Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-392/2019 02.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-392/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 02 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı İlkin Yusifov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə (hakimlər: X9 (sədrlik edən), X5 və X3 oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs – xx xxxxxxx 1981-ci il tarixdə ********* şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ***************************** nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 128-ci maddələri ilə təqsirli bilinib, CM-nin 180.1-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 128-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, həmin Məcəllənin 66.3cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 noyabr 2017-ci il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “X19” MMC-yə məxsus “OBA” mar ketə daxil olaraq, marketin vitrin soyuducusundan bir ədədi 4 (dörd) manat olmaqla, cəmi 40 (qırx) manat dəyərində 10 (on) ədəd 250 qramlıq bağlamada olan “Vestgold” markalı yağı gizli yolla talayaraq, əynində olan gödəkcənin cibinə yığıb marketdən çölə çıxmaq istəyərkən, həmin marketdə adminstrator vəzifəsində işləyən X10 Təqsirləndirilən şəxs yağların pulunu kassaya ödəməyi və ya yağları qaytarıb yerinə qoymağı təklif etmiş, Təqsirləndirilən şəxs isə buna məhəl qoymayaraq marketdən çıxmış və qaçaraq oradan uzaqlaşıb, cəmi 40 (qırx) manat dəyərində on ədəd 250 qramlıq bağlamada olan “Vestgold” markalı yağı açıq talayaraq, zərərçəkmiş şəxs “X19” MMC-yə cəmi 40 (qırx) manat maddi ziyan vurmaqla soyğunçuluq etmiş, X15 Təqsirləndirilən şəxs arxasınca qaçaraq, sonuncunu yaxalamaq istəyən vaxt, Təqsirləndirilən şəxs üzərindəki bıçaqla F6 sol bud nahiyəsinə bir dəfə vurmaqla, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bundan fərqli olaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib quldurluq cinayətini törətmişdir. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 noyabr 2017-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən “X19” MMC-nə məxsus “OBA” marketə daxil olaraq mar ketin vitrin soyuducusundan bir ədədi 4 (dörd) manat olmaqla, cəmi 40 (qırx) manat dəyərində on ədəd 250 qramlıq bağlamada olan “Vestgold” markalı yağı gizli yolla talayaraq əynində olan gödəkçəni cibinə yığaraq marketi tərk edən zaman, həmin marketdə adminstrator vəzifəsində işləyən X10 Təqsirləndirilən şəxs yağların pulunu kassaya ödəməyi və ya yağları qaytarıb yerinə qoymağı təklif etmiş, Təqsirləndirilən şəxs isə qaçaraq oradan uzaqlaşarkən F6 onun arxasınca qaçaraq, ona çatıb yağları geri qaytarmasını tələb edən zaman, Təqsirləndirilən şəxs bıçaqdan silah qismində istifadə etməklə hücuma məruz qalmış F6un həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək, basqın edib bıçaqla F6un sol bud nahiyyəsinə bir dəfə vurmaqla, zərərçəkmiş şəxs F6 sol bud nahiyəsinin bir ədəd deşilmiş -kəsilmiş yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə, bir ədədi 4 (dörd) manat olmaqla, cəmi 40 (qırx) manat dəyərində on ədəd 250 qramlıq bağlamada olan “Vestgold” markalı yağı ələ keçirərək zərərçəkmiş şəxs “X19” MMC-nə cəmi 40 (qırx) manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) 11 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiyaprotestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən, habelə cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmələr hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlinin mağazanın işçisi F6 tərəfindən aşkar edild iyi və onun kərə yağlarını mağazanın hüdudlarından kənara çıxardığı vaxt törətdiyi cinayət əməli, yəni özgənin əmlakını açıq talama- soyğunçuluq cinayəti bitmiş, bundan sonra baş verən hərəkətlər - F6un onun arxasınca qaçaraq mağazadan 10-15 metr aralıda Təqsirləndirilən şəxs tutarkən sonuncunun ona yetirdiyi sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət isə yaxalanmaqdan xilas olmaq məqsədilə edilən hərəkətlərdir. Məhkəmələrin gəldiyi bu nəticələr əsassız olmaqla cinayət işinin faktiki materialları ilə uyğun olmamışdır. Belə ki, cinayət işinə baxan hər iki məhkəmə instansiyası təqsirləndirilən şəxsin ehtimallar üzərində qurulmuş ifadəsinə əsaslanmış, təqsirləndirilən şəxsin cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan sübut növlərinə əhəmiyyət verməmiş, qanunvericiliyin tələblərini və göstərilən plenum qərarını düzgün izah və tətbiq etməmişlər. Hər iki məhkəmə instansiyası heç bir əsas olmadan hesab etmişdir ki, Təqsirləndirilən şəxs un törətdiyi açaq talama cinayəti mağazanın işçisi F6 tərəfindən aşkar edildiyi, talanan kərə yağlarının mağazanın hüdudlarından kənara çıxarıldığı andan başa çatmış, bundan sonra baş verən hərəkətlər, yəni F6un təqsirləndirilən şəxsin arxasınca qaçaraq mağazadan 10-15 metr aralıda Təqsirləndirilən şəxs saxlamaq istəyərkən sonuncunun ona yetirdiyi sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yaxalanmaqdan xilas olmaq məqsədilə edilən hərəkətlərdir. İşin hallarındandan göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlcə gizli taladığı, bu talamanın mağazanın işçisi tərəfindən aşkar edildikd ən sonra talanmış yağları götürüb qaçdığı vaxt əldə etdiyi yağların üzərində istədiyi kimi sərəncam vermək üçün heç bir real imkanı olmamış, əksinə mağazanın əməkdaşı F6 təkidlə həm mağazanın içərisində, həmdə mağazanın çölündə Təqsirləndirilən şəxs götürdüyü həmin yağları yerinə qoymasını tələb etməklə onun arxasınca qaçmış, Təqsirləndirilən şəxs əmlakı, yəni yağları özündə saxlamış, talama hərəkətlərini davam etdirmək üçün F6u üzərində olan bıçaqla vurmuşdur. İşə baxan məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mahiyyəti düzgün qiymətləndirilməməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli əsassız olaraq tövsif edilmişdir. Eyni zamanda işə baxan məhkəmələr təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrini nəzərə almamış, onun məhkəmədəki ifadəsi əsas götürülərək ifadələrində olan ziddiyyət araşdırılmamışdır. Beləliklə, məhkəmə hadisənin yaranma səbəbini və bunun davamı kimi baş verən nəticənin səbəbli əlaqəsinə hüquqi qiymət verməyərək sadəcə olaraq hökmün əsaslılığını təsdiq etmək üçün Təqsirləndirilən şəxs onun yaxalanması üçün tədbir görən şəxsə qarşı sağlamlığı və həyatı üçün təhlükə yaradan zor tətbiq etdiyini, açıq sahədən talama zamanı təqsirləndirilən şəxsin taladığı əmlaka real sərəncam vermək hüququnun olmasına diqqəti yönəldərək, ittihamın iş üzrə bütün sübutların məcmusu halında gəldiyi nəticələri öz qısa fikirləri ilə şərh etməyə çalışaraq işin halları ilə uyğun gəlmədiyi halda, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini quldurluqdan qəsdən sağlamlığa yüngül zərər vurma və soyğunçuluğa t övsif etmiş, apellyasiya instansiya məhkəməsi isə bu əsassız mövqe ilə razılaşmışdır. Lakin məhkəmələr ittihamın CPM-nin 143-cü (sübutların toplanması), 144-cü (sübutların yoxlanması) və 145-ci (sübutların qiymətləndirilməsi) maddələrində göstərilən qaydalara uyğun olaraq topladığı və qiymətləndirdiyi sübutlara CPM-nin əsas prinsiplərindən sayılan ədalət mühakiməsinin obyektivliyinin təmin edilməsi baxımından yanaşmamaqla əsassız qənaətə gəlmişlər. Təqsirləndirilən şəxs cinayəti başa çatdırmaq, yəni taladığı əmlaka real sərəncam vermək imkanı olmamış, məhkəmələr isə bu hala obyektiv yanaşmamış və yalnız yetirilən xəsarətin dərəcəsi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gqlməyən əsassız yekun qərar qəbul etmişlər. Beləliklə, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 128 və 180.1-ci maddələri ilə tövsifinə dair gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərir. Hətta təqsirləndirilən şəxsin əməlinin tövsifi qanuni hesab edilsə belə hökmlə cinayət qanunu norması düzgün tətbiq olunmamışdır. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəz anı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs əməlinin tövsifini əsaslı hesab edən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmündə cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi zamanı istinad olunan Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqini həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz etməli olduğu halda, həmin Qanunundan irəli gələn dəyişiklikləri tətbiq etməmiş və bununla da cinayət qanunu norması düzgün tətbiq olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində quldurluq cinayətinin olmaması qənaətinə gələn hər iki məhkəmə instansiyası sübutları CPM-nin 144-145-ci maddələrində nəzərdə tutulmuş qaydada araşdırmamış, həmçinin cinayət qanunu n ormasını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, məhkuma təyin edilmiş cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən deyil 66.2-ci maddəsinə əsasən birləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfind ən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya protesti qismən təmin edilməlidir. Kassasiya protestinin dəlilləri məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 180.1 və 128-ci maddələrindən CM-nin 181.2.5-ci maddəsinə tövsif edilməsi, əməlin hüquqi tövsifi dəyişdirilmədiyi halda cəzaların CM-nin 66.2-ci maddəsi ilə birləşdirilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayət tərkibi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Daha sonra hökmdə göstərilir ki, cinayət hüquq ədəbiyyatında təqsirkarın əldə etdiyi əmlak üzərində real sərəncam vermək imkanı ilk növbədə əmlakın götürüldüyü yerdən (açıq və ya mühafi zə olunan sahə, qapalı bina və s.) və talanan əmlakın xüsusiyyətlərindən (dərhal istehlak edilə bilən və ya dərhal istehlak edilə bilməyən olması) asılı olaraq müəyyən edilir. Açıq sahədən talama zamanı təqsirkarın real sərəncam vermək imkanı götürmə anından yaranır. Mühafizə olunan və ya hüdudlanmış sahədən talama zamanı isə əmlak dərhal istehlak edilə bilməyən olduqda real sərəncam vermə imkanı əmlakın həmin sahənin hüdudlarından kənara çıxarıldığı andan yaranır. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış DVD diskdəki video görüntülərə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kərə yağlarını gizli yolla talayıb cibinə yığdıqdan sonra mağazada bir qədər gəzişmiş, bir qədər sonra marketdən çıxmaq istəyərkən mağazanın işçisi F6 ona yax ınlaşıb söhbət etmiş, daha sonra Təqsirləndirilən şəxs mağazanın hüdudlarından kənara, yəni mağazanın qapısının qarşısına çıxmış, F6 da onun arxasınca çölə çıxmış, onlar marketin çölündə dayanaraq söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs qaçaraq uzaqlaşmışdır. Hökmdə göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının müddəalarını rəhbər tutaraq, iş üzrə sübutların məcmusunu və işin faktiki hallarını hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs un cinayət əməli oğurluq kimi başlamış, əməli mağazanın işçisi tərəfindən aşkar edildiyi anda onun əməlində soyğunçuluq cinayətinin tərkibi yaranmış, Təqsirləndirilən şəxs ələ keçirdiyi yağl arı mağazanın hüdudlarından kənara çıxardığı anda isə soyğunçuluq cinayəti bitmiş, ibtidai istintaq orqanının iddia etdiyi kimi quldurluq cinayətinə keçid baş verməmişdir. Belə ki, iş üzrə dindirilmiş bütün şəxslərin ifadələri, həmçinin hadisənin videogörüntüləri ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs nə mağazanın hüdudları daxilində, nə də mağazanın qarşısında heç kəsə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməmiş, heç kəsə xəsarət yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsin əməli aşkar edildiyi anda, yəni mağazanın içərisində o, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edərək, ələ keçirilmiş əmlakı saxlamağa çalışsaydı, o zaman onun əməlini quldurluq kimi tövsif etmək üçün əsas yaranmış olardı. Lakin Təqsirləndirilən şəxs əməli aşkar edildi yi anda ələ keçirilmiş əmlakı saxlamaq üçün zərərçəkmiş şəxs F6un həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək imkanı olduğu halda, bunu etməmiş, mağazadan çıxmış, bir qədər mağazanın qarşısında dayandıqdan sonra oradan qaçaraq uzaqlaşmış, yalnız mağazadan 10-15 metr aralıda F6 tərəfindən yaxalanmaqdan qorxduğu üçün sonuncuya üzərindəki alətlə yüngül xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,Təqsirləndirilən şəxs əməlinin mağazanın işçisi F6 tərəfindən aşkar edildiyi və onun kərə yağlarını mağazanın hüdudlarından kənara çıxardığı vaxt törətdiyi cinayət əməli, yəni özgənin əmlakını açıq talama – soyğunçuluq cinayəti bitmiş, bundan sonra baş verən hərəkətlər – F6un onun arxasınca qaçaraq mağazadan 10-15 metr aralıda Təqsirləndirilən şəxs tutarkən son uncunun ona yetirdiyi sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət isə yaxalanmaqdan xilas olmaq məqsədilə edilən hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 15-ci bəndinə görə, oğurluq və soyğunçuluq cinayəti başa çatdıqdan sonra təqsirkar şəxs tərəfindən zərərçəkmişə, yaxud onun yaxalanması üçün tədbir görən şəxsə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı yaxalanmaqdan xilas olmaq məqsədilə onların sağlamlığı və ya həyatları üçün təhlükəli zorakılıq tətbiq edildiyi hallarda bu əməllər müvafiq olaraq oğurluq və ya soyğunçuluq, habelə şəxsiyyət əleyhinə və ya hakimiyyət nümayəndəsinə müqavimət göstərmə cinayətlərinin məcmusu üzrə tövsif edilməli dir. Nəhayət birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, işin bütün faktiki halları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs tamah motivi ilə hərəkət etsə də, onun niyyəti quldurluq cinayətinin törədilməsinə yönəlməmişdir. Bu hal özlüyündə cinayət tərkibinin elementi kimi birbaşa cinayətin tövsifində nəzərə alınmasa da, məhkəmənin gəldiyi nəticəni və həmin nəticəyə dair yaranmış daxili inamı möhkəmləndirən amillərdəndir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin dispozisiyasını düzgün şərh etmiş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 5-ci bəndindəki iza hları düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsi ndən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmələrin cinayət işi üzrə məhkumun cinayət əməlinin hüquqi tövsifi barədə gəldiyi nəticə işin obyektiv vəziyyətinə uyğundur. Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin dispozisiyasından müəyyən edilmişdir ki, maddənin dispozisiyasında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla edilən basqın silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi nəzərdə tutulmuşdur. Baxılan cinayət işinin materiallarından mü əyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirərkən kimsəyə qarşı sağlamlığı üçün təhlükəli olan, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə zorakılığa yol verməmişdir. Lakin, bundan sonra nəzarətçinin onun “Vestgold” markalı yağları götürdüyünü gördüyünü dərk etdikdən sonra əsas niyyəti hadisə yerindən qaçıb canını qurtarmaq olmuşdur. O, mağazanın ərazisini tərk etmiş və bundan sonra da qaçıb nəzarətçidən və özünün ifadəsində göstərdiyi kimi polisin gəlib onu təqib edəcəyindən qurtarmaq üçün bir qədər məsafə qət etdikdən sonra fiziki imkanları daha yüksək olan nəzarətçi onu tutub saxladığına görə ondan yaxasını qurtarmaq üçün ona qarşı üzərində olan silah kimi istifadə etdiyi alətdən istifadə dərək ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Təqsi rləndirilən şəxs əməli aşkar edildiyi anda ələ keçirilmiş əmlakı saxlamaq üçün zərərçəkmiş şəxs F6un həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək imkanı olduğu halda, bunu etməmiş, mağazadan çıxmış, bir qədər mağazanın qarşısında dayandıqdan sonra oradan qaçaraq uzaqlaşmış, yalnız mağazadan 10-15 metr aralıda F6 tərəfindən yaxalanmaqdan qorxduğu üçün sonuncuya üzərindəki alətlə yüngül xəsarət yetirmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs niyyəti oğurluq yolu ilə ələ keçirdiyi əmlakı özündə saxlamağa yönəlməmiş, nəzarətçinin təqibindən yaxa qurtarmaq niyyəti ilə zərər çəkmiş şəxsə yüngül xəsarət yetirmişdir. Bununla da o Azərbaycan Respublikası CM-nin 180.1 və 128-ci madələrinin dispozisiyasında təsbit edilmiş cinayətlərin əlamətlərinə uyğun gələn hərəkətlər etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifində səhvə yol verməmişlər. Ona görə də kassasiya protestinin bu barədə dəlilləri təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkuma təyin edilmiş cəzaları birləşdirərkən tətbiq olunmalı qanunu tətbiq etməmişlər. Ona görə də bu hissədə kassasiya protestinin dəlili təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası CM-nin 66.2-ci ma ddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəz a növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətlərin məcmusuna daxil olan Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi az ağır, 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən olduğundan, həmin maddələrlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları CM-nin 66.2-ci maddəsi ilə birləşdirilməlidir. Ona görə də cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyiş dirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkuma təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əssən qismən toplamaq yolu ilə birləşdirilsin. Qalan hissədə qərar dəyişdirilməsin, qalan hissədə kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-392/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-392/2019
02.04.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver