Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-378/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs Xın nümayəndəsi Xun və məhkumun iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, X ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri Xəzər Ra yon Məhkəməsinin 1(003)- 304/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesablanan və hal hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 1(103)-1725/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 1(003)-32/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: Ə.S. Qəhrəmanov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 1 (bir) il müddətə və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 nömrəli, 12 oktyabr 2022ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 10 (on) ay müddətə azad lıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-453/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının tam çəkdiyi 10 (on) ay müddəti 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasını çəkmə sinin əvvəli həbsə alındığı 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-32/2024 saylı 30 may 2024-cü il tarixli qərarı ilə ittiham tərəfinin təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan həmin ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunması səbəbindən imtinası qəbul edilmiş, Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 0 5 avqust 2024-cü il tarixli qərarı ilə, (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.N.Hüseynov və Ə.Q.Ələkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2024cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 2020-ci ilin ortalarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus 835 saylı bağ sahəsinin 0.010 ha torpaq sahəsinin və anası X5 tərəfindən ona hədiyyə edilmiş 835A nömrəli bağ sahəsinin 0.012 ha torpaq sahəsini qanunla müəyyən olunmuş formada mülkiyyət, istifadə və icar ə hüququ olmadan hasarlayaraq zəbt etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, 09 aprel 2001-cı il tarixli 27933 nömrəli "Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Zərərçəkmiş şəxs4 məxsus olan, Bakı şəhəri Xəzər Şuvəlan qəsəbəsində yerləşən və ümumilikdə daş hasara alınmış 835 və 835A saylı bağ sahələrinin 0,12 ha hissəsinin özünə məxsus olması barədə yalan məlumatlarla aldadaraq bu torpaq sahəsinin 0.004 ha hissəsini 20.000 manata ona satıb həmin torpaq sahəsində göstərilən məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, 09 aprel 2001-cı il tarixli 27933 nömrəli "Bağın icarəyə verilməsi haqqında” müqavilələrə əsasən Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsində yerləşən və ümumilikdə daş hasara alınmış 835 və 835A saylı bağ sahələrinin 0,12 ha hissəsinin özünə məxsus olması barədə yalan məlumatlarla aldadaraq bu torpaq sahəsinin 0.002 ha hissəsini 7500 manata ona satıb həmin torpaq sahəsində göstərilən məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, tamah niyyəti ilə, özgən in əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 Bulud oğlunu Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsində yerləşən, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanılmış 13 iyun 1990-cı il tarixli 6024 nömrəli, 09 aprel 2001-cı il tarixli 27933 nömrəli "Bağın icarəyə verilməsi haqqında” müqavilələrə əsasən Zərərçəkmiş şəxs4 məxsus olan, Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsində yerləşən və ümumilikdə daş hasara alınmış 835 və 835A saylı bağ sahələrinin 0,12 ha hissəsinin özünə məxsus olması barədə yalan məlumatlarla aldadaraq həmin torpaq sahəsinin 0.013 ha hissəsini 8000 manata ona satıb həmin məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə Bağlar Təsərrüfatının inkişafı və istismarı X9 Sahəsində 51 nömrəli kooperativin 58 nömrəli 1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən X4 adına saxta order - hüquq müəyyən edən sənəd hazırlamış və bu order əsasında iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 satdığı torpaq sahələrinə dair mülkiyyət hüquqlarının həyata keçirmələri üçün Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş AR-İİ 238738 N°-li 02 fevral 2021-ci il tarixli, həmin notarius tərəfindən təsdiq olunmuş AR-İİ 346415 N-li 08 iyun 2021-ci il tarixli etibarnamələr verilməsini təmin edərək saxta sənəddən istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngül ləşdirən hallar, o cümlədən himayəsində yetkinlik yaşına çatmayan uşağın olması, törətmiş olduğu əməldən səmimi peşman olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instans iya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi nin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağı rlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər c inayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha az müddətə təyin edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 1(003)-32/2024 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi əməlinin qismən etiraf edərək peşman olmasını, himayəsində yetkin lik yaşına çatmayan bir uşağının olmasını (kassasiya şikayətində məhkəmələr tərəfindən nəzərə alınmadığı iddia olunan yüngülləşdirici hallar), cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini (belə ki, hökm çıxarılmazdan əvvəl X Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablanmaqla CM-nin 67.1-ci maddəsinə əsasən 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə 3 saylı İstintaq Təcridxanasından azad edilmiş), şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsi rini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə bir inci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 1(103)-1725/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli, 1(103)-1725/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-378/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-378/2025
25.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver