Məhkəmə qərarları › İş №1(102)-3074/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3074/2025

10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3074/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx.xx.1963-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhku m edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 1(104)-464/2025 nömrəli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 1(021)-63/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim: F.F.Abdullayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, 27 dekabr 2024-cü il tarixindən 28 dekabr 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı i lə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2025-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Teymurov İslam Teymur oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarı ilə, (hakimlər: F.N.Mahmudov (sədrlik edən), S.B.Hüseynov və S.Ə.Əzizov) apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlığın mə hdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 27 dekabr 2024-cü il tarixdən 28 dekabr 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün və 23 iyun 2025-ci il tarixdən 24 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 01 (bir) gün, cəmi 02 (iki) ay 02 (iki) gün təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakı nı ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda sonuncunun tanışı ünvan 3 ünvanında yerləşən Şahid1 məxsus fərdi yaşayış evində görüşüb Zərərçəkmiş şəxs qohumu X5 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsində olan cinayət işi üzrə hüquqlarını müdafiə etməklə 10000 (on min) manat pul müqabilində Orxan Məmmədovu həbsdən azad etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar v erib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulunu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından özünün istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu, bundan sonra 21 iyun 2022-ci il tarixdə 11:57 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Kapitalbank ASC -yə mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pulunu, daha sonra 22 avqust 2022-ci il tarixdə 15:40 dəqiqədə ünvan 4 ünvanında yerləşən «Bazarstore market»in içərisində quraşdırılmış «eManat» ödəniş terminalı aparatından Rabitə banka mənsub özünün istintaqa müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat pulunu, daha sonra 04 oktyabr 2022-ci il tarixdə 10:18 dəqiqədə ünvan 4 ünvanında yerləşən «Bazarstore market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Kapitalbank ASC-yə mənsub özünün istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu, daha sonra 28 oktyabr 2022-ci il tarixdə 18:06 dəqiqədə Yevlax şəhə ri Heydər Əliyev prospekti 101 ünvanında yerləşən «Neptun» marketin içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Kapitalbank ASC-yə mənsub özünün istintaqla müəyyən edilməsi mümkün olmayan kart hesabına Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu, daha sonra 14 dekabr 2022-ci il tarixdə saat 15:52 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Leobanka mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan özünün kart hesabına Zərərçəkmiş şəxs 300 (üç yüz) manat pulunu, daha sonra 27 dekabr 2022-ci il tarixdə 15:41 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz market»in içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Kapita lbank ASC-yə mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 100 (yüz) manat pulunu, daha sonra 30 dekabr 2022-ci il tarixdə saat 15:44 dəqiqədə ünvan 6 ünvanında yerləşən «Neptun» supermarketin içərisində quraşdırılmış "xxxx" ödəniş terminalı aparatından Leobanka mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan özünün kart hesabına Zərərçəkmiş şəxs 200 (iki yüz) manat pulunu və 23 yanvar 2023-cü il tarixdə saat 23:02 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «Murad market»in içərisində quraşdırılmış «MiiliÖn» ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Leobanka mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 386 (üç yüz səksən altı) manat pulunu köçürmə vasitəsilə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar hesab olunan 10086 (on min səksən altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məsuliyyətini yüngülləşdirən halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməklə ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişdir. Məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən cinayət q anununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Protest müəllifi iddia edir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən halları, o cümlədən əvvəllər məhkum olunmasını lazımi qaydada nəzərə almamış və nəticədə ona əsassız olaraq yüngül cəza təyin etmişdir. Bu hal isə cəzanın fərdiləşdirilməsi prinsiplərinin tam nəzərə alınmadığını göstərir. Kassasiya protestində həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi Məhkum həbsdə saxlanıldığı müddəti azadlığın məhdudlaşdırılma sı cəzasına hesablayarkən müddəti düzgün müəyyən etməmişdir. Belə ki, 23 iyun 2025-ci il tarixdən 24 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət 03 ay 01 gün olduğu halda, məhkəmə həmin müddəti 02 ay 01 gün kimi göstərmişdir ki, bu da cinayət-hüquq normasının tətbiqində pozuntuya yol verilməsinə səbəb olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-c ı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cəzasını yüngülləşdirən əlavə hal olmadığı halda, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu, habelə sonuncunun üzərində saxlanılmalı olan qəti cəza müddətinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada hesablanmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi halla rına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsa sən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü m addələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayis ədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanı açıq-aydın yüngül hesab etmək üçün əsas vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum isə apellyasiya məhkəməsi tərəfindən CM-in 178.2.4-cü maddəsinin sanksiyası daxilində - 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə həmin maddənin sanksiyası daxilində ədalətli cəza müəyyən edilmişdir. Belə ki, baxılan iş üzrə cəza nı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışması, məhkumluğunun olmaması birinci instansiya məhkəməsi tərəfindən sonuncunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, məhkəmə Məhkum əməlini etiraf etməsi, ahıl yaşda olması, əlavə olaraq sonuncunun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və ona dəymiş ziyanın ödənilməsi Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.3-cü maddələrinə müvafiq olaraq nəzərə almış və nəticə olaraq Məhkum cəzasını yüngülləşdirməklə, cəza növünün dəyişdirilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal ların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə zidd olmamaqla, göstərilən yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həmdə birlikdə götürülməklə nəzərə alındıqda, ağlabatanlıqla cəzanın növünün və müddətinin müəyyən edilməsinə təsiri olan yüngülləşdirici hallar kimi çıxış edilər. Digər tərəfdən məhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddə sinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar qeyd olunan maddınin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəinki 3 il azadlığın məhdudlaşdırlması cəzasının, hətta ondan da yüngül olan cəza növlərinin ( cərimə və ya daha az müddətə azadlığın məhdudlaşdırılması cəzası) təyin edilməsi mümkün görülmüşdür. Dövlət ittihamçısı kassasiya protestində qərarın ləğv edilməsi üçün digər bir əsas kimi apellyasiya məhkəməsi tərəfindən Məhkum şəx siyyətinin səciyələndirən halların yəni sonuncunun əvvəllər məhkum olunmasının (ödənilmiş məhkumluq) nəzərə almadan ona yüngül cəza təyin etməsi ilə bağlı olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bütün hüquqi nəticələrin ləğv edilməsi o deməkdir ki, şəxsin ödənilmiş və ya yaxud götürülmüş məhkumluğuna hüquqi nəticələr doğuran, o cümlədən cəzanın müəyyənləşdirilməsini şərtləndirən hal kimi istinad etmək olmaz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qeyd olunan halların fonunda Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şə raitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, öyrənilmiş cinayət işinin kontekstində apellyasiya məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanın hesablanması zamanı cinayət-hüquq normalarına tam əməl olunduğunu, o cümlədən qəti cəza müddətinin düzgün hesablandığını iddia etmək mümkün deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum həbsdə saxlanıldığı müddəti təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə hesablayarkən birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edildiyi 23 iyun 2025-ci il tarixdən apellyasiya məhkəməsinin qərarının qəbul ed ildiyi 24 sentyabr 2025-ci il tarixədək həbsdə olduğu 03 ay 01 gün müddəti yanlış hesablayaraq həmin dövrü 23 iyun 2025-ci il tarixdən 24 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 01 (bir) gün kimi göstərmiş, nəticədə Məhkum vəziyyətinin ağırlaşmasına səbəb olan hesablanma aparmaqla cinayəthüquq normasının tətbiqində pozuntuya yol vermişdir. Belə olan halda Məhkum ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 01 (bir) gün, həmçinin 23 iyun 2025-ci il tarixindən 24 sentyabr 2025-ci il tarixinədək Məhkum çəkdiyi azadlıqdan məhrum etmə cəzası – 03 (üç) ay 01 (bir) gün, ümumilikdə isə 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla 06 (altı) ay 04 (dörd) gün müddət Məhkum təyin olunmuş 03 (üç) il müddətinə azad lığın məhdudlaşdırılması cəzasından çıxılmalı və sonuncunun üzərində qəti cəza müddəti müəyyən edilməlidir. Kollegiya hesab edir ki, təsvir edilən hallar dövlət ittihamçısının kassasiya protestinin qismən təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir və həmin protestin qismən təmin edilməsini, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın mövcudluğunu təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Mə hkum barəsində 24 sentyabr 2025-ci il tarixli, 1(104)-464/2025 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 1(104)-464/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə müvafiq olaraq, Məhkum ibtidai istintaq vaxtı tutularaq saxlanıldığı - 01 (bir) gün, həmçinin 23 iyun 2025-ci il tarixindən 24 sentyabr 2025-ci il tarixinədək çəkdiyi azadlıqdan məhrum etmə cəzası - 03 (üç) ay 01 (bir) gün, ümumilikdə isə 03 (üç) ay 02 (iki) gün bir günə iki gün hesabı ilə a zadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla – 06 (altı) ay 04 (dörd) gün müddət Məhkum təyin olunmuş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar