Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3014/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Şəhriyar Asif oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarından dövlət ittiha mçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Məmmədov Şəhriyar Asif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx-ci il tarixdə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 14 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,120 qram çəkidə psixotrop maddə metamfetamin əl də edib üzərində saxlamaqla Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Saat dairəsi” adlanan əraziyə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 30 yanvar 2024-cü il tarixdə, saat 18:32-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin tarixdə, saat 20:05-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,120 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3. 30 may 2024-cü il ta rixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,120 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Saat dairəsi” adlanan əraziyə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 30 yanvar 2024-cü il tarixdə, saat 18:32-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilmiş və orada, həmin tarixdə saat 20:05-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,120 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-508/2024 nömrəli, 28 noyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1729/ 2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-94/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmü üzrə çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 05 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hacılı Pərviz Faiq oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində, eləcə də hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-508/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılaraq 04 (dörd) il həddində müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 1(041)-94/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmü üzrə çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının yeni qərarla təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 04 (dörd) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu kassasiya protesti və Məhkum müdafiəçisi Məmmədov Şəhriyar Asif oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərkən yalnız Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan subyektiv mülahizələrə və ehtimallara əsaslanmış, digər tərəfdən isə məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməmiş, nəticədə onun üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, onu hər hansı şəxsə satmaq niyyətində olması, bu barədə hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kimlərlə isə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsinin təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymaqla işin hallarını Məhkum xeyrinə təhrif edilmişdir. Kassasiya protestinin müəllifi cinayət işinin materiallarında olan sübutlara istinad edərək, Məhkum ondan aşkar edilərək götürülmüş bir ədəd bükümdə 3,120 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, daşıdığı və üzərində saxladığını təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplandığını, lakin toplanılmış sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143–146-cı maddələrinin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilmədiyini və tədqiq edilmədiyini, nəticədə törədilmiş əməlin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə səhv tövsif edildiyini iddia edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “şəxsi axtarış və götürmə haqqında” 30 yanvar 2024-cü il tarixli protokol, eləcə də məhkum edilmiş şəxs Məhkum məhkəməyədək icraat dövründə verdiyi izahat və ilkin ifadələrin mötəbərliyi şübhə altına alındığından, məhkumun təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul edilə bilməz, həmin protokol və ifadələrlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkum məhkəməyədək ifadəsində göstərdiyi xüsusatlara, yəni polis əməkdaşları tərəfindən döyülməsi və nəticədə xəsarət alması və videoçəkiliş zamanı bu səbəblərdən narkotik vasitənin ona məxsus olmasını deməsi ilə bağlı hallara xüsusi d iqqət yetirilməsi zəruridir. Bu halların həqiqət olması işdə olan sübutlarla kifayət qədər təsdiqini tapmışdır. İşin materiallarında olan Məhkum ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, o, törətdiyi cinayət əməlini qismən etiraf edərək üzərində narkotik vasitə metamfetamin olduğunu, həmin metamfetamini küçədən tapdığını bildirmişdir. Lakin cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarın məzmunundan görünür ki, Məhkum məhkəmədə çıxış edərkən üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü və ona xəsarət yetirildiyini qeyd etmişdir. Ona görə də onun yalnız polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi həmin ifadələrin sər bəst verilməsinə dair əsaslı şübhələr yaradır. Həmçinin onun ibtidai istintaqın ilkin mərhələsində özünə qarşı verdiyi etirafedici ifadələri yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin müəllifi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş edilmişdir.
12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu mad dəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məh kəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tö vsifində səhvə yol verildiyi iddia edilməklə, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
18. Müdafiəçi kassasiya şikayətində məhkum təqsirliliyinin sübuta yetirilmədiyini, barəsində olan ittiham hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət ve rilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumun təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin kassasiya şikayətinin, eləcə də dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya protestinin dəlillərini əsassız hesab edir.
25. İlk növbədə kassasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı qeyd edilir ki, bu dəlillər daha əvvəl məhkumun digər müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində də qaldırılmış, onları, eləcə də dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəmə sində icraat zamanı tədqiq edilmiş sübutları yuxarıda qeyd edilmiş maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Məhkum məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman, eləcə də şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələr i (üzərində aşkar edilmiş psixotrop maddəni daşıması ilə bağlı hissədə), şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri bir-biri ilə uzlaşan ifadələri, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkəti protokolu (həmin istintaq hərəkəti aparılarkən şifahi sorğu zamanı N.S. Məmmədov üzərində aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni küçədən tapdığını və zərərsizləşdirmək üçün üzərində saxlayıb daşıdığını, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, həmin maddəni heç kimə vermədiyini, satmadığını, üzərində olmasından heç kimin məlumatı olmadığını bildirmişdir), digər istintaq hərəkətlərinə dair protokollar, məhkəməfiziki-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ek spertizasının rəyi (həmin rəyə görə onda narkomaniya xəstəliyi aşkar olunmuşdur), həmçinin məhkumdan götürülmüş qan və sidik nümunələrinin tərkibinin yoxlanılmasına dair rəy (həmin rəyə görə təqdim edilmiş nümunələrdə fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir), maddi sübut, eləcə də cinayət işinin materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Belə olan halda məhkəmələr yuxarıda sadalanan sübutları məhkumun ibtidai istintaq dövründə verdiyi ifadə ilə müqayisəli şəkildə tədqiq edərək onun məhz həmin dövrdə verdiyi ifadələrini daha inandırıcı hesab etmiş, məhkəmə qarşısında bildirdiklərini isə işin hallarına uyğun olmayan və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmişlər.
27. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın 4-cü paraqrafında təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlm işdir.
28. Həmçinin müdafiəçinin hazırkı kassasiya şikayətinin dəlilləri kimi irəli sürdüyü, Məhkum məhkəməyədək icraat dövründə fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla üzərinə psixotrop maddə qoyulması barədə ifadələrinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış, sübutlar təhlil edilmiş, nəticədə həmin iddiaların həqiqətə uyğun olmaması müəyyən edildiyindən, qeyd olunan iddialar məhkumun cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş müdafiə taktikası kimi qiymətləndirilmişdir.
29. Məhkəmələr haqlı olaraq nəzərə almışlar ki, cinayət işinin materiallarında olan 12 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar i darəsinin prokuroru Ramil Qurbanov tərəfindən Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 205-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
30. Sözügedən qərardan məhkum və ya onun müdafiəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə yuxarı orqana və yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Hazırda qüvvədə olan həmin qərarın mövcudluğu Məhkum ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə məruz qalm ası barədə iddiaları istisna etdiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir.
31. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, 12 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə gəlinən nəticə məhkəmənin verdiyi müvafiq sorğu əsasında təqdim edilmiş, istintaq təcridxanasına qəbul edilərkən aparılmış ilkin tibbi müayinə ilə bağlı məhkumun adına açılmış tibbi kitabçada olan məlumatlarla da öz təsdiqini tapmışdır. Belə ki, Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 15 avqust 2024-cü il tarixli sorğuya cavab məktubu və tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Məhkum 01 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinədən keçirilərək adına tibb i kitabça açılmış və bədənində xəsarət aşkar edilməmişdir.
32. Məhkum törətdiyi cinayət əməlin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmasının səhv nəticə olduğu üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü kassasiya protestinin dəlillərinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, eləcə də həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
33. Dövlət ittihamçısının qeyd etdiyi bu məsələ ilə bağlı hər iki instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın verilməsinə bax mayaraq, istintaq orqanı onun narkotik vasitələrin satışı ilə məşğul olmasını, narkotik vasitələrin satışı ilə bağlı danışıq aparmasını və bu barədə sövdələşməsini, alıcılardan narkotik vasitələrlə bağlı sifarişlər almasını və həmin sifarişləri icra etməsini, “müştəri” çevrəsinə malik olmasını təsdiqləyən hər hansı bir sübutu əldə edib cinayət işinə əlavə etməmişdir.
34. Nəticədə məhkəmələr haqlı olaraq belə qənaətə gəlmişlər ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Məhkum psixotrop maddəni yalnız öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi iş materialları ilə təsdiqlənsə də, onun həmin maddəni satmaq məqsədi ilə saxlamasına və daşımasına dair heç bir sübut istintaq orqanı tərəfindən toplanmamış və məhkəmələrə təqdim edilməmişdir.
35. Qeyd edilənlərlə razılaşan məhkəmə kollegiy ası əlavə olaraq qeyd edir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 8, § 9, 14 iyun 2024-cü il).
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamət ində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
37. Belə, yəni aparılmış istintaq nəticəsində psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanmasının məhz satış məqsədilə həyata keçirildiyinə dair heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş psixotrop maddənin xeyli miqdardan artıq olması əsas götürülərək onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi iddia olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də İnsan hüquqlarının və əsas azadlıqların müdafi əsi haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə ziddir.
38. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, məhkəmələrin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.
39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin təsviri verilən məsələlər üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində həmin nəticəni təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkə mə kollegiyası Məhkum təqsirliliyi və törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.
41. Qeyd olunanlar Azərbaycan Respublikası CPM-ni n 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
42. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti və Məhkum müdafiəçisi Məmmədov Şəhriyar Asif oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 1(106)-224/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.