müddəalarına görə zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən qanunla qorunan hüquq və mənafelərin qəsd edənə zərər vurmaq yolu ilə müdafiə olunması başa düşülür. Zəruri müdafiə vəziyyətinin mövcud hesab olunması üçün real və mövcud ictimai təhlükəli qəsdin olması, həmin qəsdin artıq başlaması və ya bilavasitə başlama təhlükəsi yaratması, habelə müdafiə hərəkətlərinin məhz bu qəsdin qarşısının alınmasına yönəlməsi zəruridir. Cinayət Məcəlləsinin 130.1-ci maddəsi isə yalnız belə bir vəziyyətdə — yəni real zəruri müdafiə şəraitinin mövcud olduğu halda, həmin müdafiə hədlərinin aşılması nəticəsində qəsdən sağlamlığa ağır zərər vurulduqda tətbiq edilə bilər. Bu halda cinayətin obyektiv tərəfi zəruri müdafiə həddinin aşılması, belə şəraitdə sağlamlığa ağır zərər vurulması və həmin hərəkətlə vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu ilə xarakterizə olunur. Lakin iş üzrə müəyyən edilmiş faktiki hallar və tədqiq edilmiş sübutlar müdafiə tərəfinin istinad etdiyi zəruri müdafiə vəziyyətinin mövcudluğunu təsdiq etmir. Belə ki, Məhkum oğlu Şahid1 işlədiyi ünvan 3 ünvanında yerləşən “Əh mədli” avtoservisə olduğu müddətdə həmin servisdə usta işləyən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq sözlər deməsini eşidən Şahid1 əlində olan bıçaqla hadisəyə müdaxilə etmək istədikdə, Məhkum həmin bıçağı onun əlindən alaraq zərərçəkmişin döş nahiyəsinə bir dəfə zərbə vurmuş, nəticədə Zərərçəkmiş şəxs döş qəfəsinə daxilə nüfuz edən, mədə və diafraqmanın zədələnməsi, hemotoraksla müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır xəsarət yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən olunmuş bu hallar, hadisənin baş vermə şəraiti və tərəflərin hərəkətlərinin xarakteri məhkumun hərəkətlərinə qarşı yönəlmiş real və bilavasitə ictimai təhlükəli qəsdin mövcudluğunu təsdiq etmir. Eyni zamanda müəyyən ed ilmiş faktiki hallar məhkumun hərəkətlərinin zəruri müdafiə şəraitində törədilməsi və ya belə müdafiə həddinin aşılması kimi qiymətləndirilməsini şərtləndirmir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində istinad edilmiş onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM-in 59.1.10-cu və 59.1.12 maddələri) kimi onun cəzasını yüngülləşdirən hallar, eyni zamanda cəzanı ağırlaşdıran halın olmaması, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum törətmiş olduğu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyas ı məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X1 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli, 1(103)-839/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2025-ci il tarixli, 1(103)-839/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar