Məhkəmə qərarları › İş №1(102)-35/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-35/2025

28.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-35/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)-192/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 1(076)-14/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: H.K.Məhəmmədi) xx xxxxxx 1994-cü ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilərək ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmçinin Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 1(076)-14/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum həmin Məcəllənin 228-ci maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərarından müdafiəçi tərəfindən apellyasiya şikayəti, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair eyni tarixli hökmündən və Cinayət Məcəlləsinin 228-ci maddəsinin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli hökmü ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) müdafiəçi tərəfindən verilən apellyasiya şikayə ti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 1(076)-14/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Şəmkir Rayon Məhkəməsinin iş üzrə CM-in 228-ci maddəsinin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair 15 yanvar 2024-cü il tarixli 1(076)-14/2024 nömrəli qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum istintaq müddətində 05 may 2023-cü il tarixdən 15 yanvar 2024-cü il tar ixədək saxlandığı 08 (səkkiz) ay 10 (on) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesablanmaqla həmin cəzanı çəkib qurtarmış hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Məhkum 2022-ci ilin payız aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Bayramlı kəndi ərazisində Kür çayının kənarında yabanı halda bitmiş tərkibində narkotik vasitələr olan çətənə bitkisinin qurumuş yarpaqlarını toplayıb "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üç ün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bənd i ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusuna yığaraq üzərində saxlayaraq yaşadığı evə daşımış, 05 may 2023-cü il tarixdə Şəmkir Rayon Polis X7 bölməsinə daxil olmuş əməliyyat məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum həmin tarixdə saat 17:30 radələrində Şəmkir rayonu, Düyərli kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon Polis X7 Bölməsinin İnzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda, tərkibində narkotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 6,70 qram miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüş, hə min gün davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olmuşdur ki, Məhkum 2020-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Bayramlı kəndi ərazisindən keçən Kür çayının kənarından tapdığı 01 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45 mm kalibrli, odlu yivli Kalaşnikov konstruksiyalı AK- 74 modelli avtomat silahı, zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov kontruksiyalı silahların komplekt hissəsi olan 02 (iki) ədəd daraqlar və zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov kontruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan 10 (on) ədəd patronları q anunsuz əldə edərək üzərində daşımaqla Şəmkir rayonu, Düyərli kəndi ərazisində meşə sahəsində torpağa basdıraraq saxlamış, qeyd olunan qanuna zidd hərəkətləri ilə bağlı keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun iştirakı ilə Şəmkir rayonu, Düyərli kəndi ərazisində meşə sahəsində odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını gizlətdiyi yerə keçirilən baxış zamanı oradan polietilen torbada texniki cəhətdən saz və atəşə yararli, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş "SSRİ” dövlətində istehsal olunmuş 5,45 mm kalibrli, odlu yivli Kalaşnikov kontruksiyalı AK-74 modelli avtomat silahı, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı 02 (iki) ədəd, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov kontru ksiyalı silahların komplekt hissəsi olan daraqlar və zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan 10 (on) ədəd patronlar aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edilməsinin, üzərində saxlamaqla daşınmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmçinin Məhkum qanunsuz olaraq əldə edib saxladığı odlu silahı könüllü surətdə təhvil verdiyi haqqında qənaətə gəlib, sonuncu barəsində Cinayət Məcəlləsinin 228-ci maddəsinin “Qeyd” hissəsi tətbiq etməklə Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etməklə cinayət işi üzrə icraata həmin hissədə xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraətin verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşsa da, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi hissəsində birinci instansiya məhkəməsinin 15 yanvar 2024cü il tarixli 1(076)-14/2024 nömrəli qərarı razılaşmayaraq, həmin qərarı ləğv etmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilib məhkum edilməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət itti hamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sübutlarla (Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişlər. Protest müəllifi həmçinin iddia edir ki, birinci instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq hökmdə iş üzrə maddi sübut kimi tanı nmış narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi haqqında qənaətə gəlmişdir. Halbuki, CPM-in müddəalarına əsasən bəraət hökmü qanuni qüvvəyə mindikdən sonra məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əs aslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, həmçinin onun ittihamı təkzib edən ifadələri verməsi nəzərə alınmamış, heç bir sübut olmadığı halda o, əsassız olaraq CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini, onun AR CM-in 228.1-ci maddəsi ilə ittiham olunması hissəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmən in hökm və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun CM-in 228.1ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünü ləğv etmək haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CP M-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi, onun barəsində birinci instansiyası məhkəməsinin hökmünü həmin hissədə qüvvədə saxlamaqla səhv nəticəyə gəldiyini, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciə tlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiə tərəfinin Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, Məhkum qanunsuz olaraq əldə etdiyi Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, həmin silahın komplekt hissəsi olan daraqları və döyüş sursatı hesab olunan 10 (on) ədəd patronu saxlaması, həmin əmələ görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirliliyi apellyasiya instansiya məhkəməsində Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Kollegiyanın kassasiya şikayətində göstərilənlərin deyil, məhz apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya məhkəməsi müdafiə tərəfinin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb cinayət işi üzrə toplanmış sübutlardan, o cümlədən təqsirləndirilənin, şahidlərin ifadələrindən, məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən, 05 may 2023-cü il tarixli baxış keçirilm əsi haqqında protokoldan, istintaq hərəkəti protokollarından və s. materiallardan, eyni ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində sadalanan maddi hüquq normasının tərkib əlamətinin olmasını, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə, araşdırmanın obyekti vliyinə, tamlığına, hərtərəfliliyinə kölgə sala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib - onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür. Digər tərəfdən işin faktiki hallarına və onlarla uzlaşan sübutlara - əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının, hətta Məhkum özünün ifadələrinə görə, onun Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, həmin silahın komplekt hissəsi olan daraqları və döyüş sursatı hesab olunan patronları qanunsuz olaraq əldə edib saxlaması polis əməkdaşlarına Məhkum özündən deyil, başqa yerdən əldə olunmuş məlumatdan bəlli olmuş, polislər Məhkumla ünsiyyətə girənə qədər həmin məlumatla müvafiq qərar qəbul edilmiş, Məhkum saxlanıldığı vaxt həmin qərarla tanış edildikdən, ona qanunsuz olaraq odlu silah saxlaması bildirildikdən sonra o, bu məlumatı təsdiq edib həmin silahın yerini göstərmişdir. Qeyd olunanlar Məhkum cinayətin predmetlərini könüllü olaraq –iradəsinə təsir edən kənar amillər olmadan təqdim etmədiyini, artıq məqsədyönlü şəkildə həyata keçirilməyə başlamış əməliyyat-axtarış tədbirinin gedişində polis əməkdaşlarına başqa mənbədən bəlli olan məlumatı etiraf etdiyini, polis əməliyyatının, xüsusilə də onun sərbəstliyini məhdudlaşdırdığını, iradəsini yönləndirdiyini təsdiq edir. Odur ki, məhkəmə kollegiyası nə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan işin faktik hallarını, nə də ki, onun həmin faktlardan hasil etdiyi hüquqi nəticəni, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 22 8.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Təsvir olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində həmin şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.11-ci maddələrində göstərilən halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən hökmün kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Dövlət ittihamçısının Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraətin verilməsi ilə bağlı məhkəmələrin yekun qənaətinin mübahisələndirilməsi üzrə kass asiya protestində irəli sürdüyü iddialara münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan C PM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübu tlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbə r və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əm əl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, ittiham tərəfinin Məhkum Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində (bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məs ələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum 6,70 qram miqdarda qurudulmuş marixuananın satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla daşınması sübuta yetirilməməsi əsası ilə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətlərini şübhə altına almaq üçün əs as görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, beləliklə Məhkum təqsirliliyinin sübuta yetirilməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, xüsusilə də itti hamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir, kollegiya isə apellyasiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avrop a Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqe yindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsinin yekun hökmündə ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən, kassasiya protestində apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, hazırkı kassasiya müraciətində irəli sürülmüş dəlilərə geniş şərh vermədən, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşaraq onların təsdiqi ilə kifayətlənmək mümkündür. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticə sində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Kassasiya protestinə diqqət etdikdə aydın olur ki, protest müəllifi həmçinin məhkəmələrin cinayət və cinayət prosessual qanunvericiliyinin normalarını düzgün tətbiq etmədən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 6,68 qram qalıq hissəsinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi ilə bağlı yekun qənaətlərini mübahisələndirmişdir. Öyrənilmi ş cinayət işi materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi protestdə sadalanmış maddi sübutun məhv edilməsi barədə nəticəyə gəlmiş, apellyasiya məhkəməsi həmin nəticə ilə razılaşmışdır. Hazırkı işinin kontekstində məhkəmələr tərəfindən maddi sübut kimi tanınan narkotik vasitənin taleyini həll edərkən cinayət prosessual hüquqi normasına əməl olunduğunu iddia etmək mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş i craatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə maddi sübut olan 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuana xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan qurudulmuş marixuananın mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməklə yanaşı, maddi sübutun gələcəkdə necə həll edilməli olduğu məsələsi aydınlaşdırılması məqsədi ilə hazırda Şəmkir RPŞ-nin məsul saxlancına təhvil verilmiş 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin saxlancda saxlanılmalıdır. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.2-ci maddəsinin tələbləri baxımından kassasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması (məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər) ilə nəticələn yekun qərar qəbul etmək səlahiyyətinə malik deyil, lakin hazırkı iş üzrə maddi sübutun taleyinin məhz bu cür həll olunması yekunda məhkumun vəziyyətini pisləşdirən (Məhkum Cinayət Məcəlləsinin 234.1-c i maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraətin verilməsinə təsir etmədiyindən) amil kimi çıxış etmədiyindən mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsi də istisna olunmur. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, hesab edir ki, kassasiya şikayəti rədd edilməli, kassasiya protesti isə qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)-192/2024 nömrəli hökmü yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin e dilməsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 29 may 2024-cü il tarixli, 1(104)-192/2024 nömrəli hökmü dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsinin hökmündən və Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 1(076)-14/2024 nömrəli hökmündən “cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,70 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 6,68 qram qalıq hissəsinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi” ilə bağlı müddəalar xaric edilsin. Narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya pr osessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin. Maddi sübutun gələcəkdə necə həll edilməli olduğu məsələsi aydınlaşdırılması məqsədi ilə Şəmkir RPŞ-nin məsul saxlancına təhvil verilmiş 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin saxlancda saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar