Məhkəmə qərarları › İş №1(102)-3105/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3105/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3105/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1627/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi İbrahimov Elmar Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 24 aprel 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 12 iyun 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birin ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində ictimai yer hesab olunan ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olub Zərərçəkmiş şəxs guya onun evinə gələn şəxslərin fotoşəkillərini çəkdiyini iddia edərək, sonuncunun bu hərəkətlərini inkar etməsini cüzi səbəb kimi bəhanə etməklə cəmiyyətin üzvlərinə qarşı özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai yerdə, əsaslı səbəb olmadan, ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik, ictimai qaydaları və əxlaq normalarını kobud surətdə pozan, cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq və hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, ətrafdakı insanların gözü qarşısında hadisə yerində olan fincanı götürüb, silah qismində istifadə etməklə onunla Elçin Quliyevi qəsdən vuraraq ona sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, şübhəli şəxs qismind ə saxlanıldığı 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir ay) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını yaxud təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1627/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi İbrahimov Elmar Mehman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və düzgün araşdırmamış, sübutlara obyektiv və hərtərəfli qiymət verməmiş, maddi və prosessual hüququnun əhəmiyyətli pozuntusuna yol vermişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin ifadələrindəki kəskin ziddiyyətləri, hadisənin baş vermə şəraitini sübu t edən videomaterialların təhrif olunmuş qiymətləndirilməsini, birbaşa şahid ifadələrinin obyektivliyinə şübhə doğuran məqamları nəzərə almamışdır. Videomüşahidə görüntüləri aydın şəkildə göstərir ki, qarşıdurmanı əvvəlcə zərərçəkmiş şəxs başlamış, mübahisə onun qanunsuz hərəkətləri və məişət zəminində yaranmış, məhkumun ictimai qaydanı kobud şəkildə pozmaq niyyəti olmamış, qarşı tərəfdən məhkumun ünvanına təhqirlər və fiziki müdaxilə olmuşdur. Bu hallara baxmayaraq məhkəmə məhkumun müdafiəsini nəzərə almamış və sübutların bir hissəsinə seçmə yanaşma tətbiq etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında əlində olan telefonla Məhkum məxsus həyəti videoya çəkirmiş kimi davrandığını etiraf etmiş, Məhkum isə bu videoların çəkilmə səbəbini araşdırmaq məqsədilə dükanına getmişdir. Zərərçəkmiş şəxs icazə olmadan həyəti videoya çəkərək sonuncuya qarşı qanunsuz hərəkətlərə yol vermiş, bu hallar nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı araşdırılmamışdır. Mübahisə zamanı ictimai qaydanın pozulması təhlükəsi olmamışdır. Ekspertiza rəyinə görə, zərərçəkmiş şəxsin xəsarəti az ağır xarakter daşısa da, bu xəsarət mübahisə zamanı yaranmış və xuliqanlıq motivi ilə bağlı olmamışdır. Buna görə də məhkumun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi və ya xırda xuliqanlıq kimi qiymətləndirilə bilərdi. Məhkəmə psixoloji münasibət və motiv məsələsini araşdırmamış, məhkumun əvvəllər münaqişə yaratmaması, ictimai yerlərdə davranış qaydalarını pozması ilə bağlı heç bir intizam pozuntusunun olmaması, mübahisə zamanı özünümüdafiə mövqeyində olması, zərərçəkmiş şəxslə barışması, ilk dəfə cinayət hadisəsi törətməsi, anasının tək yaşaması, səmimi peşmançılığı və zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəzərə alınmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1627/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi və ya məhkum barəsində daha yüngül maddənin tətbiqi ilə qərarın dəyişdirilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilm iş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun təqsirli bilindiyi cinayət əməli üzrə əməlində cinayət tərkibinin olmadığını, həmçinin əməlin səhv tövsif olunduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CP M-nin 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1627/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərin in mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araş dırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Baxılan kassasiya şikayətinin məzmunundan müəyyən edilir ki, müdafiəçi Məhkum əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri cinayətinin tərkibinin olmadığını iddia edir, eyni zamanda əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini xahiş edir.

22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).

23. Xuliqanlıq iş ləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkət lər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).

24. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali Məhkəməsi müəyyən etmişdir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələ b olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizl ik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibinin olmadığına dair müdafiəçinin dəlillərini əsassız, məhkəmələrin gəldiyi qənaəti isə əsaslı hesab edir.

26. Belə ki, kassasiya şikayətində iddia edilənlərin əksi olaraq məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparılmaqla qəbul etdiyi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafe dici ifadəsi, Zərərçəkmiş şəxs, hadisənin bilavasitə şahidi olmuş Şahid işin faktiki hallarına uyğun olaraq verdikləri bir-biri ilə uzlaşan ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi, baş vermiş hadisənin videogörüntülərinə baxış keçirilməsi protokolu (videogörüntülər əsasında hadisə vaxtı Məhkum mağazaya daxil olub kassanın yanında əyləşmiş zərərçəkmiş şəxslə qışqıra-qışqıra, əl-qol hərəkətləri ilə mübahisə etdiyi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə sakit tərzdə cavab verdiyi, bu vaxt zərərçəkmiş şəxsin oğlu Şahid Məhkum mağazadan çıxmasını tələb edəndə sonuncunun Şahidlə də qışqıra-qışqıra, əl-qol hərəkətləri ilə mübahisə etməklə hərəkətlərini sonuncuya qarşı yönəltməyə başladığı, qəfildən Şahid üzərinə gəl ib, zərərçəkmiş şəxsin verdiyi bütün ifadələrində Ağami adlı qonşusu kimi təqdim etdiyi şəxsin mağazaya daxil olmasından sonra sonuncunun gözü qarşısında Şahid paltarından tutub, itələyə-itələyə zərərçəkmiş şəxsin əyləşdiyi yerin yaxınlığına zorla gətirdiyi, zərərçəkmiş şəxsin arxa tərəfinə sıxışdırdıqdan sonra mağazada rəfin üzərindən götürdüyü fincanı zərərçəkmiş şəxsin baş nahiyəsinə vurduğu, bu hadisəni görmüş Ağami adlı şəxsin qorxusundan mağazadan çölə çıxdığı müəyyən edilmişdir), eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilir.

27. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər h ansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Re spublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd edilənlər kassasiya müraciətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulan halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1627/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbə r tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi İbrahimov Elmar Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1627/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar