Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-333/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlunun iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirsiz hesab edilməsi və ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlunda ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə ittiham elan olunaraq o, həmin maddlələrlə məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını tamalaq məqsədilə 02 mart 2021-ci il tarixdə, saat 20 radələrində Bakı Metropoliteninin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyasından Xətai rayonunun Nobel prospekti istiqamətində hərəkətdə olan 46 saylı marşurut avtobusunda sərnişin qismində olarkən atobus ünvan 2 ünvanda yerləşən “Venesiya” şadlıq sarayının yaxınlığına çatarkən avtobusun sərnişini Zərərçəkmiş şəxs çiyində olan əl çantasından sonuncuya məxsus içərisində 762 manat pul vəsaiti olan 8 manat dəyərində pul kisəsini gizli çıxararaq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 770 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir, yəni Məhkum qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı həmçinin CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 16 mart 2021-ci il tarixdə Bakı Metropoliteninin “Xalqalar Dostluğu” satansiyası yaxınlığında istintaqa məlum o lmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 350 manat pul müqabilində külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4n 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda ümumi təmiz çəkisi 11,930 qram külli miqdarda olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə təqsirləndirilən şəxs Məhkum CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, onun təqsirliliyi sübuta yetirilməmişdir. Bu nəticəyə gələn məhkəmə Məhkum barəsində yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Həmin hökmdən dövlət ittihamçısı Səmədov Orxan Emin oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 17 avqust 2022ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilm əmiş, hökm isə dəyişdirilmdən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticələrə, ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə araşdırılmış sübutlara, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusia Məhkəməsi Plenumunu n 17 mart 2011-ci il tarixli Qərarına və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına istinad edən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmələr tərəfindən iş üzrə zərər çəkmiş şəxs və şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş və əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmişdir. Nəticədə məhkəmələr Məhkum tərəfindən törədilmiş cinayətlərin kifayət qədər sübuta yetirilməsini nəzərə almadan əsassız olaraq onun təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaətə gəlmişlər. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə istintaqının düzgün aparılmaması haqda bir neçə dəlil gətirərək bildirir ki, apellyasiya instansiyası məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq hadisə yerinə baxışın keçirilməsi, ifadələrin yerində yoxlanılması və maddi sübutların götürülməsi ilə bağlı müəyyən edilmiş xüsusatlara hüquqi qiymət verməmiş və əsassız və qanunsuz nəticəyə gəlmişdir. Eyni zamanda kassasiya protestində qeyd olunur ki, məhkəmələr Məhkum məhkəmə iclaslarında verdiyi özünü müdafiə xaratkerli ifadələrini əsas götürmüş, bu zaman həmin ifadələrin digər sübutlarla təkzib olunmasına nəzər yetirməmiş və onun təqsirinin sübuta yetirilməməsi barədə əsassız nəticəyə gəlmişlər. Dövlət ittihamçısı Z.A.Ramazanov bütün qeyd olunanl arı nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Bəraət almış şəxs Məhkum müdafiəçisi Cabbarlı Rəşad Rafiq oğlu kassasiya protestinə ətraflı şəkildə əsaslandırılmış etiraz verərək həmin protestin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməl um səbəbdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründ üyü kimi, dövlət ittihamçısı Z.A.Ramazanov həmin protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini və prosessual qanunun digər normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-cü maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə x atırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessu al statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar ( ən azından bu əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bi r sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanu nsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarla r qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəmənin iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə də bu və ya digər sübutu əldə edərək araşdırmaq, o cü mlədən müvafiq ekspertizaların təyin edilərək keçirilməsini təmin etmək, məhkəməyə təqdim olunmuş sübutlarla yanaşı məhkəmə iclaslarında da əldə edilərək araşdırılmış sübutları qanuna müvafiq qayda qiymətləndirilib iş üzrə müəyyən nəticəyə gəlmək vəzifəsindən azad etmir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səl ahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsində tələb olunur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddə sində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Qanunun bu normasının mənasına görə, bu tələbə təkcə cinayət törətmiş şəxslərə deyil, eyni zamanda cinayət prosesinin bütün iştirakçılarına, o cümlədən cinayət xarakterli qəsdlərdən zərər çəkmiş şəxslərə də münasibətdə əməl olunmalıdır. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə ic raatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən e dilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145-ci maddəsində hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün on ların kifayət etməsinə əsasən qiymət verilməsi tələb olunur. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəti cəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldiyi nəticənin şübhə altına alınması üçün əsaslar görməyərək həm bu nəticə ilə bağlı, həm də kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı müvafiq olaraq hökmdə və iş üzrə yekun qərarda istinad etdikləri sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında barəsində bəraət hökmü çıxarılmış şəxs Məhkum ona CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 15 mart 2021-ci il tarixdə, axşam saat 5 radələrində ünvan 6 ünvanda evində olduğu vaxt 5 nəfər po lis əməkdaşı, bunlardan iki nəfəri mülki geyimdə, 3 nəfəri isə polis fopmasında yaşadığı evin qapısını döymüş, qapını açdıqdan sonra onlardan nə məsələ olduğunu soruşduqda, onlardan biri "gedərik, polis idarəsində bilərsən” demiş və onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Onu polisə aparmaq istəyənlərdən iki nəfəri Samir və Şahid2 adlı əməliyyatçılar, biri isə kursant olmuş, digərlərini yadında saxlaya bilməmişdir. O, əməliyyatçılar Şahid2la Şahid1i, eləcə də digərlərini ilk dəfə görmüş, sonuncuların adlarını elə oradaca öyrənmişdir. Həmin ərəfədə onun özünün mobil telefonu xarab olduğundan o, telefonunu təmir üçün ustaya vermiş və istifadəsində mobil telefon olmamışdır. Buna görə, o, məktəbdə müəllimə işləyən anası Şahid4 evdə olmadığından o, bölməyə aparılarkən yolda Samir adlı p olis məmkdaşının mobil telefonunu anasına zəng etməkdən ötrü xahiş edib almış, onun razılığı ilə anasının ***-***-**-** saylı mobil nömrəsinə yığıb ona olanlar barədə, yəni polis əməkdaşlarının gəlib onu 35-ci PB-nə aparmaq istəmələri barədə məlumat vermişdir. Lakin o, Şahid1in mobil nömrəsi ilə maraqlanmamış, onun nömrəsini bilməmişdir. Şahid1 adlı əməliyyatçı özü də onun anası ilə danışmış və danışıq zamanı ona narahat olmamasını və araşdırıb oğlunu buraxacaqlarını bildirmişdir. Həmin dövrdə pandemiya ilə bağlı karantin rejimi qaydaları tətbiq edildiyindən və o, bir neçə dəfə bu qaydaları pozduğundan ona tətbiq edilmiş cərimələrlə bağlı polis bölməsinə dəvət edildiyini fikirləşmişdir. Daha sonra qed etmişdir ki, o, evdən çıxarkən onu qonşuları Həqiqət müəllimə və X də görmüşlər. Polis bö lməsində o, birbaşa bölmənin rəis müavininin otağına aparılmış, orada ona oğurluqla məşğul olması bildirilmiş, lakin o, cinayətdən uzaq adam olduğunu demişdir. Ona videogörüntü göstərilmiş və guya hansısa oğurluq hadisəsini onun törətməsi bildirildikdə videogörüntülərdə oğurluq etmiş şəxsin tibbi maskalı şəxs olması göründüyündən o, etiraz etmiş və polis əməkdaşlırının nəzərinə heç bir oğurluq etmədiyini çatdırmışdır. Lakin sonuncular onu döyüb işkəncə vermiş, hansısa oğurluq hadisəsini onun boynuna qoymağa çalışmışlar. Sonra o, Şahid1 adlı əməliyyatçının otağına aparılmış, saxlanıldığı gün, yəni 15 mart 2021-ci il tarixdə axşam anası 35-ci PBnə gəlmiş və o, Şahid1in otağında anası ilə görüşmüşdür. Şahid1 onun anası ilə oğurluq barədə söhbət etmiş, ona yenə də hər şeyin yaxşı olacağını bil dirmişdir. Anası ondan həqiqətən oğurluq edib-etməməsini soruşduqda o, polisə əməkdaşlarının ona böhtan atmaq istədiklərini, sonuncular tərəfindən döyüldüyünü və işgəncə verildiyini demişdir. Həmin vaxt narkotiklə bağlı ümumiyyətlə söhbət aparılmamış və polis əməkdaşları həm özünə, həm də anasına onun narkotiklə bağlı saxlanılmasını deməmişlər. Bundan sonra anası evə getmiş, o, isə bölmədə saxlanılmışdır. Növbəti gün, yəni 16 mart 2021-ci il tarixdə ona həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etməsi təklif edilmiş, bunun üçün bölmənin rəis müavini narkotik vasitə gətirərək stolun üstünə qoyub bu narkotik vasitənin ona məxsus olmasının etiraf etməsini tələb etmişdir. O, bu tələbi yerinə yetirməyəcəyini bildirdikdə polis əməkdaşlır onu Şahid1in otağına ap araraq bir daha döymüş və bu səbəbdən polis əməkdaşlarının təklifi razılaşdıqdan sonra, Şahid1 və Vüqar videoçəkiliş aparılmazdan əvvəl onu təlimatlandırmışlar. Bundan sonra o, yenidən polis bölməsinin rəis müavinin otağına aparlımış və orada sonuncu onun cibinə narkotik vasitə qoymuş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bu vaxt otaqda vəkil və əməlliyatçılar da olmuşlar. Orada o, yenə də etiraz edib «məni niyə yükləyirsiniz?» sualını verdikdə polis əməkdaşları onun barəsində narkotik vasitələrin istifadəçisi kimi sənədləşmə aparacaqlarını bildirərək videoçəkiliş zamanı təqdim etdikləri narkotikin ona məxsus olduğunu deməyi tapşırmışlar. Belə olan halda o, məcburiyyət qarşısında qalıb yenə də döyüləcəyindən ehtiyyat edərək və işgəncələrə məruz qala cağından videoçəkiliş zamanı bundan əvvəl cibinə qoyulmuş narkotik vasitənin ona məxsus olmasını və bu vasitəni özü üçün aldığını bildirmişdir. Bundan bir saat sonra o, yenə də təhqiqatçının otağına aparılmış və məcburiyyət qarşısında qalıb işgəncələrdən qorxaraq oğurluq etməsini də etiraf etmişdir. Daha sonra polis əməkdaşlarının diqtəsi ilə narkotik vasitənin özünə məxsus olması, bir neçə il ərzində cibgirliklə məşğul olması barədə izahat yazmış və imzalamağa məcbur edilmişdir. Sonrakı sənədləri isə müstəntiq komyüterdə yazmış, o isə oxumadan imzalamış, lakin həmin sənədlərdə nə yazıldığını bilməmiş, qorxusundan səsini çıxara bilməmişdir. O, heç vaxt oğurluqla və ya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış və adından yazılan etirafedici ifadələri o, verməmişdir. Həmç inin Məhkum verdiyi ifadələrdə bildirmişdir ki, ibtidai araşdırma zamanı onun anası müstəntiq tərəfindən aldadılmış, zərər ödəniləcəyi təqdirdə, oğlu üçün yaxşı olacağını demiş və bu vədə inanan anası anası zərərçəkmiş Aysel İskəndərovaya onun deyil, naməlum şəxs tərəfindən törədilmiş oğurluq nəticəsində vurulmuş ziyanı əsl həqiqətdə isə o, heç bir oğurluq etməmiş, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əmlakının harada, hansı üsulla oğurlanmasından xəbərsiz olmuşdur. 18 mart 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, bir neçə dəfə Xətai, Yasamal, Nizami və Qaradağ Rayon Polis İdarələrinə aparılmış, açılmamış oğurluq cinayətlərinə dair işlər üzrə həmin oğurluqların onun tərəfindən törədilməsini etiraf etməyə məcbur edilmiş, bunları inkar etdi kdə həmin vaxtlarda da ona işgəncələr verilmiş, lakin o, etmədiyi oğurluqları boynuna almamışdır. Həm döyülmə və həm də müstəntiqə etirazla bağlı prokurorluğa müraciətlər etmiş, işgəncə ilə bağlı şikayətlərinə cavab gəlməmimş, müstəntiqə etdiyi etiraz isə təmin edilməmişdir. Apellyasiya protestinə məhkəmə baxışı iclasında da Məhkum eyni məzmunlu ifadələr vermişdir. Həmin iclasda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, 02 mart 2021-ci il tarixdə işdən çıxaraq yaşadığı ünvana getmək üçün "Əhmədli” stansiyası yaxınlığında 46 saylı marşurutla hərəkət edən avtobusa minmiş, avtobusda sıxlıq olduğundan ayaq üstə dayanmış, həmin vaxt üzərindəki çantanın içərisində özünə məxsus pul kisəsi olmuş, kisənin içərisində isə içərisində 762 manat məbləğində pul, iş vəsiqəsi, aliment kartı və şə xsiyyət vəsiqəsi olmuşdur. Avtobusdan düşdükdən sonra o, pul kisəsini çıxarmaq zərurəti yarandığından çantanı açmaq istəmiş, lakin bu zaman çantanın açıq olmasını, onun içərisində isə pul kisəsinin yerində olmadığını aşkar edərək dərhal DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin gün o, Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmiş və oraya gedərək oğurluq haqqında ərizə ilə müraciət etmiş və polis əməkdaşı ilə birlikdə hadisə yerinə getmiş, sonuncuya hadisə yerini göstərmiş və hadisə yerinə baxış keçirilirək fotoşəkillər çəkilmiş, bölmədə isə onun izahatı alınmışdır. Hadisədən sonra onun pul kisəsi "Ukrayna dairəsi”nin yaxınlığında orada təmizlik işləri aparan şəxs tərəfindən tapılmış, sonuncu bu haqda mənzil-istismar idarəsinə zəng edərək tapıntı haqqında məlumat ve rmiş, pul kisəsinin içərisində onun şəxsiyyət vəsiqəsi olduğundan həmin sənəddəki məlumatlara əsasında və idarənin işçilərindən kimsə anasını tanıdığına görə pul kisəsi anasının vasitəsilə ona qaytarılmışdır. Sonradan polis əməkdaşı olan Samir adlı əməliyyat işçisi ona videogörüntü və şəkil göndərərək oğrunu tapdıqlarını bildirmiş, lakin o, həmin videogörüntüdəki və şəkildəki şəxsi tanımadığını polis əməkdaşlarının nəzərinə çatdırmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs qeyd etmişdir ki, oğurluq olan gün getdiyi avtobusda Məhkum görməmiş, onu əvvəllər tanımamış, ibtidai araşdırma zamanı sonuncu ona tanınmaya təqdim olunmamışdır. Bununla belə, əvvəllər tanıdığı Məhkum anası Şahid4 müəllimə ona oğurluq nəticəsində vurulmuş zərəri tamamilə ödəmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir k i, Məhkum ilkin sənədlərdə, şübhəli şəxs qismində tutulması və şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərildiyi kimi 16 mart 2021-ci il tarixdə saat 14:30 dəqiqədə ünvan 7 ünvanın yaxınlığında deyil, bir gün əvvəl - 15 mart 2021-ci il tarixdə saat 16 radələrində əməliyyat müvəkkili Şahid1 və qeyriləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə aparılması, heç bir sənədləşmə aparılmadan təxminən bir gün - 16 mart 2021-ci il tarixə, saat 15:30dək 35-ci PB-də qanunsuz olaraq saxlanılması və yalnız bundan sonra 16 mart 2021-ci il tarixdə saat 15:30-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması işin mübahisəsiz hallarıdır. Belə ki, Məhkum anası Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrə sinə və şahid - Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 15 mart 2021-ci il tarixdən 18 mart 2021 -ci il tarixədək daxil olan və çıxan zənglərə və həmin telefon nömrələrinin anten üzrə əhatə dairələri barədə məlumatlardan müəyyən edilmişdir ki, 15 mart 2021-ci il tarixdə, saat 16:54:27-də ünvan 8 ünvanının əhatə dairəsində olan əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, N.Hikmət küçəsinin əhatə dairəsində olan Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilməklə 71 saniyə danışıq aparılmışdır. Şahid1 birinci instansiya məhkəməsindəki ifadəsində saxlanılarkən Məhkum üzərində telefon olmadığını göstərmiş və ona görə də ona məxsus ***-***-**-** nömrəli mobil telefondan istifadə etməklə anasına zəng edib polis əməkdaşları tərəfindən saxlanıldığını və 35-ci PB-nə aparıldığını bildirdiyini inkar etməmişdir. Həmin xüsusatlar birinci instansiya məhkəməsində dindirilərkən Məhkum və Şahid4 ifadələri ilə də təsdiq edilmişdir. Eyni zamanda, 15 mart 2021-ci il tarixdə, bir saat sonra - saat 17:54:07-də və 17:54:26-da iki dəfə əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, "Nargilə dairəsi” ünvanında əhatə dairəsində olan Məhkum anası Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edilməklə hər iki dəfə ayrı-ayrılıqda 9 saniyə danışıqlar aparılmış dır. Apellyasiya protestinə məhkəmə baxışı zamanı da Məhkum və Şahid4 adına qeydə alınmış nömrələrin hansı ərazilərdə (antenna) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsi, həmin nömrələrə daxil olan və çıxan zənglər, sms mətnlər, eləcə də daxil olan və çıxan zənglərə (mətnlərə) aid mobil telefon nömrələrinin kimlərə məxsus olması barədə məlumatlar götürülmüş, əldə edilmiş məlumatlarla yuxarıda qeyd olunan hallar bir daha təsdiq edilmiş, məlumatlarda Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı məlumat olmamışdır. Göründüyü kimi, məhkəmələr tərəfindən biri-biri ilə müqayisəli qiymətləndirilmiş sübutlarla Məhkum 16 mart 2021-ci il tarixdə saxlanılması barədə ibtidai araşdrıma zamanı vermiş olduğu ifadələri, həmçinin şahidlərin ifadələri təkz ib olunur, əksinə, cinayət işinə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən bəraət almış şəxsin 15 mart 2021-ci il tarixdə saxlanılması barədə ifadələri digər sübutlarla uzlaşır və bu ifadələr işin müəyyən edilmiş faktiki hallarına uyğun olmuş, bu səbəbdən də birinci instansiya məhkəməsi sonuncunun məhkəmə iclasındadə verdiyi ifadələrinə əsaslanmaqda və həmin ifadələrə üstünlük verməkdə haqlı olmuş, Məhkum ilkin ifadələrinin təzyiq nəticəsində verməsi isə inandırıcı olması müəyyən edilmişdir. Eyni zamanda cinayət işinin materiallarının təhlili göstərir ki, polis əməkdaşları olan şahidlərin ibtidai araşdrıma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələr arasında ziddiyyətlər mövcuddur, Məhkum 16 mart 2021-ci il tarixdə saxlanılması barədə ibtidai araşdrıma zamanı verdikləri ifadələr yuxarıda qeyd olunan sübutlarla təkzib edilir, həmin ifadələrində Məhkum narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı saxladıldığını göstərdikləri və oğurluqla bağlı ifadə vermədikləri halda, məhkəmə iclasında fərqli ifadələr verərək Məhkum oğurluqla bağlı saxlanılmasını göstərmiş, bununla da belə fərqli ifadələr Məhkum 16 mart 2021-ci il tarixdə saxlanılması barədə şahidlərin ifadələrinin mötəbərliyini şübhə altına almışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİ-nin 35ci PB-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərmişdir ki, o, Məhkum əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Vətəndaş Zərərçəkmiş şəxs qarşı cibgirlik cinayəti ilə əlaqədar sonuncunu n şikayət ərizəsi əsasında əməliyyat qrupu yaradılmış, onlar tərəfindən araşdırmalar aparılmış, lakin bir müddət bu cinayətin üstü açılmamış, yəni cinayətin kim tərəfindən törədildiyi aşkar edilməmişdir. Sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı cinayəti Məhkum törətməsi müəyyən edilmişdir. Odur ki, 16 mart 2021-ci il tarixdə Məhkum onun özü və həmkarı Şahid2 tərəfindən yaşadığı binanın blokunun qarşısında saxlanılaraq 35-ci PB-nə aparılmış, ona qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. 35-ci PB-də Məhkumun üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən onun üzərində təxmini yadında saxladığı miqdarda narkotik vasitə - heroin də aşkar edilmişdir. Məhkum özü 15 il ərzində cibgirliklə məşğul olduğunu, lakin bir dəfə də olsun tutulmadığını etira f etmiş, tutulduqda isə anasının onu polisdən qurtardığını bildirmişdir. O, Zərərçəkmiş şəxs oğurluğun üstünün açılması, oğurluğun Məhkum tərəfindən törədilməsi barədə məlumatlandırsa da, telefonla Zərərçəkmiş şəxsə Məhkumun fotoşəklinin göndəribgöndərmədiyini yadında saxlaya bilməmişdir. Bundan sonra oğurluq cinayəti ilə narkotik cinayətinə dair işlər birləşdirilmiş, Zərərçəkmiş şəxs dəymiş zərər isə Məhkum anası tərəfindən ödənilmişdir. Şahid həmçinin bildirmişdir ki, onun Məhkumun anası ilə heç bir münasibəti olmamış, onu tanımamışdır. Məhkumun anasının telefon nömərəsi onda olmamış, o, sonuncu ilə telefonla danışmamış, lakin Məhkum saxlanılarkən o, üzərində telefon olmadığını bildirmiş, buna görə onun xahişi ilə Məhkuma öz telefonunu verdikdə o, həmin telefonla anasına zəng edib poli s əməkdaşları tərəfindən saxlanılması və 35-ci PBnə aparılması barədə ona məlumat vermişdir. Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı Şahid2 daxil olmuş, lakin belə bir əməliyyat məlumatının daxil olması barədə raportun rəhbərliyə kimin tərəfindən yazılması onun yadında qalmamışdır. Məhkum götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilsə də, bunun müəyyənləşdirilməsi mümkün olmamış və hazırda əməliyyat tədbirləri davam etdirilməkdədir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəmə iclasında verdiyi ifadələri ilə onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə həmin şahidin iş materiallarında olan ifadələri də tədqiq olunmuş və həmin ifadələrdə n göründüyü kimi, Məhkum narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olduqda o, yəni Şahid1 həmin məlumatın yoxlanılması və Məhkum adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Məhkum adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 təyin olunmuşdur. Bundan sonra Məhkum adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış və həmin gün o, və baş əməliyyat müvəkkili Şahid2 16 mart 2021ci il tarixdə ünvan 10 ünvanda yerləşən binanın yaxınlığına gəlmiş, saat 14:30 dəqiqədə Məhkum adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış, sonuncuya xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Məhkum olmasını bildirdikdən sonra onlar sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını deyərək onu Xətai RPİ-nin 35-cü PB-nə dəvət etmiş, o da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar bi rlikdə polis bölməsinə gəlmişlər. Bu barədə dərhal raport yazıb bölmə rəsinə məruzə etmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Məhkum hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o, bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Xətai RPİnin 35-ci PB- nin operatoru, polis serjantı Şahid3 iştirak etmişdir. Axtarış zamanı Məhkum üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisin də tünd qəhvəyi rəngli, toz şəkilli və spesfik iyə malik olan maddəni çıxarıb təqdim edərək maddənin narkotik vasitə heroin olduğunu, həmin gün saat 10 radələrində Bakı Metropoliteninin "Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı və haqqında heç bir məlumata sahib olmadığı şəxsdən ümumilikdə 350 manata öz şəxsi istifadəsi üçün almasını demişdir. Aşkar edilmiş həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 12,33 qram olması müəyyən edilmişdir. Bundan sonra Məhkum üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə isə kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Məhkum, vəkil və özü imza etmişlər. Bundan sonra bu barədə pr otokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil və Məhkum imza etmişlər. Adı çəkilən şahidin ibtidai və məhkəmə istintaqları zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirərək həmin şahid məhkəmə iclasında göstərmişdir ki, Məhkum üzərində narkotik vasitələr saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının ona daxil olması və əməliyyat tədbirinə özünün rəhbərlik etməsi yadında qalmamışdır. Bu barədə raportların da özü tərəfindən yazıldığını xatırlaya bilmir. Oğurluq faktına görə ifadə verməməsinə gəldikdə isə o, qeyd etmişdir ki, ibtidai istintaq zamanı, yəqin ki, tələb olunmadığından o, bu barədə ifadə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş d igər baş əməliyyat müvəkkili Şahid2 isə Məhkum barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı onlara hər hansı məlumat daxil olmadığını, sonuncunun törədilmiş oğurluqla bağlı 2021-ci ilin təxminən mart ayında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyənləşdirildiyini və saxlanıldığını göstərmişdir. Hətta ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən həmin şahid əminliklə bildirmişdir ki, Məhkumlə bağlı məlumat onun cibgirliklə məşğul olması barədə olmuş və həmin məlumatda sonuncunun narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması göstərilməmişdir. Hərçənd, ilkin araşdırma zamanı tərtib edilmiş və cinayət işinə əlavə olunmuş 16 mart 2021-ci il tarixli sənədlərdən görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəd ə daxil olmuş məlumatla əlaqədar keçirilməli olan əməliyyat tədbiri ilə bağlı bölmə rəisi tərəfindən imzalanmış "əmaəliyyat qrupunun yaradılması haqqında” Ə6-103-21 saylı əmrə əsasən 35-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 qrupun rəhbəri, həmin Bölmənin baş əməliyyat müvəkkili Şahid2 qrupun üzvləri təyin edilmiş və hətta hər iki əməliyyat müvəkkili əməliyyat qrupunun təşkil edilməsi haqqında protokolla tanış olaraq imza etmişlər. Daha sonra iş materialları ilə müəyən edilir ki, Məhkum faktiki olaraq 15 mart 2021ci il tarixdlə saxlanıldıqdan sonra onun CPM-nin 90.7.2-ci maddəsin əsasən tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələblərinə uyğun olaraq isə müstəqil olaraq müdafiəçi seçmək hüquqları təmin edilməmiş, bununla da CPM-nin 90.6-cı maddəsinin təlləbləri də pozularaq şübhəli şəxsin qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə maneçiliklər törədilmişdir. CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. CPM-nin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. CPM-nin 90.7.2-ci maddəsində təsbit edilmişdir ki, şübhəli şəxs tutulduğu halda tutulmanın əsasla rını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. CPM-nin 90.7.9 və 90.7.15-ci maddələrinə görə, şübhəli şəxs müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək, öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək kimi hüquqlara malikdir. İş materiallarında olan şəxsi axtarış və götürmə protokolu ilə ittihamın sübut olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən bu protokoldan və videogörüntülərdən göründüyü kimi, sonuncu təqdim etdiyi narkoti k vasitəni məhz 16 mart 2021-ci il tarixdə əldə etdiyini və elə həmin gün saxlanıldığını göstərmiş, narkotik vasitənin qansuz dövriyyəsi lə bağlı ona qarşı irəli sürülmüş ittihamda onun bu cinayəti məhz 16 mart 2021-ci il tarixdə törətdiyi göstərilmişdir. Halbuki, araşdırılmış sübutlarla dəqiqliklə müəyyən edilmişdir ki, Məhkum 16 mart 2021-ci il tarixdə deyil, 15 mart 2021-ci il tarixdə saxlanılaraq polis bölməsinə aparılmış, həmin gün oradan buraxılmamış və belə olan halda onun polis bölməsində olduğu vaxt, yəni 16 mart 2021-ci il tarixdə hardansa və kimdənsə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması tamamilə absurd görünür. Belə hal isə şəxsi axtarış istintaq hərəkətinin qanunsuz olaraq aparılmasından və həm bu haqda tərtib edilmiş protokolun, həm də Məhkum 16 mart 2021-ci il t arixdə şübəhli şəxs qismində tutulmasına dair prosessual sənədlərin saxtalaşdırılmasından, bundan sonrakı istintaq hərəkətlərinin də (şübəhili şəxsin, təqsirləndirilirən şəxsin və şahidlərin ifadələrinin və ibtidai araşdırma zamanı toplanmış digər sübutların yolverilməz sübutlar olmasından xəbər verir. Buradan belə nəticə hasil olur ki, dövlət ittihamçısı kassasyia protestində məhz yolverilməz sübutlara istinad etməklə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməsini iddia etmişdir. Eyni zamanda, məhkəmə kollegiası qeyd etməyi lazım bilir ki, dövlət ittihamçısı kassasiya protestində Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməsi barədə qənaətə gələrkən onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifa dələrinə də istinad etmiş, lakin həmin ifadələrin təhlili göstərir ki, bu ifadələr də heç də həqiqəti əks etdirmir, işin məhkəmə iclaslarında müəyyən olunmuş faktiki halları ilə üst-üstə düşmür və məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiq olunmur. Halbuki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkum CM-nin 177.25-ci maddəsi ilə ittihamın elan olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onun bu cinayəti törətməsi, yəni 02 mart 2021-ci il tarixdə, saat 20 radələrində Bakı Metropoliteninin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyasından Xətai rayonunun Nobel prospekti istiqamətində hərəkə tdə olan 46 saylı marşurut avtobusunda sərnişin qismində olarkən atobus ünvan 2 ünvanda yerləşən “Venesiya” şadlıq sarayının yaxınlığına çatarkən avtobusun sərnişini Zərərçəkmiş şəxs çiyində olan əl çantasından sonuncuya məxsus içərisində 762 manat pul vəsaiti olan 8 manat dəyərində pul kisəsini gizli çıxararaq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 770 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi də bəraət almış şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrindən başqa, mötəbər və qanuni yolla əldə edilmiş hər hansı sübutla təsdiq olunmur, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında belə sübutlar əldə edilməmiş və araşdırılmamış, kassasiya protestində də belə sübutlara istinad edilməmişdir. Yuxarıda göstərilənlər, o cümlədən təhlil edilmiş sübutların məcmusu məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir ki, Məhkum bu əməlin törədilməsi ilə bağlı elan olunmuş ittihamın da mötəbərliyi və mümkünlüyü iş materialları ilə təsdiq edilməmiş sübutlara əsaslanmış və sonuncunun həmin ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etməmişdir. Şərh olunanlara əsaslanaraq Məhkum bəraət veriməsinin qanuni və əsaslı olması barədə nəticəyə gələn məhkəmə kollegiyası sübutların mümükünlüyünə dair tələblər, habelə təqsirsizlik prezumpsiyası təsbit edlmiş aşağıdakı göstərilənlərin nəzərə alnmısını vacib bilir. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilm əyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə mi nmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsi n) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və aza dlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və o nlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya g östərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəs inin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onu n təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azad lıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). “Barbera, Messeg e və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-bir inə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tut ulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqa yisə edilmiş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra məsələlər üzrə verdikləri şərhlərinin, habelə Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla, həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin, Avropa Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, Məhkum barəsindəki cinayət işi üzrə yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqi qi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdikləri müəyyən olunur. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın sübut olunmasına dair aradan qaldırılması mümkün olmayan kifayət qədər mötəbər sübutların olmadığı, əksinə həmin ittihamın şübhələrə və yolverilməz sübutlara əsaslanması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində göstərdiyi bütün dəlillərini qəbul edilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilən hər hansı pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, həmin protestin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum və onun müdafiəçisi R.R.Cabbarlının çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 177.2.5 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-333/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-333/2023
21.02.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver