Məhkəmə qərarları › İş №1(102)-2982/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2982/2025

05.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2982/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X7 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət iş i üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2025-ci il tarixli, 1(105)-463/2025 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X13 xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Bəraət almış şəxs X8 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Qobu qəsəbəs i ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq 40 manat pul müqabilində külli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,078 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və Abşeron rayonu, Qobu qəsəbəsində daşımış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, Qara Qarayev küçəsində saxlanılaraq, Abşeron rayon polis idarəsinin X25 gətirilmiş, orada həmin gün saat 13:40-dan saat 14:09-dək xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə çəkisi 2,078 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edərək götürülmüşdür.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X9 və X3 ibarət məhkəmə tərkibində) 30 aprel 2025-ci il tarixli, 1(124)-19/2025 nömrəli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, X13 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməsi, X8 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah olunması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkə mə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və X11 CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona təklif etdiyi həddə cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət məhkəmə tərkibində) 26 avqust 2025-ci il tarixli, 1(105)-463/2025 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-19/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Ap ellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq İlkin Mehdiyevə CM-in 234.1-1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.

8. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2025-ci il tarixli, 1(105)-463/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş e dilmişdir.

9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

10. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddə si belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X13 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2025-ci il tarixli, 1(105)-463/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

18. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

19. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X6 13 iyun 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq 40 manat pul müqabilində külli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 2,07 8 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlaması və Abşeron rayonu, Qobu qəsəbəsində daşımış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, Qara Qarayev küçəsində saxlanılaraq, Abşeron rayon polis idarəsinin X25 gətirilməsi, orada həmin gün saat 13:40-dan saat 14:09-dək xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə çəkisi 2,078 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edərək götürülməsi cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X6 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və şəxsin müdafiə hüququ pozulmaqla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X8 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı olmuşdur.

21. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.

22. Belə ki, bəraət almış şəxs X13 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, səhər saat 11 radələrində işə gedirmiş. Getdiyi yolda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə aparmışlar. Üzərinə baxış zamanı üzərindən heç bir şey çıxmamışdır. Əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Ona təzyiq olunmuş və nəticədə ayağı sınmışdır. Eyni zamanda şillə və təpik vurmuşlar və bununla bağlı araşdırma getməmişdir. Heç bir yerə şikayət etməmişdir. X27i işə gedən zaman saxlamışdır. Onu saxlayanlar içərisində Xətai və Cavid adlı şəxslər olmuşdur. Digərlərini tanımamışdır. Onu döyənləri ancaq üzdən tanıya bilər. İstintaq təcridxanası onu qəbul edən zaman xəsarətlərini qeydiyyata almışdır. Döymə faktı ilə bağlı prokrorluqda araşdırma aparılıb-aparılmaması barədə məlumatı yoxdur. İlk dəfə sanksiyaya çıxarılan zaman xəsarətlərini deməmişdir. Çünki onu atası və qa rdaşı ilə hədələmişlər. Soruşulan zaman xəsarətlərinin evdə olduğunu demişdir. Xəsarətlərini hədə-qorxu gəldiklərinə görə məhkəmədə də deyə bilməmişdir. Polislər həmin narkotik vasitəni boynuna götürməsi üçün onu döymüşlər. Tutulan zaman və ondan bir az əvvəlki dövrdə narkotik vasitələrdən istifadə etməmişdir. Eyni zamanda müalicə də almışdır. Onların evi ilə saxlanıldığı yer arasında 200-300 metrlik məsafə olmuşdur. Onu iki saylı məktəbin arxasında saxlamışlar. Küçənin adını xatırlamamışdır. Saxlanıldığı yer iki nömrəli məktəblə qəbristanlıq arasındadır. O, hər hansı bir xəstəxanaya xəsarətlərlə bağlı müraciət etməmişdir. Onu özləri gecə saatlarında aparmışlar. Onu tək saxlamışlar. Onu X25 gətirmişlər. Qobu Polisinə başqa şəxslərin gətirilməsinə şahid olmuşdur. Adı çəkilən şəxsləri də ora ya gətirmişlər. Onu başqabaşqa avtomobillərdə gətirmişlər. Onların polis bölməsinə gətirilməsini görmüşdür. Hər iki şəxsi həm avtomobildən düşəndə, həm də polis bölməsində görmüşdür. Onu tək gətirmişlər. Digər iki qardaşı isə eyni avtomobildə gətirmişlər. İki avtomobil gəlmişdir. Yeddi nəfər olmuşlar. Birinci onu saxlamışlar. Üstündən bir müddət keçəndən sonra iki qardaşı saxlamışlar. O qardaşları görəndə saat on ikiyə işləmişdir. Onun tutulduğu yerlə bölmə arasında iki və ya üç dəqiqəlik məsafə olmuşdur. O, evdən çıxan günü evdə atası olmuşdur. Eyni zamanda qardaşının yoldaşı da evdə olmuşdur. Həmin vaxt anası işdə olmuşdur. Aldığı xəsarətlərlə bağlı prokurorluqda araşdırma aparılmamışdır. X21 Yerinə aparmışlar. Daha sonra onu xəstəxanaya aparmışlar. Ondan sonra Kürdəxanaya aparmışlar. O, tutulan vaxt üzərində işlək vəziyyətdə olan elektron nəzarət vasitəsi olmuşdur. Ona nəzarəti Abşeron Probasiya etmişdir. Sumqayıt şəhərindən başqa hər bir yerə gedə bilmək icazəsi olmuşdur. Tutulanda Qobu kəndində olmuşdur. O, heç bir pozuntu etməmişdir. Hər iki elektron nəzarət vasitəsi üzərində olmuşdur. Hər iki elektron nəzarət vasitəsi də işlək olmuşdur. Tutulduğu zaman üzərindən götürülmüşdür. Həmin gün ikisi də üzərində olmuşdur. Yeddi nəfər əməliyyatçı onu bölməyə aparmışlar. Bir kiloqram narkotiki onun qarşısına qoymuşlar. O həmin narkotiki boyununa götürməmişdir. Əllərindəki qandalla onun başına vurmuşlar. Başı yarılmışdır. O, ayılandan sonra ayaqlarının şiş olduğunu görmüşdür. Ayaqlarının elə vəziyyətə düşməsinin səbəbini soruşmuşdur. Ona ayaqlarının əzildiyini demişlər. Yerim ək istəmişdir. Yeriyə bilmədiyini görmüşdür. İşgəncə ilə ayağa qaldırmışlar. X17 aparmışlar. Sənədlərini atası məhkəməyə təqdim etməli olmuşdur. Həkim yanına apardıqdan sonra həkim əməliyyat olunmalı olduğunu bildirmişdir. Həkimə “əməliyyat etməyin və onun əvəzinə gips edin” demişlər. MSY-yə onu qollarında təhvil vermişlər. Ondan sonra da Bakı İstintaq Təcridxanasına aparmışlar. O, ayağına nə olduğunu xatırlamamışdır. Onu dubinka ilə vurmuşlar. O, tutulan zaman elektron nəzarət vasitəsi üzərində olsa da, normal işləməmişdir. Sərbəst ifadəsini məhkəməyə verəndə səmimi olmuşdur. Polis İdarəsində olanda tanışlarından kimsə yanında olmamışdır. Şahid7 dəhlizdə görmüşdür. O, qaçmağa çalışmamışdır. Onunla danışmışdır. X22 dəhlizdə şəxsi görmüş və ona yaxınlaşmamışdır. Onu ailəsi ilə bağlı hədələd ikləri üçün etiraf ifadəsi vermişdir. O, özünü pəncərədən atmamışdır. Uşaqlar özləri onu qucaqlarında MSY-yə aparmışlar. MSY-də olan Ceyhun ondan nə olduğunu soruşduqda. Ona “məni öldürdüklərini və səsimin aləmi bürüdüyünü” demişdir. Onu stulla vurmuşlar. Onun qolu bağlı olmuşdur. On nəfərin içərisində özünü atması mümkün deyil. Onu ikinci dəfə ekspertizaya göndərdiklərində ekspertdən özünə münasibətdə əvvəlki rəyi necə verdiyini soruşmuşdur. Ekspert ona əvvəlki rəylə bağlı sənədlərin itdiyini demişdir. Hakimin həmin sənədlərin istədiyini bildirmişdir. Orada olanda döyülmüşdür. İki kiloqram narkotiki qarşısına qoyaraq ona “bu sənindir” demişlər. Onlardan “nə üçün bu narkotiki götürməliyəm” deyə soruşmuşdur. Ceyhun da həmin vaxt gül ağacının böyründə dayanmışdır. Daha sonra onu otağa salara q yenidən döymüşlər.

23. X13 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 il olarki, narkotik vasitə hesab olunan heroindən istifadə elmişdir. 13 iyun 2023-cü il tarixdə təxminən saat 11 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yoluna gəlmiş, orada tanımadığı bir şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan heroin lazım olduğunu demişdir. Həmin şəxsdə onda narkotik vasitə hesab olunan heroinin olduğunu və bir bükümünü 40 manata satdığım demişdir. Bundan sonra o, həmin şəxsə 40 manat pul verib ondan l bükümdə narkotik vasitə hesab olunan heroini alaraq əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, oradan yaşadığı küçəyə gəlmişdir. Orada yaşadığı Q.Qarayev küçəsi ilə hərəkət edərkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları kimi təqdim edərək Abşeron rayon polis idarəsinin X25 dəvət etmişər. İşin nə yerdə olduğunu bildiyi üçün üzərində olan 1 büküm narkotik vasitə hesab olunan heroini kənara ata bilməmişdir. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gələrək orada polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Rüstəm Atakişiyev tərəfindən üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, müdafiəçi ilə təmin olunmuşdur. Bu zaman polis əməkd aşları onda üzərində hər hansı bir qadağan olunmuş əşya və predmetin olub-olmamasını soruşanda o da əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 büküm aldığı heroini çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisində baxılmış sonra isə öz bükmünə bükülərək zərfin içərisinə qoyularaq ağzı bağlanmış və möhürlənmişdir. Daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmışdır. O, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin narkotik vasitəni o, 13 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən təsadüfən 40 manata almışdır. Həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. Abşero n rayonu, Qobu qəsəbəsində yerləşən Qobu-Lökbatan yolunun yanında bir nəfər şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan heroin lazım olduğunu demişdir. Bundan sonra həmin şəxsdə o, bir büküm narkotik vasitə hesab olunan heroin gətirmiş, o da həmin şəxsə 40 manat pul verib almışdır.

24. X8 elan edilmiş ittiham işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübuta yetirilməmiş hesab edilmişdir.

25. Bundan əlavə, məhkəmələrin X6 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsir ləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.

26. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırm alıdır.

27. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X6 ifadələrini qarşılıqlı təhlil edərək onun cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermədiyində n, bu sübutların şübhəli və ziddiyyətli olması, ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən iş üzrə əsas sübut olan X6 üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitə heroinin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

29. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “məhkəmələrin şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri, şəxsin ifadəsini əsas götürmələri” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəm əsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir.

30. Belə ki, məhkəmələr belə qənaətə gəlmişlər ki, ittiham tərəfinin İlkin Mehdiyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyəti etibarilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil. Ona görə də bu sübutlar mənbəyi etibarilə mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz.

31. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni İlkin Mehdiyevin CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlil in olmadığını nəzərə alaraq hesab etmişdir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır, İlkin Mehdiyevin üzərindən aşkar olunub götürülmüş narkotik vasitənin ona məxsus olmasına dair kifayət qədər mötəbər sübutlar olmadığından onun bu əməli qanunla nəzərdə tutulan qaydada sübuta yetmir.

32. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.

33. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görü nür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.

34. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

35. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icra atının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).

36. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

37. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedik də, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

38. X13 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.

39. Qeyd olunanlar dövlət ittihamçısı nın kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2025-ci il tarixli, 1(105)-463/2025 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda q eyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2025-ci il tarixli, 1(105)-463/2025 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar