Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3080/2025 27.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Zərərçəkmiş şəxs – X1, Məhkum – Məhkum iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonu, Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 1(107)312/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 2025-ci il 03 iyul tarixli 1(024)-7/2025 nömrəli hökmü ilə (hakim M.Zeynalov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tari xdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 1(107)-312/2025 nömrəli qərarı ilə (hakimlər A.Eyvazov (sədrlik edən), İ.Şükürov və X.Səmədov) apellyasiya şikayətləri qismən təmin edilməklə hökm dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 1(107)-312/2025 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsnin hökmünə əsasən Məhkum qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Quba rayonu, Digah kənd sakini X1 etibarından suiistifadə edərək onun oğlu X9 RMXda mühafizəçi vəzifəsində işə düzəltməkdə köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 2023cü ilin fevral ayının əvvəlində yaşadığı Quba rayonu, Xucbala kəndində olan evin qarşısında 1.200 manat pulunu, 16 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Quba rayonu, Digah kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 505 manat, 21 fevral 2024-cü il tarixdə saat 19:39 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Ə.S. Abdullayevin adına olan "xxxx" ASCyə aid «409858******3007» №li bank kartına 1.000 manat, 21 fevral 2024-cü il tarixdə, saat 19:42 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Ə.S. Abdullayevin adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 10 manat, 26 fevral 2024-cü il tarixdə saat 10:26 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan "xxxx" ASC-yə aid «409858******3007» №li bank kartına 505 manat, 07 mart 2024-cü il tarixdə, saat 17:38 radələrində Quba rayonu, Digah kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan "xx xx" ASCyə aid «409858******3007» №li bank kartına 85 manat pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə zərərçəkmiş şəxs X1 3.305 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Şotavar kənd sakini Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək ona müharibə əllilərinə verilən avtomobil və ev almaqda köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının əvvəlində Bakı şəhəri, Nəriman rayonu ərazisində yerləşən Kardiologiya İnstitutunun qarşısında 900 manat pulunu,11 fevral 2023-cü il tarixdə saat 12:22 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «e-manat» elektron ödəmə termi nalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 200 manat, 28 fevral 2023-cü il tarixdə Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 260 manat, 28 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 260 manat, 16 mart 2024-cü il tarixdə, saat 14:10 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 255 manat, 19 mart 2024-cü il tarixdə, saat 11:35 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Aydan» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 300 manat, 01 aprel 2024-cü il tarixdə, saat 17:40 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən «Tala» marketində olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 100 manat, 03 aprel 2024-cü il tarixdə, saat 13:56 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank» a aid son 8 rəqəmi 68343007 bank kartına 200 manat, 16 aprel 2024-cü il tarixdə, saat 12:20 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank» a aid son 8 rəqəmi 68343007 bank kartına 150 manat, 15 iyul 2024-cü il tarixdə, saat 15:07 radələrində Qax rayonu, Şotavar kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 167 manat, 21 avqust 2024-cü il tarixdə, saat 11:11 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 300 manat, 21 avqust 2024-cü il tarixdən 2024-cü ilin avqust ayının sonlarına kimi isə istintaqa məlum olmayan vaxtlarda 1.908 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs4 5.000 manat məbləğində pulunu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Şotavar kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona müəllimlərin attestasiya imtahanında keçməsində köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2024-cü il tarixdə, saat 08:53 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.500 manat, 11 iyun 2024-cü il tarixdə, saat 09:56 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan « mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 232 manat, 15 iyun 2024-cü il tarixdə, saat 13:31 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.010 manat, 21 iyun 2024-cü il tarixdə, saat 10:27 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 300 manat, 27 iyun 2024-cü il tarixdə, saat 20:15 radələrində Qax rayonu, Şotavar kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li ban k kartına 140 manat, 04 iyul 2024-cü il tarixdə, saat 18:15 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 61 manat, 27 iyul 2024-cü il tarixdə, saat 21:39 radələrində Qax rayonu, Zəyəm kəndi ərazisində yerləşən «Zəyəm» marketində olan «emanat» elektron ödəmə terminalı vasitəsilə Məhkum adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 80 manat, 06 avqust 2024-cü il tarixdə, saat 12:38 radələrində Qax rayonu, Şotavar kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 110 manat 06 avqust 2024-cü il tarixdən 2024-cü ilin avqust ayının sonuna kimi istintaqa məlum olmayan vaxtlarda 2.567 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs2 6.000 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Şotavar kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona müəllimlərin attestasiya imtahanında keçməsində köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2024cü il tarixdə, saat 10:19 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən «Nicat» marketdə olan «e-manat» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 2.000 manat, 10 iyun 2024-cü il tarixdə, saat 1 5:57 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Babək 99» marketdə olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 500 manat, 13 iyun 2024-cü il tarixdə, saat 09:21 radələrində Qax rayonu, Şotavar kəndində olan evində olan zaman «Azericard» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 500 manat, 18 iyun 2024-cü il tarixdə, saat 21:02 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 800 manat, 20 iyun 2024-cü il tarixdə, saat 22:10 radələrində Qax rayonu, Şotavar kəndindəki evində olan zaman «Azericard» elektron tətbiqi v asitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 100 manat, 20 iyun 2024-cü il tarixdə, saat 17:43 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən «Babək 99» marketdə olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 500 manat, 27 iyun 2024-cü il tarixdə saat 19:41 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 142 manat, 04 iyul 2024-cü il tarixdə, saat 17:54 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «mpay» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 61 manat və 04 iyul 2024-cü il tarixdən 2024-cü ilin iyul ayının sonlarına kimi olan müddət ərzində istintaqa məlum olmayan vaxtlarda 597 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs3 5.200 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax rayonu, Qorağan kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya müəllimlərin attestasiya imtahanında keçməsində köməklik edəcəyi vədini verib inandıraraq buna əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə 15 iyun 2024-cü il tarixdə, saat 11:25 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketdə olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 5.000 manat, 15 iyun 2024-cü il tarixdə saat 11:27-də Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən “Stop Shop” marketdə olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.300 manat, 15 iyun 2024-cü il tarixdə saat 12:15 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketdə olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a aid son 8 rəqəmi 68343007 bank kartına 1.000 manat, 19 iyun 2024-cü il tarixdə, saat 09:13 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 1.000 manat, 21 iyun 2024-cü il tarixdə, saat 23:47 r adələrində Qax rayonu, Qorağan kəndində evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 505 manat, 22 iyun 2024-cü il tarixdə, saat 21:17 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 1.500 manat, 24 iyun 2024-cü il tarixdə, saat 14:56 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 235 manat, 25 iyun 2024-cü il tarixdə saat 00:30 radələrində Qax rayonu, Qorağan kəndi ərazisində yerləşən «Stop Shop» marketində olan «m10» elektron ödəmə terminalı vasitəsilə öz adına olan «LeoBank»a a id son 8 rəqəmi 68343007 bank kartına 2.050 manat, 25 iyun 2024-cü il tarixdə, saat 23:13 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 170 manat, 27 iyun 2024-cü il tarixdə, saat 18:13 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 253 (iki yüz əlli üç) manat, 29 iyun 2024-cü il tarixdə, saat 15:09 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 1.000 manat, 02 iyul 2024-cü il tarixdə, saat 14:19 radələrində Qax rayonu, Qorağan kəndində ki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 370 manat, 02 iyun 2024-cü il tarixdə, saat 15:40 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 47 manat, 03 iyul 2024-cü il tarixdə, saat 19:59 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 630 manat, 04 iyul 2024-cü il tarixdə, saat 15:06 radələrində Qax rayonu, Qorağan kəndindəki evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 65 manat, 07 iyul 2024-cü i l tarixdə, saat 16:23 radələrində Qax rayonu, Qorağan kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 600 manat, 07 iyul 2024-cü il tarixdə, saat 19:53 radələrində Qax rayonu, Qorağan kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 200 manat, 08 iyul 2024-cü il tarixdə, saat 19:54-radələrində Qax rayonu, Qorağan kəndində olan evində olan zaman «Birbank» elektron tətbiqi vasitəsilə Məhkum adına olan «LeoBank»a aid **********343007 №li bank kartına 200 manat məbləğində pulun köçürülüməsinə nail olaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs1 16.125 manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarə n dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əməlindən səmimi peşmançılıq hissi keçirir və bütün zərərçəkmiş şəxslərlə barışıq əldə edib. Himayəsində iki azyaşlı uşağın olması, özünün isə ürək çatışmamazlığından, epilepsiya və onkoloji xəstəliklərdən əziyyət çəkməsi məhkəmələr tərəfindən nəzərə alınmamış, ona ağır cəza təyin edilmişdir. Odur ki, şikayət müəllifi yuxarıda qeyd edilənlərə əsaslanaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi, bu mümkün olmazsa, barəsində CM-in 70-ci maddəsinin və ya həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi, bu da mümkün olmazsa, ona minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasi ya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (CM-in 62 və ya 70-ci maddəsinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi və ya CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassas iya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 22 oktyabr tarixli 1(107)-312/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cin ayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ar asında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sü but etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum tərəfindən verilmiş kassasiya şikayətindən göründüyü kimi, o, törədilmiş cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi məsələlərini mübahisələndirməmişdir. Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri (qəsdən təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi) törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cina yətin tərkibinin olması, onun həmin maddələrlə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum ifadəsi və ittihamı təsdiq edən digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları n əticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, təqsirlilik və əməlin tövsifi ilə bağlı hissədə hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar d edikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 62, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cin ayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların v ə məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda məhkumun onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəy yən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62-ci maddəsinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində həmin maddənin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Laki n o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə bi rlikdə götürülməklə həll edilməlidir. Cinayət işinin materiallarından görünür ki, istər təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi baxımından, istərsə də təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar baxımından hazırki işdə müstəsna hallar yoxdur. Birinci instansiya məhkəməsinin cəza təyin edərkən yüngülləşdirən hal kimi nəzərə aldığı ziyanın qismən ödənilməsi (birinci epizoda münasibətdə), apellyasiya məhkəməsinin cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığı zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi müstəsna halların olmasını şərtləndirmir. Çünki, zərərçəkmiş şəxslərlə barışıq əldə edilsə də, onlara vurulmuş maddi ziyan ödənilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mə hkumun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, məhkumun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti tətbiq edilməsi üçün də əsaslar mövcud deyildir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-in 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik də rəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda məhkumun CM-in 70-ci maddəsində nəzərdə tutulmuş güzəştli institutun tətbiq edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Məhkum azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir ki, o, islah olunsun, sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. Bununla yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hal k imi ziyanın qismən ödənilməsini nəzərə alıb, Məhkum təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4cü maddəsi ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etsə də, apellyasiya baxışı zamanı ittihamda göstərilən 2-5-ci epizodlar üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (onlara dəymiş zərər ödənilmədən) nəzərə alan apellyasiya instansiya məhkəməsi ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 2 il 6 aya endirmişdir. Cinayət işinə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Məhkum himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki uşağı vardır və onlardan sonuncusu azyaşlıdır, lakin məhkəmələr Məhkum cəza təyin edərkən bu halı nəzərə almamışlar. Halbuki, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cin ayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum himayəsində azyaşlı uşağının olması ilə əlaqədar ona təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Resp ublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin qərarından sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli 315-VİİQR nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın məhkum barəsində tətbiq edilməsi məsələsini müzakirə edərək kollegiya aşağıdakıları qeyd edir: CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli qərarının 3-cü hissəsində göstərilmişdir ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılsın (3.1-ci bənd). Həmin qərarın 9-cu hissəsinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Qeyd olunan qərarın 27-ci hissəsinə əsasən kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərin ə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Məhkəmə kollegiyası təsvir edilən amnistiya aktının tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi, lakin məhkumun barəsində amnistiya aktının tətbiq edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il 22 oktyabr tarixli 1(107)-312/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 5 (beş) aya endirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 19 dekabr tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılsın. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-3080/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3080/2025
27.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver