Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3008/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-897/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti nə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 iyun 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 127.2.3, 221.3, 228.4, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmiş və həmin tarixdə ittiham aktı baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 3. 21 avqust 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məh kum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-233/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işi ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-nin”) 39.1.3-cü maddəsinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi və bar əsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsi qərara alınmışdır.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 127.2.3, 181.3.3, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəs i ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən eyni Məcəllənin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməməsi, təyin edilmiş cəzanın ilk 01 (bir) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 may 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2. 4, 120.2.5, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qərarından dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu apellyasiya protesti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)215/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərarının Məhkum aid hissədə, yəni Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə münasibətdə cinayət qanunu normaları düzgün tətbiq olunaraq ləğv edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.3, 228.4-cü maddələri ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin ittihamdan xaric olunaraq barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-897/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarları ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2025 nömrəli, 13 fevral 2025ci il tarixli qərarının apellyasiya protestinə münasibətdə Məhkum aid hissədə ləğv edilməsi, Məhkum barəsində olan Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.6-cı maddəsinə əsasən xitam verilməsi, Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş ap ellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-215/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CMnin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə təyin edilmiş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının 16 (on altı) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının 09 (doqquz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzaların Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbayc an Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, qəti olaraq 17 (on yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
12. Cinayət işinə kassasiya instansiyası məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə Məhkum ərizə ilə müraciət edib, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya mə hkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
14. Məhkəmə kollegiyası Məhkum verdiyi kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışlarında bildirdiyi mövqelərini nəzərə alıb və təqdim edilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)897/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmi ş kassasiya şikayəti geri qaytarılmalı və kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-897/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayətinə baxılmasına xitam verilsin.