Məhkəmə qərarları › İş №1(102)-342/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-342/2024

30.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-342/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hök mü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) Məhkum, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, rəsmi qaydada heç yerdə işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 08 noyabr 2000-ci il tarixli hökmü ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müdddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 07 fevral 2001-ci il tarixdə “Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli Qərarının 3.3cü bəndinə əsasən cəzadan azad edilmiş, Rusyiya Federasiyası Moskva şəhəri Nikulin Rayon Məhkəməsinin 14 iyul 2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi və 222-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 noyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinin tələbinə müvafiq olaraq 01 (bir) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli qərarı ilə 14 oktyabr 2020-ci il tarixli hökm dəyişdirilərək həmin hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) ay müddətə azadldığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Abşeron Rayon Məhkəməsinin 24 fevral 2022-ci il ta rixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-cı il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və həmin Qərarın 7ci bəndinin tələbinə müvafiq olaraq üzərindən məhkumluq götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 07 noyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Abşeron rayonu Hökməli qəsəbəsinə getmək üç ün sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 01:40 radələrində Hökməli qəsəbəsinə çatıb, Zərərçəkmiş şəxs avtomobili kənar şəxslərin olmadığı yerə sürdürərək, saxlatdırıb özü ilə götürdüyü silah qismində istifadə edilən tameti tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə hücum çəkməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basıq edib, həmin tametlə əvvəlcə sonuncunun başına bir dəfə zərbə endirmiş, daha sonra Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəlmiş cinayətkar hərəkətlərini davam etdirməklə əlində olan həmin tametlə sonuncunun sol əlinə bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin hematoması və sol əlin üst səthinin sıyr ığı kimi xəsarətlər yetirib, avtomobildə olan təhlükəsizlik kəmərini arxaya sıxıb Zərərçəkmiş şəxs fiziki ağrı yetirən zaman sonuncu təhlükəsizlik kəmərindən çıxıb avtomobildən düşdükdən sonra avtomobildə Zərərçəkmiş şəxs məxsus içərisində 2 manat 60 qəpik balans olan 5 manat dəyərində 077-32121-72 və balansında 1 manat 15 qəpik olan 2 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrələri taxılmış 700 manat dəyərində “Huawei Y9 Prime” markalı mobil telefonu talayaraq, hadisə yerindən uzaqlaşıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 710 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 23 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və əməlinin CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilərək ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində çıxarılmış yekun məhkəmə aktlarına istinad edərək işin hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, 07 noyabr 2021-ci il tarixdə sərnişin kimi “Chevrolet Cruz” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşında Hökməli qəsəbəsinə gedib oraya çatdıqda sürücü ondan əldə edilmiş razılığa uyğun olmayan artıq məbləğdə pul istədiyinə görə onların aralarında mübahisə olmuş, həmin mübahisə zamanı o, əsəbləşərək sürücünün telefonunu ələ keçirərək hadisə yerindən uzaqlaşmış və bu vaxt sonuncuya qarşı quldurluq əməlini törətməmiş, onun belə niyyəti də olmamışdır. Lakin, işə baxan məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməyərək onun əməlinin tövsifi barədə səhv nəticəyə gəlmiş və onun barəsində iş üzrə araşdırılmış sübutlara uyğun olmayan ədalətsiz yekun məhkəmə aktları qəbul etmişlər. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq q aydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətində məhkəmələr tərəfindən araşdırılmış sübutların düzgün qiymətləndirilməyərək onun əməlinin hüquqi tövsifində səhvə yol verilməsini iddia edir və bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qəra rını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunve riciliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirmə yə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətl ərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azad lıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmüf yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmi ş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini, ictimai təhlükəliliyi az olan əməli törətmiş şəxsin daha ağır cinayətin törədilməsinə görə təqsirli bilinərək cəzalandırılmasının yolverilməzliyini, bu və ya digər cinayətin, yaxud da cinayətləri törətməkdə təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildiyi halda barələrində hər hansı cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsiz liyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçul uq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yeri nə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cə zalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol ve rilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində ar adan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-nin 21.3-cü maddəsi). CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsi ndə isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinay ət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbu l edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakıl ar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zaman ı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etm əsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onu n barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə n əzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da aşağıdakı Qərarlarında qanunvericiliyin tələblərinə uyğun olan hüquqi mövqedən çıxış etmişdir. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” 12 may 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumu qeyd etmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuni liyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarına görə, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan bütün sübutları araşdırmaqla və iş üzrə çıxardığı hökmdə göstərdiyi kimi, onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, gəldiyi nəticəyə əsasən məhkumun həmin əməlinin 181.2.5-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab etmiş, apellyasi ya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış bütün sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticələrlə razılaşmışdır. Lakin, məhkəmə kollegiyası iş üzrə ibtidai araşdırma zamanı toplanımş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları təhlil edərək hesab edir ki, məhkəmələr araşdırılmış həmin sübutlara CPM-nin 143-146, 351.3.1 və 351.3.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmiş və məhkumun əməlinin hüquqi tövsifi barədə səhv nəticəyə gəlmişlər. Öz qənaəti ilə bağlı məhkəmə kollegiyası həmin sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiyası məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı irləi sürülmüş ittiham üzrə qismən təqsirli bilib ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkrarlayaraq göstərmişdir ki, o, qaynatası Şahid yaşadığı Hökməli qəsəbəsinə getmək və sonuncunun xahişinə əsasən ona özündə olan tamet daşını göstərmək məqsədilə 07 noyabr 2021-ci il tarixdə işdən çıxdıqdan sonra metronun “Neftçilər” stansiyasının yaxınlığına gəlmiş və orada sonradan tanıdığı, idarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşıb digər müştərilərlə birlikdə 01 manat müqabilində onun avtomaşınında “20 yanvar” stansiyasına qədər gəlmiş və oradan da onu 05 manat müqabilində Hökməli qəsəbəsinə aparması barədə sürücü ilə razılıq əldə etmişdir. Lakin həmin qəsəb əyə çatıb sürücüyə beş manat məbləğində pulu verdikdə sonuncu buna etirazını bildirərək ondan 10 manat məbləğində pul verməsini tələb etmiş və onlar bu zəmində mübahisə etmişlər. Həmin mübahisə zamanı o, əsəbləşərək sürücünün başından yumruqla bir zərbə vurmuş, sürücü isə qışqıraraq avtomobilin siqnalını basıb avtomaşından düşmüşdür. O, isə sonuncunun polisə zəng etməsinin qarşısını almaq məqsədilə sürücü Zərərçəkmiş şəxs məxsus telefonu götürüb avtomaşından düşərək qaçmış və başqa taksi avtomaşını yaşadığı evə getmiş, onun qaynatasına apardığı tamet daş və su filtri olan sellofan torba isə avtomaşında qalmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində, o cümlədən ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxsla üzləşdirilərkən sonuncunu tamet d aşı ilə vurmadığını, onun başından yalnız bir yumruq zərbəsi vurduğunu, zərərçəkmiş şəxsə qarşı quldurluq etmədiyini və belə məqsəd izləmədiyini, onun telefonunu isə sonuncunun polisə zəng etməsinin qarşısını almaq məqsədilə ələ keçirdiyini və sonradan həmin telefonu ona qaytarmaq niyyətində olduğunu bildirmişdir. Məhkum cinayət işinə maddi sübut kimi əlavə edilmiş tamet daşını əldə edərək qaynatası Şahid aparmaq niyyəti ilə üzərində daşmasını həmçinin həm ibtidai araşdırma, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş sonuncu da təsdiq etmişdir. Belə ki, Şahid birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, Hökməli qəsəbəsində yaşadığı evin həyətinə tamet daşı vurmaq niyyətində olduğundan kürəkəni Məhkum fəhlə işlədiyi yerlərdə ucuz tamet sa tan qarşısına çıxarsa ona məlumat verməsini xahiş etmişdir. 2021-ci ilin noyabr ayında Məhkum onunla əlaqə saxlayıb ucuz tamet daşı satan şəxs tapdığını bildirmiş, lakin daşın hansı formada olmasını ona deməmişdir. Buna görə, Məhkum həmin daşlardan birini gətirib ona göstərməyi təklif etmiş, o, da həmin təkliflə razılaşmışdır. Belə razılıq əldə etmələrinə baxmayaraq Məhkum daşı gətirməmiş və bunun səbəbini öyrənmək üçün o, kürəkəninə zəng etdikdə həmin vaxt sonuncuya zəng çatmamışdır. O, bunun səbəbini qızından soruşduqda, qızı Məhkumun kiminləsə mübahisə etdiyini və buna görə kefsiz olmasını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Məhkum cinayət törətdiyinə görə həbs edilmişdir. Hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkə mə iclasında göstərmişdir ki, o, özünə məxsus “Chevrolet Cruze” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində o, metronun “Neftçilər” stansiyasının girişində, Nizami rayon icra hakimiyyətinin girişinin qarşısında dayanıb sərnişin gözləyərkən adını sonradan bildiyi Məhkum əlində ağ rəngli sellofan torba ilə üzərinə gəldiyini görmüşdür. Məhkum gələ-gələ yoldan keçən avtomobillərə əl etdiyindən sonuncunun taksi axtardığını anlamışdır. Məhkum ona çatdıqda o, sonuncudan hara getmək istədiyini soruşmuş, Məhkum də Hökməli dairəsinə gedəcəyini bildirmişdir. Bundan sonra o, Məhkumdan nə qədər gediş haqqı verəcəyini soruşduqda, sonuncu sürücü kimi qiyməti özünün deməsini təklif etmişdir. O, da Məhkuma 10 manat müqabilində onu dediyi yerə apara biləcəyini bildirdikdə sonuncu bununla razılaşmış və dərhal avtomobiliin arxa oturacağına əyləşmişdir. Bundan sonra onlar “Neftçilər” metrostansiyasının digər tərəfinə çatdıqda o, başqa sərnişin götürmək üçün avtomobili yavaşladan zaman bir nəfər qadın da “20 yanvar” metrostansiyasına gedəcəyini bildirmiş və avtomobilinə əyləşmişdir. Qadın ilk öncə arxada əyləşmək istəsə də, Məhkum həmin vaxt ona qabaq oturcaqda əyləşməsini təklif etmişdir. “20 yanvar” metrostansiyasının yaxınlığında o, həmin qadını düşürmüş və bundan sonra o, Məhkum ilə birlikdə Hökməli qəsəbəsi istiqamətində yolunu davam etmişdir. Onlar Hökməli dairəsinə çatdıqda Məhkum ona bir qədər irəli sürməyi xahiş etmiş, buna görə onlar oradan təxminən 2 km məsafə qət etdikdən sonra “at y alı” döngəsi adlanan yerdən dönüb orada yerləşən zavodun yanındakı ara küçələrdən birinə girmiş, daha sonra o, həmin küçə ilə gedib sağa dönmüş və bir müddət sonra sağa dönüb yenidən sola dönmüşdür. O, bir qədər irəlilədikdən sonra bir neçə küçə dönmüş və nəhayət axırıncı həyət evindən sağa dönüb orada olan “Hyundai” markalı avtomobildən 20 metr aralıda Məhkumun təklifi ilə avtomaşını saxlamşdır. Həmin vaxt Məhkum onun sağ çiyninin üzərindən 5 ədəd bir manatlıq əskinaz uzatmış, o, arxaya baxmayıb pulu Məhkumdan götürən zaman Məhkum qəflətən onun sağ kəllə nahiyəsindən bir zərbə vurmuş, lakin zərbənin nə ilə vurmasını görməmiş və anlamamış və özünü qorumaq üçün dərhal sağ qolunu baş nahiyəsinə qaldırmış, Məhkum isə bir daha onu vurmağa çalışsa da, zərbə onun dirsəyinə dəymişdir. Daha sonra Məhkum avtomobilin təhlükəsizlik kəməri ilə onu arxaya dartmağa çalışdıqda o, qolunu kəmərin altından çıxartmış və siqnalı basaraq avtomobilin qapısını açmışdır. Həmçinin o, avtomobildən düşən zaman Məhkumun avtomobilin salonunun orta panelində olan ona məxsus 700 manat dəyərində “Huawei” markalı mobil telefonunu götürdüyünü və onun avtomobildən düşüb qaçdığını görmüşdür. O, arxadan qışqıraraq ona dayanmasını tələb etsə də, Məhkum onun bu tələbinə əməl etməmişdir. Bundan sonra o, dərhal avtomobilə əyləşib Məhkumun arxasınca getsə də, onu tapa bilməmiş, elə həmin vaxt da DİN-nin 102 mərkəzinə zəng edib baş verən hadisə barədə məlumat verərək yolun kənarına çıxıb polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Bu vaxt onun ayağı avtomaşının içərisində ayaq altında olan tamet daşa dəymiş və bun a görə hesab etmişdir ki, Məhkum onun başının sağ nahiyyəsindən ilk zərbəni həmin daşla vurmuş, ikinci zərbəni də bu daşla vurmaq istədikdə, daş onun dirsəyinə dəyərək ağır olduğundan yerə düşmüşdür. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki baş vermiş hadisə nəticəsində Məhkum 700 manat dəyərində telefonla yanaşı həmçinin həmin telefonda olan 01 ədəd “Azercell” mobil operatoruna məxsus ***-***-**-** GSM nömrəli və 01 ədəd “Nar mobile” operatoruna məxsus 077-32121-72 GSM nömrəli kartları da ələ keçirmişdir. Təsvir edilən ifadələrin müqayisəli təhlili göstərir ki, Zərərçəkmiş şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi eyni məzmunlu ifadələri iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla uzlaşmır və məhkəmələr də müə yyən olunmuş ziddiyyətlərə nəzər yetirməyərək Məhkum quldurluq cinayət əməlini törətməklə zərərçəkmiş şəxsə 710 manat dəyərində əmlakı ələ keçirməsi barədə düzgün nəticəyə gəlməməişlər. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hadisə zamanı Məhkum tərəfindən Zərərçəkmiş şəxs əvvəl onun başından, sonra isə dirsək nahiyyəsindən yalnız hadisədən sonra avtomaşınında aşkar etdiyi tamet daşı ilə vurulması yalnız sonuncunun ehtimalına əsaslanmış və məhz bu ehtimala əsasən Məhkum qarşı onun təqsirli bilindiyi ittiham irəli sürülmüşdür. Halbuki, Məhkum bütün ifadələrində ardıcıl olaraq qeyd etmişdir ki, o, sürücü Zərərçəkmiş şəxsla yol xərcinin məbləği ilə bağlı mübahisə edərkən onun başından yalnız yumruqla bir zərbə vurmuş və ona qarşı başqa zorakı hərəkətlər etməmişdir. Bundan başq a, işə maddi sübut kimi əlavə edilmiş tamet daşının parametrləri (bunlar həmin daşın tanınması haqqında 11 noyabr 2021-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillə müəyyən edilir) və məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2011-ci il tarixli 2663 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi bu xəsarətlərin məhz göstərilən daşla yetirilməsi məhkəmə kollegiyasına inandırıcı görünmür, digər tərəfdən isə həmin xəsarətlərin lokalizasiyası haqqında ekspertlərin gəldikləri nəticənin Zərərçəkmiş şəxs ifadələrinə uyğun olmaması müəyyən edilir. Belə ki, təhlil edilmiş rəyə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gicgah nahiyyəsinin hematoması, sol əlin üst səthinin sıyrığı kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşya (əşy alar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 07 noyabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göründüyü kimi, əvvəla ekspertlər hər iki xəsarətin dava-dalaş nəticəsində yetirilməsini inkar etməmiş və Məhkum də verdiyi ifadələrində göstərmişdir ki, yol xərcinin məbləği barədə Zərərçəkmiş şəxsla mübahisə edərkən sonuncu onun yaxasından tutmuş və o, qarşılıqlı olaraq əsəbləşib onun başından bir yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs isə ifadələrində daşla vurulması ehtimal etdiyi ikinci zərbənin onun sol dirsək nahiyyəsindən dəyməsini iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun həmin nahiyyəsində hər hansı xəsarətin olması müəyyən edilməmişdir. İstər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni məzmunlu ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirsələr də, məhkəmə kollegiyası bütün təsvir edilənlərə əsaslanaraq bu qənaətlə razılaşmır və məhkum olunmuş şəxsin 07 noyabr 2021-ci il tarixdə onun törətdiyi əməl barəsində verdiyi həmin ifadələri daha mötəbər, inandırıcı və digər sübutlara uyğun olmasını hesab edərək belə nəticəyə gəlir ki, Məhkum həmin tarixdə Hökməli qəsəbəsinə aparılması üçün yol xərcinin məbləği barədə Zərərçəkmiş şəxsla etdiyi mübahisə zəminində onun başının sol gicgah nahiyyəsindən yumruqla bir zərbə vuraraq ona həmin nahiyyədə hematomanın əmələ gəlməsinə səbəb olmuş, yəni sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəs arət yetirmiş və sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun əmlakını – “Huawei Y9 Prime” markalı telefonunu iki ədəd kartla birlikdə açıq talamışdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, Məhkum bu əməli törətməzdən əvvəl Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən ona həyatı və sağlamlığı üçün hər hansı təhlükəli zorakılıqla və ya belə zorakılığı tətbiq edəcəyi hədəsi ilə ona basqın etməmiş, hətta özünün düzgün hesab etdiyi məbləğdə pulu - beş manatı da zərərçəkmişə vermiş (bu halı Zərərçəkmiş şəxs da ifadələrində təsdiq etmişdir), yuxarıda göstərilən əşyalarla – 2 ədəd danışıq kartı olan mobil telefonundan başqa onun digər əmlakını ələ keçirməmiş, kartları hadisədən bilavasitə sonra məhv etsə də daha sonra t örətdiyi əməlindən peşman olaraq ələ keçirdiyi telefonu zərərçəkmiş şəxsə qaytarmaq niyyətində olmuş və 11 noyabr 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə çağırılıb orada ifadə verərkən həmin telefonu könüllü olaraq müstəntiqə təqdim etmişdir. Bu hal da könüllü təqdim etmə və götürmə aparılması haqqında 11 noyabr 2021-ci il tarixli protokolla təsdiq edilir. Halbuki Məhkum həmin telefona dair özünün istədiyi kimi başqa cür sərəncam vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkum Zərərçəkmiş şəxs cəmisi 710 manat dəyərində əmlakını ələ keçirməsinə və bu məbləğdə ona ziyan vurmasına görə təqsirli bilinsə də, ibtidai aradırma orqanı və məhkəmələr ələ keçirilmiş əmlakın dəyəri və bununla da Zərərçəkmiş şəx s vurulmuş ziyanın məbləği ilə bağlı da iş üzrə araşdırılmış sübutlara uyğun olmayan nəticəyə gəlmişlər. Belə ki, cinayət işinin materiallarına görə Məhkum ələ keçirdiyi mobil telefonu (onun ifadələrinə görə, həmin telefonda olan danışıq kartlarını o, məhv etmişdir) 11 noyabr 2021-ci il tarixdə istintaq orqanına təqdim etdikdən sonra iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin ekspertizanın 10 dekabr 2021-ci il tarixli 9/8182 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Huawei STKL21” markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadə edildiyi nəzərə alınaraq həmin telefonun 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilmişdir. Bununla bağlı ibti dai araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əlavə olaraq dindirilərkən göstərilən telefonu təxminən bir il əvvəl 700 manata aldığını və telefonun ələ keçirilməsi nəticəsində ona həmin məbləğdə ziyan vurulmasını iddia etsə də, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, talama işləri üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, talanmış əmlak bu və ya digər yolla cinayət təqibini aparan orqana təqdim edildikdə, yaxud aşkar olunduqda və həmin əmlakın dəyəri iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edildikdə, zərər çəkmiş şəxsə vurulmuş ziyanın məbləği də əvvəla əmlakın talandığı tarixdə olan və eyni zamanda məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlər əsasında müəyyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, M əhkumun törətdiyi əməl (zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayətini) törətməsi nəticəsində o, telefon kartları ilə birlikdə Zərərçəkmiş şəxs cəmisi 210 manat dəyərində əmlakını ələ keçirmiş və həmin məbləğdə də zərərçəkmiş şəxsə ziyan vurmuşdur. Beləliklə bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum 07 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs başının gicgah nahiyyəsindən yumruqla bir zərbə vuraraq ona həmin nahiyyədə hematomanın əmələ gəlməsi ilə nəticələnən, yəni sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirərək onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxsin cəmisi 210 manat dəyərində əmlakını açıq yolla talamış, bu nunla da o, zərərçəkmiş şəxsə məhz həmin məbləğdə ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum bu əməli CM-nin 181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə tövsif edilməlidir və ona həmin maddəyə əsasən yeni cəza təyin olunmalıdır. Məhkəmə kollegiyasının bu haqda gəldiyi qənaəti isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və həm hökmdə, həm də kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş sübutlarla yanaşı həm də aşağıda göstərilənlərə də uyğundur. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 181.2.5-ci maddəsində silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluğa, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməyə məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Məhkum ona istinad olunan talama cinayətini törədərkən ona qarşı irəli sürülmüş ittihamda göstərilən tamet daşından istifadə etməmiş, yəni həmin daşı tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan xəsarətlər yetirməmiş, bu haqda ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri qənaətləri yalnız Zərərçəkmiş şəxs ehtimal xarakterli ifadələrinə əsaslanmış, h əqiqətdə isə Məhkum yalnız zərərçəkmişin baş nahiyyəsindən yumruqla bir zərbə vuraraq ona sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, yəni ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmiş və sonuncunun 210 manat dəyərində əmlakını açıq yolla talayaraq ona həmin məbləğdə ziyan vurmuşdur. İşin müəyən olunmuş bu faktiki hallarından isə Məhkum tərəfindən quldurluq cinayətini törətməsi, yəni onun zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədilə ona qarşı həyat və sağlamlıq üçün zorakılıqla və eyni zamanda silah qismində əşyadan istifadə etməklə basqın etməsi, nəticə etibarı ilə isə quldurluq cinayətinin dispozitiv və tövsifedici əlamətlərinin mövcud olması görünmür. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, Məhkum məhz CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir ki, həmin maddədə də insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluğa, yəni özgənin əmlakını açıq talamaya görə cinayət məsuliyəti müəyyən edilmişdir. Göstərilən maddədə və CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin müqayisəli təhlili göstərir ki, həmin cinayətlər oxşar əlamətlərə malik olsalar da, birinci halda təqsirkar özgənin əmlakını ələ keçirmək məqsədilə onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əmlakı açıq talayır, ikinci halda isə şəxs eyni məqsədlə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edir, yaxud da belə zor tətbiq etmək hədəsi söyləyir və bu hərəkətləri ilə zərərçəkmişə basqın edərək onun əmlakını yenə də açı q şəkildə talayır, bu zaman isə silah və ya silah qismində istfiadə edilən əşyanı tətbiq edir. Bu cinayətlərin bitmə anına nəzər yetirərək məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin həyatına və sağlamılığına təhlükəli olmayan zorakılıqla törədilmiş soyğünçuluq cinayəti zorun tətbiq edildiyi yox, əmlakın ələ keçirilməsi anında başa çatır, quldurluq cinayəti isə hücuma məruz qalmış şəxsin həyatı və sağlamılığına təhlükəli zorakılıqla basqın edildiyi anda bitmiş hesab edilir. Yəni sonuncu halda təqsirkarın bu basqını məhz özgənin əmlakını ələ keçirmək məqsədilə etdiyi müəyyən edildikdə onun həmin əmlakı ələ keçirib-keçirməməsindən asılı olmayaraq əməl başa çatmış quldurluq kimi qiymətləndirilir. Təhlil edilən cinayətlərin (quldurluğun və soyğunçuluğun) ümumi fərqi isə ondan ibarətdi r ki, quldurluq həmişə zərərçəkmiş şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq edilməsi hədəsi ilə müşaiyət olunur, soyğunculuq isə belə zorakılıq və ya zorakılıq hədəsi tətbiq edilməməklə törədilir. Yalnız CM-nin 180.2.4-cü maddəsində soyğunçuluğunn zorakılıq tətbiq edilməklə törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur ki, belə zorakılıq da zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmamalıdır. Beləliklə, törədilmiş açıq talama cinayətinin quldurluq və ya CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi ilk növbədə tətbiq edilmiş zorakılın xarakterindən, tətbiq edilməsi üsulundan, həcmindən, intensivliyindən və nəticələrindən asılıdır. Cinayət qanunun tələbinə və mənasına görə, “həyat və sağlam lıq üçün təhlükəli olmayan zorakılığın tətbiq edilməsi” dedikdə isə sağlamlığın hər hansı müddətə pozulmasına və ya əmək qabiliyyətinin yüngül və ya daimi itirilməsinə səbəb olmayan, yəni sağlamlığa zərər vurmayan, buna görə də dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi başa düşülür. Belə zorakılığın tətbiqi isə sağlamlığa zərər vuran xəsarətlərin yetirilməsi ilə nəticələnməyən döymədə, sıxmada, boğmada, zərərçəkmiş şəxsin azadlığının məhdudlaşdırılmasında və bu kimi digər hərəkətlərin edilməsində ifadə oluna bilər. Nəticə etibarı ilə isə soyğunçuluğun törədilməsi zamanı tətbiq edilən zorakılıq zərərçəkmişin həyatı və sağlamlığı üçün təhlükə yaratmamalı və bunu təqsirkarla yanaşı həmçinin hücuma məruz qalmış şəxs də dərk etməlidir. Bununla yanaşı, əməlin törədilməsi şəraitindən, ü sulundan, basqın zamanı silahdan və ya silah qismində istifadə olunan digər əşyaların tətbiq edilib-edilməməsindən asılı olaraq, hətta zərərçəkmiş şəxsin həyatına və sağlamlığına təhlükəli olmayan xəsarətlərin yetirilməsi ilə nəticələnən zorakılıq sonuncunun əmlakının ələ keçirilməsinə yönəldikdə həmin əməl quldurluq kimi qiymətləndirilə bilər o halda ki, zorakılığın xarakteri, iş üzrə müəyyən olunmuş hallar onun həyat və sağlamlıq üçün təhlükəli olması barədə nəticəyə gəlmək üçün əsas yaratmış olsun (məsələn, şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə üzərində olan bıçaqdan istifadə etməklə zərərçəkmişə xəsarət yetirir, lakin onun bu hərəkəti iradəsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin sağlamlığına zərər vurmayan xəsarətlər alması ilə nəticələnir. Yaxud da təqsirkar eyni məqs ədlə zərər çəkmişə öldürücü zəhər verir, lakin vaxtında göstərilmiş tiibi yardım nəticəsində sonuncunun həyatı xilas olunur və onun sağlamlığına əhəmiyyətli zərər vurulmur). Məhkəmə kollegiyası hesab edir ki, bu kimi hallarda tətbiq edilən zorakılıq zərərçəkmişin həyatı və sağlamlığı üçün real təhlükə yaratdığından əməl quldurluq kimi qiymətləndirilməlidir. Eyni zamanda özgə əmlakınının ələ keçirilməsi məqsədilə zərərçəkmiş şəxsin sağlamlığa ağır, az ağır, yüngül zərər vurma, yaxud sonuncunun həyatdan məhrum edilməsi, yaxud bunlarla bağlı hədə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq və belə zorakılığın təbiq edilməsi hədəsi kimi çıxış və bu hallar quldurluq cinayətinin zəruri əlamətləri kimi çıxış edir. Şərh olunan hallar müəyyən edilmədiyi, yəni təqsirkarın tətbiq etdiyi zorakılı q zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün üçün real təhlükə yaratmadığı və onun həyatına və ya sağlamlığına yuxarıda göstərilənlərə uyğun zərər yetirilmədiyi, yaxud da təqsirkarın belə zərər yetirəcəyi haqda hədə-qorxu söyləmədiyi hallarda sonuncunun özgə əmlakını açıq şəkildə talaması əməli quldurluq yox, soyğunçuluq kimi qiymətləndirilməldir. Qeyd olunmalıdır ki, həm quldurluğun, həm də soyğunçuluğun törədilməsi zamanı təqsirkarın özgə əmlakını ələ keçirmək niyyəti həm zor tətbiq etməzdən əvvəl, həm zorun tətbiq edildiyi vaxt, həm də bundan sonra da yarana bilər və belə hallarda əməlin düzgün qiymətləndirilməsi zamanı əsas amil kimi zorakılığn xarakteri və təhlükəliliyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası vurğulayır ki, quldurluq cinayəti ilə həyat və sağlamlıq üçün təhlükəli o lmayan zorakılıqla törədilmiş soyğunçuluq cinayətinin fərqli cəhətlərinə dair izahlar həmçinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında da verilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndində məhkəmələrə izah edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi” hücuma məruz qalmı ş şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zə rər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-nin 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyy ən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları — cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Hazırki işin hallarından göründüyü kimi, əvvəla Məhkum əvvəlcədən, yəni Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməzdən onun əmlakını ələ keçirmək niyyətində olması, habelə tətbiq etdiyi zorakılığın onun həyatı və sağlamlığı üçün real təhlükə törədə biləcəyini dərk etməsi iş üzrə araşdırılmış sübutlarla müəyyən edilməmiş, onun zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək niyyəti isə onda sonradan yaranmış və o, bu niyyətinə uğun hərəkət edərək zərərçəkmişlə mübahisə edib onun sağlamlığına hər hansı zərər vurulmasına səbəb olmayan xəsarət yetirərək sonuncunun baş vermiş hadisə barədə polis orqanlarına məlumat verməsinin qarşısını almaq məqsədilə onun mobil telefonunu (iki ədəd kartlarla birlikdə) açıq ta lamış və dərhal da hadisə yerindən uzaqlaşmışdır. Araşdırılmış sübutlardan həm də görünən odur ki, zərər çəkmiş şəxs özü də ona tətbiq edilmiş zorakılığın onun həyatı və sağlamlığı üçün real təhlükə yaradan zorakılıq kimi qiymətləndirməmiş, ona qarşı başqa zorakı hərəkətlərin də edilə biləcəyini ehtimal etməmiş və bu subyektiv mülahizələrinə əsasən hətta hadisədən sonra Məhkum arxasınca həm piyada, həm də idarə etdiyi avtomaşında gedərək onu təqib edib sonuncunun hadisə yerinə qayıtmasını da tələb etmişdir. Bütün təsvir edilənlər iş üzrə araşdırılmış sübutlarla birgə məhkəmə kollegiyasına bir daha belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum 07 noyabr 2011-ci il tarixdə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükə törətməyən zor tətbiq etməklə soyğunçuluq cinayət əməlini, yəni CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir və buna görə onun əməlinin CM-nin 181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə tövsif edilməsi qanuni və əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlara düzgün qiymət verilməyərək Məhkum cinayət əməlinin tövsi edilməsi məsələsində apellyasiya instansiyası məhkəməsinin səhv nəticəyə gəlməsi, yəni məhkəmənin həm CPM-nin 416.1.2, həm də CPM-nin 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsi barədə məhkum olunmuş şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və buna görə həmin şikayətdə irəli sürülmüş tələbə uyğun olaraq kassasiya müraciətinin bu hissədə təmin edilməsini, bu əsasla da Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərar ının dəyişdirilməsini mümkün bilir. Məhkəmə kollegiyası Məhkum cinayət əməlinin düzgün tövsif edilməsi ilə yanaşı həm də onun barəsində ədalətli qərarın qəbul edilməsi haqqında kassasiya şikayətində irəli sürülmüş ikinci tələbə cavab verməklə ona CM-nin 180.2.4-cü maddəsi ilə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən ilk növbədə qeyd edir ki, ümumiyyətlə bütün instansiya məhkəmələri hər hansı cinayəti törətmiş şəxs barəsində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiqi zamanı cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidilər (CPM-nin 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prins ipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsi yələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəs ində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, hab elə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məs ələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin yuxarıda göstərilən tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Hazırki qərarda qeyd edildiyi kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zam anı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarına görə, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin isl ah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixdə qəbul etdiyi “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarla məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşıl ması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halla rı müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilmiş qanunvericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum cinayət əməlinin tövsif edildiyi CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş və CM-nin 15.3- cü maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət az ağır cinayət hesab olunur. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edib Məhkum barəsində CM-nin 180.2.4-cü maddəsinə əsasən cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cəzanı yünülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hal) və iş üzrə CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməməsini nəzərə alır və hesab edir, ona qeyd olunan maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həm onun islah olunmasına, həm də cəzanın məqsədlərinə xidmət edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum kassasiya şikayətinə baxılarkən iş üzrə əlavə olaraq CPM-nin 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı əlavə halın olması müəyyən edilməmiş və məhkum özü də müraciətində belə hallara istinad etməmişdir. Beləliklə, kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və qanunvericiliyin tələbləri ilə, habelə onlara verilmiş təfsirlə müqayisəli şəkildə təhlil edən məhkəmə kollegiyası həmin şikayətin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, onun törə tdiyi cinayət əməli CM-nin 181.2.5-ci maddəsindən CM-nin 180.2.4-cü maddəsinə tövsif edilməklə ona həmin maddə əsasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, qərar qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 06 (altı) il müddətə azadlıqdan m əhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar