Məhkəmə qərarları › İş №1(102)-305/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-305/2019

17.04.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-305/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Nəsibov Hafiz Qənbər oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum3 və onun müdafiəçisi, Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X6 Məhkum1 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X29 Məhkum2 müdafiəçisi, Gəncə şəhəri, 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 24 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmaya n, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Göygöl rayonu ********** kəndində qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.3.1, 182.3.1, 204.2, 221.3 və 234.1-ci maddələri ilə, 21 iyul 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri Ş.İ.Xətai prospekti bina 114, mənzil 40-da qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.1 və 182.3.1-ci maddələri ilə, 14 yanvar 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmiş, Gəncə şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.1, 182.3.1 və 228.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr********** 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum3 və onun müdafiəçisi, Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili X38 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.Ə.Əzizov (sədrlik e dən), Z.B.Qasımov və E.İ.Rüstəmov) Məhkum2 Azərbaycan Respublikası CM-in 181.3.1, 182.3.1, 204.2, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməsi və ona CMnin 181.3.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CMnin 182.3.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CMnin 204.2-ci maddəsi ilə 07 il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CMnin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalarını qismən toplanmaq yolu ilə Məhkum2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını c iddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzasının başlanğıcının 01 avqust 2015-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.1 və 182.3.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməsi, ona CM-nin 181.3.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 182.3.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalarını qismən toplanmaq yolu ilə Məhkum3 qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 sentyabr********* * 2014-cü il tarixli hökmünə əsasən Məhkum3 CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Məhkum3 hazırkı hökmlə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına əsas cəzaların qismən, əlavə cəzanın isə tam birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzasının başlanğıcının 03 avqus t 2015-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.1, 182.3.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinməsi, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 181.3.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 182.3.1-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalarını qismən toplanmaq yolu ilə Məhkum1 qəti olaraq 12 (on iki) il 09 (doqqu z) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 06 aprel 2012-ci il tarixli qərarına əsasən Məhkum1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 deka********** 2014-cü il tarixli qərarı ilə cəzadan 03 (üç) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl şərti azad etmənin ləğv edilməsi, çəkilməmiş qalan 03 (üç) ay 28 (iyirmi səkkiz) günü CM-nin 67.1-ci maddəsinə əsasən Məhkum1 hazırkı hökmlə təyin edilmiş 12 (on iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzasının başlanğıcının 04 avqust 2015-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin X39 və X30 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr********** 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), Ç.Məhkum1 və E.İ.Xasməmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən o, mütəşəkkil dəstənin tərkibində özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsi n həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmə, təkrarən, mütəşəkkil dəstənin tərkibində zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, satış məqsədi ilə xeyli miqdarda saxta pulu əldə etmə, bir qrup şəxslə təkrarən silah qismində istifadə edilən əşyaları tədbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlama cinayətlərini törətmişdir. Belə ki, Məhkum2 bir qrup şəxs halında 31 avqust 2014-cü il tarixdə saat 22 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən «Gənclik» çay evində tanışları X5, X31, X21 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyub gücünü nümayiş etdirmək məqsədilə insanların gur olduğu ictimai yerdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib dalaşaraq, əl və ayaq zərbələri, həmçinin silah qismində istifadə etdikləri bıçaqla Zərərçəkmiş şəxs1 vurub sağ kürəküstü və sol qaş nahiyəsinin, dodağın selikli qişasının yaraları, sağ gözün alt qapağının və sol kürəküstü nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid edi lən xəsarətlər yetirməklə çay evinin normal iş rejimini pozaraq orada olan vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradıb, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən, bir qrup şəxs halında 02 sentyabr********** 2014-cü il tarixdə saat 23 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən «Vüsal» şadlıq sarayının qarşısında tanışları X5, X31, X21 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyub gücünü nümayiş etdirmək məqsədilə insanların gur olduğu ictimai yerdə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əsaslı səbəb olmadan X46 ilə mübahisə edib dalaşaraq əl və a yaq zərbələri, həmçinin silah qismində istifadə etdikləri 1(bir) ədəd idman təyinatlı beysbol toxmağı, 2(iki) ədəd metal çubuq, 2(iki) ədəd boru və digər istintaqa məlum olmayan dəmir əşyalarla Rəsul Musayevə vurub üst dodağın selikli qişasına qansızma, döş qəfəsinin ön səthinin, sol bud, sol baldır nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək vətəndaş üzərində zor tətbiq olunması və sonuncuya məxsus «VAZ-2107» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə həmin əşyalarla çoxsaylı zərbələr vurub 870(səkkiz yüz yetmiş) manat zərər yetirməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsə di ilə qanunsuz olaraq skan edilərək axınlı printerdə çap edilmiş və dövriyyədə olan eyni məbləğli pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan 6 (altı) ədəd B 44690333, 7(yeddi) ədəd A 89655980 seriya və nömrəli 10(on) manata oxşar, 1(bir) ədəd B 20383529, 62(altmış iki) ədəd B 20383530, 35(otuz beş) A 16608520, 36(otuz altı) ədəd A 16608520 seriya və nömrəli 20(iyirmi) manata oxşar, 568(beş yüz altmış səkkiz) ədəd B 21299356, 336(üç yüz otuz altı) ədəd B 35369053 seriya və nömrəli 50(əlli) manata oxşar, 1(bir) ədəd A 00130596, 4(dörd) ədəd A 15443590, 12(on iki) ədəd A 83014943, 24(iyirmi dörd) ədəd A 48904289 seriya və nömrəli 100(yüz) manata oxşar, ümumilikdə 52.110 (əlli iki min yüz on) manat saxta pul vahidlərini əldə edib Göygöl rayonunun Nadel kəndində yerləşən yeməkx ananın həyətindəki əşyaların arasında olan yararsız soyuducunun içərisində saxlamış, 11 deka********** 2014-cü il tarixdə yeməkxananın həyətyanı sahəsinə keçirilən baxış zamanı həmin yararsız olan soyuducunun içərisindən ağ rəngli kağız bükümlərində 52.110 (əlli iki min yüz on) manat saxta pul aşkar edilərək götürülmüş, bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq rəngli texniki qurğudan istifadə etməklə çap olunaraq hazırlanmış və eyni növ pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan 1(bir) ədəd B seriyalı 00464472 nömrəli, 12(on iki) ədəd A seriyalı 11376496 nömrəli, 115(yüz on beş) ədəd B seriyalı 21299356 nömrəli, 285(iki yüz səksən beş) ədəd B seriyalı 35369053 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı 50-lik Azərbaycan manatı; 36(otuz altı) ədəd A seriyalı 48904289 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı 100-lük Azərbaycan manatı əskinasına oxşar, ümumilikdə, 24.250 (iyirmi dörd min iki yüz əlli) manat saxta pul əldə edib özündə saxlamış, 01 avqust 2015-ci il tarixdə saat 03:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Baş Dövlət Yol Polisi idarəsinin 722 nömrəli postunda Baş Cinayət Axtarış İdarəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada idarə etdiyi “Mercedes Benz” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən aşkar olunmuş qara rəngli sellofan torbanın içərisindən 21.850 (iyirm i bir min səkkiz yüz əlli) manat və ağ rəngli kağıza bükülmüş 2400 (iki min dörd yüz) manat, yəni xeyli miqdarda 24.250 (iyirmi dörd min iki yüz əlli) manat saxta pul aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmə məqsədilə tanışları Məhkum1, X39, Məhkum3, X47 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstə yaratmaqla cinayətin törədilmə üsulunu müəyyən edib, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün dəstə üzvlərinin hərəkətlərini razılaşdırmış, zərərçəkmiş Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədilə dəstənin üzvü R6 Zərərçəkmiş şəxs2 Xəyal adlı şəxsin sonuncuya borclu olduğu pulun qaytarılması bəhanəsi ilə onu Göygöl rayonu ********** kəndində yerləşən Çənlibel restoranına çağırmasını tapşırmış, 31 iyul 2015-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 qohumu X12 etibarnamə ilə idarə etdiyi “VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobillə razılaşdırılmış yerə gəldikdən sonra o, zərərçəkmişlə müxtəlif bəhanələrlə mübahisə yaratdıqdan sonra dəstənin digər üzvü Məhkum3 yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə qəsdən sillə vurmuş, o, aralarında olan söhbəti ictimai yerdə deyil, digər yerdə davam etdirmək bəhanəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili başqa yerə sürməsini təklif etdikdən sonra Məhkum2 və dəstənin digər üzvləri Məhkum1, S6 və R6 həmin avtomobilə əyləşərək Çənlibel restoranının yaxınlığındakı dərəyə gəldikdən sonra Məhkum1 üstündə qanunsuz olaraq gəzdirdiyi qaz silahı hesab edilən qaz balonu ilə Zərərçəkmiş şəxs2 üz nahiyəsinə maye qaz püskürtmüş, sonuncu ona qarşı qaz silahının tətbiqindən və digər zor hərəkətlərinin ediləcəyindən qorxaraq maşından düşdükdən sonra dəstənin üzvləri Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vuraraq sonuncuya sağ bazu nahiyəsinin sıyrığı ilə müşayit edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edərək o, dəstənin digər üzvləri ilə birlikdə X17 məxsus, Zərərçəkmiş şəxs2 idarə etdiyi 3500 manat dəyərində olan “VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmə məqsədilə tanışları Məhkum1, X39, Məhku m3, X47 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət mütəşəkkil dəstə yaratmaqla cinayətin törədilmə üsulunu müəyyən edib, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün dəstə üzvlərinin hərəkətlərini razılaşdırmış, Zərərçəkmiş şəxs2 qohumu X17 məxsus” VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 01 avqust 2015-ci il tarixdə Göygöl rayonunun ********** kəndində olarkən Məhkum3 zəng vuraraq avtomobili geri tələb etdikdə, əvvəlcə Məhkum3, sonra S6 və Məhkum1 avtomobilin müqabilində 1100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 isə onlara pulunun olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs2 onlara pulu verməyəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri 3500 manat dəyərində olan “VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobili tələf etməklə hədələmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,428 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamış və 01 avqust 2015-ci il tarixdə saat 03:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Baş Dövlət Yol Polisi idarəsinin 722 nömrəli postunda Baş Cinayət Axtarış idarəsinin və Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinə gətirilib orada idarə etdiyi Mercedes Benz **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən aşkar olunmuş qar a rəngli sellofan torbanın içərisindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir bükümdə 0,428 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında və mütəşəkkil dəstənin tərkibində özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etmə, təkrarən mütəşəkkil dəstənin tərkibində zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişdir. Belə ki, Məhkum3 şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş X22 əmlakını silah qismində istifadə etdiyi bıçaqla zor tətbiq edərək ələ keçirmək məqsədilə 02 iyul 2015-ci il tarixdə saat 03 radələrində Gəncə şəhəri X72 küçəsi 114 nömrəli evin birinci mərtəbəsində yerləşən «24 saat» adlı marketə daxil olaraq marketin sahibi Sənan Cəfərova yaxınlaşaraq müxtəlif bəhanələrlə mübahisə yaratdıqdan sonra özü ilə gətirdiyi bıçaqla onu hədələyib sol əli bir dəfə sifət nahiyəsindən qəsdən vurub ona sol gözün alt qapağının qançırı ilə müşayit edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq etmiş, sonra mağazanın satıcısı X23 həmin bıçaqla zor tətbiq edəcəyi hədəsi ilə qolundan tutub kənara itələyərək oradan qrupun digər üzvləri ilə birlikdə ümumi dəyəri 4(dörd) manat, hər biri 2(iki) manat olan iki ədəd bağlamada «Çudo sweet» markalı vafli tortu, ümumi dəy əri 2(iki) manat, hər biri 1(bir) manat olan iki ədəd göy rəngli bağlamada «Eskimo» markalı dondurma, dəyəri 1(bir) manat olan bir ədəd qırmızı rəngli bağlamada «Eskimo» markalı dondurma, dəyəri 1(bir) manat olan bir ədəd bağlamada «Energy» markalı dondurma, dəyəri 2(iki) manat olan bir ədəd bağlamada «Obojayka» markalı şirniyyat, dəyəri 3(üç) manat olan bir ədəd bağlamada «Vinçini» markalı tort, ümumi dəyəri 4(dörd) manat, hər biri 2(iki) manat olan iki ədəd bağlamada «Biskolata» markalı peçenye, dəyəri 2(iki) manat olan bir ədəd bağlamada «Nati Lay-lay» markalı vafli, dəyəri 3(üç) manat olan bir ədəd bağlamada «Asolo dolçe» markalı şirniyyat, dəyəri 1(bir) manat olan bir ədəd bağlamada «Luppo» markalı şirniyyat, dəyəri 4(dörd) manat olan bir ədəd bağlamada «Bismak sport» markalı peçenye, dəyəri 3(üç) manat olan bir ədəd bağlamada «Assorti» markalı vafli, ümumi dəyəri 9(doqquz) manat, hər biri 3(üç) manat olan üç ədəd bağlamada «Limon» markalı tort, ümumi dəyəri 10(on) manat, hər biri 2(iki) manat 50(əlli) qəpik olan dörd ədəd bağlamada «Trufelni» markalı tort, ümumi dəyəri 18(on səkkiz) manat, hər biri 3(üç) manat olan altı ədəd qutuda «So**********anie» markalı siqareti, ümumi dəyəri 9(doqquz) manat, hər biri 3(üç) manat olan üç ədəd qutuda «Kent» markalı siqareti və ümumi dəyəri 4(dörd) manat, hər biri 2(iki) manat olan iki ədəd qutuda «West» markalı siqareti ələ keçirməklə cəmi 80(səksən) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Məhkum2 tərəfindən Məhkum1, X39, X47 və şəxsiyyətl əri istintaqa məlum olmayan digər şəxslərdən ibarət təşkil edilmiş mütəşəkkil dəstənin tərkibində cinayətin törədilmə üsulu müəyyən edilib, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələri öz aralarında bölməklə dəstənin başçısı Məhkum2 zərərçəkmiş Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədilə dəstənin üzvü R6 Zərərçəkmiş şəxs2 Xəyal adlı şəxsin sonuncuya borclu olduğu pulun qaytarılması bəhanəsi ilə onu Göygöl rayonu ********** kəndində yerləşən Çənlibel restoranına çağırmasını tapşırmış, 31 iyul 2015-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 qohumu X12 etibarnamə ilə idarə etdiyi “VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobillə razılaşdırılmış yerə gəldikdən sonra dəstənin başçısı Məhkum2 zərərçəkmişlə müxtəlif bəhanələrlə mübahisə yaratdıqdan sonra o, yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə qəsdən sillə vurmuş, dəstənin başçısı Məhkum2 aralarında olan söhbəti ictimai yerdə deyil, digər yerdə davam etdirmək bəhanəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili başqa yerə sürməsini təklif etdikdən sonra Məhkum2 və dəstənin digər üzvləri Məhkum1, S6 və R6 həmin avtomobilə əyləşərək Çənlibel restoranının yaxınlığındakı dərəyə gəldikdən sonra Məhkum1 üstündə qanunsuz olaraq gəzdirdiyi qaz silahı hesab edilən qaz balonu ilə Zərərçəkmiş şəxs2 üz nahiyəsinə maye qaz püskürtmüş, sonuncu ona qarşı qaz silahının tətbiqindən və digər zor hərəkətlərinin ediləcəyindən qorxaraq maşından düşdükdən sonra dəstənin üzvləri Zərər çəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vuraraq sonuncuya sağ bazu nahiyəsinin sıyrığı ilə müşayit edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edərək o, dəstənin başçısı Məhkum2 və dəstənin digər üzvləri ilə birlikdə X17 məxsus, Zərərçəkmiş şəxs2 idarə etdiyi 3500 manat dəyərində olan “VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmə məqsədilə Məhkum2 tərəfindən Məhkum1, X39, X47 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət cinayətin törədilmə üsulu müəyyən edilib, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üç ün dəstə üzvlərinin hərəkətlərinin razılaşdırılaraq təşkil edilmiş mütəşəkkil dəstənin tərkibində quldurluq yolu ilə əldə etdikləri Zərərçəkmiş şəxs2 qohumu X17 məxsus “VAZ-21074” markalı ************-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 01 avqust 2015-ci il tarixdə Göygöl rayonunun ********** kəndində olarkən ona zəng vuraraq avtomobili geri tələb etdikdə əvvəlcə o, sonra S6 və Məhkum1 avtomobilin müqabilində 1100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 isə onlara pulunun olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs2 onlara pulu verməyəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri 3500 manat dəyərində olan “VAZ-21074” markalı ************-*** dövlət qeydiyyat nişanlı avtomobili tələf etməklə hədələmişdir. Məhkum1 o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə mütəşəkkil dəstənin tərkibində hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah tətbiq etməklə quldurluq etmə, mütəşəkkil dəstənin tərkibində zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq qaz silahını əldə etmə və gəzdirmə cinayətlərini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin fevral ayından həmin ilin avqust ayının o rtalarına qədər olan müddət ərzində X4 məxsus Gəncə şəhəri Cavad Xan qəsəbəsində yerləşən yaşayış sahəsi olan evə Şahin Allahverdiyev və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 200(iki yüz) manat olan bir ədəd netbuk və ümumi dəyəri 100(yüz) manat olan iki ədəd xəncəri gizli olaraq talayıb zərərçəkmiş Şahin Allahverdiyevə cəmi 300(üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2015-ci il tarixdə səhər saatlarında X7 məxsus Göygöl rayonu ********** kəndində yerləşən yaşayış sahəsi olan evə Nəsrəddin Əsgərov və onun ailə üzvləri evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 1000(min) manat olan bir ədəd qızıl boyunbağı, dəyəri 110(yüz on) manat olan üzərində «Aytən» yazılmış bir ədəd qızıl kulon, dəyəri 100(yüz) manat olan bir ədəd göy qaşlı qızıl üzük, dəyəri 550(beş yüz əlli) manat olan bir ədəd qızıl qadın üzüyü, dəyəri 100(yüz) manat olan bir ədəd qızıl kulon, dəyəri 30(otuz) manat olan bir cüt sırğa, dəyəri 70 manat olan 1 dəst göy rəngli Mario Boletti markalı 50 ölçülü, istifadədə olmuş kişi kostyumu, dəyəri 10 manat 1 ədəd ağ rəngli Pashatürk markalı, 39/40 ölçülü istifadədə olmuş kişi köynəyi, dəyəri 140(yüz qırx) manat olan geyim əşyalarını və 230(iki yü z otuz) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Nəsrəddin Əsgərova cəmi 2340(iki min üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 may 2015-ci il tarixdə təxminən günorta saatlarında X32 məxsus Gəncə şəhəri Ələddin Quliyev küçəsində salınmış yeni yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə Nofəl Cəfərov və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 10(on) manat olan bir ədə d mobil telefon və 250(iki yüz əlli) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Nofəl Cəfərova cəmi 260(iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin may ayının əvvəllərindən 30 may 2015-ci il tarixə qədər olan müddət ərzində X8 məxsus Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən yaşayış sahəsi olan evə Roza Məmmədova və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 800 (səkkiz yüz) manat olan qızıl kulon, ümumi dəyəri 300 (üç yüz) manat - hər birinin dəyəri 30 (otuz) manat olan 10 (on) ədəd xüsusi dəyəri olmayan medal və 300 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Roza Məmmədovaya cəmi 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 may 2015-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs3 məxsus Göygöl rayonu ********** kəndində yerləşən yaşayış sahəsi olan evə Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərinin evdə olmadığı dövrdə pəncərəni özü ilə gətirdiyi balta vasitəsi ilə sındırıb qanunsuz daxil olaraq oradan dəyəri 100(yüz) manat olan şalvar və pencəkdən ibarət bir dəst kostyum, dəyəri 6(altı) manat olan bir ədəd kəmər, dəyəri 300(üç yüz) manat olan bir cüt sırğa və dəyəri 15(on beş) manat olan bir ədəd kişi saatı, dəyəri 30(otuz) manat olan bir ədəd ətir, dəyəri 20(iyirmi) manat olan bir ədəd ətir və 350(üç yüz əlli) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 821(səkkiz yüz iyirmi bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 may 2015-ci il tarixdən 02 avqust 2015-ci il tarixə qədər olan müddət ərzində X9 məxsus Göygöl rayonu ********** kəndində yerləşən yaşayış sahəsi olan evə Mətanət Məmmədova və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 1000(min) manat olan bir ədəd Apple markalı planşet, dəyəri 600 manat olan bir ədəd qızıl kişi saatı, dəyəri 700(yeddi yüz) manat olan bir ədəd Sony markalı videokamera, dəyəri 600(altı yüz) manat olan bir ədəd Canon markalı videokamera, dəyəri 200(iki yüz) manat olan bir dəst çay dəsti və dəyəri məzənnə ilə 115(yüz on beş) manat 50(əlli) qəpik olmaqla 110 X28 dolları olan çəngəl-bıçaq dəst ini gizli olaraq talayıb zərərçəkmiş Mətanət Məmmədovaya cəmi 3215 (üç min iki yüz on beş) manat 50(əlli) qəpik məbləğində miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 may 2015-ci il tarixdən 04 iyun 2015-ci il tarixə qədər olan müddət ərzində X2 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olan evə Nurqənbər Abdullayev və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 80(səksən) manat olan bir ədəd Nokia mark alı mobil telefon aparatını, ümumi dəyəri 40(qırx) manat olan iki ədəd gümüş üzük, dəyəri 60(altmış) manat olan boyunbağı, üzük, sırğadan ibarət sadə bəzək əşyaları, dəyəri 20(iyirmi) manat olan şəxsi qulluq əşyaları, ümumi dəyəri 15(on beş) manat olan beş ədəd yaddaş kartı, ümumi dəyəri 50(əlli) manat olan on ədəd optik eynək və 50(əlli) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Nurqənbər Abdullayevə cəmi 315(üç yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqc adan əlbir olan bir qrup şəxs halında 02 iyun 2015-ci il tarixdə saat 15 radələrində X24 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olan evə Aidə Abbasova və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 700(yeddi yüz) manat olan bir ədəd üzük və bir cüt sırğadan ibarət qızıl dəst, dəyəri 100(yüz) manat olan bir ədəd qızıl uşaq sırğası, dəyəri 200(iki yüz) manat olan bir ədəd qızıl üzük, dəyəri 150(yüz əlli) manat olan bir ədəd qızıl üzük, dəyəri 350(üç yüz əlli) manat olan bir ədəd qızıl boyunbağı və 2000(iki min) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Aidə Abbasovaya cəmi 3500 (üç min beş yüz) manat məbləğində miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istinta qa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 iyun 2015-ci il tarixdə saat 12:30 radələrindən 20 radələrinə qədər olan müddət ərzində Namazova Hicran Sabir qızına məxsus Gəncə şəhəri ADAU-6 saylı ərazidə yerləşən yaşayış sahəsi olan evə Hicran Namazova və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 200(iki yüz) manat – hər biri 100(yüz) manat olan iki ədəd qızıl diş, dəyəri 250(iki yüz əlli) manat olan bir cüt qızıl sırğa, dəyəri 160(yüz altmış) manat olan bir ədəd ay formalı qızıl kulon, dəyəri 300(üç yüz) manat olan bir ədəd qızıl boyunbağı, dəyəri 140(yüz qırx) manat olan bir cüt qızıl uşaq sırğası, dəyəri 750(yeddi yüz əlli) manat olan bir ədəd **********illiant qaşlı qızıl üzük, dəyəri 200(iki yüz) manat olan bir ədəd qızıl üzük və 800(səkkiz yüz) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Hicran Namazovaya cəmi 2800(iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X30 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 iyun 2015-ci il tarixdən 09 iyun 2015-ci il tarixə qəd ər olan müddət ərzində X25 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi olan evə Türkan Məmmədli və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 350(üç yüz əlli) manat olan üzərində «Göyçək» yazılmış bir ədəd qızıl kulonla birlikdə bir ədəd qızıl boyunbağı, dəyəri 150(yüz əlli) manat olan bir ədəd qızıl qolbağı, dəyəri 80 manat olan bir cüt qızıl sırğa, dəyəri 500(beş yüz) manat olan bir ədəd qızıl qolbağı, dəyəri 1600(min altı yüz) manat olan **********illiant qaşlı bir ədəd qızıl boyunbağı, dəyəri 2400(iki min dörd yüz) manat olan **********illiant qaşlı bir cüt qızıl sırğa və **********illiant qaşlı bir ədəd qızıl üzükdən ibarət dəst, dəyəri 250(iki yüz əlli) manat olan muncuq formalı bir ədəd qızıl qadın üzüyü, dəyəri 120(yüz iyirmi) manat olan bir ədəd Samsung Galaxy markalı mobil telefon aparatı, dəyəri 30(otuz) manat olan bir ədəd kişi ətri, dəyəri 5(beş) manat olan ətir və dəyəri 10(on) manat olan bir ədəd üzqırxan ülgücü gizli olaraq talayıb zərərçəkmiş Türkan Məmmədliyə cəmi 5495(beş min dörd yüz doxsan beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 iyul 2015-ci il tarixdə saat 23 radələrində X13 məxsus Gəncə şəhəri ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi olan evə Eldəniz Həsənov və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 780(yeddi yüz səksən) manat olan bir ədəd qalın qızıl boyunbağı, dəyəri 600(altı yüz) manat olan bir ədəd nazik qızıl boyunbağı, dəyəri 200(iki yüz) manat olan bir ədəd qızıl qadın üzüyü, dəyəri 150(yüz əlli) manat olan bir ədəd qızıl qadın üzüyü, dəyəri 300(üç yüz) manat olan bir ədəd qızıl qadın üzüyü, dəyəri 250(iki yüz əlli) manat olan bir ədəd qızıl qadın üzüyü, dəyəri 220(iki yüz iyirmi) manat olan bir ədəd qızıl qadın üzüyü, dəyəri 300(üç yüz) manat olan bir ədəd qızıl kişi üzüyü, dəyəri 300(üç yüz) manat olan bir ədəd qızıl qolbaq, dəyəri 250(iki yüz əlli) manat olan bir ədəd qızıl kulon, dəyəri 150(yüz əlli) manat olan bir ədəd üzərində «Əliağa» sözü yazılmış qızıl uşaq qolba ğı və dəyəri 50(əlli) manat olan bir ədəd suvenir xəncəri gizli olaraq talayıb zərərçəkmiş Eldəniz Həsənova cəmi 3550 (üç min beş yüz əlli) manat məbləğində miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X30 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 iyul 2015-ci il tarixdə səhər saatlarından saat 19 radələrinə qədər olan müddət ərzində X33 məxsus Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən yaşayış sahəsi olan evə Ural Qurbanov və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qa nunsuz daxil olaraq oradan ümumi dəyəri 600(altı yüz) manat olan iki ədəd qızıl üzük, dəyəri 600(altı yüz) manat olan bir ədəd boyunbağı və qolbağından ibarət dəst, dəyəri 400(dörd yüz) manat olan bir cüt **********illiant qaşlı sırğa, dəyəri 220(iki yüz iyirmi) manat olan üzərində «İlahə» yazılmış kulonla birlikdə boyunbağı, dəyəri 400(dörd yüz) manat olan bir ədəd qızıl kişi nişan üzüyü, dəyəri 800(səkkiz yüz) manat olan bir cüt **********illiant qaşlı qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət olan qızıl dəsti və məzənnə ilə 367(üç yüz altmış yeddi) manat 08(səkkiz) qəpik olmaqla 350 X28 dollarını gizli olaraq talayıb zərərçəkmiş Ural Qurbanova cəmi 3387 (üç min üç yüz səksən yeddi) manat 08(səkkiz) qəpik məbləğində miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 iyul 2015-ci il tarixdə saat 14 radələrində X34 məxsus Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən yaşayış sahəsi olan evə İradə Quliyeva və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 350(üç yüz əlli) manat olan bir ədəd qızıl boyunbağı, dəyəri 300(üç yüz) manat olan bir ədəd qolbağı, ümumi dəyəri 200(iki yüz) manat – hər birinin dəyəri 100(yüz) manat olan iki ədəd qızıl üzük, dəyəri 150(yüz əlli) manat olan bir ədəd qızıl üzük və dəyəri 300(üç yüz) manat olan bir ədəd qızıl kulonu gizli olaraq talayıb zərərçəkmiş İradə Quliyevaya cəmi 1300(min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2015-ci il tarixdən 02 avqust 2015-ci il tarixə qədər olan müddət ərzində X18 məxsus Göygöl rayonu ********** kəndində yerləşən yaşayış sahəsi olan evə İsmayıl Kərimov və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 505 manat olan me talı 750 əyarlı qızıla uyğun, çəkisi 8,06 qram, 5 ədəd **********ilyant qaşın hər birinin ölçüsü 0,066 karat və 3/2 keyfiyyətli olan, üzərində «SOMORO 750» damğası həkk edilmiş bir ədəd kişi üzüyü, dəyəri 50(əlli) manat olan bir ədəd gümüş qolbağı və 20(iyirmi) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş İsmayıl Kərimova cəmi 575(beş yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2015-ci ilin iyul ayının ortalarında X40 məxsus Gəncə şəhəri 3-cü mikrorayonda yeni salınmış qəsəbədə yerləşən yaşayış sahəsi olan evə Famil Əliyev və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 100(yüz) manat olan bir cüt tək qaşlı qızıl uşaq sırğası, dəyəri 800(səkkiz yüz) manat olan bir cüt badam formalı qızıl sırğa, dəyəri 700(yeddi yüz) manat olan bir ədəd **********illiant qaşlı qızıl üzük, dəyəri 1000(min) manat olan bir ədəd qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Famil Əliyevə cəmi 2600(iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X30 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 iyul 2015-ci il tarixdə günorta saatlarında X10 məxsus ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi olan evə Eşqin Əliyev və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 550(beş yüz əlli) manat olan bir ədəd qızıl qolbaq, dəyəri 500(beş yüz) manat olan bir cüt qızıl sırğa, dəyəri 250(iki yüz əlli) manat olan bir ədəd qızıl üzük, dəyəri 150(yüz əlli) manat olan bir ədəd qızıl boyunbağı, dəyəri 50(əlli) manat olan bir ədəd qızıl kulon, dəyəri 50(əlli) manat olan bir ədəd Samsung markalı, dəyəri 30(otuz) manat olan bir ədəd Nokia5230 markalı və dəyəri 50 manat olan bir ədəd Nokia8800 markalı mobil mobil telefon aparat larını gizli olaraq talayıb zərərçəkmiş Eşqin Əliyevə cəmi 1630(min altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2015-ci il tarixdə saat 09 radələrindən 10 radələrinə qədər olan müddət ərzində X11 məxsus Gəncə şəhəri AKTA-6 ərazisində yerləşən yaşayış sahəsi olan evə Qalib Bayramov və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 200(iki yüz) manat olan bir ədəd Nokia Lumia markalı m obil telefon aparatı və 100(yüz) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Qalib Bayramova cəmi 300(üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2015-ci il tarixdə saat 18 radələrindən 21 radələrinə qədər olan müddət ərzində X14 məxsus Gəncə şəhəri Cavad Xan qəsəbəsində yerləşən yaşayış sahəsi olan evə Qənirə Rzayeva və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 300(üç yüz) manat ol an bir ədəd Toshiba markalı noutbuk, dəyəri 50 manat olan bir ədəd şəkərölçən aparat və 45 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Qənirə Rzayevaya cəmi 395(üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X30 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 iyul 2015-ci il tarixdə saat 09 radələrindən 21 radələrinə qədər olan müddət ərzində X26 məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı ərazisində yerləşən yaşayış sahəsi olan evə Dü rdanə Zalova və onun ailə üzvlərinin evdə olmadığı dövrdə qanunsuz daxil olaraq oradan dəyəri 2000(iki min) manat olan bir ədəd qırmızı qaşlı qızıl boyunbağı, dəyəri 100(yüz) manat olan bir ədəd zoğalı rəngdə Samsung markalı mobil telefon aparatı, dəyəri 200(iki yüz) manat olan bir ədəd üzəri naxışlı qızıl qadın üzüyü, dəyəri 300(üç yüz) manat olan bir cüt üçbucaq formalı sırğa və dəyəri 100(yüz) manat olan bir ədəd epilyatoru gizli olaraq talayıb zərərçəkmiş Dürdanə Zalovaya cəmi 2700(iki min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və əldə etdiyi qiymətli əşyaları qrupun digər üzvləri vasitəsi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə sataraq əldə olunan qazancı qrup üzvləri arasında bölmüşdür. Bundan başqa, o, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədi lə Məhkum2 tərəfindən tanışları X39, Məhkum3, X47 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət təşkil edilmiş mütəşəkkil dəstənin tərkibində cinayətin törədilmə üsulu müəyyən edilib, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələri öz aralarında bölməklə dəstənin başçısı Məhkum2 tapşırığına əsasən dəstənin üzvü X71 adlı şəxsin Zərərçəkmiş şəxs2 borclu olduğu pulun qaytarılması bəhanəsi ilə sonuncunu Göygöl rayonu ********** kəndində yerləşən Çənlibel restoranına çağırmış, 31 iyul 2015-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 qohumu X12 etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobillə razılaşdırılmış yerə gəldikdən sonra dəstənin b aşçısı Məhkum2 zərərçəkmişlə müxtəlif bəhanələrlə mübahisə yaratdıqdan sonra dəstənin digər üzvü Məhkum3 yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə qəsdən sillə vurmuş, dəstənin başçısı Məhkum2 aralarında olan söhbəti ictimai yerdə deyil digər yerdə davam etdirmək bəhanəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili başqa yerə sürməsini təklif etdikdən sonra o, Məhkum2 və dəstənin digər üzvləri S6 və R6 həmin avtomobilə əyləşərək Çənlibel restoranının yaxınlığındakı dərəyə gəldikdən sonra o, üstündə qanunsuz olaraq gəzdirdiyi qaz silahı hesab edilən qaz balonu ilə Zərərçəkmiş şəxs2 üz nahiyəsinə maye qaz püskürtmüş, sonuncu ona qarşı qaz silahının tətbiqindən və digər zor hərəkətlərinin ediləcəyindən qorxaraq maşından düşdükdən sonra dəstənin üz vləri Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vuraraq sonuncuya sağ bazu nahiyəsinin sıyrığı ilə müşayit edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edərək o, dəstənin başçısı Məhkum2 və dəstənin digər üzvləri ilə birlikdə X17 məxsus 3500 manat dəyərində olan “VAZ-21074” markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmə məqsədilə Məhkum2 tərəfindən tanışları X39, Məhkum3, X47 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərdən ibarət təşkil edilmiş cinayətin törədilmə üsulu müəyyən edilib, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilm əsi üçün dəstə üzvlərinin hərəkətləri razılaşdırılmış mütəşəkkil dəstənin tərkibində quldurluq yolu ilə əldə etdikləri Zərərçəkmiş şəxs2 qohumu X17 məxsus “VAZ-21074 markalı **-**********-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs2 01 avqust 2015-ci il tarixdə Göygöl rayonunun ********** kəndində olarkən Məhkum3 zəng vuraraq avtomobili geri tələb etdikdə əvvəlcə Məhkum3, sonra S6 və o, avtomobilin müqabilində 1100(min yüz) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 isə onlara pulunun olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs2 onlara pulu verməyəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri 3500(üç min beş yüz) manat dəyərində olan “VAZ-21074” markalı ************-*** dövlət qeydiyyat nişanlı avtomobili tələf etməklə hədələmişdir. Bund an başqa, o, istintaqa məlum olmayan mənbədən bir ədəd qaz silahı hesab edilən təsiredici dairəsi 2,5 metrə qədər olan, gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərən özünü müdafiə vasitəsi kimi istifadə edilən qaz balonunu qanunsuz olaraq əldə edib özündə saxlamaqla Gəncə şəhəri və Göygöl rayonu ərazilərində daşıyıb 31 iyul 2015-ci il tarixdə Göygöl rayonu ********** kəndində yerləşən «Çənlibel» adlı yeməkxanaya gələrək üzərində gəzdirmiş və 04 avqust 2015-ci il tarixdə saat 18:25-də Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən həmin bir ədəd qaz silahı hesab edilən qaz balonu götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: a)Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsinin y uxarıda qeyd edilən qərarından Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr********** 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum2 qarşı sürülən ittiham ibtidai və məhkəmə istintaqı zamanı tam sübuta yetirilməmişdir. Belə ki, Məhkum2 ona CM-nin 181.3.1, 182.3.1, 204.2, 221.3 və 234.1-ci maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs2 qarşı heç bir zorakılıq göstərmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 özü avtomobilini yeməkxanada qoyub getmiş, o da avtomobil sahibsiz qalmasın deyə idarə edib saxlanca qoymuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 da ərizəsində göstərilənlər i təsdiq etmişdir. Bu epizod üzrə Məhkum2 əməlində quldurluq cinayətinin olmasını təsdiq edən heç bir sübut yoxdur. Şikayət müəllifi həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanı Məhkum2 ilkin olaraq yalnız CM-nin 181.2.1, 234.1 və 221.3-cü maddələri ilə məhkəməyə versə də, Gəncə Ağır Cinayətlər Məhkəməsi cinayət işini ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və sübutların pozulmasında kobud qanun pozuntularına yol verilməsi əsası ilə geri qaytardıqdan sonra məhkəmə qərarında göstərilmədiyi halda, Məhkum2 əlavə maddələrlə də ittiham verilmişdir. Müdafiəçi hesab edir ki, Məhkum2 CM-nin 181.3.1, 182.3.1, 204.2, 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Ona görə də onun barəsində olan cinayət işi bəraətverici əsaslarla xitam verilməlidir. b) Məhkum3 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr********** 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.1 və 182.3.1-ci maddələri ilə bəraət verilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin hökmünü tam araşdırmadan və işdə əsas şahidlər sayılan vətəndaşları məhkəmə prosesinə dəvət etməmiş və tələsik, qərəzli olaraq qanunsuz hökmü qüvvədə saxlamışdır. Həmçinin qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm d ə birinci instansiya məhkəməsi Məhkum3 hadisə zamanı hansı quldurluq hərəkətlərini etməsini heç bir mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkum3 qarşı irəli sürülmüş ittiham yalnız ehtimallar əsasında qurulmuşdur. Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarının dəyişdirilməsi və Məhkum3 təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkum hesab edir ki, məhkəmə onun barəsində cəza təyin edərkən ailə vəziyyətini, ondan heç bir şikayətçinin olmamasını nəzərə almamış, ona ədalətsiz cəza təyin etmişdir. c)Məhkum1 kassasiya şikayətinin dəlilləri Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarının dəyişdirilməsi və Məhkum1 təyin edilmiş cəzanın yüng ülləşdirilməsi xahiş olunur. Məhkum hesab edir ki, məhkəmə onun barəsində cəza təyin edərkən ailə vəziyyətini, himayəsində atası və anasının, 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə almamış, ona ədalətsiz cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum3, müdafiəçilər R.Mustafayev, Müdafiəçi, S6, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil e tməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, kassasiya şikayətlərində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum2 və Məhkum3 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum2 və Məhkum3 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi mübahisə edilir. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, keçirilmiş məhkəmə-tibbi və başqa ekspertiza rəyləri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edərək Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib ç ıxara bilər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma zamanı qanuni üsullar la toplanmış, məhkəmə baxışı iclasında isə tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.1, 182.3.1, 204.2, 221.3 və 234.1-ci maddələrində və Məhkum3 Azərbaycan Respublikası CM-in 181.3.1 və 182.3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Azərbaycan Respublikası CM-in 181-ci maddəsinin dispozisiyasına əsasən quldurluq özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin h əyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəldiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Basqın o halda quldurluğun tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə-özgə əmlakını ələ keçirməyə yönəlsin. Qeyd edilən normaya əsasən hədənin reallığı hədənin ifadə formasından, onun intensivliyindən, hədələmənin şəraitindən asılıdır. Qanunun mənasına əsasən quldurluq zamanı hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə real olmalıdır. Azərbaycan Respublikası CM-in 182-ci maddəsinə əsasən hədə qorxu ilə tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, iş materiallarını araşdıran məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum2 və Məhkum3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqında quldurluq və hədə qorxu ilə tələb etmə cinayət əməllərini törətməyə görə onlara qarşı irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilməsələr də onların həmin əməlləri törətmələri Zərərçəkmiş şəxs2, iş üzrə digər məhkum X39 və Məhkum3 ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxslər X35, Zərərçəkmiş şəxs1, X22 və X19 həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdikləri ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2015-ci il tarixli 342 nömrəli, məhkəmə ballistik və trasoloji ekspertizasının 16 sentyabr********** 2014-cü il tarixli 1003 nömrəli, məhkəmə ballistik ekspertizasını n 02 oktyabr********** 2014-cü il tarixli 17005 nömrəli, 03 oktyabr********** 2014-cü il tarixli 17007 nömrəli və 12 oktyabr********** 2015-ci il tarixli 19996/97 nömrəli, məhkəmə-texniki ekspertizasının 14 sentyabr********** 2015-ci il tarixli 18168/19833 nömrəli, sənədlərin texniki ekspertizasının 09 aprel 2015-ci il tarixli 6113 nömrəli, sənədlərin məhkəmə-texniki ekspertizasının 09 mart 2016-cı il tarixli 3326/3422 nömrəli rəyləri, Zərərçəkmiş şəxs2 barəsində məhkəmə-tibb ekspertizasının 08 avqust 2015-ci il tarixli 1246 nömrəli, Zərərçəkmiş şəxs1 barəsində məhkəmə-tibbi ekspertizasının 08 sentyabr********** 2014-cü il tarixli 396 nömrəli, X35 barəsində məhkəmə-tibbi ekspertizasının 05 sentyabr********** 2014-cü il tarixli 1402 nömrəli, X3 barəsində məhkəmə-tibbi ekspertizasının 23 okt yabr********** 2014-cü il tarixli 455 nömrəli və X22 barəsində məhkəmə tibbi-ekspertizasının 987 saylı 04 iyul 2015-ci il tarixli rəyləri, «Baxış keçirilməsi barədə» 01 avqust 2015-ci il tarixli istintaq hərəkəti protokolu, üzləşdirmədə dindirmə protokolları, ifadələrin yerində yoxlanılması protokolları və digər istintaq hərəkəti protokolları ilə tam təsdiq olunmuşdur. Məhkum2 CM-nin 204.1, 221.3 və 234.1-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi də cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Bundan başqa, məhkumlar Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 181.3.1 və 182.3.1-ci maddələri ilə onlara istinad edilən quldurluq və hədə qorxu ilə tələb etmə cinayət əməllərini törətmələri Gəncə Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş X36 barəsində olan iş üzrə «Cinayət əməlinin anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında» 02 noya********** 2017-ci il tarixli, 1(088)-135/2017 nömrəli qərarı ilə, Məhkum2 CM-nin 221.3-cü maddəsi ilə ona istinad edilən xuliqanlıq cinayət əməlini törətməsi isə Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş X5 və X15 barəsində olan 22 iyul 2016-cı il tarixli, 1(066)-40/2016 nömrəli ittiham hökmü, Gəncə Ağır Cinayətlər Məhkəməsinin X35 barəsində 11 avqust 2016-cı il tarixli, 1(088)-85/2016 nömrəli ittiham hökmü və X35 barəsində Gəncə Apellyasiya Məhkəməsinin 04 oktyabr********** 2016-cı il tarixli qərarı ilə də preyudisial qaydada təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkum edilmiş ş əxslər Məhkum2 və Məhkum3 heç bir təqsirinin olmaması və onlara bəraət verilməli olması barədə dəlillərini iş materialları ilə təsdiqini tapmaması səbəbindən əsassız hesab edir və bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkumlara bəraət verilməməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr ********** 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hö kmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkumlar Məhkum1 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərində barələrində təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum3 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq no rmalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 65.2-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olm alıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 deka********** 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum3 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyət ini, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum3 barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materi allarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar Məhkum2, Məhkum1 və Məhkum3 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respubl ikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum2, Məhkum1 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr********** 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar