Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3091/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Əbilov Hüseyn Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və zərərçəkmiş şəxs X6 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli, 1(103)-1329/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən veril miş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (X1) 2025-ci il 30 aprel tarixli, 1(008)174/2025 nömrəli hökmü ilə, xx xxxxxx 1985-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında azad edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) 2025-ci il 23 iyul tarixli, 1(103)-1329/2025 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona bəraət verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinin 30 aprel 2025-ci il tarixli, 1(008)-174/2025 nömrəli hökmü ləğv edilmiş, Məhkum elan olunmuş ittiham üzrə CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2024-cü il 17 sentyabr tarixli, 1(010)223/2024 nömrəli hökmü ilə təyin edilmiş 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 ay 15 gün azadlıqdan məhrum etmə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətinə azadlıq dan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 1(010)-223/2024 nömrəli hökmü üzrə şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 1 ay 25 gün və həmin hökm üzrə 2025-ci il 19 may tarixdən azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 2 ay 4 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla - 1 ay 2 gün, habelə hazırki cinayət işi üzrə 4 dekabr 2024-cü il tarixdən 30 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 26 gün, ümumilikdə 7 ay 23 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza müddətinə hesablanıb çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 7 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum hazırki hökmlə təyin olunan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilməsinin başlanğıcının 23 iyul 2025-ci il tarixdən hesablanması, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmesi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli, 1(103)-1329/2025 nömrəli hökmündən məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il 25 fevral tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürül düyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyul tarixli, 1(103)-1329/2025 nömrəli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-3091/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-3091/2025
25.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver