Məhkəmə qərarları › İş №1(102)-364/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-364/2025

18.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-364/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X5 və məhkumun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə xx xxxxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Bağ Massivi, “Təzə Sahələr” deyilən ərazidə nömrəsiz evdə yaşamış, Məhkum1 Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-432/2024 nömrəli qərarından zərərçəkmiş (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 1(101)-183/2022 saylı hökmünə əsasən (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət tərkibdə) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə nəz ərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.4-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 308.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Məhkum1 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul v əzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 6 sentyabr 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-ci maddəsi ilə cəza təyin edilməmişdir. Hökmlə həmçinin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin mülki iddiası təmin edilmiş, Məhkum1 mülkiyyətində olan, üzərinə həbs qoyulmuş ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 528.458,05 manat məbləğində maddi ziyanın və 920 manat məbləğində dövlət dövlət rüsumu nun ödənilməsinə yönəldilməsi, bundan sonra mülki iddianın təmin olunmayan hissədə, yəni ziyanın qalıq hissəsinin Məhkum1 tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmündən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, Məhkum1 müdafiəçisi Müdafiəçi5 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən həmçinin maraqlı şəxs - "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və X7 ibarət tərkibdə) 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü mülki iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmiş, Məhkum1 mülkiyyətində olan, üzərinə həbs qoyulmuş ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan vəsaitin 528.458.05 manat məbləğində maddi ziyanın və 920 manat məbləğində dövlət rüsumunun ödəinlməsinə yönəldilməsi barədə müddəalar hökdən xaric edilmiş, hökm həmin mənzilin üzərinə həbs qoyulması hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən və məruz əçi), Ə.Ə.Novruzov və R.M.Abdulovdan ibarət məhkəmə tərkibində) 2 iyul 2024-cü il tarixli 1(102)-1316/2024 nömrəli qərarı ilə Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və həmin kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 25 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X8 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 24 iyul 2018-ci il tarixli qərarla 01 may 2003-cü il tarixdə, 0103-P13-37680 saylı Şəhadətnamə nömrəsi ilə dövlət qeydiyyatına alınan "xxxx" MMC-nin (VÖEN: **********) ona qoşulması nəticəsində yenidən təşkil edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X14 Qeydiyyatı İdarəsi tərəfindən 10 avqust 2018-ci il tarixdə ********** № ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olan Zərərçəkmiş şəxs MMC-nin direktorunun xx.xx.2016-cı il tarixli əmri ilə Cəmiyyətin baş mühasibi vəzifəsinə təyin edilib xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nda mühasibvəzifəsinin tələblərinə əsasən, müəssisəyə daxil olan pul vəsaitlərinin, əmtəəmaterial qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında on ların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək, maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparmaq, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini təmin etmək, eyni zamanda müəssisəyə pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanması və xərclənməsini, habelə pul, maddi vəsaitlərin, debitor borcların silinməsi, həmçinin debitor və kreditorlarla hesablaşmaları qa nunvericiliyin tələblərinə uyğun olaraq təşkil etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində Cəmiyyətin kreditorlarına olan borcunu ödəmək üçün əvvəlcə Cəmiyyətin kassasından direktor, xəzinədar və özü tərəfindən imzalanmış kassa-məxaric orderləri əsasında müvafiq məbləğin xəzinədar tərəfindən sayılıb ona təqdim edildikdən sonra həmin məbləği "xxxx" ASC-nin Dərnəgül filialında "xxxx" MMCnin AZ03 CAPN 0000 0000 0008 4014 0001 №-li və Zərərçəkmiş şəxs MMC-nin AZ66 CAPN 0000 0000 0093 6130 0001 №-li hesablaşma hesabına köçürməklə Cəmiyyətə məxsus hesablaşma hesabı vasitəsilə müvafiq kreditorlara nağdsız qaydada pul vəsaiti köçürülməli olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsəd ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmçinin "xxxx" MMC və Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin bir sıra kreditorlarına olan borclarını ödəmək məqsədi ilə bank çıxarışlarını kompüter proqramlarının imkanlarından istifadə edib vəzifə saxtakarlığı yolu ilə hesabda pulun olmadığı görüntüsünü yaradaraq, Cəmiyyətin direktorunu və kassirini inandırıb Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi 4a ünvanında yerləşən ofisində cinayətdən xəbərsiz xəzinədar Zakir Qrimxanovdan kassaməxaric qəbzini şəxsən imzalaya raq bank hesabına mədaxil etmək adı ilə pul vəsaiti götürərək banka təhvil verməyib, bir sıra hallarda isə kassadan təhvil aldığı nağd pul vəsaitinin az hissəsini Cəmiyyətin bankdakı hesabına mədaxil edərək törətdiyi əməli gizlətmək məqsədi ilə rəsmi sənəd hesab edilən "xxxx" ASC-nin hesabdan çıxarışlarını və ödəniş tapşırıqlarını istintaqa məlum olmayan şəraitdə və yerdə saxtalaşdıraraq, həmin sənədlərə guya Cəmiyyətin kassasından götürdüyü məbləğdə pulu Cəmiyyətin həmin bankda olan hesabına köçürməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil edərək, həmin orderləri xəzinədara təhvil verməklə xəzinədən götürdüyü pulları tam qaydada banka ödəməsi görüntüsünü yaradıb banka köçürmədiyi pul vəsaitlərini, o cümlədən, "xxxx" MMC-nin "xxxx" ASC-nin Dərnəgül filialındakı AZ03 CAPN 0000 0000 0008 4014 0001 №-li hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2017-ci il tarixli 006357 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 41.000 manat pul vəsaitinin 25.000 manatını hesaba mədaxil edib qalan 16.000 manatı, xx.xx.2017-ci il tarixli 006676 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 38.000 manat pul vəsaitinin 23.721 manatını hesaba mədaxil edib qalan 14.279 manatı, xx.xx.2017-ci il tarixli 006678 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 2.000 manat pul vəsaitini, xx.xx.2017-ci il tarixli 006734 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitinin 10.000 manatını hesaba mədaxil edib qalan 20.000 manatı, xx.xx.2017-ci il tarixli 006981 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 91.500 manat pul vəs aitinin 40.000 manatını hesaba mədaxil edib qalan 51.500 manatını, xx.xx.2017-ci il tarixli 006992 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 25.000 manat pul vəsaitinin 15.047 manatını hesaba mədaxil edib qalan 9.953 manatını, xx.xx.2017-ci il tarixli 007277 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 35.000 manat pul vəsaitinin 2.200 manatını hesaba mədaxil edib qalan 32.800 manatını, ümumilikdə 2017-ci il üzrə cəmi 146.532 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2018-ci il üzrə "xxxx" MMCnin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2018-ci il tarixli 007937 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 18.000 manat pul vəsaitinin 13.356,7 manatını hesaba mədaxil edib qalan 4.643,3 manatı, xx.xx.2 018-ci il tarixli 007949 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 10.700 manat pul vəsaitinin 6.440,57 manatını hesaba mədaxil edib qalan 4.259,43 manatını, xx.xx.2018-ci il tarixli 008033 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 11.400 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 008082 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 37.000 manat pul vəsaitinin 30.500 manatını hesaba mədaxil edib qalan 6.500 manatını, xx.xx.2018-ci il tarixli 008131 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 9.800 manat pul vəsaitinin 7.000 manatını hesaba mədaxil edib qalan 2.800 manatını, xx.xx.2018-ci il tarixli 008416 №- li xəzinə məxaric orderi əsasında götürdüyü 36.000 manat pul vəsaitinin 29.275,65 manatını hesaba mədaxil edib qalan 6.724,35 manatını, xx.xx.2018-ci il tarixli 008429 №-l i xəzinə məxaric orderi əsasında götürdüyü 12.000 manat pul vəsaitinin 6.255,25 manatını hesaba mədaxil edib qalan 5.744,75 manatını, xx.xx.2018-ci il tarixli 008486 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 5.000 manat pul vəsaitinin 3.000 manatını hesaba mədaxil edib qalan 2.000 manatını, xx.xx.2018-ci il tarixli 008643 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 48.000 manat pul vəsaitinin 38.000 manatını hesaba mədaxil edib qalan 10.000 manatını, xx.xx.2018-ci il tarixli 008662 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 80.000 manat pul vəsaitinin 69.000 manatını hesaba mədaxil edib qalan 11.000 manatını, xx.xx.2018-ci il tarixli 008707 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 10.000 manat pul vəsaitinin 1.800 manatını hesaba mədaxil edib qalan 8.200 manatını, xx.xx.2018- ci il tarixli 008809 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 104.600 manat pul vəsaitinin 95.500 manatını hesaba mədaxil edib qalan 9.100 manatını, xx.xx.2018-ci il tarixli 008834 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 51.500 manat pul vəsaitinin 40.000 manatını hesaba mədaxil edib qalan 11.500 manatını, xx.xx.2018-ci il tarixli 008904 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 11.000 manat pul vəsaitinin 6.996 manatını hesaba mədaxil edib qalan 4.004 manatını, xx.xx.2018-ci il tarixli 008953 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 6.200 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 008990 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 45.000 manat pul vəsaitinin 35.981 manatını hesaba mədaxil edib qalan 9.019 manatını, xx.xx.2018-ci il tarixli 009021 №-li xəzinə məxar ic orderi əsasında götürdüyü 55.000 manat pul vəsaitinin 48.100 manatını hesaba mədaxil edib qalan 6.900 manatını, ümumilikdə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba 3 halda mədaxil etdiyi cəmi 8.494,4 manat çıxılmaqla "xxxx" MMC-yə məxsus cəmi 111.500,43 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2018- ci il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2018-ci il tarixli 008036 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 20.840 manat pul vəsaitinin 12.940,38 manatını hesaba mədaxil edib qalan 7.899,62 manatını, xx.xx.2018-ci il tarixli 008810 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 25.400 manat pul vəsaitinin 25.000 manatını hesaba mədaxil edib qalan 400 manatı nı, xx.xx.2018-ci il tarixli 008832 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 4.600 manat pul vəsaitinin 3.470 manatını hesaba mədaxil edib qalan 1.130 manatını, xx.xx.2018-ci il tarixli 008952 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 68.600 manat pul vəsaitinin 18.500 manatını hesaba mədaxil edib qalan 50.100 manatını, xx.xx.2018-ci il tarixli 009168 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitini, xx.xx.2018-ci il tarixli 009490 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 8.000 manat pul vəsaitinin 3.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, ümumilikdə isə 2018-ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba mədaxil etdiyi 200 manat çıxılmaqla, "xxxx" MMC-yə məxsus cəmi 94.329,62 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçi nin, eyni niyyətlə, 2019-cu il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2019-cu il tarixli 009587 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.000 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009743 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 700 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009790 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 4.700 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 009841 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 15.200 manat pul vəsaitinin 10.200 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 010045 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 60.000 manat pul vəsaitinin 52.000 manatını hesaba mədaxil edib qalan 8.000 manatını, xx.xx.2019-cu i l tarixli 010144 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 22.061 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 010263 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 26.500 manat pul vəsaitinin 22.500 manatını hesaba mədaxil edib qalan 4.000 manatını, xx.xx.2019-cu il tarixli 010330 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 118.000 manat pul vəsaitinin 110.750 manatını hesaba mədaxil edib qalan 7.250 manatını, xx.xx.2019-cu il tarixli 010400 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 50.000 manat pul vəsaitinin 41.300 manatını hesaba mədaxil edib qalan 8.700 manatını, xx.xx.2019-cu il tarixli 010425 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 32.000 manat pul vəsaitinin 22.500 manatını hesaba mədaxil edib qalan 9.500 manatını, xx.xx.2019-cu il tarixli 010589 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 100.000 manat pul vəsaitinin 93.200 manatını hesaba mədaxil edib qalan 6.800 manatını, xx.xx.2019-cu il tarixli 010664 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 200.000 manat pul vəsaitinin 195.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 010703 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 61.000 manat pul vəsaitinin 44.500 manatını hesaba mədaxil edib qalan 16.500 manatını, xx.xx.2019-cu il tarixli 010868 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 46.000 manat pul vəsaitinin 33.100 manatını hesaba mədaxil edib qalan 12.900 manatını, xx.xx.2019-cu il tarixli 010947 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 75.000 manat pul vəsaitinin 53.300 manatını hesaba mədaxil edib qalan 21.700 manatını, xx.xx.2019-cu il tarixli 011065 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 140.000 manat pul vəsaitinin 135.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, xx.xx.2019-cu il tarixli 011131 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 54.000 manat pul vəsaitinin 39.000 manatını hesaba mədaxil edib qalan 15.000 manatını, xx.xx.2019-cu il tarixli 011198 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 23.000 manat pul vəsaitinin 15.600 manatını hesaba mədaxil edib qalan 7.400 manatını, xx.xx.2019-cu il tarixli 011577 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.000 manat pul vəsaitini, xx.xx.2019-cu il tarixli 011870 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 30.000 manat pul vəsaitinin 23.800 manatını hesaba mədaxil edib qalan 6.200 manatını, xx.xx.2019-cu il tarixli 013035 №-li xəzinə məxaric orderi əs asında götürdüyü 14.000 manat pul vəsaitinin 9.000 manatını hesaba mədaxil edib qalan 5.000 manatını, ümumilikdə 2018- ci il üzrə xəzinədən götürmədiyi halda qeyd edilən hesaba 6 halda mədaxil etdiyi cəmi 17.455 manat çıxılmaqla, "xxxx" MMC-yə məxsus cəmi 159.956 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin, eyni niyyətlə, 2020-ci il üzrə "xxxx" MMC -nin qeyd edilən hesablaşma hesabına köçürmək üçün şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən xx.xx.2020-ci il tarixli 004196 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 42.500 manat pul vəsaitinin 30.900 manatını hesaba mədaxil edib qalan 11.600 manatını, xx.xx.2020-ci il tarixli 003385 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 3.400 manat pul vəsaitinin 860 manatını hesaba mədaxil edib qalan 2.540 manatını, xx.xx.2020-ci il ta rixli 003402 №-li xəzinə məxaric orderi əsasında götürdüyü 15.000 manat pul vəsaitinin 13.000 manatını hesaba mədaxil edib qalan 2.000 manatını, ümumilikdə 2020-ci il üzrə "xxxx" MMC-yə məxsus cəmi 16.140 manat məbləğində pul vəsaitini mənimsəməklə, ümumilikdə qeyd edilən qaydada xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə "xxxx" MMC-nin hüquqi varisi olan Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 528.458,05 manat (beş yüz iyirmi səkkiz min dörd yüz əlli səkkiz manat beş qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə həmin Cəmiyyətlərə vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talayıb şəxsi ehtiyaclarına sərf etmiş, vəzifəli şəxs qismində r əsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının maraqlı şəxsin şikayətinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməyi xahiş etmişdir. Məhkum onlara 528.428,05 manat miqdarında zərər vurmuş və nə ibtidai istintaq dövründə nədə məhkəmə istintaq dövründə zərər ödənilməmişdir. Məhkəmə hökmü ilə də əsaslı olaraq CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən məhkumun əmlakı olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka xüsusi müsadirə olunması üçün həbs qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə əmlakın bank tərəfindən xx.xx.2023-cü il tarixdə hərraca çıxarıldığını tələbin əmlaka yönəldiyini qeyd etmiş, lakin məhkəmə icra qeydi əsasında prosesə başlayana qədər artıq birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə əmlaka həbs qoyulduğunu və xüsusi müsadirə olunduğunu nəzər almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi6 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərər çəkmiş (mülki iddiaçı) şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, b u instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərər çəkmiş (mülki iddiaçı) şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının maraqlı şəxsin şikayətinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməyi xahiş etmişdir. Konstitusiy anın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməs i qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmla k, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Mübahisələndirilən apellyasiya məhkəməsinin qərarından görünür ki, Maraqlı şəxs2 ASC ilə Məhkum1 arasında bağlanmış 1280***-*******01L nömrəli xx.xx.2022-ci il tarixli Əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən sonuncuya xx.xx.2024-cü il tarixədək müddətə illik 19% dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq tərəflər arşında bağlanmış İMANZL166470001 saylı xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Məhkum1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 28 ünvanında yerləşəm 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkum1 bank qarşısındakı öhdəliklərini yerinə yetirmədiyindən «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» 8İ-4026 №-li xx.xx.2023-cü il tarixli İcra qeydi alınmış və həmin mənzil qanunvericiliyin tələblərinə uyğun olaraq açıq hərrac vasitəsi ilə realizə edilmişdir. Hərrac təşkilatının ( ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün) hərracın yekunları barədə № 47/01 nömrəli xx.xx.2023-cü il tarixli Protokolu və «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» xx.xx.2023-cü il tarixli müqavilə əsasında ipoteka predmeti olan həmin mənzil tələbkar Maraqlı şəxs2 ASC tərəfindən alınmışdır. Göründüyü kimi həmin mənzil üzrə xx.xx.2022-ci il tarixdən bankın ipoteka hüququ rəsmi reyestrdə qeydiyyata alınaraq ipoteka saxlayan kimi üstün təminat, əşya və s. hüquqlarının olmasına baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsinəin xx.xx.2022-ci il tarixli qərarı ilə mənzilin üzərinə həbs qoyulması və hərracdan alınaraq bankın balansına keçirilməklə faktiki olaraq sahiblikdə olan əmlakın müsadirə olunması Maraqlı şəxs2 ASCnin qanunla qorunan hüquq və mənafelərinə zidd olmaql a maraqlarına toxunur. Apellyasiya instansiyası kollegiyası qeyd etmişdir ki, Məhkum1 mühasib kimi zərərçəkmiş hüquqi şəxsdə fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə etmiş, lakin ona qarşı irəli sürülmüş ittihamlar üzrə ilk epizod xx.xx.2017-ci il tarixdən başlayaraq törədiyi cinayət əməllərinə görə irəli sürülmüşdür. Beləliklə müəyyən olunur ki, Məhkum1 qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərinin törədilməsi (başlandığı) müddətləri xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edən dövr üzrə olmuşdur. Lakin, həmin hökmlə o da müəyyən olunur ki, müsadirə edilmiş əmlak, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 28 ünvanda yerləşən 1 nömrəli mənzil 14 oktyabr 2016-cı il tarixdən Məhkum1 mülkiyyətindədir. Bununla da, müəyyən olunur ki, Məhkum1 həmin mənzili hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini törətməmişdən öncə əldə etmişdir. Eyni zamanda, həmin mənzil Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində xüsusi müsadirə edilə bilən əmlaklar kateqoriyasına aid deyildir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirlə ndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma məxsus ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka münasibətdə xüsusi müsadirə tətbiq etsə də, həmin əmlakların əksəriyyətinin cinayət yolu ilə əldə edilməsini əsaslandıran hər hansı sübuta istinad etməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, cinayət əməlinin törədi lməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz və əmlakın Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 73-cü maddəsinə əsasən mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğinə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir Göründüyü kimi istər müvafiq qanunvericlikdə, istərsə də onların tətbiqi ilə bağlı aidiyyəti yuxarı inistansiya məhkəmələrinin hüquqi yanaşmalarında məcburi cinayəthüquqi tədbiri olaraq xüsusi müsadirənin tətbiq olunması ilə, vurulmuş ziyanın və mülki iddianı təmin etmək üçün əmlak üzərinə həbsin qoyulması biri-birindən tamam fərqləndirilmişdir. Bu tədbirlərin hər ikisi cinayət işi üzrə icraatda tətbiq olunsa da, lakin xüsusi müsadirə cinayəthüquqi tədbir, vurulmuş ziyanın və mülki iddianı təmin etmək üçün əmlak üzərinə həbsin qoyulması isə hüquqi təbiətinə görə mülki xarakterli təminat tədbiridir və bunların prosessual tətbiqi və icrası da, ayrı-ayrı formalarda həyata keçirilir. Mübahisələndirilən hökmdən isə görünür ki, Məhkum1 qız;na məxsus olan mənzilə (əmlaka) dair hökmü n əsaslandırıcı hissəsində xüsusi müsadirə tətbiq edilmiş, nəticə hissəsində isə mülki iddianın təmini üsulu kimi (həmin əmlakın üzərinə həbs qoyulması barədə qərarın göstərilməsi əvəzinə) tələb həmin mənzilə yönəldilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mwlki Məcəllənin 290.2-ci maddəsinə əsasən, girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Göründüyü kimi, Məhkum1 qızma məxsus olan mənzilin üzərinə həbs qoyulan zaman, eləcə də hökmlə mülki iddia üzrə təmin edilmiş pul tələbinin ona yönəldilməsi zamanı həmin mənzil üzrə xx.xx.2022-ci il tarixdən Maraqlı şəxs2 ASCnin ipoteka hüququ rəsmi reyestrdə qeydiyyata alınaraq ipoteka saxlayan kimi üstün təminat, əşya və s. hüquqlarının olması nəzərə alınmadığından buna dair qərarın və hökmün həmin hissələri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Zərərçəkmiş (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 barəsində iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-432/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar