Məhkəmə qərarları › İş №1(102)-3/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3/2025

08.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və X1 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noy abr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 28 iyul 2023-cü il tarixli, 1(101)-98/2023 nömrəli hökmü ilə, xx xxx 1983-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsili, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri və "xxxx" MMC-nin direktoru vəzifələrində işləmiş, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, M.Aranlı küçəsi ev 13-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Qəsr döngəsi ev 40, mənzil 8də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-in) 178.3.1, 29,178.3.1, 308.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,3181.2.2, 29,318-1.2.3, 320.1 və 320.2ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.3.1 və 29,178.3.1-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,318-1.2.2 və 29,318-1.2.3-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəz aları ayrıayrılıqda qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 43.1.1-ci maddəsinə əsasən Məhkum barəsində CM-in 32.4,312.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Məhkum CM-in 313, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, barəsində CM-in 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Hökmlə həm çinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: İş üzrə məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Qədim Babayev) 28 noyabr 2023-cü il tarixli 1(103)-1879/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 1(101)-98/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanı lmış, apellyasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Dövlət ittihamçısı, Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı Məhkum aid hissədə ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum münasibətdə əsassız və qanunsuzdur. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir olunmaması ilə çıxarıldığı üçün ləğv edilməli və onun əməlində cinayət tərkibi olmadığı üçün barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq nəticəyə gəlmişdir ki, Məhkum ittihamında göstərilən işin halları sübut olunmuşdur. Cinayət işinin materiallarında Məhkum mütəşəkkil cinayətkar dəstənin tərkibinə daxil olması və ya mütəşəkkil cinayətkar dəstənin üzvü kimi hər hansı bir cinayət əməli törətməsi barədə heç bir sübut yoxdur. Məhkəmə baxışı zamanı məhkəmələr əsassız olaraq şahidləri zərərçəkmiş şəxs qismində tanımışlar. Belə ki, şahidlər onlara heç bir ziyan vurmadığını bildirmişlər. Məhkumla Zərərçəkmiş şəxs1 arasında işin materiallarında olan müqavilədən görünür ki, o həmin pulu və digər ödənişləri vəzifəli şəxs kimi tamah niyyəti güdmədən onun övladlarının Litva Respublikasında təhsil almalarını təşkil etməsi, onlara bilet alınması və sair xərclər üçün almışdır. Məhkəmədə şahid qismində ifadə verən Zərərçəkmiş şəxs1 istintaq zamanı onun adından müstəntiq tərəfindən yazılmış ifadəni təsdiq etməyərək bildirdi ki, o pulu Sərdara aralarında bağlanmış müqaviləyə uyğun olaraq vermiş, ona əlavə pul verməmişdir, ondan heç bir narazılığı yoxdur. O həmçinin Sərdarın rəhbəri olduğu “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində rəsmi olaraq işləmədiyi halda ona belə bir arayışı verməsinə də aydınlıq gətirərək bildirdi ki, bu arayışı Sərda r ona özünə və uşaqlarına viza verilməsindən imtina edilməməsi üçün özünün xahişi ilə təmənnasız olaraq 2014-cü ildə vermişdir. Bununla da Məhkum əməlində həmçinin CM-in 308.1-ci maddəsinin tərkibinin olmaması da sübuta yetirilmiş olur. Belə ki, Məhkum qeyd olunan arayışı nə tamah niyyəti, nə də sair marağı üzündən vermədiyi sübuta yetirilmişdir. Digər epizodlarda da, heç bir əsas olmadan, habelə Məhkum tərəfindən verilməsi heç bir mötəbər sübutla təsdiq olunmayan, eyni zamanda saxtalaşdırılması ehtimal olunan arayışların əsli işin materiallarında olmadan məhkəmə əsassız olaraq belə bir səhv nəticəyə gəlmişdir ki, həmin mötəbərliyi şübhə doğuran arayışları Məhkum mütəşəkkil dəstənin üzvü kimi hazırlayıb vermişdir. Halbuki yuxarıda qeyd etdiyim kimi, Məhkum hansı mütəşəkkil dəstənin üzvü ol ması və bu mütəşəkkil dəstənin hansı üzvləri ilə birlikdə kimlərin əmlakını dələduzluq yolu ilə ələ keçirməsi nə istintaq zamanı, nə də məhkəmə baxışında müəyyən edilməmişdir. Əgər belə bir hal olmuş olsaydı, onda həm istintaq orqanı, həm də məhkəmə Məhkum da daxil olduğu “möhkəm cinayətkar qrup”un – mütəşəkkil dəstənin kimlərdən təşkil olunmasını müəyyən etməklə dəstənin başçısını və üzvlərini dəqiqləşdirməklə onların dəstədəki rollarını da müəyyənləşdirərək həmin şəxslərin hər birinə dəstədəki roluna görə cinayət yolu ilə əldə edilən mənfətdən düşən payı da müəyyən etməli idi. İşin materiallarında, habelə hökmdə belə bir əsaslandırma yoxdur, məhkəmə yalnız ittiham aktında yazılan mülahizələrə əsaslanaraq qeyd olunan cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi nəticəsinə gəlmişdi r. Bununla da məhkəmə Konstitusiya Məhkəməsinin cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsi ilə bağlı qəbul etdiyi qərara zidd olan nəticəyə gəlmişdir. İş materiallarında olan sübutlarla Məhkum atasına məxsus üzərinə həbs qoyulmuş mənzil cinayət yolu ilə və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə etməsi təsdiq edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, üzərinə həbs qoyulmuş həmin əmlak Məhkum atası X3 tərəfindən 07 aprel 2015-ci il tarixdə əldə edilmişdir və hazırda da sonuncunun mülkiyyətindədir. Bundan başqa, Məhkum təsis etdiyi “GEMİ” ictimai birliyinin və "xxxx" MMC-nin verilən ittihamla heç bir əlaqəsi olmamasının sübuta yetirilməsinə, fəliyyətində heç bir maliyyə-vergi pozuntusunun aşkar olunmamasına baxmayaraq məhkəmə tərəfindən hər b iri 200.000 manat məbləğində cərimə olunmaqla fəaliyyətlərinə də qanunsuz olaraq xitam verilmişdir ki, bununla heç cür razılaşmaq olmaz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilməlidir. Yuxarıda qeyd etdiyim kimi, məhkəmə baxışlarında dindirilmiş şahidlərin (sonradan qanunsuz olaraq zərərçəkmiş şəxs kimi tanınaların) heç biri Məhkum tərəfindən aldadılmalarını bildirməsələr də, məhkəmə onların bəzilərinin istintaq zamanı adlarından yazılan ifadələrini məhkəmə baxışında təsdiq etməyərək, belə bir ifadə vermədiklərini, müstəntiqin onları aldadaraq ifadələrini oxumadan onlara imzalatdıqlarını b ildirmişlər. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bu ifadələri nə üçün mötəbər sübut kimi qəbul etməmələrini nəinki əsaslandırmamış, sadəcə olaraq onları görməzdən gəlmişlər ki, bu da hökm və qərarın əsaslılığını şübhə altına qoyur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı, Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum təqsirli bilindiyi maddələrlə cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, müsbət xarakterizə olunması və ailəli olmaqla himayəsində azyaşlı uşağının olmasını əsassız olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pl enumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, CM-in 59-cü maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nətic ələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Lakin məhkəmələr yuxarıda göstərilən halları Məhkum cəzasını yüngülləşdirən hallar qismində müəyyən edərək heç bir əsaslandırma aparmamışlar. Həmçinin, kassator hesab edir ki, məhkəmələr Məhkum təyin edilmiş cəzanın ona şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edərkən Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, kassatorun fikrincə, Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun cinayət əməllərini mütəşəkkil dəstənin tərkibində çoxsaylı zərərçəkmiş şəxslərə qarşı törətməsi, habelə özünü həmin cinayətdə təqsirli bilməməsi göstərir ki, məhkumun cəzanı real çəkmədən islah olunması mümkün deyil. Buna görə də Məhku m barəsində şərti məhkumetmənin tətbiq edilməsi CM-in 70-ci maddəsinə zidd olmuşdur. Beləliklə, məhkəmələr Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsinə əsasən şərti hesab etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişlər. Bundan başqa, kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən Məhkum atasına məxsus mənzilinə xüsusi müsadirənin tətbiq edilməməsi Azərbaycan Respublikası CVM-in 99-1.1 və 92-2-ci maddələrinin tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesinin iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya protesti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normal arının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun əməli əsassız olaraq CM-in 178.3.1, 29,178.3.1, 308.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,3181.2.2, 29,318-1.2.3, 320.1, 320.2-ci maddələrinə tövsif edərək barəsində ittiham hökmü çıxarmışdır. Dövlət ittihamçısı3 kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin e dilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi əsassız, məhkəmələr tərəfindən məhkumun atasına məxsus mənzilə xüsusi müsadirəsinin tətbiq edilməməsi isə qanun tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri həmin iş üzrə birinci instansiya məhkəməsinin hökmünün Məhkum aid olan hissəsindən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə üstüstünə düşür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə bağlı gəldiyi nəticə əsaslı hesab edir. Belə ki, məhkəmə kollegiyası kassasiya şika yətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəs inə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittiham üzrə təqsirli olması, digər təqsirləndirlən şəxslərin, zərərçəkmiş şəxslərin, ş ahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayətlərin törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifinə və onun təqsirinin sübuta yetirilməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutları və işin hallarını nəzərdən keçirib hesab edir ki, işə baxan birinci və apellyasiya instansi yası məhkəmələri məhkumun təqsirini müəyyən etməklə və əməlini CM-in 178.3.1, 29,178.3.1, 308.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,3181.2.2, 29,318-1.2.3, 320.1, 320.2-ci maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.1, 29,178.3.1, 308.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,3181.2.2, 29,318-1.2.3, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin məhkumun barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri nə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyə n edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 178.3.1, 29,178.3.1, 308.1, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,3181.2.2, 29,318-1.2.3, 320.1, 320. 2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilmə miş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tət biq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Belə ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı q anunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinay əti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə baxan məhkəmələr Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəli və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı şikayət və tələbin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onun əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Göründüyü kimi birinci və apellyasiya instansiyası məhkəmələri cəza təyin edərkən, habelə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü qərarında əsaslandırarkən cinayət işi üzrə toplanmış sübutlar əsasında müəyyən edilmiş hallara istinad etmişlər. Həmin hallar həm törədilmiş cinayət əm əlini, həm də məhkumun şəxsiyyətini xarakterizə edir. Məhkəmə kollegiyasının fikrincə məhkəmələr tərəfindən məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair nəticəyə gələrkən işin hallarını və məhkumun şəxsiyyətini düzgün nəzərə almış və əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum barəsində cəzanı yüngülləşdirən, habelə məhkumun şəxsiyyətini xarakterizə edən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə o lunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apellyasiya məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, hökmdən və qərardan görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən məhkumun şəxsiyyətini, işin hallarını, o cümlədən yüngüllə şdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkum cəzasının ağırlaşdırılması, onun barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumun atasına məxsus Bakı, şəhəri, Səbail rayonu, İçəri şəhər, 1-ci Qəsr döngəsi 40/8 mənzilin üzərində olan həbsin ləğv edilməsi və həmin mənzilə xüsusi müsadirənin tətbiq edilməməsi əsaslı və qanuna uyğun olmuşdur. Belə ki, xüsusi müsadirənin əsasları Azərbaycan Respublikası CM-in 99-1 və 99-2-ci maddələrində müəyyən olunmuşdur. Həmin maddənin məzmunundan görünür ki, qanun xüsusi müsadirə edilməli olan əmlaka aşağıdakıları aid edir. 1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr. (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). 2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Habelə həmin maddə ilə müəyyən edilmişdir ki, cinayət törətmiş şəxs tərəfindən özgəninkilə şdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 991.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Cinayət Məcəllənin 99-2-ci maddəsi ilə həmçinin əmlakın dəyərinə görə xüsusi müsadirə nəzərdə tutulmuşdur. Yeni, CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinm ədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası CPM-in 139 və 349.5.1-ci maddələrinin tələblərinə görə işin halları, o cümlədən xüsusi müsadirənin əsaları yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 fevral 2023-cü il tarixli qərarında vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu vurğulamı şdır ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyrimütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı, şəhəri, Səbail rayonu, İçəri şəhər, 1-ci Qəsr döngəsi 40/8 mənzil məhkumun atası X3 tərəfindən 07 aprel 2015-ci il tarixində əldə edilmiş və hal-hazırda onun mülkiyyətindəd ir. Cinayət işinin materiallarına həmin mənzilin məhkum S.Y. İsgəndərov tərəfindən törədilmiş cinayətlər nəticəsində əldə edilmiş pul vəsaitlərinin hesabına alınmasını və ya CM-in 99-1-ci maddəsində sadalanan, müsadirə edilməli digər növ əmlaklara aid olmasını təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Buna görə də Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, 1-ci Qəsr döngəsi, 40/8 ünvanında yerləşən mənzil xüsusi müsadirənin şərtlərinə uyğun olan əmlak kimi qiymətləndirilə bilməz. Həmçinin, həmin mənzil məhkuma məxsus olmadığı üçün onun CM-in 99-2-ci maddəsinə əsasən xüsusi müsadirəsinə yol verilmir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, 1-ci Qəsr döngəsi, 40/8 ünvanında yerləşən mənzilin xüsusi müsadirəsi ilə əlaqədar dəlillərini ə saslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət və protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar