Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-3068/2025 06.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Bəraət almış şəxs – Bəraət almış şəxs iştirakları ilə, ##.##.1979-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 76İ ünvanında qeydiyyatda olmaqla Abş eron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşayan, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.Mirzəyev (sədrlik edən), E.Məmmədov və N.Hüseynli) X1 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübüta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmi n hökmündən birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər M.Rzayev (sədrlik edən), K.Muxtarov və E.Əhmədov) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəf indən Bəraət almış şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,378 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,389 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, ##.##.2024-cü il tarixdə saat 19:15 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Daş bazarının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Pall Mall” siqaret qutusunun içərisindən külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,378 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,389 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi cinayət təqibi orqanının Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamı ilə razılaşmamış, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında yekun qənaətə gəlib, buna müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilən əsasla ona bəraət vermiş, bu nəticə ilə apellyasiya inst ansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarının, o cümlədən 143-146-cı maddələrinin tələbləri pozulmuş, iş üzrə toplanmış, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar Bəraət almış şəxs irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etdiyi halda, məhkəmə əsassız olaraq – Bəraət almış şəxs özünümüdafiə xarakterli ifadələrinə əsaslanmaqla onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Bəraət almış şəxs ifadəsində narkotik vasitə götürməyə getdiyini, lak in ona lazım olan bir şeyin olmadığını, torpaq və duz olduğunu görüb götürmədiyini, qayıdanda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də, ibtidai istintaq zamanı tam etirafedici ifadə verərək, İran vətəndaşının onun üçün qoyduğu narkotik vasitəni və psixotrop maddə tapıb götürdüyünü, sonra taksi sürücüsü ilə birlikdə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrindən də görünür ki, şəxsi axtarış zamanı Bəraət almış şəxs üzərindən ittihamda qeyd edilən predmetlər aşkar edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə qərarı əsasında polis əməkdaşlarına və müdafiəçiyə aid telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumat ların ələ keçirilməsi Cinayət-Prosessual Məcəllənin 259.1-ci maddəsinə əsasən qanunsuz olmuşdur. Qanunvericilik şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda telefon məlumatlarının götürlməsi haqqında qərar qəbul edə bilər. Lakin, birinci instansiya məhkəməsi belə xüsusat olmadığı halda şübhəli və ya təqsirləndirilən şəxs olmayan digər şəxslərin telefon məlumatlarını götürməklə qanunsuzluğa yol vermiş, apellyasiya məhkəmə kollegiyası da yekun qərarında həmin qanunsuzluqlara heç bir münasibət göstərmədən əldə edilmiş həmin məlumatlara istinad etmişdir. Bundan əlavə, Bəraət almış şəxs məhkəmədə verdiyi ifadəsində narkotik vasitə götürmək üçün ge tdiyini, lakin torpaq və duz olduğunu görüb götürmədiyini və geri qayıtdığını bildirmişdir. Lakin məhkəmə onun külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə etmə, saxlama və daşımaya cəhd etməsi ilə bağlı xüsusata qiymət verməmiş, onun əməlinin tövsif edilməsi məsələsini dəyərləndirməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq Bəraət almış şəxs bəraət verildiyini, məhkəmələr tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edərək, kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla r kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciət kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakim ə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş ve rmə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (mad də 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, ittiham tərəfinin Bəraət almış şəxs CM-in 234.1-1-ci maddəsi ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində (bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Bəraət almış şəxs külli miqdarda 2,378 qram çəkidə narkotik vasitə heroin və 2,389 qram çəkidə psixotrop maddə metamfetam inin satış məqsədi olmdan qanunsuz olaraq əldə etməsinin sübuta yetirilməməsi əsası ilə ona CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Bəraət almış şəxs ona istinad edilən CM-in 234.1-1-ci maddəsi ilə cinayət əməlin i törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, beləliklə onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir, kollegiya isə apellyasiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Re spublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o hald a ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, # ##### 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə, eləcə də Bəraət almış şəxs saxlanılması ilə əlaqədar yol verilmiş qanun pozuntularına apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında verilən dəyərləndirmə ilə razılaşdığından, hazırkı kassasiya müraciətində irəli sürülmüş həmin dəlillərə geniş şərh verilməsinə lüzum yoxdur. Bununla belə, kassasiya protestinin dəlilləri ilə əlaqədar bəzi məqamların qeyd edilməsi zəruridir. Belə ki, kassasiya protestində məhkəmə qərarı əsasında polis əməkdaşlarına və müdafiəçiyə aid telefon məlumatlarının ələ keçirilməsinin CPM-in 259.1-ci maddəsinə əsasən qanunsuz olduğu iddia edilmişdir. Dövlət ittihamçısının kassasiya protestində mübahisləndirdiyi həmin məsələ ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin IV hissəsinə əsasən, hər kəsin telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiya da bu hüququn məhdudlaşdırılmasının iki məqsədlə mümkünlüyü vurğulanmışdır: 1.Cinayətin qarşısını almaq;
2. Həqiqəti üzə çıxarmaq. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-in 259.1-ci maddəsinə əsasən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibti dai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatın və ya başqa məlumatın ələ keçirilməsi haqqında qərar çıxarır. CPM-in 259.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, həmin maddə bir qayda olaraq gələcəyə yönəlmiş tədbirləri nəzərdə tutur, yəni məhkəməyədək icraat dövründə məhkəmə qərarı alınır və həmin qərar əsasında CPM-in 259.1-ci maddəsində nəzərdə tutulmuş sübyeklərin aparılan danışıqları və ötürdüyü məlumatlar ələ keçirilir. Məhkəmə istintaqının gedişində isə məhkəmələr sübutların toplanması zamanı həqiqətin aşkara çıxarılması və artıq keçmişdə baş vermiş hadisələrin aşkara çıxarılması məqsədi ilə ədalət mühakiməsini həyata keçirir. Yəni məhkəmənin, həqiqətin üzə çıxarılması məqsədi ilə digər şəxslərin də anten məlumatlarının götürülməsi barədə qərar qəbul etməsi və sonradan əldə olunmuş dəlillərdən sübutları qiymətləndirərkən istifadə etməsi Konstitusiyanın 32-ci maddəsinin və CPM-in 259-cu maddəsinin tələblərinə uyğun olaraq qanuni və əsaslıdır və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Bəraət almış şəxs külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə etmə, saxlama və daşımaya cəhd etməsi ilə bağlı xüsusata məhkəmələr tərəfindən qiymət verilməməsi ilə bağlı kassasiya protestinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Bəraət almış şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 10 qram marixuana əldə etmək üçün getdiyini, lakin ona lazım olan narkotikin göndərilmədiyini gö rüb geri qayıtdığını bildirmişdir. Bəraət almış şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək istəməsi, lakin “iradəsindən asılı olmayan səbəbdən” buna nail ola bilməməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünmür. Bəraət almış şəxs əldə etmək istədiyi predmet isə müəyyən olunmadığından (növü, çəkisi və s.), eləcə də həmin predmetə münasibətdə ona qarşı hər hansı formada ittiham irəli sürülmədiyindən, onun əməlinin qeyd olunan predmeti əldə etməyə cəhd kimi qiymətləndirilə bilməz. Çünki, hazırki iş üzrə onun əməlinin bu cür qiymətləndirilməsi ittihamın hüdudlarından kənara çıxma hesab olunar. Halbuki, məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxmalıdır (CPM 318.1). Bel əliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin təqdim olunmuş sübutların Bəraət almış şəxs ona istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olm adığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, protestin təmin edilməməsi barədə isə bəraət almış şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual QƏRARA ALDI: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının Bəraət almış şəxs barəsində olan 2025-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.