Məhkəmə qərarları › İş №1(102)-332/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-332/2024

19.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-332/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏNETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökm ü ilə (sədrlik edən hakim B.M.Məmmədov, hakimlər R.İ.Hüseynov və N.N.Mirzəyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1995-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,234.4.1 və 32.5,234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsas ən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə isə əməlində cinayət tərkibi olmadıgı üçün Məhkum bəraət verilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim G.Q.Abbasov, hakimlər A.M.Eyvazo v və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə ünvan3nin ərazisində yerləşən, XXXX15nin X5 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs2 sonuncunun həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər i kultivasiya etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında ünvan3nin ərazisində yerləşən, XXXX15nin X5 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsinin 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr hissəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla k ultivasiya etmələri, bundan sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamaları, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə - qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram i ki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamaları barədə öyrənmiş, o, Təqsirləndirilən şəxs2 ona həmin cinayətlər barədə başqa heç kimə deməməsi, çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda məlumat verəcəyi, yəni həmin cinayətlərin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyi təqdirdə yekunda əldə edəcəkləri gəlirdən asılı olaraq pul verəcəyi barədə təklifi ilə razılaşaraq, bu sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 köməklik göstərəcəyinə qabaqcadan vəd verib onlarla əlbir olmuş və aralarında ola n razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı 5 sentyabr 2019cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə köməklik etmiş, 5 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində XXX15nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə və köməkçi qismində onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri və satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdikləri, qırmızı rəngli sellofan torbada saxl adıqları külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladıqları külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun digər məhkumların törətdikləri cinayət əməllərində hər hansı şəkildə iştirakı olmadığı, 2019-cu ilin mart ayında narkotik tərkibli bitkilərin əkildiyi sahədən yalnız 2019-cu ilin avqust ayında təsadüfən Təqsirləndirilən şəxs2 sözlərindən məlumat aldığı halda, o, əsassız və qanunsuz olaraq ibtidai istintaq orqanının subyektiv mülahizələrinə uyğun olaraq Təqsirlənd irilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməkdə kömək etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1, 32.5,237.2.3cü maddələri ilə təqsirli bilinmişdir. Halbuki, o, yalnız digərlərinin cinayəti barədə bilib xəbər verməməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinməli idi. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1, 32.5,237.2.3-cü maddələri ilə bəraət verilməsinə və Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək ədalətli və humanist cəzanın təyin edilməsinə və yaxud apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işinin apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun digər məhkumlar - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərində hər hansı şəkildə iştirakı olmadığı, əməlində müstəsna olaraq CM-in 307.1-ci maddəsində nəzərdə tutulmuş (ağır cinayət barədə bilib xəbər verməmə) cinayətinin tər kibi olduğu halda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməkdə kömək etməyə görə əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1, 32.5,237.2.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələri ilə bəraət verilməsi, yalnız digərlərinin cinayəti barədə bilib xəbər verməməyə görə Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək ona ədalətli cəzanın təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3, 416.1.11 və 416.1.15-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, digər məhkumların törətdikləri cinayət əməllərində hər hansı şəkildə iştirakının olmadığını, 2019-cu ilin mart ayında narkotik tərkibli bitkilərin əkildiyi sahə barədə yalnız 2019-cu ilin avqust ayında təsadüfən Təqsirləndirilən şəxs2 sözlərindən məlumat aldığını və bundan sonra Təqsir ləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şəkildə kömək etmədiyini iddia etməklə, barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1, 32.5,237.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələri ilə bəraət verilməsi, yalnız digərlərinin cinayəti barədə bilib xəbər verməməyə görə Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinməsi haqqına kassasiya tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, Məhkum kassasiya instansiyası məhkəmə sini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları tədqiq etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı d eyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələrində deyil, 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərk ibinin olması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və Məhkum məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından, o cümlədən 32.5-ci maddəsinin tələblərindən çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəs inin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş c inayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayəti müəllifinin baxılan işdə onun başqaları tərəfindən CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün köməklik etməsini təsdiq edən sübutların olmaması, əməlində müstəsna olaraq CM-in 307.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq cinayət əməlləri barədə bilib xəbər verməmə cinayətinin tərkibinin olması haqqında iddiasının əksinə olaraq, məhkəmələrin Məhkum hərəkətlərinin faktiki məzmununa dair nəticələri hökmdə təsvir olunmuş məhkəmə ekspertizalarının rəyləri, isti ntaq hərəkətlərinin protokolları, sənədlərlə yanaşı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, habelə Məhkum özünün birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində verdikləri ifadələri ilə təsdiq olunur. Belə ki, Məhkum məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında meşəbəyi işləyən dayısına kömək etmək məqsədi ilə Qalınçaq kəndinə aid meşə ərazisində olarkən təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs2 onun Təqsirləndirilən şəxs1lə birlikdə meşədə çətənə kollarını əkib-becərdiklərini bilib, aralarında əldə olunmuş razılaşmaya əsasən - sonradan ona veriləcək pulun müqabilində çətənə kollarını mühafizə etməyi öhdəsinə götürmüş və bu razılaşmaya uyğun olaraq da hər gün meşəyə gedib çətənə kollarının əkildiyi sahəyə yaxınlaşan şəxsləri gördükdə, onları müxtəlif bəhanələrlə həmin ərazidən kənarlaşdırmışdır. Həmçinin, çətənə kollarının yetişdirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 polis tərəfindən tutulmasını bildikdə, Təqsirləndirilən şəxs2 təklifi ilə özünün adının cinayətlərdə hallandırılmaması və Təqsirləndirilən şəxs1 azad olunması üçün Təqsirləndirilən şəxs2 4900 manat pul vermiş, lakin Qarayev onu aldadıb pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə dindirilərkən Məhkum cinayətin törədilməsində Təqsirləndirilən şəxs1lə birgə iştirak etməsini göstərmiş və Təqsirləndirilən şəxs1 tutulduqdan sonra cinayətdə adının hallandırılmaması üçün Məhkum ona pul verdiyini, lakin ehtiyacı olduğu üçün pulu Təqsirləndirilən şəxs1 atasına çatdırmayıb özünün xərclədiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 də məhkəmədə verdiy i ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə birgə 2019-cu ilin mart ayının ortalarında Qalınçaq kəndinin meşəsində narkotik tərkibli çətənə kollarını əkib becərmişlər, 2019-cu ilin təxminən avqust ayında xəstəliyi ilə əlaqədar evdə qaldığı və çətənə kollarına qulluq edə bilmədiyi dövrdə isə qonşusu Məhkum ona telefonla zəng edib çətənə kollarının yetişdirildiyi meşə sahəsinin mühafizəsini həyata keçirmək barədə Təqsirləndirilən şəxs2 razılaşdıqlarını ona bildirmişdir. Təsvir edilən sübutlardan göründüyü kimi Məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isnad edilən cinayətlərin törədilməsində ümumi cinayətkar məqsədə nail olunmasına xidmət edən konkret hərəkətləri ilə iştirak edərək cinayətlərin törədilməsində köməkçi rolunu yerinə yetirmişdir. Qeyd olunan və digər sü butlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə olunmaqla şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqlarıı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutların hamısını yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh e tmək, məhkəmələrin Məhkum cinayət əməllərinin faktiki məzmunu və onun Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1 və 32.5,237.2.3-cü maddələri ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq, müvafiq olaraq da onun əməlini CM-in 307.1-ci maddəsi ilə - ağır cinayət barədə bilib xəbər verməmə kimi tövsif etmək üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,234.4.1, 32.5,234.4.3, 32.5,237.2.1, 32.5,237.2.3-cü maddələri ilə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əs aslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar Məhkum münasibətdə hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1 – 416.1.3, 416.1.11, 416.1.15-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı nın çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2 və Məhkum barəsində olan 21 oktyabr 2021-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2 və Məhkum barəsində olan 21 oktyabr 2021-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar