Məhkəmə qərarları › İş №1(102)-372/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-372/2024

08.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-372/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-708/2021 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikay ətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1982-ci il tarixdə Bərdə rayonunun Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla kənddə yaşamışdır.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-293/2021 nömrəli, 03 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

3. Hökmlə digər şəxs Təqsirləndirilən şəxs da məhkum olunmuşdur.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-708/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər apellyasiya şikayətləri təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 293/2021 nömrəli, 03 may 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum 03 iyul 2023-cü il tarixdə kassasiya şikayəti verib, eyni zamanda vəsatət təqdim edərək buraxılmış kass asiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-708/2021 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair Məhkum vəsatəti təmin edilməmişdir.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti hüquqi savadının olmamasını görə buraxmışdır. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti bilməməsinə görə, yəni üzrlü səbəblərdən buraxdığını qeyd edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə ola n redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

12. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.

13. Məhkum apellyasiya məhkəməsinin qəra rından qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti verməməsini hüquqi savadının olmaması, yəni hansı müddətdə kassasiya şikayəti vermək hüququna malik olduğunu bilməməsi ilə izah etmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun savadı olmadığına görə qərardan vaxtında kassasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Qeyd edilən dəlillər əsaslı sayıla və prosessual müddətin gerçəkdən də üzrlü səbəblərdən buraxıldığını göstərən əsaslar kimi nəzərdən keçirilə bilməz.

15. Belə ki, işdə olan materiallardan görünür ki, Məhkum 01 oktyabr 2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin məhkəmə iclasında iştirak etmiş, eyni zamanda o, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yard ımı ilə təmin olunmuşdur. Məhkəmə baxışının sonunda apellyasiya məhkəməsinin qərarı sədrlik edən tərəfindən məhkəmə iclas zalında olan bütün şəxslərə, o cümlədən Məhkum və onun müdafiəçisinə elan edildikdən sonra ayrıca olaraq həmin qərardan kassasiya şikayəti vermək hüququ, qaydası və müddəti bir daha izah edilmişdir.

16. Üstəlik, barəsində hazırda kassasiya şikayəti verilən qərarın surəti 05 oktyabr 2021-ci tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, 19 oktyabr 2021-ci tarixdə qərarın surətini alınmasına dair qəbzi imzalamaqla qərarı qəbul etmişdir.

17. Beləliklə də, 01 oktyabr 2021-ci il tarixdə qəbul edilmiş apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum 19 oktyabr 2021-ci il tarixdə təqdim edildiyinə görə kassasiya şikayəti vermə müddəti 19 oktyabr 2022-ci il tarixdə bitmişdir.

18. Məhkum Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ona təqdim edildiyi vaxtdan 1 il 8 ay 14 gün vaxt keçdikdən sonra, 03 iyul 2023-cü il tarixdə, yəni kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən 8 ay 14 gün sonra kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmiş, eyni zamanda məhkəmə qarşısında buraxılmış müddətin bərpasına dair vəsatət qaldırmışdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında Məhkum kassasiya şikayətini verməsi üçün müddətin buraxmasına əsas verən hər hansı üzrlü səbəb göstərə bilmədiyindən müvafiq müddətin bərpasına dair vəsatət ini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

20. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.

21. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X5rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

22. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, M əhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

23. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-708/2021 nömrəli, 02 avqust 2023-cü il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar