Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3082/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-900/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 01 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 dekabr 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 1500 manat gəlir əldə etməsi müqabilində digər şəxslərin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bağlamaları Bakı şəhərinə gətirməsi və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə digər şəxslər vasitəsi ilə Ələt-Astara yolunun 58-ci kilometrliyində yol kənarına qoyulmuş külli miqdarda 35,336 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib öz üz ərində, qalan külli miqdarda 1.030,0 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 940 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 15810 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib yol vərəqəsi əsasında idarə etdiyi “Kia Optima” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq, Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci Yol Patrul Xidməti postunun yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 17 avqust 2023-cü il tarixdə, saat 04:45-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobil ilə birlikdə saxlanılmış, həmin gün saat 05:40-dan etibarən saxlanıldığı yerdə özünün könüllü razılığı və iştirakı ilə idarə etdiyi “Kia Optima” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə saxlamaqla daşıdığı 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1.030,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 700,0 qram və 240,0 qram olmaqla xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumi təmiz çəkisi 94 0,0 qram psixotrop maddə metamfetamin, 05 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 3.120,0 qram; 1.950,0 qram; 3.790,0 qram; 3.150,0 qram və 3.800,0 qram olmaqla xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumilikdə təmiz çəkisi 15.810,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə gətirilmiş və orada 17 avqust 2023-cü il tarixdə, saat 08:00-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki ağ rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 əd əd bükümdə idarə etdiyi “Kia Optima” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda təmiz çəkisi 35,336 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2023-cü il tarixdən hesablanm ası hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-900/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-262/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlill əri, etirazlar
9. Kassasiya şikayətində cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin (psixotrop maddələrin) satışı ilə məşğul olmasını təsdiq edən sübutların mövcud olmadığına istinad edilməklə, törədilmiş əmələ dair tövsifin səhv və təyin edilmiş cəzanın ağır olduğu iddia olunur, həmin əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-900/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul olunması xahiş edilir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya in stansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində dol ayısı ilə törətdiyi əməlin hüquqi tövsifini, həmçinin ona təyin edilmiş cəzanı mübahisələndirməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)900/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs ed ən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm mənt iqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” Qərarı, 6 may 2022-ci il).
20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, baxılan kassasiya şikayəti üzrə məhkum edilmiş şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi üzrə əməlinin düzgün tövsif olunmadığını iddia edir.
22. Lakin cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisinin verdiyi apellyasiya şikayəti üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsind ə icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri: özünün məhkəməyədək icraat dövründə verdiyi etirafedici, məhkəmə qarşısında isə qismən etirafedici ifadəsi (idarə etdiyi avtomobildə aşkar olunmuş narkotik vasitə mariaxuananın əldə etdiyini təkzib etməmiş, həmin narkotik vasitənin çəkisi ilə bağlı verilmiş ittihamı təkzib etmişdir), şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, digər şahidlərin məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı verdikləri birbi ri ilə uzlaşan ifadələri, videoçəkilişdən istifadə edilməklə baxış və axtarış aparılması haqqında protokol (həmin istintaq hərəkəti zamanı Məhkum ona verilən suallara cavab olaraq sosial şəbəkədə tanış olduğu Baba adlı İran vətəndaşı tərəfindən həmin narkotik maddələrin magistral avtomobil yolunun kənarına qoyulduğunu, idarə etdiyi maşınla onları gəlib götürərək yük yerinə qoyduğunu, Bakı şəhərinə apardıqdan sonra deyiləcək yerə qoyacağını, bunun müqabilində onun kart hesabına 1500 manat pul köçürüləcəyini, bu barədə əlavə heç kimə məlumat vermədiyini bildirmişdir), şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə kimyəvi və bioloji ekspertizasının rəyi, məcburi-narkoloji tibbi yoxlamanın rəyi, telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokollar (həmin məlumatlar əsasında Məhkum ifadəsində qeyd etdiyi xüsusatlar – 17 avqust 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Lənkəran rayonuna getməsi, orada yol kənarında Baba adlı şəxsin qoyduğu narkotik vasitə və psixotrop maddəni əldə etməsi təsdiq olunmuşdur), məhkəmə kompüter-texniki ekspertizasının rəyi, həmin rəyə əlavə edilmiş xarici disk qurğusuna baxış keçirilməsi protokolu, digər istintaq və məhkəmə hərəkəti protokolları, maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı p ozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddələrində nəzərdə tutulan cinayət tərkibinin mövcudluğunun sübuta yetirildiyi, eyni zamanda həmin maddələr üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraət əsaslarının olmadığı barədə nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə dair qənaəti cinayət işinin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qayd ada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər irəli sürülmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsaslar müəyyən etmir.
25. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotro p maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 8, § 9, 14 iyun 2024-cü il).
26. Məhkum kassasiya şikayətində satış niyyətinin mövcudluğunu təsdiq edən hər hansı sübutun olmadığına istinad etsə də, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növ müxtəlifliyi, çəkisi, ayrı-ayrı bağlamalarda qablaşdırılması, habelə istifadəsində olan mobil telefon cihazındakı zənglər üzrə aparılmış danışıqların məzmunu onun həmin vasitələri məhz satış məqsədilə əldə etdiyini təsdiq edir.
27. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlillərini müzakirə e dərək hesab edir ki, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual cinayət hüququ normalarına, eləcə də vahid məhkəmə təcrübəsinə uyğundur.
28. Məhkum cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməlin hüquqi tövsifinin düzgün müəyyən edilməsi ilə yanaşı məhkuma təyin edilmiş cəzaya münasibətdə də məhkəmələr əsaslı nəticəyə gəlmişlər.
29. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
30. Birinci instansiya məhkəməsi Məhkum c əza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində - 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
31. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.
32. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldi yi qənaət yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə cəza təyini sahəsində formalaşmış vahid məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədlərinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
33. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsini əlverişli qaydada təşkil etməsi və öz mənafe yini əks etdirən cinayət işinin hallarının təfsirini təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət hüququ normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
34. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya lə ğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-900/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-900/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.