Məhkəmə qərarları › İş №1(102)-316/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-316/2025

23.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-316/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X12 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, bəraət almış şəxs X7, onun müdafiəçisi Müdafiəçi15 Əlikişi oğlunun, bəraət almış şəxs X3 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə 22 sentyabr 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respubl ikasının vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşayan X5 Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.1-ci maddələri ilə bəraət verilməsinə və 8 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla orada yaşayan X13 Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,308.2 və 32.5,312.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-52/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(101)-166/2022 nömrəli hökmü ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən), F.A.Qəribov və S.S.Hüseynov) X5 Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.1-ci maddələri ilə bəraət verilməsi, X13 Azərbaycan Respublikası CM-nin 32.5,308.2-ci maddəsi ilə bəraət verilməs i, CM-nin 32.5,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 26 may 2021-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə saxlanılması müddətinin nəzərə alınması, təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X14, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 təqsirləndirildikləri CM-nin 308.2-ci maddəsi ilə bəraət verilmiş, onlar CM-nin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində, Təqsirləndirilən şəxs6 isə CM-nin 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmişlər. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər R.A.Qaraqurbanlı (sədrlik edən), V.Ə.Mursaqulov və M.Ə.Abbasov) Təqsirləndirilən şəxs2 Xaliq oğlu və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə digər təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ləğv edilərə k yeni hökm çıxarılmışdır. X19 CM-in 32.5,312.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona CM-in 32.5,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla X13 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılması müddəti nəzərə alınmış, X13 təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilərək, 3 (üç) il sınaq müddəti təyin edilmişdir. X8 CM-in 32.5,312.1 və 308.1-ci maddəl ərində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona CM-in 32.5,312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılması müddəti nəzərə alınmış, X5 təyin edilmiş 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilərək, 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Hökmlə həmçinin: 1) Təqsirləndirilən şəxs1 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərlərin t örədilməsində təqsirli bilinərək məhkum edilmiş; 2) Təqsirləndirilən şəxs2 CM-nin 308.1 və 311.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 3) X14 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 4) Təqsirləndirilən şəxs4 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş: 5) Təqsirləndirilən şəxs5 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 6) Təqsirləndirilən şəxs6 CM-in 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, X6 müdafiəçiləri tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, digər şəxslərin kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmündən məhkum X3 müdafiəçisi və məhkum X7 müdafiəçisi tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası nın xx.xx.2023-cü il tarixli 1(102)-1277/2023 nömrəli qərarı ilə (hakimlər T.L.Kazımov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və V.C.Cəfərov) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmünün məhkumlar X8 və X13 aid hissədə əməlin tövsifinin və təqsirliliyin sübuta yetirilməməsi əsası ilə ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin xx.xx.2024-cü il tarixli 1-8-1/12087/2023 nömrəli qərarı ilə cinayət işi üzrə dövlət ittihamçısı X15 tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə etirazın təmin edilməsi, X8 və X7 barəsində olan cina yət işinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-52/2024 nömrəli 16 sentyabr 2024-cü il hökmü ilə (hakimlər M.Müdafiəçi3 (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) təqsirləndirilən şəxs X7 müdafiəçisi Müdafiəçi15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti (o cümlədən X8 barəsində) təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2022 nömrəli 16 mart 2022-ci il tarixli hökmü X7 Azərbaycan Respublikası CM-nin 32.5,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, X13 Azərbaycan Respublikası CM-nin 32.5,312.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktından görünür ki, X19 təqsirləndirilmişdir ondan ötrü ki, o, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsin özü üçün maddi neməti dolayı yolla özü vasitəsilə rüşvət qismində təkrarən istəməklə təkrarən almasında köməkçi qismində təkrarən iştirak etmiş, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar onun özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən suiistifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. İbtidai istintaq orqanının X19 ilə bağlı gəldiyi nəticəyə görə o, 16 avqust 2016-cı il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyərkən xidməti vəzifəsi ilə əlaqədar tanıdığı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 18 dekabr 2018-ci il tarixli 1400/033 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsi haqqında Əsasnamə”nin 5.6-cı bəndinə əsasən, gömrük prosedurları və əməliyyatlarından istifadə üzrə şərtlərin və tələblərin yerinə yetirilməsinə riayət edilməsinin yoxlanılması, idxal-ixrac olunan mallara mövcud texnoloji sxemlərə uyğun olaraq gömrük baxışının həyata k eçirilməsi, gömrük nəzarətini həyata keçirərkən buraxılan yüklərin sənədlərinin və gömrük bəyannaməsinin tərtibatının düzgünlüyünün yoxlanılması, idxal və ixrac əməliyyatları zamanı gömrük vergi və rüsumlarının qanunvericiliyə uyğun olaraq düzgün hesablanması və tutulması, gömrük dəyərləndirməsi və gömrük dəyərinin müəyyən edilməsi işinin həyata keçirilməsi və digər səlahiyyətlərə malik təşkilati sərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etm ək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021 -ci ilin yanvar ayında fiziki şəxs Şahid20 ünvanına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021 -ci il tarixli **********13857 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 45.517,10 Çin Yuanı, həmin dövrün rəsmi məzənnəsi ilə 12.116,62 manat dəyərində «Cherry» markalı avtomobil ehtiyat hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiq etməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiq etməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Şahid20 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid20 razılığını alaraq, həmin niyyətlə 19 yanvar 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 800 (səkkiz yüz) manat pulun Şahid20 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiq etməsi vasitəsilə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini 19 yanvar 2021-ci il tarixdə özünə həmin mobil tətbiq etməyə göndərib, rüşvət qismində istədiyi həmin pui vəsaitini qeyd edilən Karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 19 yanvar 2021-ci il tarixdə özü qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid20 maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük pr osedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin yanvar ayında fiziki şəxs Şahid21 adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********2457 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 5.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9.350 manat dəyərində cihazların idxalı əməli yyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiq etməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiq etməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Şahid21 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid21 razılığını alaraq, həmin niyyətlə 26 yanvar 2021 -ci il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 200 (iki yüz) manat pulun Şahid21 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini özünə 26 yanvar 2021-ci il tarixdə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 26 yanvar 2021-ci il tarixdə özünün qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 200 (iki yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid21 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla təkrarən rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəl i şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin fevral ayında "xxxx" MMC-nin adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********5018 nömrəli gömrük b əyannaməsi ilə bəyan olunan 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat dəyərində cihazların idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 “İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiq etməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiq etməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə həmin MMC-nin nümayəndəsi Şahid19 şəxsən Təqsirləndirilən şəxs1 ü çün dolayı yolla maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid19 razılığını alaraq, həmin niyyətlə 17 fevral 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASCyə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 100 (yüz) manat pulun Şahid19 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini 17 fevral 2021-ci il tarixdə özünə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqəda r, 17 fevral 2021-ci il tarixdə şəxsən qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 100 (yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid19 maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla təkrarən rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-isti fadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. İttiham aktından görünür ki, X9 təqsirləndirilmişdir ondan ötrü ki, o, vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və qeyriləri üçün qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İbtidai istin taq orqanının X8 ilə bağlı gəldiyi nəticəyə görə o, 14 oktyabr 2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və qulluq funksiyasına əsasən, gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasının təmin edilməsi, gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək, yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsinin tələb edilməsi, gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək, malların buraxılışını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati sərəncamverici və inzibatı-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən q əsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncunun tanışı olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs6 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni 2021 -ci ilin may ayında fiziki şəxs X20 ünvanına Türkiyə Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 18.500 (on səkkiz min beş yüz) manat dəyərində 21 ədəd mühərrik hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının h esablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə 13 may 2019-cu il tarixli etibarnamə əsasında X21 broker xidməti göstərən Şahid1 Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Təqsirləndirilən şəxs6 vasitəsilə 2021-ci ilin may ayının 6-da sonuncu, özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə rüşvət qismində istəyib, həmin niyyətlə Şahid1 2021-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Hökümət Evinin” yaxınlığında Təqsirləndirilən şəxs6 vasitəsilə sonuncu, ö zü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində Təqsirləndirilən şəxs6 köməkçiliyi ilə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, rəsmiləşdirməni sürətləndirməklə həmin malın 2021-ci ilin may ayının ortalarında gömrük nəzarətindən buraxılışını şəxsən həyata keçirmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən X8 və X19 təqsirliliyi sübuta yetirilmədiyi üçün onlar barəsində CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-52/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Kassasiya protesti X5 aid hissədə onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postu haqqında" Əsasnamənin 5.9-cu bəndində qeyd edilən postun inspektorunun hüquqlarını təhlil etməmişdir. Məhkəmə nəzərə almağı unutmuşdur ki, gömrük rüsumlarının hesablanması üçün əsas meyar malın gömrük dəyərinin müəyyən edilməsidir və həmin dəyərin düzgün formada müəyyən edilməsində gömrük xidməti əməkdaşlarının iştirak etməli olması işin mübahisəsiz halı kimi çıxış edir, verilməsi ilə bağlı "gömrük vergi və rüsumlarının hesablanması, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsinin Mirağa Ağayevin səlahiyyəti dairəsinə aid olmaması" ilə mülahizələrini bilavasitə təkzib edir. Bundan başqa məhkəmə sübut növü kimi iş üzrə Məhkum Təqsirləndirilən şəxs6 məxsus "Samsung Duas” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolu və Təqsirləndirilən şəxs1 məxsus “İphone 12" markalı mobil telefona b axış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolda qeyd edilən ismarıcları nəzərə almamışdır. Bundan əlavə, protest müəllifi "Gömrük nəzarətin təqdim olunan malların gömrük rəsmiləşdirilməsinin nümunəvi Texnoloji Sxemi”nin 2.1 -ci bəndinə istinad edərək bildirir ki, məhkəmə nəzərdən qaçırmışdır ki, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi 6 mərhələdən ibarət vahid prosesdir. Həmin mərhələlərdən birinin istisna edilməsi gömrük rəsmiləşdirilməsinin tam olaraq həyata keçirilməməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Mirağa Ağayevin bu sahədə (gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı) səlahiyyətləri bir-biri ilə bağlı olmuş, onlardan birinin həmin fəaliyyətdə iştirak etməməsi gömrük rəsmiləşdirilməsinin başa çatmasını istisn a etmişdir. Qeyd edilir ki, malın yoxlanılması, malın buraxılışı mərhələləri üzrə səlahiyyətli şəxs olan təqsirləndirilən şəxs Mirağa Ağayevin həmin hissədə xidməti vəzifələrinin icrası ilə əlaqədar iştirakı labüddür. Bununla yanaşı, məhkəmə tərəfindən həmin epizodla bağlı bir halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 məhkəmə istintaqında, həm də Təqsirləndirilən şəxs6 verdiyi ifadəsinə əsasən təqsirli bilinmiş, digər halda isə məhkəmə istintaqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs6 Mirağa Ağayevlə bağlı verdiyi ifadəsinə əsasən təqsirləndirilən şəxs Mirağa Ağayevə bəraət vermişdir ki, bu hal məhkəmənin hökmdə şərh etdiyi hallarla gəldiyi nəticələr arasında ziddiyyətlərin olmasının bilavasitə göstəricisidir. Məhkəmə Məhkum Təqsirləndirilən şəx s6 ifadəsinə tənqidi yanaşmamışdır. Məhkum Təqsirləndirilən şəxs6 məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs6 istintaq zamanı ifadəsi və X3 üzləşdirilməsi üzrə istintaq hərəkəti və orada qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla yanaşı, məhkəmənin təqsirləndirilən şəxs Mirağa Ağayevin gömrük rəsmiləşdirilməsinin bütün mərhələləri üzrə səlahiyyətli olmaması ilə əlaqədar mülahizəsi əsassızdır. Belə ki, məhkəmə həmin hissədə özünün gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən sübutları nəzərə almamış, vahid proses olan gömrük rəsmiləşdirilməsinin son iki mərhələsi (malın yoxlanılması, malın buraxılışı mərhələləri) üzrə Mirağa Ağayevin səlahiyyətli olmasını, həmin mərhələlər, o cümlədən Mirağa Ağayevin xidməti vəzifələrini n icrası ilə əlaqədar zəruri iştirakı olmadan gömrük rəsmiləşdirilməsinin başa çatmasının mümkün olmaması ilə bağlı halları nəzərdən qaçırmışdır. Bundan başqa məhkəmə tərəfindən cinayətin törədildiyi yer üzrə də yanlış nəticəyə gəlinmişdir. Belə ki, Cinayət Məcəlləsinin 311 -ci maddəsində nəzərdə tutulan rüşvət alma formal tərkibli cinayət olmaqla, həmin cinayət alınan rüşvət müqabilində müəyyən işin görülübgörülməməsindən, həmin işi görməyə hazırlığın olub-olmamasından asılı olmayaraq maddi və sair nemətin, imtiyazın və ya güzəştin bütövlükdə, yaxud bir hissəsinin istənildiyi və ya bu barədə təklifin və ya vədin qəbul edildiyi andan başa çatmış hesab edilir. Məhkəmə hökmdə Məhkum Təqsirləndirilən şəxs6 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Mirağa Ağayev üçün Şahid1 rüşvət qis mində pul vəsaitinin alınması ilə bağlı halı mübahisələndirmiş, lakin Məhkum Təqsirləndirilən şəxs6 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Mirağa Ağayev üçün rüşvət qismində pul vəsaitinin istənilməsini mübahisələndirməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə tərəfindən həmin epizod üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs1 təqsirli bilinməsinə dair məhkəmənin gəldiyi nəticədə rüşvət qismində həm pulun istənilməsi, həm də alınması yeri mübahisələndirilməmişdir. Məhkəmə tərəfindən cinayət işinin Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs1 hökmdə həmin epizod üzrə təqsirli bilinməsi ilə bağlı müəyyən edilmiş (sübuta yetirilmiş) halları onu qeyd etməyə əsas verir ki, rüşvət qismində pul vəsaiti 2021-ci ilin may ayının 6-da Bakı şəhəri əra zisində istintaqla müəyyən edilməyən yerdə rüşvət qismində istənilmişdir. Lakin həmin pul vəsaitinin gömrük rəsmiləşdirilməsinin həyat keçirilməsi üçün istənilməsi və Mirağa Ağayevin iştirakı olmadan həmin rəsmiləşdirilmənin başa çatmasının qeyri-mümkün olduğu, Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin formal tərkibli olması, yəni rüşvət qismində maddi nemətin istənilməsi anından başa çatmasını nəzərə almayaraq, məhkəmə əsassız olaraq rüşvət qismində pul vəsaitinin alınması yeri ilə bağlı halları mübahisələndirmişdir. Təqsirləndirilən şəxs Mirağa Ağayev tərəfindən Şahid1 gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum Təqsirləndirilən şəxs6 köməkliyi ilə rüşvət qismində pul v əsaitinin istənilməsi (cinayətin törədildiyi yer, vaxt və sair), həmin əməlin Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsində nəzərdə tutulan cinayət üzrə cinayət tərkibinin bütün əlamətlərini özündə əks etdirməsi, həmin cinayətin başa çatması (yəni maddi nemətin istənilməsidir ki, qeyd edilən istəmə Məhkum Təqsirləndirilən şəxs6 hərəkətləri ilə realizə edilmişdir ki, həmin hal işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halı kimi çıxış edir) o demək deyil ki, hazırkı cinayət işi üzrə qeyd edilənlərin hər hansı biri istisna edilməmişdir. Məhkəmə tərəfindən cinayətin başa çatması ilə bağlı hüquqi mövqelərin, Mirağa Ağayev tərəfindən mala hansı tarixdə baxış keçirilməsi vaxtının hazırkı cinayət işi üzrə sübut edilməli olan halların sırasına aid olmamasının, o cümlədən **********4606 nömrəli gömrük bəyannaməsinin Mirağa Ağayev tərəfindən mala baxış keçirilməsinin və buraxılması ilə bağlı halları özündə əks etdirən maddi sübut kimi ittiham tərəfinin sübutu kimi iş materiallarına əlavə edilməsinin, müdafiə tərəfinin də Mirağa Ağayev tərəfindən mala baxış keçirilməsi və buraxılması ilə bağlı halları mübahisələndirməməsinin nəzərə alınması məqsədəmüvafiq olardı. Kassasiya protesti Orxan Zöhrabova aid hissədə onunla əsaslandırılmışdır ki, məhkəmə Şahid20 rüşvət alınması epizodu ilə bağlı bəraət verərkən qeyd etmişdir ki, “ibtidai araşdırma orqanının əsas sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs1 məxsus “İphone'' markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin telefon yazışmalarında rüşvət verilməsindən deyil, ödənişlərin edilməsindən söhbət gedir. Həmin ödənişlərin konkret hansı məqsədləri üçün nəzərdə tutması ilə bağlı apellyasiya məhkəməsində araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan ödənişlər rüsumla bağlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, Şahid20la Orxan Zöhrabovun verdiyi ifadələrindən müəyyən olunur ki, Şahid20 Orxan Zöhrabova verdiyi 800 manat pul Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməli olan (Orxan Zöhrabova bildirilən) dövlət rüsumunun çatışmayan hissəsinin ödənilməsi adı ilə alınmışdır. Bu həm də, Şahid20 apellyasiya məhkəməsində verdiyi ifadəsi ilə təsdiq edilir. Şahid20 öz nüıtnayəndəsinə zəng edərək gömrük rüsumu üzrə ödəniş etməsini istəmiş, ancaq nümayəndə ona üzərində pul olmadığını demişdir. Bundan sonra Şahid20 Orxana zəng edərək borc kimi həmin pulu nümayəndəyə v erməsini və yaxın günlərdə qaytaracağını demiş və bir neçə gün sonra geri qaytarmışdır. Məhkəmə, Orxan Zöhrabova qeyd edilən epizod üzrə təqsirin sübuta yetməməsi əsası ilə bəraət verilməsi nəticəsinə gələrkən məhkəmə baxışı zamanı tədqiq edilmiş, mötəbərliyinə heç bir şübhə olmayan və sonuncunun CM-in 32.5,311,3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair yekun qərar qəbul edilməsinə bilavasitə təsir göstərən sübut növü kimi iş üzrə Təqsirləndirilən şəxs1 məxsus «İphone» markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolu nəzərə almamışdır ki, bu da CPM-nin 143-146-cı maddələrinə tələblərinə əsasən sübutların tədqiq edilməməsinin bilavasitə göstəricisidir. Təqsirləndirilən şəxs1 məxsus «İphone» markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, «Orxan Zöhrabov BBGİ» adı ilə qeydiyyata alınmış X13 məxsus ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 nömrəsinə Şahid20 adına olan bəyannaməni göndərmiş, səsli ismarıc göndərərək «onu həll et göndərdiyimi” sözlərini qeyd etmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 «keçən dəfəki kimi həll edər?» sualını vermiş, «Keçən dəfə necə həll elədik, elə edək də» ismarıcını göndərmişdir. X35 Mirzəyevə «7 sənəd, % ok. ödəniş eləsin. Ok?» ismarıcını yazmış, Təqsirləndirilən şəxs1 «1650 fərq verir» yazmış, Orxan Zöhrabov «7 sənəd deyəcəm» sözlərini göndərmişdir. xx.xx.2021-ci il tarixdə X35 Mirzəyevə ismarıc göndərərək «brat salam, zəhmət olmasa kartı at» ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs1 isə Şahid5 adına olan kart ı göndərmişdir (cild 5 i.v 101-106). Yazışmaların mətnindən də göründüyü kimi təqsirləndirilən şəxs X36 Tundinin adına idxal olunan malın gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 onun mənafeyi naminə, icra edilən gömrük bəyannaməsi üzrə Təqsirləndirilən şəxs1 üçün Şahid20 “7 sənəd” yəni 700 manat alacağını bildirmişdir. Telefona baxış keçirilməsinə dair protokolda əks olunan həmin yazışmalar özlüyündə təqsirləndirilən şəxs X28 Tundinin deyil, əksinə Təqsirləndirilən şəxs1 mənafeyi naminə, rüşvət alan şəxsin tərəfində çıxış etməsinin göstəricisidir ki, məhkəmənin həmin epizodla bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bundan başqa, məhkəmə Orxan Zöhrabova Şahid21 rüşvət alınması epizodu iiə bağlı bəraət verərkən toplanmış sübutla rı düzgün qiymətləndiriməmiş, nəticədə əsassız olaraq həmin sübutları qəbul etməkdən imtina etmişdir. Belə ki, təqsirləndirilən şəxs X1 ilə Təqsirləndirilən şəxs1 Şahid21 rüşvət alması epizodu üzrə Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsini təhlil etdikdə müəyyən edilir ki, o, təqsirləndirilən Orxan Zöhrabovla mobil telefonla danışaraq sifariş etdiyi məhsulun gömrük rəsmiləşdirilməsinin sürətləndirməsini xahiş etmiş, Orxan Zöhrabov onunla əlaqə saxlayıb Bakı Baş Gömrük İdarəsində olan adını xatırlamadığı iş yoldaşından onun işini xahiş etdiyini və ona görə də, hörmət etməli olduğunu bildirmiş, o, Orxanla razılaşdıqdan sonra Orxan həmin dövrdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə hazırda yadında olmayan plastik kartın fotoşəklini atıb 200 manat pulu edilmiş köməkliyə görə həmin karta köçürməyi bildirmişdir. Həmin epizod üzrə Təqsirləndirilən şəxs1 məxsus «İphone 12» markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, «Orxan Zöhrabov BBGİ» adı ilə qeydiyyata alınmış X13 məxsus ***-***-**-** nömrəsindən xx.xx.2021-cı il tarixdə X35 Mirzəyevə Şahid21 Mehcan oğlunun adına olan bəyənnaməni göndərərək «salam brat, başa düşdün də kimdi, yoluna qoy getsin» ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs1 «Səndən iki qırmızı alma» ismarıcını yazmış, Orxan Zöhrabov «Ortada elə iki qırmızıdır» cavabını vermiş, «kart at» sözünü yazmış, Təqsirləndirilən şəxs1 isə Şahid5 adına olan bankomat kartını göndərmişdir. Təqsirləndirilən şəxs X19 ibtidai araşdırma zamanı Şahid21 adına olan bəyannamənin icrasının tezləşdirilməsini Təqsirləndirilən şəxs1 xahiş etdiyini, Təqsirləndirilən şəxs1 həmin işə görə ondan 200 manat rüşvət istədiyini etiraf etmişdir. Göründüyü kimi, bu epizod üzrə də təhlil edilən sübutlar təqsirləndirilən şəxs X30 Mirzəyevin mənafeyindən çıxış etdiyini, Şahid21 200 manat pulun özünün köməkçiliyi ilə Təqsirləndirilən şəxs1 üçün rüşvət qismində alınmasına nail olduğunu bilavasitə təsdiq edir. Eyni zamanda, təqsirləndirilən şəxs X1 ilə Təqsirləndirilən şəxs1 Şahid19 rüşvət alınması epizodu üzrə Təqsirləndirilən şəxs1 məxsus «İphone» markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolla bilavasitə təsdiq edilir ki, X35 Mirzəyevin mənafeyindən çıxış edərək Şahid19 rüşvət qismində pul vəsaitinin alınmasında köməkçilik etmiş dir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs1 məxsus «İphone» markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, «Orxan Zöhrabov BBGİ» adı ilə qeydiyyata alınmış X13 məxsus ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 telefonuna **********4241 nömrəli bəyənnaməni göndərərək «salam brat, bu iş səndədir. Yadıva düşdü keçən dəfə həll elədiy. Onu həll elə getsin» ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs1 isə «ok» cavabını vermişdir. xx.xx.2021-ci il tarixdə Orxan Təqsirləndirilən şəxs1 200 manat pulun Şahid5 adına olan bankomat kartına göndərilməsinə dair qəbzin surətini göndərmişdir. xx.xx.2021-ci ildə Orxan Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin adına olan bəyənnaməni göndərmiş və «bu da bizlikdir. Bird ənə buna bax denən də mənə» ismarıcını göndərmişdir. Təqsirləndirilən şəxs1 Orxan Zöhrabova «2 alma versin dadlı dil yesin» ismarıcını göndərmişdir. Orxan isə «1,5 ok?» cavabını vermişdir. xx.xx.2021-ci il tarixdə Orxan Elmara 300 manat pulun Şahid5 adına olan bankomat kartına köçürülməsinə dair qəbzin surətini atmışdır. xx.xx.2021 -ci il tarixdə Orxan Elmara 150 manat pulun Şahid5 adına olan karta köçürülməsinə dair qəbzin surətini atmışdır. Qeyd edilən yazışmaların məzmunundan da göründüyü kimi, həm təqsirləndirilən şəxslərin biri-birilərinə müraciət forması, həm onların digər şəxslərdən rüşvət alınması ilə bağlı əvvəlki münasibətləri təqsirləndirilən şəxs X30 Mirzəyev üçün rüşvət alınmasında köməkçi kimi iştirakını bilavasitə təsdiq edir. O cümlədən cinayət işi materiallarını nəzərdən k eçirdikdə aydın olur ki, Şahid20, Şahid19, o cümlədən Şahid21 təqsirləndirilən şəxs Orxan Zöhrabovu gömrük xidməti inspektoru kimi tanımış, həmçinin məhz gömrük xidməti inspektoru kimi gömrük rəsmiləşdirilməsinin bu və ya digər formada həyata keçirilməsində onlara köməkçilik edə biləcək şəxs kimi münasibət yaratmış, həmin şəxslərdən heç biri gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində köməklik göstərilməsi ilə bağlı ayrı-ayrı vəzifəli şəxslərə çatdırılması üçün rüşvət qismində pul vəsaitinin verilməsində onlara köməklik göstərməsini Orxan Zöhrabovdan xahiş etməmiş, əksinə sonuncu, rüşvətin alınıb Təqsirləndirilən şəxs1 çatdırılmasına özü təşəbbüs göstərərək buna nail olmuşdur. Yuxarıda sadalanan xüsusatların nəzərə alınmaması Orxan Zöhrabovun qanunsuz və əsassız olaraq bəraət almas ına gətirib çıxarmışdır ki, bu da məhkəmənin işin faktiki hallarına uyğun gələn sübutları nəzərə almamasının nəticəsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən sübutları əsas götürüb irəli sürülən ittiham üzrə hökm çıxarmaq əvəzinə, Orxan Zöhrabovun və Təqsirləndirilən şəxs1 uydurma ifadələrinə inanaraq göndərilən pul vəsaitlərinin rüşvətlə bağlı yox, aralarında avtomobil ehtiyat hissələrinin alqı- satqısından yaranmış borc pulla bağlı olması qənaətinə gəlmiş, eyni zamanda mesajlarda qeydə alınmış «Səndən iki qırmızı alma», «2 alma versin dadlı dil yesin» və sair kimi cümlələrin göndərilən pulların rüşvət xarakterli olmasını əks etdirməsinə baxmayaraq, təqsirləndirilən şəxslərin həmin ifadələrə münasibətdə “biz onları aramızda zarafat olduğu üçün yazmışıq” kimi həqiqətə uyğun olmayan dəlillə rini doğru kimi qəbul edib onların məhkəməni aldatmasına şərait yaratmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs O.Zöhrabovun, onun müdafiəçisi Müdafiəçi15, bəraət almış şəxs M.Ağayevin və onun müdafiəçisi Müdafiəçi3, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 311.3.1-cü maddəsində “qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya almas ı, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsində “vəzifəli şəxs tərəfindən biləbilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-bi ri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında gös tərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun təl əblərinə uyğun, cinayət- prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətl i qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011- ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gə tirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci ii tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə kollegiyası kass asiya protestinin bəraət almış təqsirləndirilən şəxs X5 aid hissəsinə hüquqi qiymət verərək protestin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya protesti ilə kassasiya protestinin dəlilləri eynilik təşkil etdiyi üçün apellyasiya məhkəməsinin qərarında göstərilmiş halların yenidən təkrar edilməsinə lüzum yoxdur, lakin məhkəmə bəzi halların qərarda qeyd edilməsini vacib bilir. Məhkəmə qərarlarında olan Təqsirləndirilən şəxs6, Şahid1 birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində verdikləri ifadələri ilə və o cümlədən işin müəyyən olunmuş digər halları ilə Mirağa Ağayevin əməlində cinayət tərkibinin olmadığı sübut olunur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən ş əxs1 və Təqsirləndirilən şəxs6 irəli sürülmüş ittihamın məzmunundan Mirağa Ağayevin iştirakı ilə bağlı müddəaların (məlumatlar) xaric olunması ilə bağlı gəlidiyi nəticəni haqlı hesab edir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, ittiham aktında X21 broker xidməti göstərən Şahid1 Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Təqsirləndirilən şəxs6 vasitəsilə 2021-ci ilin may ayının 6-da sonuncu, özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə rüşvət qismində istəməsi göstərilsə də, iş materiallarından, həmçinin Şahid1 öz ifadəsindən, Təqsirləndirilən şəxs6 və Mirağa Ağayevin ifadələrindən də göründüyü kimi X37 Rzayevdən heç vaxt pul istəməmiş, bu bar ədə onların arasında danışıq və razılıq olmamış, habelə onların arasında bununla bağlı digər formada münasibət yaranmamış, Şahid1 pulun istənilməsi Təqsirləndirilən şəxs6 tərəfindən həyata keçirilmişdir. Məhkum Təqsirləndirilən şəxs6 da birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində bildirmişdir ki, o, 200 manat məbləğində pul vəsaitini Şahid1 almış, lakin bu pulu da Mirağa Ağayevə verməyərək öz şəxsi ehtiyaclarına sərf etmişdir. Mirağa Ağayev ondan heç vaxt özünə çatdırılması üçün hər hansı bir vətəndaşdan gömrük bəyannaməsinin rəsmiləşdirməsini tezləşdirməsi müqabilində hər hansı bir məbləğdə pul vəsaiti almasını tələb etməmiş və ya istəməmişdir. Ümumiyyətlə bu məsələlərdən Mirağa Ağayevin xəbəri olmamışdır. X31 Şabanov birinci instansiya məhkəməsində verdi yi ifadəsində Şahid1 Mirağa Ağayevə çatdırılması üçün hər hansı bir məbləğdə pul tələb etmədiyini, Şahid1 özünün ona müraciət edərək Mirağa Ağayevə çatdırması üçün pul təklif etdiyini, onun da yaranmış vəziyyətdən istifadə edərək guya həmin pulu Mirağa Ağayevə verəcəyi adı ilə Şahid1 aldığını, lakin həmin pulu Mirağa Ağayevə vermək niyyətində olmadığını açıq-aşkar bəyan etmişdir. Həmçinin birinci instansiya məhkəməsində Şahid1 ifadəsində onu da qeyd etmişdir ki, onun Mirağa Ağayevlə pulun istənilməsi və verilməsi ilə bağlı birbaşa ünsiyyəti olmamış, o, Mirağa Ağayevlə bağlı ancaq Təqsirləndirilən şəxs6la ünsiyyət saxlamışdır. Beləliklə, Şahid1 ifadəsindən də göründüyü kimi o pul vəsaitini Təqsirləndirilən şəxs6 vermiş, sadəcə Təqsirləndirilən şəxs6 ona Mirağaya da pul verəcəyini bildirmişd ir. Sadalanan hallar onu deməyə əsas verir ki, Şahid1 Mirağa Ağayevlə 200 manat pulla bağlı əlaqədə olmamış, Elçin X10 pul tələb etməsi ilə bağlı hallar barədə yalnız Təqsirləndirilən şəxs6 ona bildirməsi nəticəsində məlumatlanmışdır ki, həmin ifadə də öz növbəsində Mirağa Ağayev tərəfindən Şahid1 rüşvət qismində pul tələb edilməsi ilə bağlı halları birbaşa təkzib edir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs6 Mirağa Ağayevlə üzləşmə zamanı sonuncudan malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün Şahid1 nə qədər pul istədiyini soruşmasını və M.Ağayevin 200 manat istədiyini deməsini bir daha təsdiq etməsi göstərilsə də, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs6 Mirağa Ağayevlə üzləşmə zamanı ifadəsini dəyişmiş və aşağıdakı məzmunda ifadə vermişdir: “Elçin öz təşəbbüsü ilə məndən Mirağaya nə qədər pul vermək lazım olduğunu Mirağadan soruşmağımı xahiş etdi. Mən də Mirağaya zəng edib həmin işə görə nə qədər pul istədiyini soruşdum. Mirağa mənə konkret məbləğ demədi, dedi ki, baxsın. Mən də 2 bəyannamə olduğuna görə Elçinə dedim ki, Mirağaya 200 manat pul verməlidir. Elçin pulu mənə verərkən Mirağa artıq baxış keçirib qurtarmışdı. Mirağaya pulu vermədim”. Lakin ibtidai araşdırma orqanı həmin xüsusatı araşdırmamış və Təqsirləndirilən şəxs6 Mirağa Ağayevlə üzləşmə zamanı verdiyi ifadəsini nəzərə almadan və səbəblərini əsaslandırmadan ilkin ifadəsini sübut kimi qəbul etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixə qədər olan dövrdə X32 Şabanovun arasında olan 12 dəfə telefon danışığının nədən ibarət olması, həmçinin Təqsirlə ndirilən şəxs6 “Akiflidən nə götürüm sənə” məzmunlu ismarıcına Təqsirləndirilən şəxs1 yazdığı “4, 2 Emin” nə anlama gəlməsi üzrə apellyasiya məhkəməsində araşdırma aparılması məqsədi ilə həm Təqsirləndirilən şəxs6, həm Təqsirləndirilən şəxs1, həm də Mirağa Ağayev dindirilmiş və Təqsirləndirilən şəxs1 olan telefon yazışmalarında “4 və 2 Emin” ismarıclarının və Təqsirləndirilən şəxs6 isə Mirağa Ağayevlə telefon danışığının hazırki işə aid olmadığını bildirmişdir. Protest müəllifi Mirağa Ağayevə münasibətdə onun təqsiri ilə bağlı Təqsirləndirilən şəxs6 və Mirağa Ağayev arasında olan ismarıc və telefon zənglərinə istinad etmişdir. Həmin ismarıclar və telefon zəngləri ilə qeyd olunan 200 manat vəsaitin Mirağa Ağayevə verilməsi, yaxud həmin vəsaitin Mirağa Ağayev tərəfindən istənilməsi öz təsdiq ini tapmır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 ismarıclarında Mirağa Ağayevin adı çəkilsə də, onun rüşvət istəməsi və ya Təqsirləndirilən şəxs6la Təqsirləndirilən şəxs1 Şahid1 rüşvət almalarına kömək etməsi barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs6 “Akiflidən nə götürüm sənə” məzmunlu ismarıcına isə, Təqsirləndirilən şəxs1 yazdığı “4, 2 Emin” cavabının Mirağa Ağayevə hansı aidiyyətinin olmasının səbəbləri də müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya protestinin Zöhrabov Orxana münasibətdə olan hissəsinə əsasən qeyd edir ki, kassasiya protestinin təqsirləndirilən şəxs X13 aid hissəsində protestin dəlillərini əsaslı hesab etmir Belə ki, göründüyü kimi X13 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5,308.2 və 32,311.3.2-ci maddələri ilə ittiham verilmiş, lakin birinci instansiya məhkəməsinin hökmü ilə X13 Azərbaycan Respublikası CM-in 32.5,308.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-nin 32.5,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzaya məhkum olunmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin X13 Azərbaycan Respublikası CM-in 32.5,308.2-ci maddəsi ilə bəraət verilməsi ilə razılaşsa da, Cinayət Məcəlləsinin 32.5,312.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə, həmçinin protestin dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, təqsirləndirilən şəxs Orxan Zöhrabovun qeyd olunan maddə üzrə təqsiri sübuta yetirilmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən X13 CM-in 32.5,308.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-nin 32.5,312.2-ci maddəsi ilə təqsirli bilinmiş, bundan apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü qəbul edilmişdir. Hökmlərdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Orxan Zöhrabovun köməkçiliyi ilə irəli sürülmüş ittihamın məzmunundan Orxan Zöhrabovla bağlı ifadələri (məlumatları) xaric etmiş, Bakı Apellyasiya Məhkəməsi isə Orxan Zöhrabovu 308.1 və 32.5,312.2-ci maddələri ilə təqsirli hesab edərək üç epizod üzrə Təqsirləndirilən şəxs1 rüşvət verilməsində köməklik etməsi nəticəsinə gəlmişdir. Həmin hökm dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmiş, həmin hökmdən kassasiya protesti verilməmiş və qeyd olunan hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi12 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu isə onu göstərir ki, ittiham tərəfi Bakı Apellyasiya Məhkəməsinin X30 Mirzəyev üçün dolayı yolla maddi nemət olan pul vəsaitlərini (3 epizod üzrə) rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etməsi ilə deyil, Orxan Zöhrabovun üç epizod üzrə Təqsirləndirilən şəxs1 rüşvət verilməsində köməklik etməsi ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmündən məhkum X3 müdafiəçisi və məhkum X7 müdafiəçisi tərəfindən kassasiya şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1277/2023 nömrəli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, hökmün məhkumlar X8 və X13 aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə baxılması üçün apellyasiya instansiyası məhkəməsinin məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi işin mübahisəsiz halı odur ki, ittiham tərəfi Orxan Zöhrabovun üç epizod üzrə səlahiyyətli gömrük xidməti əməkdaşı Təqsirləndirilən şəxs1 rüşvət vermədə rüşvət verən şəxslərin xeyrinə köməklik etməsi ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi Orxan Zöhrabovu CMnin 32.5,312.2-ci maddəsi ilə təqsirli bilsə də, rüşvət verən şəxslərin kim olması və məsuliyyətə cəlb olunmaması ilə bağlı əsaslandırma apararaq yekunda rüşvət verən şəxslərin əməlləri prokurorluq orqanları tərəfindən araşdırılmalı və həmin şəxslərin əməllərinə lazımi qaydada hüquqi qiymət verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyasının sonuncu mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi Orxan Zöhrabovu CM-nin 32.5,312.2-ci maddəsi ilə təqsirli bilirsə, gərək ki, rüşvət verən şəxs olmalıdır ki, rüşvət verilməsində həmin şəxsə kömək olunsun. Belə ki, ibtidai istintaq orqanına rüşvət verməsi barədə məlumatı (ifadəsi) könüllü Şahid1 başqa heç kəs verməmişdir. Həmin şəxslərin şəxsiyyəti və əməlləri barədə məlumat ibtidai istintaq orqanı tərəfindən aparılmış ibtidai araşdırma zamanı müəyyən edilmişdir. Məhkəmə kollegiyası X7 təqsirli bilindiyi əməllər üzrə hər epizoda ayrı-ayrılıqda hüquqi qiymət vermə yi zəruri hesab edir. Birinci epizod üzrə X7 "Azplasstech” MMC-in təsisçisi və direktoru Şahid19 rüşvət verməkdə kömək etməsi ilə bağlı ilk olaraq məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında həmin epizodla əlaqədar ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid19 İfadəsinə, istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola istinad edilmişdir. Belə ki, ibtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid19ifadəsində göstərmişdir ki, 2011-ci ildə "Azplasstech” MMC-ni təsis etmişdir. Təxminən 2021 -ci ilin mart ayında Çin Xalq Respublikasından satın aldığı polietilen örtük istehsal edən avadanlıq almış və Azərbaycan Respubl ikasına idxal etmişdir. Həmin avadanlığı Azərbaycan Respublikası Gömrük Komitəsində rəsmiləşdirmək üçün adını xatırlamadığı adam vasitəsi ilə Bakı şəhəri Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin inspektoru X13 100 manat pul vermişdir. O, Orxana 100 manat pulu verəndən sonra Çin Respublikasından gətirdiyi avadanlıq Bakı şəhər Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, xaricdən polietilen istehsalı üçün avadanlıq gətirmişdir. Həmin malın ölkəyə qətirilməsi üçün dövlət rüsumunun ödənilməsinə ehtiyac yoxdur. Həmin malın gömrük rəsmiləşdirilməsi ilə əlaqədar heç bir ləngitmə olmamışdır. O, həmin avadanlığın ölkəyə gətirilməsi üçün heç kimdən heç nə xahiş etməmişdir. Çünki malın ölkəyə gətirilməsi sənə dləşmə əsasında həyata keçirilmiş və həmin sənədlərdə də heç bir çatışmazlıq olmamışdır. O, Çin Xalq Respublikasından alaraq ölkəyə gətirdiyi polietilen örtük istehsal edən avadanlığın ölkəyə gətirilməsi üçün Bakı Baş Gömrük İdarəsinin hər hansı bir əməkdaşına hər hansı bir məbləğdə pul vəsaiti verməmiş, heç bir əməkdaş da ondan rüşvət istəməmiş və almamışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşlə əlaqədar mütəmadi olaraq xaricdən xammal və avadanlıqlar idxal edir. Bu səbəbdən gömrük əməliyyatlarının iştirakçısı olur və işlərinə görə vaxtı olmadığı üçün müəyyən məbləğdə pul müq abilində rəsmi və ya qeyri-rəsmi formada broker fəaliyyətindən faydalanmışdır. Gömrük əməliyyatları zamanı vaxt itkisi olduğu üçün təmsilçilik, yəni broker fəaliyyəti həyata keçirməsi üçün bir şəxsə müəyyən məbləğdə pul ödəyərək etibarnamə verir. Etibarnaməni verdikdən sonra nümayəndənin həyata keçirdiyi fəaliyyətin məzmununu ətraflı bilmir. Brokerləri gömrük ərazisində təsadüfi tanışlıq nəticəsində tanımışdır. Brokerə pulu sırf brokerlik fəaliyyəti üçün ödəmişdir. Broker öz fəaliyyəti üçün hər hansısa hərəkət edirsə belə, onun bu barədə məlumatı olmur. Onun brokerlə sövdələşməsi yalnız onu fiziki olaraq təmsil etməsi üçündür. Brokerdən kənar heç kəslə gömrük əməliyyatları üçün sövdələşmə etməmişdir. O, 100 AZN pul məbləğini broker fəaliyyəti üçün “çapar”-a vermiş, hal-hazırda da bu sövdəl əşməni həyata keçirir. Bu vəsaiti rüşvət məqsədilə verməmişdir. “Çapar”-la qeyri- rəsmi sövdələşmələri olub. Gömrük ərazisi yaxınlığında təsadüfi onunla tanış olmuşdur. Orxan Zöhrabovu istintaqda adı çəkilən zaman tanımışdır. Sözügedən gömrük əməkdaşlarının adını, ola bilər ki, eşitmiş, lakin şəxsi münasibəti olmadığı üçün kimliklərini xatırlamamışdır. Orxan Zöhrabov, Təqsirləndirilən şəxs1 və ya başqa bir gömrük əməkdaşının kart hesabına pul vəsaiti köçürməmişdir. Orxan Zöhrabovun adını ibtidai istintaq zamanı müstəntiqdən eşitmiş və onun adını ifadəsinə daxil etməyilə bağlı təzyiqlərə məruz qalmış, onu yanlış ifadə verməyə sövq etmişlər. Aylar sonra onu bu məsələ ilə bağlı məhkəməyə dəvət etmişlər. Birinci instansiya məhkəməsində isə sərbəst formada və düzgün şəkildə ifadəsini vermişdir. Qeyd olunan epizodla əlaqədar ibtidai istintaqda dindirilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, “Az Platex” şirkətini tanımamış və onun icraçısı da olmamışdır. O, Orxandan bu işə görə pul istəməmiş və Orxan Zöhrabov həmin şirkətlə bağlı ona pul verməmişdir. Məhkəmə kollegiyası sözügedən epizodla bağlı onu qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Şahid19 ibtidai istintaq zamanı verdiyi 26 may 2021-ci il tarixli ifadəsi ittiham aktını tərtib etmiş müstəntiq tərəfindən təhrif olunmaqla ittiham aktına yazılmışdır. Belə ki, ibtidai istintaq zamanı Şahid19 təhrif olunmuş ifadəsində göstərilmişdir ki, “həmin avadanlığı Azərbaycan Respublikası Gömrük Komitəsində rəsmiləşdirmək üçün adını xatırlamadığım adam vasitəsi ilə Bakı şəhəri Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin inspektor una 100 manat pul verdim. Xatırlamadığım adamın adını və kimliyini öyrənib yaxın zamanda istintaqa bildirəcəyəm. Burda aldığım məlumatdan sonra mənə məlum oldu ki, mənim ölkəyə gətirdiyim avadanlığı rəsmiləşdirmək üçün 100 manat verilən inspektor Orxan adlı şəxsdir.” Bundan başqa o, 100 manat pulun hansı şəraitdə verilməsi ilə bağlı suala həmin şəxsə pul vəsaitini əlbəəl verdiyini, xatırlamadığı şəxsin həmin pul vəsaitini Orxana hansı şəraitdə və necə verməsindən məlumatlı olmamasını bildirmişdir. İbtidai araşdırma orqanı Şahid19 ifadəsində göstərdiyi xüsusatları yoxlamamış, ondan 100 manat pulu gömrük inspektoruna vermək üçün almış şəxsin şəxsiyyətini müəyyən edib dindirməmiş, şahidin ifadəsini ittiham aktına təhrif olunmaqla əlavə etməklə kifayətlənmişdir. Həmçinin, prokurorluqda dindirm ə zamanı Şahid19 ondan götürülmüş pulun Orxan adlı gömrük inspektoruna verilməsi barədə məlumat vermiş şəxsin də şəxsiyyəti müəyyən edilməmiş və həmin məlumatın mənbəyi araşdırılmamışdır. Apellyasiya instansiya məhkəməsi araşdırma apararaq Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təhrif olunması, onun istintaq zamanı Orxan Zöhrabovun adını çəkməklə bağlı təzyiqlərə məruz qalması və həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində düzgün olaraq ifadə verdiyi qənaətinə gəlir. Bundan başqa ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola istinad etsə də, həmin protokola baxdıqda ”Azplasstech” MMC ilə bağlı Təqsirləndirilən şəxs1lə hər hansı bir məbləğdə rüşvətin alınmasına dair razılaşmanı təsdiq edən ismarıc aşkar olunmamışdır. Həmçinin araşdırma orqanının ittiham aktında sübut kimi istinad edilən xx.xx.2021-ci il tarixdə X35 Mirzəyevə 300 manat pulun, 17.02 2021-ci il tarixdə isə 150 manat pulun Şahid5 adına olan bankomat kartına köçürülməsinə dair qəbzin surətini göndərilməsinin 2021-ci ilin mart ayında olan gömrük rəsmiləşdirilməsi ilə hansı əlaqəsinin olub-olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsində araşdırma aparılmış və bununla bağlı Təqsirləndirilən şəxs1 dindirilmiş, qeyd olunan tarixlərdə olan pul vəsaitlərinin işə aiddiyyəti müəyyən edilməmişdir. Bundan başqa Şahid19 birinci instansiya məhkəməsində ifadəsində Çin Xalq Respublikasından alaraq ölkəyə gətirdiyi polietilen örtük istehsal edən avadanlığın ölkəyə gətiri lməsi üçün Bakı Baş Gömrük İdarəsinin hər hansı bir əməkdaşına hər hansı bir məbləğdə pul vəsaiti vermədiyini, heç bir əməkdaşın da ondan rüşvət istəmədiyi və almadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində isə 100 AZN pul məbləğini broker fəaliyyəti üçün “çapar”a verdiyini, hal-hazırda da bu sövdələşmənin həyata keçirdiyini, bu vəsaitin rüşvət məqsədilə vermədiyini, “Çapar”la qeyri-rəsmi sövdələşmələrinin olduğunu və gömrük ərazisi yaxınlığında təsadüfi onunla tanış olduğunu bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi Şahid19 ibtidai istintaqda ifadəsi təhrif olunmuşdur. Belə ki, onun birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadələrdən aydın olur ki, o Orxan Zöhrabova hər hansı bir məbləğdə pul vəsaiti verməmiş, Orxan ondan rüşvət istəməmiş və almamışdır. İkinci epizod olan X7 Şahid20 tərəfindən Təqsirləndirilən şəxs1 rüşvət verməkdə kömək etməsi epizodu üzrə ibtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, təxminən 2-3 il bundan əvvəl avtomobil ehtiyat hissələrinin ölkəyə idxal edilib Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən və icarə qaydasında işlətdiyi “Cherry Changan” adlı mağazada satışı ilə məşğul olur. O, X16 Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin əməkdaşı kimi tanıyır, onunla əvvəllər münasibəti olmasa da, təxminən 6 ay bundan öncə Çin Xalq Respublikasından avtomobil ehtiyat hissələrini ölkəyə idxal edərkən gömrük rəsmiləşdirilməsi zamanı yaranmış problemlə bağlı tanış olmuşdur. Belə ki, onun sifariş verdiyi avtomobil ehtiyat hissələr i Bakı Baş Gömrük İdarəsindən buraxılmadığından, bununla bağlı Dövlət Gömrük Komitəsinə şikayət etmək qərarına gəlmiş, pandemiya ilə əlaqədar qəbulda ola bilmədiyindən online müraciət etməyi məsləhət görülmüşdür. Lakin o, online müraciət etməmiş və yenidən Bakı Baş Gömrük İdarəsinə getmişdir. Onların idxal etdikləri malın gömrük bəyannaməsinin icraçısı Təqsirləndirilən şəxs5 adlı şəxs olmuşdur. O, Bakı Baş Gömrük İdarəsində olarkən oranın daxili telefonu vasitəsilə tanımadığı gömrük əməkdaşı ilə danışmış və şikayət etmək İstədiyini bildirmişdir, Bu zaman ona Bəxtiyar adlı əməkdaşın daxili telefon nömrəsini verərək onunla əlaqə saxlanılması bildirilmişdir. O, həmin şəxslə danışdıqda sonuncu ondan bəyannamənin icrasının kimdə olduğunu soruşmuş, isə icraçının Təqsirləndirilən şəxs5 olduğunu b ildirmişdir. Bəxtiyar ona hər hansı şikayəti varsa rəisləri Elbrus müəllimə müraciət edə biləcəyini bildirmişdir. O, Elbrus müəllimlə görüşmə istədiyindən ona məxsus malın bəyannaməsinin icraçısı, yəni gömrük əməkdaşı Təqsirləndirilən şəxs5 onu rəisləri Elbrus müəllimin yanına qaldırmışdır. O, orada malın hansı səbəbdən buraxılmadığını soruşduqda, malın dəyərini aşağı göstərdiyindən buraxılmadığını bildirilmişdir. O isə malı əvvəllər də gətirərkən eyni dəyərdə göstərdiyini bildirsə də, ona bu qiymətlə mal buraxmayacaqlarını bildirmişlər. O, məcbur olub onların dedikləri qiymətlə razılaşmışdır. Bundan sonra malı buraxılmışdır. Sonradan 1-2 dəfə də mal gətirərkən bu problemlərlə rastlaşmışdır. Həmin problemlərlə bağlı o, Bakı Baş Gömrük İdarəsinə gedib orada daxili telefonla danışarkən Orx an adlı inspektorla danışmışdır. Onun şikayətindən sonra mala dair bəyannamənin icrası Orxana həvalə edilmişdir. Orxan digər gömrük əməkdaşlarına nisbətən malın qiymətinin aşağı hesablanmasına kömək etdiyindən onunla arasında münasibət yaranmışdır. Sonuncu dəfə təxminən 18 yanvar 2021-ci il tarixdə onun sifariş etdiyi mal gömrükdən buraxılmadığından Orxanla əlaqə saxlamışdır. Həmin vaxt artıq iş vaxtının sonuna az qalmışdı. O, Orxandan hansı səbəbdən malın buraxılmadığını soruşduqda, gömrük rüsumunu düz ödəmədiyindən buraxılmadığını bildirmişdir. Bundan sonra necə edə biləcəyini ondan maraqlandıqda, sonuncu ona rusumun qalan 800 manat məbləğində olan hissəsini ödədikdən sonra malın buraxılacağını demişdir. İş vaxtının sonuna az qaldığından o, Orxana malın bu gün buraxılması üçün nə edə bil əcəyini soruşmuşdur. O, dərhal pul ödənilərsə, malın elə həmin gün buraxıla biləcəyini demişdir. Bundan sonra Orxanla razılaşmışdır ki, sonuncu bankomat kartını ona göndərsin və Orxan pulu onun kartına göndərdikdən sonra onun yerinə rüsumu ödəsin. Bundan sonra o, 800 manat məbləğində pulu Orxanın ona şəklini göndərdiyi bankomat kartının üzərində olan hesab nömrəsinə göndərmişdir. Pul göndərdikdən və gömrük bəyannaməsində qiymət dəyişdikdən sonra mal gömrükdə buraxılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 il bundan əvvəl avtomobil ehtiyat hissələrinin ölkəyə idxal edilib, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən və icarə qaydasında işlətdiyi “Cherry-Changan” adlı mağazada satışı ilə məşğul olur. O, X16 Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin əməkdaşı kimi tanımışdır. Onun Orxanla əvvəllər münasibəti olmamışdır. Lakin təxminən 6 ay öncə o, Çin Xalq Respublikasından avtomobil ehtiyat hissələrini ölkəyə idxal edərkən gömrük rəsmiləşdirilməsi zamanı yaranmış problemlə əlaqədar qiyabi şəkildə Orxanla tanış olmuşdur. Onun sifariş verdiyi avtomobil ehtiyat hissələri Bakı Baş Gömrük İdarəsindən buraxılmadığından, o, bununla bağlı Dövlət Gömrük Komitəsinə şikayət etmək qərarına gəlmişdir. Pandemiya ilə əlaqədar o, qəbulda ola bilmədiyindən ona online müraciət etməyi məsləhət görmüşlər. Lakin o, online müraciət etməmiş, əksinə yenidən Bakı Baş Gömrük İdarəsinə getmişdir. Onların idxal etdikləri malın gömrük bəyannaməsinin icraçısı Təqsirləndirilən şəxs5 adlı şəxs olmuşdur. Lakin o, Təqsirləndirilən şəxs5 də şəxsən tanımamışdır. O, Bakı Baş Gömrük İdarəsində olarkən oranın daxili telefonu vasitəsilə tanımadığı gömrük əməkdaşı ilə danışmış və sonuncuya şikayət etmək istədiyini bildirmişdir. Bu zaman ona Bəxtiyar adlı əməkdaşın daxili telefon nömrəsi verilmiş və Bəxtiyarla əlaqə saxlaması bildirilmişdir. O, həmin şəxslə danışdıqda sonuncu bəyannamənin icrasının kimdə olduğunu soruşmuşdur. O da icraçının Təqsirləndirilən şəxs5 olduğunu bildirmişdir. Bəxtiyar ona hər hansı şikayəti varsa, rəisləri Elbrus müəllimə müraciət edə biləcəyini bildirmişdir. O, Elbrus müəllimlə görüşmək istədiyindən ona məxsus malın bəyannaməsinin icraçısı, yəni gömrük əməkdaşı Təqsirləndirilən şəxs5 onu rəisləri Elbrus müəllimin yanına aparmışdır. O, orada malın hansı səbəbdə n buraxılmadığını soruşduqda, malın dəyəri aşağı qiymətdə göstərildiyindən malın buraxılmadığı ona bildirilmişdir. O, malı əvvəllər də gətirərkən eyni dəyərdə göstərdiyini bildirsə də, gömrük əməkdaşları bu qiymətlə mal buraxmayacaqlarını bildirmişlər. O, məcbur olub gömrük əməkdaşlarının dedikləri qiymətlə razılaşmışdır. Bundan sonra onun malı buraxılmışdır. Sonradan o, 1-2 dəfə də mal gətirərkən bu problemlərlə rastlaşmışdır. Həmin problemlərlə bağlı o, Bakı Baş Gömrük İdarəsinə gedib orada daxili telefonla danışarkən Orxan adlı inspektorla danışmışdır. Onun şikayətindən sonra mala dair bəyannamənin icrası Orxana həvalə edilmişdir. O, bundan sonra demək olar ki, gömrükdə mallarını ölkəyə idxalı ilə bağlı olaraq mütəmadı şəkildə Orxan Zöhrabovla Bakı Baş Gömrük İdarəsinin daxili əlaqə tel efonu ilə əlaqə saxlamışdır. O, Dövlət Gömrük Komitəsinin daxili telefon nömrəsi ilə Orxan Zöhrabovla əlaqə saxlamışdır. O, Orxan Zöhrabovla danışaraq gömrükdən idxal etmək istədiyi malın nəyə görə ölkəyə buraxılmasının ləngidildiyini soruşmuşdur. Orxan da ona bildirmişdir ki, “malın kodu düzgün deyil, problemi tezliklə aradan qaldırmağa köməklik göstərəcəm”. Bundan sonra Orxan Zöhrabov ona köməklik göstərmişdir. Təbii ki, bunu etmək Orxanın vəzifəsi idi. Sonra tez bir zamanda malın kodu düzəldilmiş və idxal həyata keçirilmişdir. O, Orxan Zöhrabova heç vaxt gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün rüşvət qismində pul verməmişdir. Orxan Zöhrabov isə ondan heç vaxt gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün rüşvət qismində hər hansı bir məbləğdə pul vəsaiti tələb etməmiş və i stəməmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid20 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsində Orxanı necə tanıdığı, onun bank kartına pul köçürüb-köçürmədiyi soruşulmuşdur. O isə sahibkarlıq fəaliyyəti ilə bağlı pul köçürdüyünü demişdir. Belə ki, pandemiya vaxtı xaricdən gələn məhsul həm gecikdirilir, həm də bir neçə dəfə qiyməti artmışdır. Bununla bağlı dəfələrlə şikayət etməli olmuşdur. Şikayətlə bağlı onu bir neçə nəfərə yönləndirmişlər. Bundan sonra Orxana onun mallarının və qiymətlərin yoxlanması tapşırığı verilmişdir. Orxan bir neçə gün ərzində yoxlama aparmış və qiymətlər tənzimlənmişdir. Bundan sonra malların buraxılması üçün kassaya yaxınlaşıb ödəniş etmişdir. Pulu nümayəndəsi va sitəsilə ödəmişdir. Ancaq həmin gün saat 17:00-dək malların buraxılacağı deyilsə də, mallar yenə buraxılmamışdır. Bundan sonra Orxana zəng edərək məsələ ilə maraqlanmasını xahiş etmişdir. O, qiymətdə artım olduğunu və kəsirlə bağlı malların buraxılmadığını demişdir. Mallar gömrükdə saxlandıqca üzərinə rüsum gəlirmiş. Nümayəndəyə zəng edərək ödəniş etməsini istəmiş, ancaq o, üzərində pul olmadığını demişdir. Bundan sonra Orxana zəng edərək həmin pulu nümayəndəyə verməsini və yaxın günlərdə qaytaracağını demişdir. Pul təxminən 600-800 manat təşkil etmişdir. Bundan sonra mallar buraxılmış və o, Orxana zəng edərək pulu kart hesabın ödəniş və yaxud digər üsulla ödəmək istədiyini demiş və beləcə ona olan borcunu qaytarmışdır. 800 manat pul ondan qeyri-qanuni məqsədlərlə alınmamışdır. Həmin pulu Orxan nümayəndəyə verib və nümayəndə gömrük rüsumu ilə bağlı ödəniş etmişdir. Orxanın nümayəndəyə verdiyi pul rüşvət olmamışıdr. Kassaya ödəniş edilməli olan pul olmuşdur. O isə həmin pulu borc kimi Orxandan alıb bir neçə gün sonra geri qaytarmışdır. İbtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında həmin epizodla əlaqədar Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola və iş üzrə şahid qismində dindirilmiş Şahid20 ifadəsinə istinad edilmişdir. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********1357 nömrəli gömrük bəyannaməsinə əsasən fiziki şəxs Şahid20 ünvanına Çin Xalq Respublikasından 45.517,10 Çin yuanı, həmin dövrün məzənnəsi ilə 12.116,62 manat dəyərində “Cherry” markalı avtomobillərin ehtiyat hissələrinin idxal olunmasının bəyan olunduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Orxan Zöhrabov ona müraciət edərək Şahid20 adlı şəxsin idxal etdiyi yükə dair bəyannamənin icrasının ona həvalə olunduğunu deyərək həmin şəxsin sənədinin rəsmiləşdirilməsini tezləşdirməyi xahiş etmişdir. O, qanuni olaraq həmin sənədə baxaraq rəsmiləşdirməni həyata keçirmişdir. Bu işə görə Orxan ona pul verməmişdir. Təqsirləndirilən şəxs Orxan Zöhrabov ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Şahid20 ona müraciət edərək bəyannaməni göndərmiş, həmin bəyannamənin icrasının Təqsirləndirilən şəxs1 olduğunu bildirərək, işini tezləşdirməyi xahiş etmişdir. Lakin Şahid20 işin icra olunması üçün ona pul verməmişdir. Belə ki, Şahid20 bəyannaməsinin icrası ilə bağlı rüsumun ödənilməsində pul çatmamışıdır. O, Rəşada məbləğini dəqiq xatırlamasa da təxminən 700- 800 manat arası pulu nəğd olaraq borc vermişdir. Sonradan Şahid20 həmin pulu onun kartına köçürərək qaytarmışdır. İbtidai araşdırma orqanının əsas sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin telefon yazışmalarında rüşvət verilməsindən deyil, ödənişlərin edilməsindən söhbət gedir. Həmin ödənişlərin konkret hansı məqsədlər üçün nəzərdə tutması ilə bağlı apellyasiya məhkəməsində araşdırılmış və müəyyən edilmişdir ki, qeyd olunan ödənişlər rüsumla bağlı olmuşdur. Belə ki, apellyasiya məhkəməsində bununla bağlı Təqsirləndirilən şəxs1 sual lar ünvanlanmış və o, cavabında bildirmişdir ki, “VAS” proqramı vahid avtomatlaşdırılmış idarə etmə sistemidir və Dövlət Gömrük Komitəsi tərəfindən idarə olunur. Əsas gömrük bəyannaməsinə skan edilmiş sənədlər əlavə olunur. Onun isə bölmələri olur. Məsələn 7-ci paraqrafin 4/3-cü bölməsi; Hər hansı sənəd əskik olduqda “VAS” proqramı həmin bəyannaməyə qadağa qoyur və qısa pəncərə açılaraq 4/3-cü sənədə baxılmalı olduğu göstərilir. Həmin proqram mərkəzdən idarə olunduğu üçün o müdaxilə edə bilməzdi. 1650 manat kassada çatışmayan məbləği göstərir. Yəni ona görə həmin mal buraxıla bilmir. O da Orxana həmin mesajı malın göndərişinin təmin edilə bilməsi üçün 1650 manat ödəniş edilməsi məqsədilə yazmışdır. Tündi Rəşad ehtiyat hissələrinin satışı ilə məşğul olan şəxs olub. Dövlət Gömrük Komitəsinin Bakı Baş gömrük İdarəsinin haqlı tələblərinə baxmayaraq Şahid20 onlardan şikayətlər etmişdir. Onlar Şahid20 sənədləri tələb etsələr də, Şahid20 şikayət etmişdir. Bir dəfə Dövlət Gömrük Komitəsinə həmin şəxslər dəvət olunaraq Şahid20 onlardan şikayət etdiyi deyilmişdir. Məsələni izah edərək həmin şəxsdən yalnız sənədlərin skan edilmiş surətini istədiklərini və onun malları bəyan etsə də, hər hansı texniki pasportunun təqdim edilmədiyini bildirmişlər. Bundan başqa qeyd olunan epizodla bağlı Orxan Zöhrabov bildirmişdir ki, Tündi Rəşad ona pul qaytarmışdır. Miqdarı yadında deyil. Ona rüsumu ödəmək üçün çatmayan pulu ödəmişdir, o da həmin məbləği daha sonra onun öz kart hesabına göndərmişdir. Tündi Rəşadla onun arasında rüşvət xarakteli danışıqlar olmamışdır. Telefon yazışmalarında “7-ci sənəd ” ismarıcı deklarasiya prosesləri ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs1lə telefon yazışmalarında işlədilən “iki alma” ifadəsi zarafat xarakterlidir, nə iş, nə də hər hansı pul xarakteri daşımışıdır. Şahid20la Orxan Zöhrabovun verdiyi ifadələrindən müəyyən olunur ki, Şahid20 Orxan Zöhrabova verdiyi 800 manat pul Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməli olan (Orxan Zöhrabova bildirilən) dövlət rüsumunun çatışmayan hissəsinin ödənilməsi adı ilə alınmışdır. Bu həm də Şahid20 apellyasiya məhkəməsində verdiyi ifadəsi ilə təsdiq edilir. Belə ki, göründüyü kimi Şahid20 öz nümayəndəsinə zəng edərək gömrük rüsumu üzrə ödəniş etməsini istəmiş, ancaq nümayəndə ona üzərində pul olmadığını demişdir. Bundan sonra Şahid20 Orxana zəng edərək borc kimi həmin pulu nümayəndəyə verməsini və yaxın günl ərdə qaytaracağını demiş və bir neçə gün sonra geri qaytarmışdır. Üçüncü epizod üzrə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid21 Mehcan oğlu ifadəsində göstərmişdir ki, X19 onun tələbə yoldaşı olmuşdur, onunla mehriban münasibətləri vardır. 2021-ci ilin yanvar ayında Çin Xalq Respublikasında sifariş etdiyi 1 ədəd vertikal qablaşdırma maşını 26 yanvar 2021-ci il tarixdə “İpək Yolu” gömrük postuna gəlsə də, gömrük idarəsinin tanımadığı əməkdaşı süründürməçilik edərək məhsulun vaxtında çıxarışını verməmişdir. Ona görə də o, xx.xx.2021-ci il tarixdə tələbə yoldaşı Orxan Zöhrabovla mobil telefonla danışaraq sifariş etdiyi məhsulun gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsini xahiş etmişdir. Orxan Zöhrabov bəyannamə nömrəsini ondan alıb köməkli k edəcəyini bildirmişdir. Qısa müddətdən sonra Orxan Zöhrabov onunla əlaqə saxlayıb Bakı Baş Gömrük İdarəsində olan iş yoldaşından onun işini xahiş etdiyini və ona görə də hörmət etməli olduğunu bildirmişdir. O, Orxanla razılaşdıqdan sonra Orxan onun mobil istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə plastik kartın foto şəklini atıb 200 manat pulu edilmiş köməkliyə görə həmin karta köçürməyi bildirmişdir. 2021-ci ilin yanvar ayının sonu, dəqiq xatırlamadığı gündə həmin plastik karta 100 manat pul köçürmüşdür, axşam tərəfi Orxan Zöhrabov onun mobil nömrəsinə zəng edərək iş yoldaşının razılaşdığı 200 manatı tam köçürməyi tələb etdiyini bildirmişdir. Ona görə də o, növbəti gün həmin plastik karta 100 manat da köçürmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstəmişdir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük mayoru X19 onun tələbə yoldaşı olmuşdur. Onun Orxanla mehriban münasibətləri vardır. 2021-ci ilin yanvar ayında onun Çin Xalq Respublikasından sifariş etdiyi 1 (bir) ədəd vertikal qablaşdırma maşını 26 yanvar 2021 -ci il tarixdə “İpək Yolu” gömrük postuna gəlsə də, gömrük əməkdaşı həmin malın kodunun düzgün qeyd edilməməsi səbəbindən həmin malın idxalını vaxtında həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. Ona görə də o, tələbə yoldaşı Orxan Zöhrabovla mobil telefonla danışaraq sifariş etdiyi məhsulun gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində ona köməklik etməsini Orxandan xahiş etmişdir. Orxan Zö hrabov da bəyannamənin nömrəsini ondan alıb köməklik edəcəyini bildirmişdir. Orxan dediyi kimi qısa müddət ərzində heç bir qarşılıq güdmədən ona köməklik göstərmişdir. Nəticədə onun işləri yoluna düşmüşdür. 26 yanvar 2021-ci il tarixli bəyannamə ilə onun Azərbaycan Respublikasına idxal etdiyi vertikal qablaşdırma maşınlarının idxal edilməsi və həmin malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi ilə bağlı heç kim ondan hər hansı bir məbləğdə rüşvət qismində pul istəməmişdir. O da heç kimə 26 yanvar 2021-ci il tarixli bəyannamə ilə Azərbaycan Respublikasına idxal etdiyi vertikal qablaşdırma maşınlarının idxal edilməsi və həmin malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi ilə bağlı hər hansı bir məbləğdə rüşvət qismində pul vəsaitini verməmişdir. Lakin o, həmin malın gömrük rəs miləşdirilməsi üçün Orxan Zöhrabovdan köməklik etməsini xahiş etmişdir. Orxan da bir dost və tələbə yoldaşı kimi ona canla-başla köməklik etmişdir. İbtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında həmin epizodla əlaqədar iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid21 Mehcan oğlunun ifadəsinə və Təqsirləndirilən şəxs1 məxsus “İphone 12” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola istinad edilmişdir. Təqsirləndirilən şəxs1 Şahid21 Mehcan oğlunun adına olan bəyannamənin icrasının tezləşdirilməsini Orxan Zöhrabovun ondan xahiş etdiyini etiraf etsə də, həmin işə görə pul almadığını bildirmişdir. Təqsirləndirilən şəxs X4 Əliyevin adına olan bəyannamənin icrasının tezləşdirilməsini Təqsirləndirilən şəxs1 xahiş etdiyini, Təqsirləndirilən şəxs1 həmin işə görə ondan 200 manat rüşvət istədiyini etiraf etmiş, həmçinin bildirmişdir ki, o, həmin 200 manat pulu Şahid21 alıb verməmiş, Şahid21lə olan münasibətlərinə görə öz pulunu onun əvəzinə Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı ifadələri arasında ziddiyyət olan Şahid21 Mehcan oğlu, X19 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirməmiş və ziddiyyətləri aydınlaşdırmamışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid21 ona verilən suallara cavab olaraq bildirmişdir ki, 7 ildir ki, gömrük vasitəsilə ölkəyə mallar gətirir. Bu müddətdə iki dəfə problemlə rastlaşmış və bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Gətirdiyi məhsullar gömr ükçü kimi Orxan Zöhrabovun nəzarətində olmamışdır. Onlar tələbə yoldaşı olmuşlar. Ancaq qanunvericiliyə son dəyişikliklərlə bağlı bəzi hallarda ondan nələrisə soruşmuşdur. Orxanla o tələbəlik illərindən dəfələrlə bir-birlərinı borc pul vermişlər. İstintaq vaxtı ona ifadəsilə bağlı təzyiq göstəriləndə onlara bir müddət əvvəl də Orxanın ona pul verdiyini və belə məntiqlə yanaşıldıqda gömrük orqanının da ona rüşvət verdiyi qənaətinə gəlinməli olduğunu demişdir. İbtidai istintaq zamanı o təzyiqlə ifadə vermişdir. Ona Orxanın başqa məzmunda ifadə verdiyi və onun ifadəsinin Orxanın ifadəsi ilə üst-üstə düşməli olduğu deyilmişdir. Orxanla tələbəlik vaxtlarından indiyədək mütəmadi görüşmüşlər. O, istintaq zamanı gömrük mallarının araşdırılmasını və əgər həqiqətən hər hansı qeyri-qanuni hallar oldu ğu halda məsuliyyətə razı olduğunu bildirmişdir. Ondan rüşvət istənilməmiş və o da heç kəsə rüşvət verməmişdir. Orxan Zöhrabov apellyasiya instansiya məhkəməsində ifadəsində bildirmişdir ki, Şahid21lə ali məktəbdə eyni qrupda təhsil almışlar, dostluq münasibətləri olmuşdur. Afiq sahibkarlıqla məşğul olduğu üçün ona bir dost kimi gömrük məsələləri ilə bağlı məlumat vermişdir. O, Şahid21 gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün heç bir pul istəməmiş və almamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm Təqsirləndirilən şəxs1, həm Şahid21, həm də ki Orxan Zöhrabovun ifadələrindən aydın olur ki, 26 yanvar 2021-ci il tarixli bəyannamə ilə Azərbaycan Respublikasına idxal edilən vertikal qablaşdırma maşınlarının idxal edilməsi və həmin malların gömrük rəsmiləşdirilməs inin tezləşdirilməsi ilə bağlı Orxan Zöhrabov tərəfindən Şahid21 hər hansı rüşvət istənilərək alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Zöhrabov Orxan rüşvət almasına köməklik etmişdisə, onun əməli Bakı Apellyasiya Məhkəməsinin hökmündə göstərilən rüşvət verənə köməkçiliyi nəzərdə tutan CM-nin 32.5,312.1-ci maddəsi ilə deyil, rüşvətin alınmasına köməkçi kimi CM-nin 32.5,311.3.1-ci maddəsi ilə tövsif olunmalı idi. Çünki apellyasiya instansiyası məhkəməsi Orxan Zöhrabovun rüşvət verənə deyil, rüşvət alana kömək etməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında da qeyd olduğu kimi məhkəmənin gəldiyi həmin nəticə cinayət qanunvericiliyinin normalarına zidd olmaqla absurddur (qeyd olunan fikir müəyyən qədər fərqli formada Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(101)-166/2022 nömrəli hökmündən Dövlət ittihamçısı2 5 aprel 2022-ci il tarixli apellyasiya protestində (cild 15, i.v. 85) əksini tapsa da, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü ilə X7 CM-in 32.5,312.2-ci maddəsi ilə məhkum olunmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə ittiham tərəfi razılaşmış, həmin hökmdən kassasiya protesti verilməmişdir). Kassasiya kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyini müdafiə edir və bildirir ki, X7 Azərbaycan Respublikası CM-nin 32.5,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Kassasiya məhkəməsi həmçinin apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləs inin 308.2-ci maddəsi ilə, X13 isə həmin Məcəllənin 32.5,308.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bəraət verilməsini əsaslı hesab edir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, O.Zöhrabovun və M.Ağayevin təqsirliliyi sübuta yetirilmədiyinə görə onlara bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X11rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlər in onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq təl əblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının VƏ azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxsl ərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 41 6.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq O.Zöhrabovun və M.Ağayevin təqsirliliyi sübut edilməməsi əsası ilə onlara bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2024-cü il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxslər X8 və X19 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-52/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar