Məhkəmə qərarları › İş №1(102)-3030/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3030/2025

05.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3030/2025 05.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-212/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum x-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 23 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə yetkinlik yaşına çatmayan xx xxxx 2006-cı il təvəllüdlü Məhkum özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs tərəfindən cinayətkar fəaliyyətə cəlb edilərək 08 avqust 2022-ci il tarixdə, saat 23:30 radələrində sonuncu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək cinayətkar qrupun tərkibində, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən o, tanışı Zərərçəkmiş şəxs “Samsung A9” markalı mobil telefonunu qaytarmaq adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanına çağırmış, oradan birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gəlmiş, həmin təmirdə olan kafenin yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyina tlı mətbəx bıçağını silah qismində istifadə edib açıq formada nümayiş etdirərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, həmin kafenin pəncərəsindən içəri girməsini bildirmiş, kafenin içərisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs əllərini tutmuş, Təqsirləndirilən şəxs isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs basqın edib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun əlindəki dəri materialdan olan pul qabından içərisində olan 34 manat nağd pulu, içərisində ümumilikdə 552 manat 47 qəpik olan "xxxx" ASC-nə məxsus m əvacib kartını və əlində saxladığı 60 manat dəyərində olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, “Huawei Y5” markalı, “MYA-U29” model mobil telefonu və telefonda olan 4 manat dəyərində 070 *** ** ** “Azerfon” və 4 manat dəyərində ***-***-**-** “Bakcell” GSM nömrələri ilə birlikdə ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 654,47 (altı yüz əlli dörd manat, qırx yeddi qəpik) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-997/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə təyin olunmuş 02 (iki ) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respub likası CM-nin 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Kazımov Zakir Lələkişi oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və Məhkum təqsirli bilindiyi maddələr üzrə bəraət verilməsini xahiş etmişlər.

8. Hökmdən həmçinin Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və ona təqsirli bilindiyi maddələr üzrə yüngül cəza təyin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-212/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı ilə Məhkum və onun müdafiəçisi Kazımov Zakir Lələkişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəx s tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-997/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs üzrə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 07 (yeddi) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə həmin cəzadan çıxılmış, üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, eləcə də hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsi dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin hə min qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində iddia edilmişdir ki, cinayət əməlinin törədilməsinə dair heç bir mötəbər sübut təqdim edilməmiş, məhkəmələr tərəfindən düzgün tədqiqat aparılmamış, məhkumun azyaşlı olması, ailə vəziyyəti – atasının rəhmətə getməsi, gələcək həyat tərzi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-212/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur.

12. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd e dir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanıl ır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və y axud dəyişdirilə bilər.

17. Məhkum kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyini, eləcə də təyin edilmiş cəzanının ağır olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-212/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıda kıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə a lınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qar şısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi barədə dəlillərini əsassız hesab edir.

24. Belə ki, məhkumun müdafiəçisinin, eləcə də digər məhkumun bi rinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, lakin onun həmin cinayət əməlini törətməkdə təqsiri: - digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi, - Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövrünün bütün m ərhələlərində (raportda göstərilən məlumat, cinayət barədə ərizə, dindirmə və üzləşdirmələr zamanı) verdiyi eyni məzmunlu ifadələri (həmin ifadələrdə Məhkum onun əllərindən tutduğunu, Təqsirləndirilən şəxs isə əlindəki bıçağı onun böyür nahiyəsinə dirəyərək “tez elə, üzərində nə var mənə ver” dediyini, sonradan ona zoraki hərəkətlər etdiyini, əlindəki bıçaqla onu hədələyərək ona məxsus pul vəsaiti, mobil telefon və məvacib kartını tələb etdiyini, hadisənin günün gecə vaxtı və yardıma gələcək şəxslərin olmadığı yerdə və şəraitdə baş verdiyini, habelə hadisə yerində Tərlan və Simrandan başqa sonuncuların tanışlarının olduğunu, həmin şəxslərin sayından və Simranın əlindəki bıçaqdan qorxaraq özünə məxsus predmetləri Simrana verdiyini dəqiq və ardıcıl şəkildə bildirmişdir), - hadisənin bilavasi tə şahidi olmuş Şahid1 zərərçəkmiş şəxsin ifadəsi ilə eynilik təşkil edən ibtidai istintaq zamanı verdiyi ifadəsi, - digər şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, - müxtəlif protokollar, o cümlədən ifadənin yerində yoxlanılması protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, videogörüntülərə baxış keçirilməsi protokolu, üzləşdirmə istintaq hərəkəti protokolları, - ekspertiza rəyləri, - digər istintaq, məhkəmə hərəkəti protokolları, - cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Əvvəl birinci instansiya məhkəməsi, daha sonra isə apellyasiya şikayətləri üzrə baxış keçirən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqi ilə bağlı ətraflı araşdırma aparılmış, məhkum edilmiş şə xslərin, eləcə də zərərçəkmiş şəxsin məhkəməyə qədər və məhkəmə qarşısında verdikləri zidiyyətli ifadələrinin cinayət işinin materiallarında olan digər sübutlarla müqayisəli təhlili həyata keçirilmiş, ifadələrdəki ziddiyyətlərə düzgün hüquqi qiymət verilmiş, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Məhkum cinayət əməlini törətməkdə onunla birlikdə iştirak etmədiyinə dair verdiyi ifadəsi Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi üzrə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad olunmağa yönəlmiş cəhd kimi, eyni zamanda Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ziddiyyətli ifadələri işin həqiqi hallarını gizlətməyə, bununla da cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilmişdir.

26. Həmçinin, zərərçəkmiş şəxsin ibtidai istintaq dövrü ndə verdiyi ifadəsinin əksinə olaraq məhkəmə qarşısında məhkum T.F. Əliyevin xeyrinə verdiyi ifadəsini digər sübutlarla müqayisəli təhlil edən apellyasiya instansiyası məhkəməsi həmin ifadəni həqiqətə uyğun olmayan, işin həqiqi hallarını gizlətməyə, bununla da sonuncunun məsuliyyətdən azad olunmasına yönəlmiş istək kimi qiymətləndirmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətini zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsində Məhkum yaşı az olduğundan ona yazığı gəldiyi və avtobusda baş vermiş hadisə ilə bağlı polis orqanına şikayət etmək istəmədiyinə dair göstərdiyi xüsusata, eyni zamanda onun törədilmiş cinayətin üsulu və mexanizmi barədə ifadəsi ilə eynilik təşkil edən hadisənin bilavasitə şahidi olmuş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə t əsdiq edilməsinə əsaslandırmışdır.

28. Son olaraq birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun həmin maddələr üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmiş, hökmü yalnız təyin edilmiş cəza hissəsində qismən dəyişdirmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair xahişinə münasibətdə də a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

31. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyalarına aid edilmiş, maddənin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

32. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən hallar olaraq cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların müə yyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddində - 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla, yekunda ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən cəza təyininə dair qənaəti ilə razılaşsa da, lakin birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum başqa cinayət işləri üzrə həbsdə saxlanıldığı 03 (üç) gün müddətin cəza çəkmə müddətinə daxil edilmədiyi və təyin edilmiş cəzadan çıxılmadığı əsası ilə hökmü hazırkı qərarın 9-cu paraqrafında göstərilən qaydada dəyişdirmişdir.

34. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, bu hissədə gəlinən nəticə də yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

35. Yekunlaşaraq məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdı rılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

36. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-212/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı də yişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-212/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar