Məhkəmə qərarları › İş №1(102)-3013/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3013/2025

27.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3013/2025 27.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri “2 saylı Vəkil Bürosunun” vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 8B, mənzil 25-də qeydiyyatda olmaqla Bakı şəh əri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 22A, mənzil 49-da yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 1(103)-14/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 11 avqust tarixli 1(101)-94/2021 nömrəli hökmü ilə (hakimlər Ə.N.Hacıyev (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM- in 206.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 240.3.1 və 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin təyin edilmiş cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli nin xx.xx.2021-ci il tarixdən hesablanması, Məhkum adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 10-cu bloku, 24-cü mərtəbəsində ümumi sahəsi 148,5 kvadrat metr, istifadə üçün yararlı sahəsi 134,18 kvadrat metr olan üç otaqlı 165 saylı mənzilin və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Sumqayıt şossesi, 4-cü kilometr, 22C ünvanında yerləşən qeyri-yaşayış binasının dövlət nəfinə xüsusi müsadirə olunması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 Safalı oğlu, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13, Təqsirləndirilən şəxs14, Təqsirləndirilən şəxs15, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs20, Təqsirləndirilən şəxs21, Təqsirləndirilən şəxs22, Təqsirləndirilən şəxs24, Təqsirləndirilən şəxs25, Təqsirləndirilən şəxs23 və Təqsirləndirilən şəxs26 CM-in müvafiq maddələri ilə təqsirli bilinib məhkum edilmiş, qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs20, Təqsirləndirilən şəxs25, Məhkum, Təqsirləndirilən şəxs22, Təqsirləndirilən şəxs13, məhkum Təqsirləndirilən şəxs5 özü və onun müdafiəçisi X22 tərəfindən ayrı-ayrılıqda verilmiş, məhkumlar X14, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs23, Təqsirləndirilən şəxs6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs19, onun müdafiəçisi Müdafiəçi34, məhkum edilmiş şəxs X7, onun və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs17 müdafiəçisi X25, məhkum Təqsirləndirilən şəxs26 və onun müdafiəçisi Müdafiəçi34 tərəfindən birgə imzalanmaqla verilmiş, Təqsirləndirilən şəxs26 digər müdafiəçisi Müdafiəçi17 tərəfindən ayrılıqda verilmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs21 müdafiəçisi Müdafiəçi35, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs11 və Təqsirləndirilən şəxs24 müdafiəçisi Müdafiəçi29 tərəfindən ayrı-ayrılıqda verilmiş, məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi Müdafiəçi30 və məhkum Təqsirləndirilən şəxs15 müdafiəçis i Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, eləcə də məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi32, məhkum Təqsirləndirilən şəxs13 müdafiəçisi Müdafiəçi36, Məhkum müdafiəçisi Müdafiəçi37 tərəfindən özlərinin apellyasiya şikayətlərinə verilmiş əlavələrə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 08 iyul tarixli 1(103)-193/2022 nömrəli qərarı ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və V.Ə.Mursaqulov) məhkum Təqsirləndirilən şəxs26 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, digər apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 11 avqust tarixli 1(101)-94/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs25, Təqsirləndirilən şəxs24, Təqsirləndiril ən şəxs26 və Məhkum aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs25 və X12 CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş 10 (on) il müddətinə azadqlıdan məhrumetmə cəzası barələrində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilmiş və üzərində 5 il sınaq müddəti müəyyən olunmuş, Məhkum CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilmiş, onun xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək şübhəli şəxs qismində saxlanıldğı 2 (iki) gün təyin olunan cəzaya hesablanaraq çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum üzərində saxlanılan 7 (yeddi) il 11 (on bir) ay 28 (iyi rmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının icrası CM-in 79.1-ci maddəsinə əsasən onun himayəsində olan azyaşlı uşağı -xx.xx.2020-ci il təvəllüdlü X35 Mohammed Afzaal 14 yaşına çatanadək təxirə salınmış, Təqsirləndirilən şəxs26 CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş 11 (on bir) il azadlıqdan məhrum etmə cəzası 10 (on) ilə endirilmiş, onun xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək şübhəli şəxs qismində saxlanıldğı 2 (iki) gün təyin olunan cəzaya hesablanaraq çıxılmaqla üzərində 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs26 üzərində saxlanılan 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının icrası CM-in 79.1-ci maddəsinə əsasən o nun himayəsində olan azyaşlı uşağı - xx.xx.2018-ci il təvəllüdlü Əhmədli Murad (Ahmedli Murad) 14 yaşına çatanadək təxirə salınmışdır. Qərardan Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən kassasiya protesti, məhkumlar Təqsirləndirilən şəxs11 və Məhkum müdafiəçisi Müdafiəçi29, məhkumlar Təqsirləndirilən şəxs20, Təqsirləndirilən şəxs26 və E.Ə.Tağıyevin müdafiəçisi Müdafiəçi34, məhkum Təqsirləndirilən şəxs5 tərəfindən kassasiya şikayətlərinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 28 fevral tarixli 1(102)137/2023 nömrəli qərarı ilə (hakimlər Ş.Y.Yusifov (sədrlik edən), Ə.Ə.Novruzov və R.M.Abdulov) kassasiya şikayətləri təmin edilməmiş, kassasiya protesti isə təmin olunmaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 8 iyul tarixli 1(103)-193/2022 nömrəli qərarı Təqsirləndirilən şəxs24, Təqsirləndirilən şəxs25, Təqsirləndirilən şəxs26 və Məhkum aid hissələrdə ləğv edilmiş və cinayət işi həmin hissələr üzrə baxılması üçün yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 yanvar tarixli 1(103)-14/2025 nömrəli qərarı ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), E.Z.Əliyev və F.İ.Əyyubov) məhkum Bayar (əvvəlki soyadı Tağıyeva) Ayşən Elşən qızı və onun müdafiəçisi Müdafiəçi34 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs25 tərəfindən, Məhkum tərəfindən, Bayar (əvvəlki soyadı Tağıyeva) Ayşən Elşən qızının digər müdafiəçisi Müdafiəçi17 tərəfindən, Təqsirləndirilən şəxs24 müdafiəçisi Müdafiəçi29 tərəfin dən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 11 avqust tarixli 1(101)94/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs25, Məhkum, Təqsirləndirilən şəxs24 və Bayar (əvvəlki soyadı Tağıyeva) Ayşən Elşən qızına aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs24 və Təqsirləndirilən şəxs25 CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası barələrində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilmiş və üzərində 5 il sınaq müddəti müəyyən olunmuş, Məhkum üzərində saxlanılmış 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının icrası CM-in 79.1-ci maddəsinə əsasən onun himayəsində olan azyaşlı uşağı - xx.xx.2020-ci il təvəl lüdlü X35 Mohammed Afzaal 14 yaşına çatanadək təxirə salınmış, Bayar (əvvəlki soyadı Tağıyeva) Ayşən Elşən qızının üzərində saxlanılmış 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının icrası CM-in 79.1-ci maddəsinə əsasən onun himayəsində olan azyaşlı uşağı - xx.xx.2018-ci il təvəllüdlü Əhmədli Murad (Ahmedli Murad) 14 yaşına çatanadək təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 1(103)-14/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri təkrar qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş, mütəşəkkil dəstə halında təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmiş, saxlamış, daşımış, göndərmiş və qanunsuz olaraq satmışdır. Belə ki, Məhkum satış məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13, Təqsirləndirilən şəxs14, Təqsirləndirilən şəxs15, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs20, Təqsirləndirilən şəxs21, Təqsirləndirilən şəxs22, Təqsirləndirilən şəxs24, Təqsirləndirilən şəxs25, Təqsirləndirilən şəxs26, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs23 və qeyriləri ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin Türkiyə Respublikası və İran İslam Respublikasının ərazilərində əldə edilməsi, göndərilməsi və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək Bakı şəhəri və Abşeron rayonu ər azilərində lazımı ünvanlara daşınıb gizlədilməklə saxlanılması və sonrakı müddətdə qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə edib həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, 2017-ci ilin yanvar ayının əvvəllərindən etibarən sonrakı müddət ərzində Türkiyə Respublikasının ərazisində müvəqqəti yaşamaqla mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərdən “Baba” ləqəbli Təqsirləndirilən şəxs1 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********66, +**********77, +**********20, +**********81, +**********75 və +**********33 saylı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus +**********99 və +**********90 saylı, "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinə məxsus +**********88 saylı mobil telefon nömrələri, “Orxan XX” ləqəbli Təqsirləndirilən şəxs2 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********77, +**********78, +**********79 və +**********44 saylı mobil telefon nömrələri və Təqsirləndirilən şəxs3 istifadəsində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********11 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Türkiyə Respublikasının ərazisindən Azərbaycan Respublikası ərazisindəki mütəşəkkil dəstənin digər üzvləri ilə daimi əlaqə saxlayaraq hər dəfə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Türkiyə Respub likası və İran İslam Respublikası ərazilərindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək Bakı şəhəri və Abşeron rayonu ərazilərində lazımı ünvanlara daşınıb gizlədilməklə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə danışıqlar aparmış, narkotik maddələrdən qurudulmuş marixuana, tiryək, heroin, metadon və kokainin, psixotrop maddələrdən metamfetamin və metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalin tərkibli güclü təsir edən dərman preparatının Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi Türkiyə Respublikasında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən ş əxs2 və Təqsirləndirilən şəxs3 birbaşa təşkilatçılığı və rəhbərliyi altında həyata keçirilmiş, bəzi hallarda isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 vasitəçiliyi ilə verdiyi tapşırığına əsasən yükdaşıma fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs5 psixotrop maddələrdən metamfetaminin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsini təşkil etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Türkiyə Respublikası ərazisindən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə özləri şəxsən və ya mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hər dəfə “müştərilər”dən sifarişləri qəbul etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərişlərinə əsasən “müştərilər” hər dəfə sifariş etdikləri n arkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri almaq üçün lazımı məbləğdə pul vəsaitlərini “MilliÖn” ödəmə sistemi vasitəsi ilə mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs24, qardaşı Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs2 anası Təqsirləndirilən şəxs25, bacısı Məhkum, Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs16, bacısı oğlu Təqsirləndirilən şəxs17, əmisi oğlu Təqsirləndirilən şəxs18, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər yaxın əlaqələrinin faktiki nəzarəti və istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəşəkkil dəstə üzvlərindən Təqsirlənd irilən şəxs11 adına açılmış **********190182, **********399004 saylı, Təqsirləndirilən şəxs7 adına açılmış **********151109 saylı, Təqsirləndirilən şəxs14 adına açılmış **********017739 saylı, o cümlədən kənar şəxslərdən X9 adına açılmış **********755378 saylı, X8 adına açılmış **********827815 və **********657502 saylı, X15 adına açılmış **********262585, **********115619 və **********525155 saylı, X10 adına açılmış ******************** və ********************, X5 adına açılmış ********************, ******************** və ******************** saylı, X1 adına açılmış **********606495000 saylı və digər bank hesablarına köçürmüş və bu barədə təsdiqedici ödəniş qəbzlərinin fotoşəkillərini çəkərək “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə yenidən Təqsirləndirilən şəxs1, Təqsirlənd irilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs13, “Şamo” ləqəbli Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs14, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs15, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs21, Təqsirləndirilən şəxs22, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs20 və mütəşəkkil dəstənin digər üzvlərinə göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Türkiyə Respublikası ərazisindən verdikləri göstərişlərə əsasən hər birinin iştirakı və roluna uyğun olaraq öz aralarında razılaşdırdıqları müx təlif məbləğlərdə aylıq və gündəlik qazanc müqabilində fəaliyyət göstərən Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs13, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs14, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs15, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs21, Təqsirləndirilən şəxs22, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs20 və mütəşəkkil dəstənin digər üzvləri sifariş olunmuş narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Bakı şəhəri və Abşeron rayonu ərazilərində müxtəlif ünvanlarda gizlədərək bu barə də mütəşəkkil dəstənin rəhbərlərini məlumatlandırmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə öz növbələrində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən özləri şəxsən və ya mütəşəkkil dəstə üzvləri vasitəsilə “müştərilərə” səsli mesaj və fotoşəkillər göndərərək sifariş etdikləri narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin gizlədildiyi yerlər barədə məlumat vermiş, qabaqcadan mütəşəkkil dəstə üzvləri arasında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq mütəşəkkil dəstəyə rəhbərlik edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birbaşa tapşırığı və verdikləri təlimata uyğun şəkildə mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs 11, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs14 və şəxsiyyəti araşdırılan mütəşəkkil dəstənin digər üzvləri özlərində olan plastik kartlardan istifadə etməklə Bakı şəhəri, Lənkəran rayonu və digər ərazilərdə ayrı-ayrı yerlərdə quraşdırılmış bankomatlar vasitəsilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank hesablarından gündəlik olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışından əldə olunmuş pul vəsaitlərini mütəmadi şəkildə hissə-hissə çıxararaq hər dəfə həmin məbləğləri Təqsirləndirilən şəxs24, Təqsirləndirilən şəxs25 və Məhkum əsasən sonuncu iki şəxsin fakt iki yaşadıqları ünvan 5 ünvanında və həmin evin yaxınlığında, həmçinin onlara və mütəşəkkil dəstənin digər üzvlərinə Bakı şəhəri və Lənkəran rayonunun müxtəlif yerlərində şəxsən görüşərək təhvil vermiş, Təqsirləndirilən şəxs24, Təqsirləndirilən şəxs25, Məhkum və mütəşəkkil dəstənin digər üzvləri isə öz növbəsində cinayətdə iştirakı və rolları ilə bağlı əvvəlcədən razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsindən əldə olunmaqla özlərində toplanmış həmin nağd pul vəsaitlərinin bir hissəsini qazanc olaraq özlərinə götürüb şəxsi ehtiyacları üçün istifadə etmiş, qalan əsas hissəsini isə mütəşəkkil dəstəyə rəhbərlik edən Təqsirləndirilən şəxs1 və T əqsirləndirilən şəxs2 birbaşa tapşırığına əsasən gələcəkdə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə olunub Azərbaycan Respublikasının dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi və qanunsuz satışının davam etdirilməsi məqsədi ilə mütəşəkkil dəstənin naməlum üzvləri vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çatdırılmasını təmin etmiş, bu qaydada mütəşəkkil dəstə üzvləri Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirməklə davamlı gəlir əldə etmiş, qabaqcadan mütəşəkkil dəs tə üzvləri arasında razılaşdırılmış vəzifə bölgüsünə və ümumi cinayətkar niyyətə uyğun olaraq mütəşəkkil dəstəyə rəhbərlik edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birbaşa tapşırığı və verilən təlimata əsasən mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs19 2018-ci ilin iyul, sentyabr və dekabr aylarında Türkiyə Respublikasının İstanbul şəhərində olarkən bacısı Təqsirləndirilən şəxs26 vasitəsilə Təqsirləndirilən şəxs2lə görüşərək sonuncudan üç dəfəyə qanunsuz olaraq əldə etdiyi külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Nesquik” markalı qida məhsulunun kisəsinin içərisin ə yerləşdirib saxlamaqla daşıyaraq Azərbaycan Respublikasına gətirib mütəşəkkil dəstənin digər üzvlərinə çatdırılması və ya birbaşa satışının həyata keçirilməsi üçün 04 iyul 2018-ci il, 17 sentyabr 2018-ci il və 25 dekabr 2018-ci il tarixlərində İstanbulBakı aviareysi ilə ölkə ərazisinə geri qayıtmış və həmin vaxt X21 Hava Limanının gömrük postunda gömrük nəzarətindən keçərkən qeyd edilən külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri özü ilə gətirdiyi yükün içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli təkrar qaçaqmalçılıq yolu ilə keçirmiş və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 6 ünvanlarında kirayə yaşadığı mənzillərə daşıyar aq saxlamış, sonrakı müddətdə həmin külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin bir hissəsini özü şəxsən qanunsuz satmış, bir hissəsini isə Təqsirləndirilən şəxs2 tapşırığına əsasən müxtəlif çəkilərdə ayrı-ayrı hissələrə bölərək müştərilərə çatdırılması üçün Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gizlədərək bu barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən Təqsirləndirilən şəxs2 səsli mesaj və fotoşəkillər göndərərək sifariş olunmuş narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin gizlədildiyi yerlər barədə məlumat vermiş və bu qaydada mütəşəkkil dəstə üzvləri ilə birgə Azərbayc an Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirmiş, bundan başqa 2018-ci ilin noyabr ayında mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs26 faktiki nikahda olduğu Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs23 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində Təqsirləndirilən şəxs2lə görüşərək sonuncudan iki dəfəyə qanunsuz olaraq əldə etdikləri külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Nesquik” markalı q ida məhsulunun plastik qabının və plastik gövdəli musiqili uşaq oyuncağının içərisinə yerləşdirib saxlamaqla hər gəlişi üçün ona və faktiki nikahda olduğu Təqsirləndirilən şəxs23 çatacaq 500 ABŞ dolları qazanc qarşılığında daşıyaraq Azərbaycan Respublikasına gətirib mütəşəkkil dəstənin digər üzvlərinə çatdırılması üçün 10 və 16 noyabr 2018-ci il tarixlərində Təqsirləndirilən şəxs23 İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gəlmiş və həmin vaxt X21 Hava Limanının gömrük postunda gömrük nəzarətindən keçərkən qeyd edilən külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri özü ilə gətirdiyi yükün içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli t əkrar qaçaqmalçılıq yolu ilə keçirmiş və Bakı şəhərində mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs26 qardaşı Təqsirləndirilən şəxs19lə görüşüb özü ilə gətirdiyi külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri birlikdə Təqsirləndirilən şəxs19 Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 78V ünvanında kirayə yaşadığı mənzilə daşıyaraq sonuncuya təhvil vermiş və hər iki dəfə Təqsirləndirilən şəxs23 özü ilə qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Təqsirləndirilən şəxs19 kirayə yaşadığı mənzildə sonuncu ilə birlikdə gələcəkdə sifarişlərə uyğun şəkildə “müştərilər”ə satışının həyata keçirilməsi üçün müxtəlif növ və çəkilərdə hissələrə ayıraraq qablaşdırmış, Təqsirləndirilən şəxs19 isə hər iki dəfədə Təqsirləndirilən şəxs23 Türkiyə Respublikasında Təqsirləndirilən şəxs2 çatdırması üçün külli miqdarda müxtəlif növ və çəkilərdə narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz satışından əldə edilmiş 9.700 və 7.000 ABŞ dolları vermiş, bundan sonra Təqsirləndirilən şəxs23 11 və 18 noyabr 2018-ci il tarixlərində Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına geri qayıdaraq İstanbul şəhərində Təqsirləndirilən şəxs2lə görüşərək Təqsirləndirilən şəxs19 göndərdiyi 9.700 və 7.000 ABŞ dollarını Təqsirləndirilən şəxs2 təhvil vermiş, sonuncu isə hər dəfə Təqsirləndirilən şəxs23 və Təqsirləndirilən şəxs26 500 ABŞ dolları qazanc olaraq pul vermiş, növbəti dəfə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təkrarən aralarında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq birlikdə Türkiyə Respublikasının ərazisində qanunsuz olaraq əldə etdikləri külli miqdarda 883,924 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 136,862 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda 493,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 1,84 qr am təşkil edən 21 ədəd həb və 42 ədəd həbin qırıntısından ibarət külli miqdarda narkotik vasitə metadon, külli miqdarda 5,539 qram çəkidə narkotik vasitə kokain, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına aid edilən külli miqdarda 118,448 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 9,94 qram təşkil edən kustar üsulla hazırlanmış 68 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həbləri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 809,4 qram təşkil edən preqabalin tərkibli 2698 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatının qaçaqmalıqlıq yolu ilə, yəni Türkiyə Respu blikası və İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilməsini təşkil etmiş, həmin külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən külli miqdarda 4,226 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs11, külli miqdarda 5,102 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs12, külli miqdarda 5,109 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 2,88 qram təşkil edən 24 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərini və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 16,5 qram təşkil ed ən preqabalin tərkibli 55 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını Təqsirləndirilən şəxs16, külli miqdarda 7,383 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs14, külli miqdarda 9,258 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs5, külli miqdarda 6,733 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs6, 24,562 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 1,031 qram çəkidə narkotik vasitə heroini, 45,416 qram çəkidə narkotik vasitə tiryəki, 0,949 qram çəkidə narkotik vasitə kokaini, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 ədəd həbdən ibarət metadonu, külli miqdarda 27,872 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən 02 ədəd üzərində “firon” şəkili hə kk olunmuş psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərini və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 13,8 qram təşkil edən preqabalin tərkibli 46 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını Təqsirləndirilən şəxs4, külli miqdarda 4,590 qram çəkidə narkotik vasitə kokaini, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 6,82 qram təşkil edən 42 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) tərkibli ekstazi həblərini və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 779,1 qram təşkil edən preqabalin tərkibli 2597 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatını Təqsirləndirilən şəxs15, külli miqdarda 2,182 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs21 və külli miqdarda 2,830 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs22 mütəşəkkil dəstəyə rəhbərlik edən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə göndərdiyi şəxsiyyəti məlum olmayan şəxslərdən qanunsuz əldə edərək satış məqsədi ilə üzərilərində, nəqliyyat vasitələrində və yaşayış sahələrində saxlamaqla daşımış, qalan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri isə Təqsirləndirilən şəxs7 Bakı şəhəri ərazisində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə göndərdiyi şəxsiyyəti məlum olmayan şəxslərdən qanunsuz əldə edərək əvvəlcədən razılaşdıqları kimi kirayə yaşadığı ünvan 8 ünvanına daşıyıb yaşayış sahəsində gizlətməklə saxlamış, daha sonra aralarındakı ümumi razılaşmaya əsasən Təqsirləndirilən şəxs7 satış məqsədi ilə əldə olunmuş həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddələrdən iki ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 2,155 qram və 2,848 qram olmaqla, ümumilikdə 5,003 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,108 qram və 5,064 qram olmaqla, ümumilikdə 10,172 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,127 qram və 4,927 qram olmaqla, ümumilikdə 10,054 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs10, üç ədəd sellofan bükümlərdə ayrı-ayrı lıqda təmiz çəkiləri 3,050 qram, 3,180 qram və 2,922 qram olmaqla, ümumilikdə 9,152 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs9, üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,071 qram, 2,140 qram və 2,186 qram olmaqla, ümumilikdə 6,397 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs13, beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,030 qram, 2,042 qram, 2,111 qram, 2,125 qram və 1,947 qram olmaqla, ümumilikdə 10,255 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və bir ədəd sellofan torbada 85,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qardaşı Təqsirləndirilən şəxs8 qanunsuz satışını həyata keçirmələri üçün verib qalan hissəsini özünün yaşadığı mənzildə saxlamış, daxil olmuş məlumat əsasında 20 dekabr 2018-ci il tarixdə saat 16:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs9 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksinin həyətindəki “Tennis” adlı kafenin qarşısında saxlanılmış, bu zaman Təqsirləndirilən şəxs7 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,155 qram və 2,848 qram olmaqla, ümumilikdə 5,003 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs9 əynindəki qara rəngli şalvarının sol yan cibindən üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,050 qram, 3,180 qram və 2,922 qram olmaqla, ümumilikdə 9,152 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2018-ci il tarixdə saat 17:00-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs8 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin qarşısında saxlanılarkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən beş ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 2,030 qram, 2,042 qram, 2,111 qram, 2,125 qram və 1,947 qram olmaqla, ümumilikdə 10,255 qram çəkidə külli miqdarda nark otik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra həmin ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında ikinəfərlik taxta çarpayının baş tərəfindəki saxlanc yerindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan torbada 85,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2018-ci il tarixdə saat 19:30-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs7 kirayə yaşadığı ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilərkən yataq otağındakı kompüter masasının üst siyirtməsindən beş ədəd şəffaf sellofanlarda ayrı-ayrılıqda təmiz çəkiləri 98,007 qram, 59, 296 qram, 110,525 qram, 93,848 qram və 95,517 qram olmaqla, ümumilikdə 457,193 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, masanın ikinci siyirtməsindən bir ədəd ağ rəngli sellofan torbada 50 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,176-6,892 qram olmaqla, ümumilikdə 317,169 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qonaq otağındakı divanın altından bir ədəd ağ rəngli plastik qabın içərisində salfet kağızında beş ədəd kağız bükümlərdə külli miqdarda 3,906 qram çəkidə narkotik vasitə heroin, altı ədəd kağız bükümlərdə 2,622 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, üç ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,988 qram, 18,778 qram və 6,929 qram olmaqla, ümumilikdə 46,695 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, iki ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkiləri 286,755 qram və 148,750 qram olmaqla, ümumilikdə 435,505 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə külli miqdarda 91,446 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd polietilen torbacıqda üzərilərində “M40” yazısı olan 20 ədəd həb və bir ədəd kibrit qutusunda üzərilərində “M40” yazısı olan 42 ədəd həbin qırıntısından ibarət təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon, həmçinin yaşayış sahəsindən səthlərində qarışıq formada narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan dörd ədəd kiçik qabaritli elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirli yinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2018-ci il tarixdə saat 22:00-da mütəşəkkil dəstə üzvlərindən “Şamo” ləqəbli Şamilov X18 rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 31 ünvanında yerləşən “Olimp” adlı kafenin yaxınlığında saxlanılarkən əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən çıxararaq təqdim etdiyi bir ədəd sellofan bükümdə 5,108 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə 5,127 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, həmin yerdə dayanmış vəziyyətdə olan idarə etdiyi “LADA Priora” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı əşyaların saxlanc yerindən bir ədəd sellofan bükümdə 5,064 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə 4,927 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 dekabr 2018-ci il tarixdə saat 23:40-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs13 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış kompleksindəki “Bazarstore” mağazasının yaxınlığında saxlanılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi üç ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,071 qram, 2,140 qram və 2,186 qram olmaqla, ümumilikdə 6,397 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edi lərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 dekabr 2018-ci il tarixdə mütəşəkkil dəstə üzvlərindən Ağayev X16 rayonu Göyşaban kəndində yerləşən yaşadığı evin həyətində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 16:20-də şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən mütəşəkkil dəstə üzvləri ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd gümüşü rəngli kağız bükümdə 4,226 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyy at-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 dekabr 2018-ci il tarixdə saat 18:10-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs12 ünvan 11 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati binasının yaxınlığında saxlanılarkən əynindəki göy rəngli gödəkçənin sol iç cibindən çıxararaq təqdim etdiyi kibrit qutusunun içərisində bir ədəd sellofan bükümdə 5,102 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlar ı tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 dekabr 2018-ci il tarixdə saat 18:10-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs16 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 100 ünvanında yerləşən “Nəsimi bazarı”nın yaxınlığında saxlanılarkən əynindəki tünd qırmızı rəngli gödəkçənin sol yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd sellofan bükümdə 5,109 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd polietilen bükümdə təsiredici maddəsinin ümumi miqdarı 2,88 qram təşkil edən 24 ədəd üzərində “firon” şəkili həkk olunmuş psixotrop maddə metilendioksimetamfetamin (MDMA) “tərkibli ekstazi” həbləri və bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miq darı 16,5 qram təşkil edən preqabalin tərkibli 55 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 dekabr 2018-ci il tarixdə saat 23:30-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs14 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 145 ünvanının yaxınlığında saxlanılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 3,146 qram və 4,237 qram olmaqla, ümumilikdə 7,383 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 dekabr 2018-ci il tarixdə saat 20:10-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs5 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 108-114 saylı binanın yaxınlığında saxlanılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi dörd ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,022 qram, 2,321 qram, 2,175 qram və 2,740 qram olmaqla, ümumilikdə 9,258 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublik ası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 dekabr 2018-ci il tarixdə saat 18:45-də mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs6 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “Pierre Cardin” mağazasının yaxınlığında saxlanılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,117 qram və 2,225 qram çəkidə, həmin yerdə dayanmış vəziyyətdə olan idarə etdiyi “BYD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı əşyaların saxlanc yerindən bir ədəd sellofan bükümdə 2,391 qram çəkidə olmaqla, ümumilikdə külli miqdarda 6,733 qram çəkidə psixotrop maddə metam fetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 dekabr 2018-ci il tarixdə saat 20:40-da mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs4 müvəqqəti yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksindəki 9 saylı binanın qarşısında saxlanılarkən əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 2,392 qram və 1,010 qram çəkidə olmaqla, ümumilikdə külli miqdarda 3,402 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs4 müvəqqət i yaşadığı ünvan 16 ünvanında yerləşən yaşayış sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən yataq otağındakı paltar dolabının üstündən bir ədəd sellofan bağlamada 21,996 qram çəkidə və bir ədəd “Marlboro” markalı siqaret qutusunda 2,566 qram olmaqla, ümumilikdə 24,562 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf polietilen bükümdə 1,031 qram çəkidə narkotik vasitə heroin, bir ədəd ağ rəngli polietilen kəsiyi bükümdə 45,416 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd şəffaf sellofan bükümdə ağgöy rəngli polietilen kəsiyi bükümdə 0,949 qram çəkidə narkotik vasitə kokain, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 24,470 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd taxta materialdan hazırlanmış qutunun içərisində təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən 01 ədəd həbdən ibarət metadon, təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən 02 ədəd üzərində “firon” şəkili həkk olunmuş psixotrop maddə metilendioksimetamfetamin (MDMA) “tərkibli ekstazi” həbləri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 13,8 qram təşkil edən preqabalin tərkibli 46 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatı, həmçinin yaşayış sahəsindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və içərisində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd şüşə qurğu aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 yanvar 2019-cu il tarixdə saat 17:20-də mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs15 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 18D saylı binanın yaxınlığında saxlanılarkən əlində tutduğu sellofan torbanın içərisində təqdim etdiyi dörd ədəd polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 1,00 qram, 0,988 qram, 0,986 qram və 1,616 qram olmaqla, ümumilikdə 4,590 qram çəkidə külli miqdarda narkotik vasitə kokain, beş ədəd polietilen torbacıqda külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 6,82 qram təşkil edən 42 ədəd psixotrop maddə metilendioksimetamfetamin (MDMA) “tərkibli ekstazi” həbləri və 18 ədəd polietilen torbacıqda külli miqdarda narkotik vasitələrə və p sixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 734,1 qram təşkil edən preqabalin tərkibli 2447 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatı, eləcə də həmin yerdə dayanmış vəziyyətdə olan idarə etdiyi “Mitsubishi Airtrek” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq oturacaqların arasındakı əşyaların saxlanc yerindən bir ədəd eynək qabının içərisindən külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin ümumi miqdarı 45 qram təşkil edən preqabalin tərkibli 150 ədəd kapsullardan ibarət güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməl iyyat-axtarış tədbirləri nəticəsində 04 yanvar 2019-cu il tarixdə mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs15 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 18D saylı binanın yaxınlığında saxlanıldıqdan sonra hadisə yerində olduqları müddətdə saat 17:44də mütəşəkkil dəstənin Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən əsas üzvlərindən olan Təqsirləndirilən şəxs2 istifadəsindəki Türkiyə Respublikasının mobil operatoruna məxsus +**********78 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs15 istifadəsində olan +**********39 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə səsli mesaj göndərərək satmaq məqsədi ilə özündə saxladığı külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalin tər kibli güclü təsir edən dərman preparatının 392 qram çəkidə olan hissəsini mütəşəkkil dəstənin digər üzvlərinə çatdırılması üçün Bakı şəhəri ərazisində münasib yerdə gizlətməsi ilə bağlı ona tapşırıq vermiş, bundan sonra polis əməkdaşları əməliyyat-axtarış tədbirinin planına uyğun olaraq, mütəşəkkil dəstənin digər üzvlərinin ifşa olunması məqsədi ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs15lə birlikdə şərti olaraq seçilmiş ünvan 17 ünvanında yerləşən “Azza” şirniyyat mağazasının qarşısına gələrək mağazanın yan divarının küncündə yerə içərisində şərti “preqabalin tərkibli güclü təsir edən dərman preparatı” olan qara rəngli sellofan torba qoymuş və polis əməkdaşlarının verdiyi təlimata əsasən Təqsirləndirilən şəxs15 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs2 səsli mesaj və həmin yerin çəkilmiş fotoşəkilini göndərərək mütəşəkkil dəstənin digər üzvlərinin sifariş olunan güclü təsir edən maddələri götürə biləcəkləri gizli yer barədə məlumat vermiş, bir qədər sonra saat 19:35-də mütəşəkkil dəstə üzvlərindən Təqsirləndirilən şəxs21 və Seyidov X2 idarə etdiyi “Nissan Sunny” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlmiş və avtomobildən düşən Təqsirləndirilən şəxs21 “Azza” şirniyyat mağazasının yan divarının küncündə yerə qoyulmuş içərisində şərti “preqabalin tərkibli güclü təsir edən dərman preparatı” olan qara rəngli sellofan torbanı götürdükdən dərhal sonra saat 19:40-da həmin yerdə əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılarkən əynindəki tünd rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd polietilen torbacıqda külli miqdarda 2,182 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin vaxt polis əməkdaşlarının Təqsirləndirilən şəxs21 yaxınlaşdığını görən mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs22 sükanı arxasında əyləşdiyi “Nissan Sunny” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, əməliyyat qrupunun üzvləri tərəfindən o, saat 20:00-da həmin yerdə “Azza” şirniyyat mağazasının yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs22 əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd polietilen torbacıqda külli miqdarda 2,830 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən ve rilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş və əməlində cinayət tərkibi əlmətləri olmadığı halda Məhkum barəsində ədalətsiz və əsassız hökm çıxarılmış, lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, İttihamda sadalanan 26 nəfər şəxsdən – Məhkum anası Təqsirləndirilən şəxs25, qardaşı Təqsirləndirilən şəxs2, əmisi oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs11, onların anası Təqsirləndirilən şəxs24 başqa digər 21 nəfər şəxslə tanışlığı, yaxud da hər hansı münasibəti və ya ünsiyyəti olmamışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərdən heç biri ilə n arkotik vasitənin dövriyyəsi ilə bağlı qabaqcadan hər hansı razılaşması olmamış, cinayətin törədilmə planının hazılanmasında, hazırlanmış plana uyğun cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılmasında, cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsində iştirak etməmiş, cinayət qazancının qrupun strukturlarında tutulan mövqeyə uyğun bölüşdürülən pul Təqsirləndirilən şəxs25 verilməmişdir. Bundan başqa kassator qeyd edir ki, mübahisələndirilən qərarın Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə, ümumi sahəsi 148,5 kvadrat metr, istifadə üçün yararlı sahəsi 134,18 kvadrat metr olan üç otaqlı 165 saylı mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Sumqayıt şossesi, 4-cü kilometr, 22C ünvanında yerləşən qeyri-yaşayış binasının dövlət nəfinə xüsusi müsadirə olunması hissəsi də əsassızdır. Məhkəmə həmin hökmündə ona məxsus qeyd edilən mülklərin hansı əsasla xüsusi müsadirə olunaraq dövlət nəfinə keçirilməsini hökmdə əsaslandırmamışdır. Odur ki, şikayət müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il 24 yanvar tarixli qərarını Təqsirləndirilən şəxs25 aid hissədə ləğv edib, cinayət işi üzrə icraata bəraətverici əsasla, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsi, əmlaklarına aid müsadirənin və həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi m üəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiə tərəfi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edildiyini, həmçinin ona məxsus əmlakların qanunsuz olaraq xüsusi müsadirə edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhk əmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 24 yanvar tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Öyrənilmiş iş materiallarından müəyyən olunur ki, Məhkum CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 11 avqust tarixli hökmünün ləğv edilib onun barəsində bəraət hökmünün çıxarılmasına dair müdafiə tərəfinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 08 iyul tar ixli qərarı ilə təmin edilməmiş, hökm Məhkum münasibətdə yalnız cəza təyini hissəsində və onun barəsində CM-in 79-cu maddəsi tətbiq edilməklə dəyişdirilmiş, apellyasiya məhkəməsinin qeyd olunan qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs26 barəsində CM-in 79-cu maddəsinin, məhkumlar Təqsirləndirilən şəxs25 və Təqsirləndirilən şəxs24 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinin mübahisələndirilməsi ilə əlaqədar dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum bəraət verilməsinə dair müdafiəçisinin kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası 2023-cü il 28 fevral tarixli Qərarında müdafiəçinin kassasiya şikayətinin əsassız hesab edərək təmin etməmiş, kassasiya protesti ilə razılaşmış, cinayət-prosessual qanunun 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 08 iyul tarixli qərarını Məhkum və digər üç qadın məhkum barəsində ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası həmin qərarında qeyd etmişdir ki, hazırki qərarın “İşin halları” hissəsində təsvir olunmuş işin faktiki hallarını müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum olunmuş şəxslərin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri ifadələri ilə yanaşı çoxsaylı şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir çox əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və istintaq hərəkətlərinin aparılması haqqında prosessual sənədlərə və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməllərini CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər kimi qiymətləndirmiş, belə tövsif isə onun mütəşəkkil dəstənin tərkibində həmin dəstənin digər üzvləri ilə birlikdə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qaçaqmalçılığının həyata keçirilməsi və h əmin vasitə və maddələrin təkrarən satış məqsədilə əldə edilib saxlanılması və daşınması, habelə satılması ilə əlaqədar olmuşdur. Həmin qərarda həmçinin müdafiə tərəfinin Məhkum mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərməməsi, ona elan olunmuş ittihamlar üzrə heç bir cinayət əməllərini törətməməsi (hazırki kassasiya şikayəti ilə eyni olan) barədə dəlillərinə də qiymət verilmiş və bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, CM-in yuxarıda göstərilən maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ona elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə məhkum olunmuş digər şəxslərin, çoxsaylı şahidlərin ifadələri, müxtəlif ekspertizaların rəyləri, əməliyat-axtarış tədbirlərinin k eçirilməsi və istintaq hərəkətlərinin, o cümlədən şəxsi axtarış, götürmə, baxış aparılması haqqında protokollarla, iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmələrin yekun aktlarında işin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin sübutlar məhkəmələr tərəfindən CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, bunlardan hansına üstünlük verilməsi məhkəmələrin yekun aktlarında kifayət qədər əsaslandırılmış, (məhkəmələr məhkumun ona elan olunmuş ittihamlar üzrə təqsirli olub-olmamaları məsələsini həll edərkən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında məhkumların və şahidlərin verdikləri ifadələrə, ekspertiza rəylərinə v ə digər sübutlara əsaslanmışlar), yolverilməz sübutlardan isə istifadə etməmişlər. Bu baxımdan məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətlərində göstərdiyi dəlillərlə razılaşmamış, məhkumun ona elan olunmuş ittihamlar üzrə təqsirli bilinməsi barədə məhkəmələrin gəldikləri nəticəni isə qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 28 fevral tarixli 1(102)-137/2023 nömrəli qərarı ilə həll edilmiş məsələlərin (Məhkum hökmdə göstərilən cinayət əməllərini törətməsi ilə bağlı qənaətini) hazırki kassasiya baxışında başqa cür həll edilməsi, o cümlədən Məhkum barəsində bəraətverici əsaslarla icraata xitam verilməsi üçün (kassatorun məhkəmələr tərəfindən müəyyən edilmiş nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmədiyi halda) qanuni əsaslar tapmır, eyni zamanda həmin qərarda əks olunmuş məhkəmə kollegiyasının dəlillərinin hazırki qərarda təkrar geniş şəkildə təsvir edilməsinə zərurət görmür. Təsvir edilənlərdən görünür ki, Məhkum CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun aktının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Məhkum məxsus əmlakların xüsusi müsadirəsinin ləğv edilməsi və həmin əmlaklar üzərinə qo yulmuş həbsin götürülməsinə həsr olunmuş kassasiya şikayətinin dəlilinə gəldikdə isə, kollegiya bu məsələ üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmamaq üçün əsas görmür. Belə ki, Azərbaycan Respublikası CPM-in 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.2 və 99-1.3-cü maddəsinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak h esabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Xüsusi müsadirə ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, cinayət prosesində cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi cəmiyyətin ümumi mənafeyinə cavab verməklə cinayət fəaliyyətinə qarşı mübarizənin zəruri və səmərəli vasitəsidir (Raymondo İtaliyaya qarşı iş üzrə 1994-cü il 22 fevral tarixli Qərar, § 30). Bu kontekstdə müsadirə həmçinin “Cinayətdən əldə edilən g əlirlərin yuyulması (leqallaşdırılması), axtarışı və müsadirəsi haqqında” X3 məqsədlərinə uyğundur və bu Konvensiya iştirakçı dövlətlərdən ağır cinayətlərlə əlaqədar istifadə edilən alətlərin və cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsinin tətbiqini tələb edir. Beləliklə, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında qərar ümumi maraqlara xidmət edir, cinayət fəaliyyəti ilə məşğul olmaq niyyətli şəxsləri bundan çəkindirir, cinayətkar fəaliyyət vasitəsilə zənginləşmənin qarşısının alınmasına təminat verir (Denisova və Moiseyeva Rusiyaya qarşı iş üzrə 2010-cu il 1 aprel tarixli § 58, X6rşı iş üzrə 2001-ci il 5 iyul tarixli § 52 Qərarlar). Korrupsiya və cinayətkarlığın digər formalarının cəmiyyətin stabilliyi və təhlükəsizliyi üçün doğurduğu problem və təhdidlərin qarşısının alınmasında cinayət yolu ilə əldə edilmiş əmlakların müsadirə edilməsinin vacibliyi bu sahədə qəbul edilmiş beynəlxalq hüquq normalarında da vurğulanmışdır. Məsələn, Azərbaycan Respublikası tərəfindən 30 sentyabr 2005-ci il tarixdə ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə” Konvensiyasının 31-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində qeyd edilir ki, hər bir İştirakçı Dövlət öz daxili hüquq sistemi çərçivəsində mümkün olan maksimum dərəcədə, hüquqpozmalardan əldə edilmiş gəlirlərin, yaxud dəyəri bu gəlirlərin dəyərinə uyğun gələn əmlakın müsadirə olunması üçün lazım gələn tədbirləri görməlidir. Həmin maddənin 4-cü bəndinə görə cinayət yolu ilə əldə edilmiş gəlirlər tam və ya qismən başqa əmlaka çevrilmiş və ya dəyişdirilmişdirsə, bu maddədə göstərilən tədbirlər həmin əmlak barəsində də tətbiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, xüsusi müsadirə təkcə cinayətin törədilməsindən bilavasitə əldə edilmiş əmlak və gəlirlər hesabına deyil, həm də qanunsuz əldə edilmiş vəsaitlər hesabına əldə edilmiş əmlaklarla bağlı da tətbiq edilə bilər və müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Yuxarıda sadalanmış hallardan müəyyən olunur ki, Məhkum elan olunmuş cinayət ittihamı ilə bağlı sonuncunun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmişdir. Hazırki cinayət işinin materialları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə mü qayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, xüsusi müsadirə olunmuş daşınmaz əmlaklar məhkumun adına rəsmiləşdirilmiş, həmin əmlakların əldə edilmə tarixləri məhkumun cinayət əməllərinin törətdiyi dövrə təsadüf olunur. Məhkəmə kollegiyası hazırki qərarda müdafiə tərəfinin mübahisələndirdiyi əmlaklarla bağlı xüsusi müsadirənin tətbiqinə dair birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların yenidən ətraflı təsvir və şərh olunmasını zəruri hesab etməyərək qeyd edir ki, məhkumun adına rəsmiləşdirilmiş əmlaklara xüsusi müsadirənin tətbiqi qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə h esab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 24 yanvar tarixli qərarı Məhkum aid hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 24 yanvar tarixli 1(103)-14/2025 nömrəli qərarı Məhkum aid hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar