Məhkəmə qərarları › İş №1(102)-3127/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3127/2025

19.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3127/2025 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qə bul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində daimi yaşayış qeydiyyatında olmaqla yaşamışdır. 2. 30 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 fevral 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən mü əyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə Təqsirləndirilən şəxs ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 25,324 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən həmin narkotik vasitə heroinin külli miqdarda 19,781 qramını Təqsirləndirilən şəxs üzərində, həmçinin külli miqdarda 5,543 qramını Məhkum üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Re spublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs həmin gün saat 13:50-də Abşeron rayonu, Novxanı kəndində saxlanılaraq Abşeron rayonu, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinə aparılıb orada üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 19,781 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə, külli miqdarda 5,543 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi Məhkum əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə aş kar edilərək götürülmüşdür.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-64/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, ona verilən ittihamla razı olmadığını bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu tərəfindən apellyasiya şikayəti verib, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin sübuta yetirilmədiyinə görə həmin maddələr üzrə cinayət işinin icraatına xitam verilməsini, yaxud təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməsini xahiş etmişdi r.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-64/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Məhkum kassasiya şikayətində narkotik vasitə istifadəçisi olduğunu, onda olan narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı sübut olmadığı halda Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhku m olunduğunu nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona yüngül cəza təyin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddələri müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini q anuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi norma ların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddələri müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum kassasiya şikayətində törətdiyi əməlin hüquqi tövsifini, bununla bağlı ona təyin edilmiş cəzanı mübahisələndirməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilmə sini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddələrinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)22/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddələrinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddələrinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası, Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, baxılan kassasiya şikayətində məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf etsə də, satış məqsədinin olmaması əsası ilə əməlinin düzgün tövsif olunmadığını iddia edir.

24. Lakin birinci instansiya məhkəməsinin hökmündən məhkumun eyni əsas və dəlillərlə verdiyi apellyasiya şikayəti üzrə araşdırma aparmış apellyasiya instansiyası məhkəməsi, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edi b haqlı olaraq hesab etmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə özünü qismən (narkotik vasitədən şəxsi istifadə etməsi hissəsində) təqsirli bilsə də, onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri:  özünün və digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdikləri ifadələri;  şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri;  videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış barədə protokol (həmin protokolun məzmununa görə, onun üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilmişdir);  məhkumlar Məhkum və Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon cihazlarında aşkar edilmiş, məzmun etibarilə həmin şəxslər tərəfindən narkotik vasitələrin və maddələrin satışının həyata keçirilməsini təsdiq edən yazışmalar;  məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri;  digər istintaq və məhkəmə hərəkəti protokolları;  maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı pozuntunu aşkar etməmiş, Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məc əllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti cinayət işinin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövs ifi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

27. Əməlin hüquqi tövsifinin dəyişdirilməsi nəticəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə də qanuni və əsaslıdır.

28. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

29. Baxılan cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın həddə - 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.

30. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsinin tərəfindən eyni əsaslarla təsdiqlənmişdir.

31. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə, eləcə də narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

32. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsini əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks etdirən cinayət işinin hallarının təfsirini təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında fak tlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

33. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddələri ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlə rə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar