Məhkəmə qərarları › İş №1(102)-3134/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-3134/2025

19.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-3134/2025 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-940/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tə rəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, sürücü işləmiş, məhkumluğu olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 29 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 sentyabr 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq hər biri külli miqdarda olmaqla 14.340,0 qram narkotik vasitə qurudulmuş marixuananı, 510,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 51,280 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşıyaraq saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 fevral 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu, Bulaqlı kəndi ərazisindən keçən hissəsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzərində şəxsi axtarış k eçirilən zaman əlində olan 01 ədəd qara rəngli polietilen torbada hər birinin üzəri yapışqan lentlə bağlanmış 04 ədəd polietilen torba bağlamalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 4.780,0 qram, 3.285,0 qram, 3.275,0 qram və 3,000,0 qram - ümumi çəkisi 14.340,0 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqanlı lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada 510,0 qram narkotik vasitə heroin, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada 51,280 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-141/2024 nömrəli, 22 avqust 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 08 (səkk iz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsinin iki gününün bir günə bərabər tutulmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 fevral 2023-cü il tarixdən hesablanması hökm e dilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-940/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-141/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində müdafiəçi apellyasiya şikayətinin dəlillərini təkrarlayaraq qeyd etmişdir ki, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitəni üzərində daşımamışdır. Həmçinin onun narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, etirafedici izahatlarına polis əməkdaşlarının fiziki və psixi təzyiqləri qarşısında imza etmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-940/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əm əl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı k assasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-940/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cina yət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin m üvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə gör ə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). 20.Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir. 21.Belə ki, birinci instansiya məhkəməsinin hökmündən məhkumun Müdafiəçi3 ver diyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə, habelə mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri:  ibtidai istintaq dövründə və məhkəmə qarşısında verdiyi qismən etirafedici (aşkar olunmuş narkotik vasitənin qabaqcadan qoyulan yerdən götürməsi hissəsində) ifadəsi,  şahidlərin cinayət təqibinin bütün mərhələlərində verdi kləri ifadələri,  maddi sübutlar - üzərindən aşkar edilərək götürülmüş narkotik maddə və vasitələrin miqdarı və müxtəlifliyi;  Kompleks məhkəmə-bioloji və materialların, habelə məhkəmə-narkoloji ekspertizalarının rəyləri,  “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokol və ona əlavə edilmiş fotocədvəllər,  digər istintaq və məhkəmə hərəkəti protokolları,  cinayət işinin materiallarında mövcud olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

22. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

23. Kassasiya şikayətinin məhkumun ibtidai istintaq dövründə etirafedici ifadələrini fiziki və psixi təsir nəticəsində verməsi barədə dəlillərinə gəldikdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 44 9.3.4ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

24. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Riz vanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

25. Təsvir edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Məhkum peşəkar müdafiəçi ilə təmin edilmiş, lakin istər özü, istərsə də vəkili vasitəsilə ibtidai istintaq dövründə pis rəftara məruz qalmasına dair şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, hazırda da bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir.

26. Məhkumun məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası, Ali Məhkəmənin yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarı nın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə təsdiqlənməyən və yalnız ifadənin fiziki və ya psixi zorakılığın təsiri ilə alındığı iddiası özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaratmır. Bu hal müdafiə tərəfini iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad etmir və ittiham tərəfinin üzərinə zorakılığın mövcud olmadığını və sübutun yolverilənliyini sübut etmək vəzifəsi qoyan hal kimi nəzərdən keçirilə bilməz.

27. Məhkəmə kollegiyasının belə mövqeyi Avropa Məhkəməsinin presedent hüququnda da öz təsdiqini tapır: presedentlərə əsasən, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməli, dəlilləri qiymətləndirərkən “əsa slı şübhədən kənar” sübut standartı tətbiq edilməlidir; müvafiq sübutlar kifayət qədər güclü, aydın və uyğun nəticələrin mövcudluğunu, yaxud təkzib olunmayan oxşar fakt prezumpsiyasını birgə əks etdirməlidir (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).

28. Kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir.

29. Müvafiq olaraq, məhkəmə kollegiyası təsviri verilən xüsusatları, o cümlədən Məhkum baxılan kassasiya şikayətində fiziki və ya psixi zorakılığa məruz qalmasına dair əsaslı şübhə yaradan heç bir dəlil təqdim etmədiyini nəzərə alaraq, ibtidai istintaq dövründə etirafedici ifadəni işgəncə təsiri altında məcbur olaraq verməsi barədə məhkumun müdafiəçisinin iddiasını məhkumun cinayət məsuliyyətindən yayınması üçün formal olaraq qaldırılan dəlil kimi qiymətləndirir və kassasiya şikayətini bu hissədə də əsassız hesab edir.

30. Nəticə etibarilə, kassasiya şikayətində qaldırılan məsələlərə aid apellyasiya instansiyası məhkəməsinin qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

31. Belə qən aətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-940/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-940/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar