Məhkəmə qərarları › İş №1(102)-393/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-393/2020

08.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-393/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti ədliyyə müşaviri X9, Məhkum və onun müdafiəçisi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kərimov Novruz Ağakərim oğlu, hakimlər X1 və X5) Məhkum–xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olub ünvan 2 yaşamış, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 10 (on) ay 14 (on dörd) gün təyin edilmiş cəza müddətinə daxil olunmaqla onun tərəfindən çəkilməl icəzanın müddəti 6 (altı) il 1(bir) ay 16 (onaltı) gün müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən edillmişdir. İşin halları: Məhkum başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2016-cı il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, xarici dövlətdən gətirilmiş malları dövlət gömrük sərhədindən keçirilməsinin sənədləşd irilməsini həyata keçirəcəyini vəd verib aldatmaqla sonuncunun 50.000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: M.S.HÜseynov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, həmin maddələr ilə məhkuma 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum ümumilikdə həbsdə saxlandığı bir müddət ona təyin edilmiş cəzadan çı xılmaqla üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 26 (iyirmi alti) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə, o cümlədən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi və üzərində 02 (iki) il sınaq müddətinin müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya protestini təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı Azərba ycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsaslarla (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan həddindən artıq yüngül cəza təyin etdiyinə görə) ləğv edilərək cinayət işi yeni apelyasiya məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.N.Bayramov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmiş, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar M əhkum həmin hökmlə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan əməli CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmdən CM-nin 70-ci maddəsi ilə bağlı müddəalar xaric edilmiş, Məhkum həbsdə saxlandığı 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hazırkı qərarla təyin olunmuş ümumi cəzadan çıxılmaqla üzərində çəkməsi üçün 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiyaşikayətin indəlilləri: Məhkum kassasiya şikayətində himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş 50000 manat zərərdən 14500 manatının ödənilməsini, maddi imkanının zəif olduğu üçün qalan hissəsini isə hissə-hissə ödəmək istəməsini, əməlindən səmimi peşiman olmağını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib a şağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə b ilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi xahiş edilmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə şərti məhkumetmə təbiq edərkən Məhkum törətdiyi əməldən özünü qismən təqsirli bilib əməlindən peşiman olmasını, ailəli olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin bir qismini ödəməsini, digər hissəini ödəməyə vəd etməsini cəzanı yüngülləşdirən hallar k imi müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərarında məhkumun əməlindən peşiman olmasını təsdiq edən sübutların olmamasını, vurulmiş zərərin bir hissəini ödəməyə vəd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının qanunun tələbinə uyğun olmamasını göstərmişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi bu nəticələrlə razılaşmır. Məhkum cəzasını yüngülləşdirməyə əsas verən qanuni əsaslar müəyyən edilmişdir. Belə ki,kassasiya şikayətinə məhkəmə baxışı gedişində müdafiəçi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən yazıldığı müəyyən edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 saylı notarizt ofisinin xüsusi notariusu X12 tər əfindən notarial təsdiq edilmiş ərizədə göstərilmişdir ki, mən Zərərçəkmiş şəxs bildirirəm ki, mənim şikayətim əsasında Məhkum həbs edilib. Lakin bu günlərdə onun tərəfindən mənə dəymiş ziyan ödənildiyindən, onunla barışmışam və mənim ona qarşı heç bir şikayətim, tələbim və iddiam yoxdur. Odur ki, onun həbsdən azad edilməsini sizdən xahiş edirəm. Göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum əməlindən peşiman olmasını cəzanı yüngülləşdirən hal kimi düzgün qiymətləndirmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin məhkəmə iclasında vurulmiş zərərin qalan hissəini ödəyəcəyi barədə vədinə də əməl etmiş və vurulmuş zərəri kassasiya instansiya məhkəməsində şikayətinə baxılanadək cinayət nəticəsində vurulmmuş zərəri tamamilə aradan qaldırmış və zərərçəkmiş şəxslə də barışmışdır. Beləl iklə apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən həmin halların nəzərə alınmaması barədə gəldiyi nəticə əsassızlığı müəyyən edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müə yyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq X6 təyin olunmuş əsas azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Məhkum bir vəzifə olaraq tapşırılsın. Məhkumdavranışına nəzarət dai miyaşayış yeri üzrə Bərdə rayonuİcravə Probasiya Şöbəsinə tapşırılsın. Məhkum məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Məhkum cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından xaric edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar