Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-423/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Tumasov Vüqar Əjdər oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkə məsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.Ə.Tumasov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə) Məhkum, 12 avqust 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, CM-nin 240.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 240.1-ci maddəsi ilə 01 il (bir) 06 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Məhkum edilmiş və ona CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotorop maddə və güclü təsir edən maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 625,364 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 2,417 qram çəkidə ağ rəngli, kristal hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamini, təsir maddəsinin ümümi miqdarı 0,32 qram təşkil edən 1 ədəd “Methadone 40” göstəricilər olan dərman konvolyutunda 8 ədəd açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili metadon dərman preparatlarını satış məqsədi ilə əldə edib, daşıyaraq sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasında saxlamış, 08 iyun 2021-ci il tarixdə, saat 17:40-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin Pİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd üzərində “Al Market” yazıları olan sellofan torbada təmiz çəkisi 610 qram, 1 ədəd qızılı rəngli siqaret bükümündə təmiz çəkisi 0,032 qram, 4 ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,750 qr, 5,405 qr, 3,259 qr, 3,918 qram, ümumilikdə 625,364 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd sellofan və bir ədəd ağ rəngli kağız bükümdə, ümümilikdə isə 11 ədəd olan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qr, 0,423 qr, 0,359 qr, 0,352 qr, 0,355 qr, 0,082 qr, 0,080 qr, 0,093 qr, 0,081 qr, 0,092 qr, 0,090 qr ümumi təmiz şəkisi 2,417 qram külli miqdarda ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində ümumi miqdarı 0,32 qram çəkidə narkotik vasitə metadon maddəsi olan, üzərində “Methadone 40” markalanma yazısı həkk edilmiş konvalyutda, ümumilikdə 8 (səkkiz) ədəd qəhvəyi rəngli, dairəvi formalı, tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan metadon tərkibli dərman preparatları, 2 ədəd üzərində “Mydrax 0,5 %...10ml” göstəriciləri olan zavod üsulu ilə qablaşdırılmış eyni tərkibli dərman flakonlarındakı ümumi miqdarı 0,100 qram çəkidə güclü təsir edən maddə olan tropikamid aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Mustafazadə Ruslan Əsabəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 19 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 20 fevral 2023-cü il tarixdə Məhkum müdafiəçisi V.Ə.Tumasov a pellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək göstərilən qərarın ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, lakin Məhkum 12 iyun 2023-cü il tarixli ərizə ilə Ali Məhkəməyə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib həmin şikayətin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) onun ərizəsi təmin edilmiş və kassasiya şikayəti geri qaytarılaraq həmin şikayət üzrə icraata xitam verilmişdir. 29 sentyabr 2023-cü il tarixdə müdafiəçi V.Ə.Tumasov Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından yenidən kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkum cinayət təqibi zamanı verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi V.Ə.Tumasov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki, işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübu tlara düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həmin maddələrlə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Daha sonra müdafiəçi bildirir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanının gəldiyi nəticəyə əsasən belə hesab etmişdir ki, guya Məhkum 08 iyun 2021-ci il tarixdə saat 17:40 radələrində yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayonun ərazisində saxlanılaraq polis şöbəsinə aparılmış və orada onun üzərində olan çantada saxladığı külli miqdarda narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən videoçəkilişdən müəyyən olunur ki, Məhkum faktiki olaraq saat 12:30 radələrində tutulmuş və bu halı sonuncu ilə yanaşı həmçinin şahidlər X7, X18 və digərləri məhkəmədə verdikləri ifadələrində təsdiq etmişlər. Bundan əlavə, şahid X18 ifadəsində Məhkumun anası X2 xanımla birlikdə ofisdə olan müşahidə kamerası ilə çəkilmiş görüntülərə baxarkən Məhkum günorta vaxtı tutulmasını, həmin vaxt onun əlində ancaq telefon və pul qabı, qulağında isə qulaqcıq olduğunu, üzərində isə heç bir çanta olmadığını bildirmişdir. Sonradan həmin videogörüntülər qərəzli qaydada silinərək, ədalətin bərpa olunmasına mane olunmuşdur. Bundan başqa məhkəmə ic lası zamanı Məhkum hüquqlarını qoruyan müdafiəçi dəfələrlə vəsatət verərək onun əvvəl də Şahid3 adlı şəxslə tutulduğunu sübut etmək məqsədi ilə Şahid3, Şahid5 dindirilmələri, eyni zamanda Şahid5 Məhkumun anası ilə olan telefon danışığına dair səs yazısının sübut kimi qəbul edilib tədqiq edilməsi və bu yazıların işə əlavə olunması, onu saxlayan polis əməkdaşları Şahid1 (***-***-**-**), Şahid2 (***-***-**-**), Şahid3 (***-***-**-**) və Şahid4 (***-***-**-**) telefonlarının anten dairələrinin müəyyən edilməsi haqda vəsatətlər versədə məhkəmə qanunsuz olaraq həmin vəsatətləri təmin etməmişdir. Bundan əlavə, araşdırılmış sübutlarla Məhkum tutulduqdan sonra polis idrarəsinə gətirildiyi, bir müddət sonra evində axtarış aparılması üçün yaşadığı mənzilə aparıldığı, polis əməkdaşlarının qanunsuz ola raq onun şübhəli şəxs qismində tutulmadan bu istintaq hərəkətini aparmaları, eyni zamanda Məhkum hüquqlarının pozulması təsdiq olunur. Bundan başqa, Məhkum 08 iyun 2021-ci il tarixdə saat 12:30 radələrində tutulsa da, ona müdafiəçi yalnız saat 18 radələrində təqdim olunmuş, bu müddət ərzində o, polis əməkdaşlarının nəzarəti altında olmuş, nəticə etibarı ilə iş üzrə müəyyən edilmiş digər pozuntularla yanaşı həmçinin Məhkum müdafiə hüququnun da pozulmasına yol verilmişdir. Kassasiya şikayətində göstərdiyi bu dəlillərə əsaslanaraq müdafiəçi V.Ə.Tumasov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı həmçinin Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasın a baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi V.Ə.Tumasovun kassasiya şikayətinin məzmunundan isə görünür ki, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham və təqsirli bilindiyi cinayət əməlini törətməsi sübuta yetirilməmiş, buna baxmayaraq o, heç bir cinayət törətmədiyi halda qanusuz və əsassız olaraq məhkum olunmuş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş və onların qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi V.Ə.Tumasov apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması barədə tələbini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416. 1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə.; 416.1.11. məhk əmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi V.Ə.Tumasovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və y a onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin di gər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası mə hkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I h issəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təq sirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunver icilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəmə yə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnı z törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləş dirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respu blikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gə tirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsi rli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəf inin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ ol mayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın s übut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-c u maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzə rdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili ina mına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - mə hkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 34 9.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə b iləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olu b-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı mü xtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin y erli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və q ərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələ rini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-c i il tarixli Qərarına görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bütün təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müdafiəçi V.Ə.Tumasov öz kassasiya şikayətində Məhkum təqsirsiz olduğunu iddia edərkən əsasən ona istinad etmişdir ki, hazırki iş üzrə həm təhqiqat, həm də ibtidai araşdırma kobud qanun pozuntuları ilə, o cümlədən sonuncunun müdafiə hüququnun pozulması ilə aparılmış, onun təqsirsizliyinə dəlalət edən sübutlar məhkəmələr tərəfindən araşdırılmamış, iş üzrə həqiqətin müəyyən edilməsi üçün müdafiə tərəfinin qaldırdığı əhəmiyyətli vəsatətlər təmin olunmamış, araşdırılmış sübutlara düzgün qiymət verilməmiş, nəticədə isə hüquqlarını müdafiə etdiyi şəxs əsassız və qanunsuz olaraq məhkum edilm işdir. Bu dəlillərə inandırıcı şəkildə cavab verilməsi üçün cinayət işinin materiallarını tam həcmdə öyrənən məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən həmin iş materiallarından görünür ki, bu iş üzrə Məhkum qarşı CM-nin 240.1 və 234.4.3-cü maddələri ittihamın irəli sürülməsinə, sonradan isə onun həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalarına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı məhkum olunmuş şəxsin müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına, o cümlədən onun lehinə və əleyhinə ifadələr vemriş şahidlərin dindirilməsinin təmin edilməsinə nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmam ış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Belə ki, kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 08 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 raportla həmin idarənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatına əsasən Məhkum qanunsuz olaraq narkotik vasitə saxlaması, satması və istifadə etməsini bildirərək həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün Məhkum ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, 08 iyun 2021-ci il tarixdə Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, lakin həmin qərar da Məhkum ifşa olunması məqsədilə hansı əməliyyat axtarış-tədbirlərinin keçirilməsi dəqiq göstərilməmiş, bunun zərurliyini isə əməliyyat müvəkkili hər hansı şəkildə əsaslandırmamışdır. Halbuki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin II və III hissələrinə əsasən, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalı, bu Qanunun 10-cu maddəsinin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapm alıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyrimümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə. Göründüyü kimi, həmin norma və təhlil edilən Qanunun digər normalarının tələbləri onu ehtiva edir ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsaslandırılmaqla yanaşı həmçinin həmin qərarda hansı üsullarla və hansı tədbirlərin keçiriləcəyi, bunun gözlənilən nəticələri dəqiq göstərilməlidir. Bu çatışmazlıqlara baxmayaraq Sumqayıt Şəhər Polis İdarəsi rəisinin 08 iyun 2021ci il tarixli 733-123-21 saylı əmri ilə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Məhkum Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, lakin Şahid3 bu haqda raportunda bunun saat 17.55-də, başqa prosessual sənədlərdə isə saat 17.40-da baş verməsi göstərilmişdir. İş materiallarından görünür ki, məhkəmələr bu hala diqqət yetirməmiş və Məhkum polis əməkdaşları tərəfindən faktiki saxlanıldığı vaxtın dəqiq müəyyən edilməsi üçün heç bir araşdırma aparmamışlar. Hərçənd ki, Məhkum birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında verdiyi ifadələrində dəfələrlə göstərmişdir ki, o, 08 iyun 20 21-ci il tarixdə polis əməkdaşları tərəfindən saat 12:00-12:30 radələrində saxlanılmış və onun bu ifadələri iş üzrə dindirilmiş şahidlərin də ifadələri ilə təsdiq edilmişdir. Əvvəla, qeyd olunmalıdır ki, cinayət işinin maiteriallarına əsasən, Məhkum şübhəli şəxs qismində 08 iyun 2021-ci il tarixdə tutulsa da, onun şübhəli şəxs qismində hüquq və vəzifələri barədə yazılı bildirişin təhqiqatçı tərəfindən ona təqdim olunması və şübhəli şəxsə ona hüquq və vəzifələrinin izah edilməsi haqqında protokollar təhqiqat şöbəsində qeydiyyatdan keçirilməmiş və buna görə ona şübhəli şəxsin hüquq və vəzifələrinin həqiqətən də tutulduğu anda izah edilməsi məhkəmə kollegiyasında şübhə doğurur. Bu qənaət həmçinin onunla təsdiq olunur ki, Məhkum üzərinə şəxsi axtarışın aparılması əks olunan videgörüntülərlə də müəyyən edilir ki, təhqiqatçı tərəfindən ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi haqqında bildiriş tutulduqdan dərhal sonra deyil, məhz həmin istintaq hərəkətinin aparılması zamanı təqdim edilmişdir. CPM-nin 90.7.2-ci maddəsinin tələbinə görə isə, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. CPM-nin 125.2.4-cü maddəsinə əsasən, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmi ş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, ilkin təhqiqat zamanı tərtib edilmiş 08 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə (bu sənədlərin də heç biri qanuna müvafiq qaydada qeydiyyatdan keçirilməmişdir) Məhkum tutulması 08 iyun 2021-ci il tarixdə saat 18:40-dan 18:55-dək həyata keçirilmiş, onun üzərində şəxsi axtarış isə həmin tarixdə saat 18:11-dən 18:30-dək, yəni tutulmamışdan əvvəl aparılmışdır. Lakin, kassasiya şikayətinə baxılmazdan əvvəl cinayət işinin materiallarının öyrənilməsi ilə yanaşı həmin işə əlavə edilmiş Məhkum üzərinə şəxsi axtarışı özündə əks etdirən videogörüntü də təqdiq edilərkən müəyyən edilmişdir ki, bu istintaq hərəkəti aparılan xidməti otaqda işlək vəziyyətdə olan divar saatı var və həmin saatda vaxt 11:20 radələrini göstərir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında bu hal həmin videogörüntüyə istinad edilməklə qeyd olunsa da, həmin hal üzrə də heç bir araşdırma aparılmamış, araşdırmanın nəticəsi olaraq buna qiymət verilməli zəruri olsa da məhkəmə bu hərəkətlərin edilməsindən imtina etmiş, Məhkum isə məhkəmə iclaslarında verdiyi ifadələrində dəfələrlə göstərmişdir ki, əslində onun üzərində şəxsi axtarışın keçirilməsinə dair videoçəkiliş iki dəfə aparılmış və işdə olan videogörüntülər (CD diskə yazılmış) həmin çəkilişin tutulduğu 08 iyun 2021-ci il tarixdə deyil, növbəti gün aparılmasını əks etdirir. Məhkəmələr tərəfindən bu ziddiyyətli məqam a da aydınlıq gətirmələri iş materiallarından görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutulmazdan əvvəl və ya bundan xeyli vaxt sonra deyil, məhz tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini daşımışdır və hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4, hər birisi ayrı-ayrılıqda Məhkum saxlanıldığı, yəni faktiki tutulduğu yerdə üzərində dərhal şəxsi axtarışın aparılmamasını hər hansı şəkildə izah etməmiş, məhkəmələr isə bu məsələyə də heç bir aydınlıq gətirməmişlər. Təhlil edilən məsələ ilə bağlı məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28- ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə mə hkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. Bununla da bağlı Məhkum ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclaslarında bildirmişdir ki, həqiqətdə o, polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanılarkən onun üzərində içərisində narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr yerləşdirilmiş heç bir çanta olmamış və həmin yerdə onun üzərinə şəx si axtarışın aparılması əhəmiyyətsiz idi, çünki həmin çanta ona Polis İdarəsində polis əməkdaşları tərəfindən verilərək ona qarşı irəli sürülmüş itthamda istinad olunan miqdarlarda qeyd edilən əşyaların ona məxsus olması barədə izahat və ifadələr verilməsi tələb olunmuş, bundan əvvəl isə o, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalmış, bunun nəticəsində ona xəsarətlər yetirilmiş və həmin xəsarətlərin yetirilməsi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına qəbul edilərkən müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə bir ziddiyyətlərin fövqündə Məhkum əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və iş üzrə təhqiqatın aparılması zamanı fiziki zorakılığa, işgəncələrə və şərəf və ləyaqətini alçaldan rəftara məruz qalıb-qalmamasının yoxlanılması labüd olmasına baxmayaraq məhkəmələr müdafiə tərəfinin bu barədə iddiası üzrə heç bir araşdırma aparmamış, faktla bağlı məlumatlı şəxsləri müəyyən edilib dindirməmiş, onun saxlanılarkən və bundan əvvəl sağlamlıq vəziyyəti müqayisə edilməmiş, bunun üçün 03 saylı İstintaq Təcridxanasında məhkumun adına tərtib edilmiş şəxs işi və tibb kitabçası əldə edilməyərək tədqiq olunmamış, məhkumun istintaq təcridxanasına qəbul olunarkən onun bədəni üzərində həqiqətən hər hansı xəsarətlərin aşkar edilib-edilməməsi yoxlanılmamışdır. Bu məsələ ilə bağlı məhkəmələr yalnız iş materiallarına əlavə edilmiş, Sumqayıt şəhər prokurorunun köməkçisi X26 tərəfindən 15 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanaraq Məhkum ilkin araşdırma zamanı işgəncələrə və onun ş ərəf və ləyaqətini alçaldan digər hərəkətlərə məruz qalmaması barədə nəticəyə gəlmişlər. Lakin bu zaman məhkəmələr nəzərə almamışlar ki, Məhkum təhlil edilən məsələ ilə bağlı şikayəti üzrə araşdırma zamanı sonuncunun izahatı ilə yanaşı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, yəni onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarından yalnız bir nəfərin – Xin izahatı alınmış, bu araşdırma üzrə məhkəmətibbi ekspertizası hadisədən 06 ay sonra keçirilmiş və 15 dekabr 2021-ci il tarixli qərarın müəllifi həmin ekspertizanın 06 yanvar 2022-ci il tarixli 06 saylı rəyinə, yəni qərar qəbul olunduqdan sonra verilmiş rəyə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu hallar Məhkum və onun müdafiəçilərinin iddiaları üzrə məhkum olunmuş şəxsin həqiqətə hazırki iş üzrə təhqiqat zamanı işgəncələrə, qeyri-insani və onun şərəf və ləyaqətini alçaldan digər hərəkətlərə məruz qalıb-qalmaması kimi halın məhz məhkəmə iclaslarında yoxlanılmasını zəruri etmişdir ona görə ki, bu halın müəyyən edilməsi həmin vaxt əldə edilmiş sübutların da qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallarının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin aşağıdakı tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin III hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. CPM-nin 125.2.2-ci maddəsinin tələbinə görə, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaları n cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-c ü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsm tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransa ya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir...Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokuroroluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə id dialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə 08 iyun 2021-ci il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar 09 iyun 2021-ci il tarixli 123-22411 saylı məktubla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, CPM-nin 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq isə 08 iyun 2021-ci il tarixli 123-22412 saylı məktubla Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəməyə ünvanlanmış məktubdan görünür ki, onun göndərmə tarixində “09” rəqəmi gözlə görünən şəkildə “08” rəqəminə dəyişdirilmiş, həmin məktub isə prokurora göndərilən məktub 123-22411 nömrəsi i lə qeydiyyata alındıqdan sonra 12322412 nömrəsi qeydiyyatdan keçirilmişdir. Bu saxtakarlığın müəyyən edilməsi o, qədər də xüsusi əhəmiyyət kəsb etməsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, məhkəməyə göndərilmiş məktuba istər əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 08 iyun 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas olmuş məlumatlar, istərsə də göstərilən qərar əsasında hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən müvafiq prosessual və qeyri-prosessual sənədlər qərara əlavə olunmamış, yəni məhkəməyə təqdim edilməmiş, Sumqayıt Şəhər Məhkəməsi isə (hakim X19) qərarın hər hansı şəkildə əsaslandırılmamasına, keçirilmiş əməliyyataxtarış tədbirlərinin qərarda göstərilməməsinə nəzər yetirməyərək və faktiki olaraq bunlarla bağlı heç bir araşdırma aparmadan qərarın qanuna uyğun olması barədə 14 iyun 2021-ci il tarixli qərarlar qəbul etmişdir. Eyni zamanda həmin qərarın məzmunundan görünür ki, məhkəmə bu qərarda 08 iyun 2021-ci il tarixli qərarının qanuniliyinin yoxlanılması haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılmasını və nəticədə həmin təqdimatın təmin edilməsini göstərsə də, belə təqdimatın məhkəməyə göndərilməsi, habelə ilkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdə əksini tapmış hallar barədə məlumatların məhkəmə tərəfindən hansı mənbədən əldə olunması iş materialları ilə müəyyən edilmir. Halbuki, məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərara sa dəcə prosessul sənəd kimi baxmaq, heç bir araşdırma aparmadan onun qanuna uyğun olması və aparılmış tədbirlər nəticəsində əldə edilmiş sübutların qanunuliyi barədə (bu haqda məhkəmənin 12 iyun 2021-ci il tarixli qərarında heç nə göstərilməmişdir) nəticəyə gəlmək həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, həm də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirini n aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə mü əyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəz i müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 ma y 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. CPM-nin 137-ci maddəsinə əsasən isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təhqiqat zamanı üzərinə şəxsi axtarış və götürmə aparılarkən 08 iyun 2021-ci il tarixdə verdiyi izahatında, təhqiqat və ibtidai araşdırma zamanı müdafiəçisi X10 iştirakı ilə 09 iyun 2021-ci il tarixdə şübhəli şəxs, 10 iyun 2021-ci il tarix də isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini etiraf edərək üzərindəki qara rəngli çantada yerləşdirilmiş narkotik vasitələri və psixotrop maddəni “Maqa” adlı şəxsdən Bakı şəhərində Yasamal rayonunun ərazisində əldə etdiyini və sonradan sonuncunun göstərişinə əsasən müəyyən yerlərə aparıb yerləşdirməli olmasını, bunun müqabilində sonuncudan pul alacağını, polis əməkdaşları tərəfindən 08 iyun 2021ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında saxlanılarkən həmin çantanın üzərində olmasını etiraf etsə də, ibtidai araşdımanın sonrakı mərhələsində digər müdafiəçisi S.Ə.Mustafazadənin iştirakı ilə, habelə məhkəmə iclasılarında ona elan olunmuş i ttiham üzrə təqsirli bilməmiş, əvvəllər verdiyi ifadələri inkar etmiş və göstərmişdir ki, o, 08 iyun 2021-ci il tarixdə saat təxminən 12:00-12:30 radələrində yaşadığı evin yerləşdiyi məhəllədə olan mağazadan siqaret alıb çölə çıxan zaman polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt onun üzərində narkotik vasitə və ellektron tərəzi olmamasına baxmayaraq polis əməkdaşları onu saxladıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. Polis İdarəsində olduğu zaman polis əməkdaşları özünə aid olmayan və içərisində narkotik vasitələr, psixotrop maddələr və elektron tərəzi olan qara rəngli çantanı ona verib ailəsi və onun üçün problem yaradılacağı ilə hədələyərək sənədləri imzalamağını tələb etmişlər, o, da məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dediklərini etmiş, sonradan isə fi ziki zorakılığa məruz qaldığından etirafedici izahat və ifadələr verməyə məcbur olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, polis əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı məhkəməyə məlumat verməmiş, lakin polis idarəsində döyülməsi nəticəsində başından və bədən nahiyəsindən aldığı xəsarətlər 3 saylı İstintaq Təcridxanasına qəbul edilərkən qeydə alınmışdır. Məhkum həmçinin qeyd etmişdir ki, o, 08 iyun 2021-ci il tarixdən əvvəl də soyadını bilmədiyi Şahid3 adlı şəxslə birlikdə tutulmuş, həmin vaxt da polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə tutulduğunu bildirmiş, lakin sonradan buraxılmış və bunun müqabilində ondan 3000 manat məbləğində pul verməsi tələb olunmuşdur. Lakin onun bu məbləğdə pulu olmadığına görə o, bu tələbi yerinə ye tirə bilməmişdir və hesab edir ki, 08 iyun 2021-ci il tarixdə məhz bu səbəbdən, yəni polis əməkdaşlarına onların tələb etdiyi pulu vermədiyinə görə tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Halbuki o, narkotik vasitələrdən istifadə etsə də, həmin vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, “Maqa” adlı şəxsi tanımır, ondan və ya digər şəxsdən yayılması üçün belə vasitələri və maddələri almamışdır. Bundan başqa, məhkum olunmuş şəxs onu da qeyd etmişdir ki, əvvəla o, saxlanılarkən onun üzərində bir mobil telefon olmuş, polis idarəsinə aparıldıqdan sonra polis əməkdaşları onu yaşadığı mənzilə gətirərək orada qansuz axtarış aparmış, həmin vaxt mənzildən onun ikinci telefon aparatı və kassada topladığı təxminən 70 manat pulu da götürmüş, sonradan isə o, polis idarəsinə, oradan Bakı şəhərinin Yasamal rayonuna aparılmış, daha sonra isə yenə polis idarəsinə qaytarılmışdır. Buna görə, videoçəkiliş aparılan zaman artıq onun üzərində iki telefon aparatının olması qeydə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai aradırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum bu ifadələrini sübut növü kimi qəbul etməkdən imtina etmiş, onun elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən isə məhkum olunmuş şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrinə, habelə onun tutulmasında və Sumqayıt Polis İdarəsinə gətirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyun 2021-ci il tarixli protokola, məhkəmə ekspertizalarının rəylər inə əsaslanmışlar. Lakin həmin materiallardan həmçinin görünən odur ki, işə məhkəmələrdə baxılarkən Məhkum 08 iyun 2021-ci il tarixdə saat 17 radələrində deyil, saat 12:30 radələrində yaşadığı evin yanında polis əməkdaşları tərəfindən saxlanılmasına, həmin vaxt üzərində qara rəngli çantanın olmamasına dair bir sıra sübutlar əldə edilsə də, məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında bu sübutların qəbuledilməzliyini hər hansı şəkildə əsaslandırmamış və yekun olaraq ibtidai araşdırma orqanının gəldiyi nəticələrlə razılaşmışlar. Əvvəla iş materiallarına görə, 10 iyun 2021-ci il tarixdən başlayaraq Məhkum hüquqlarını müdafiə edən vəkil R.Ə.Mustafazadə 17 və 24 iyun 2021-ci il tarixlərdə müvafiq vəsatətlərlə ibtidai araşdırma orqanına müraciət edərək təqsirləndirilən şəxsin poli s əməkdaşları tərəfindən saxlanılması vaxtının dəqiq müəyyən edilməsi məqsədilə (vəsatətlərdə Məhkum saat 12.30 radələrində saxlanılması iddia olunmuşdur) Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yerləşən "xxxx" MTK-nın binasında və həmin binada fəaliyyət göstərən markedə quraşdırılmış videokameraların yaddaş qurğularının götürülməsini, həmin yaddaş qurğularına baxış keçirilməsini, habelə Məhkum məxsus mobil telefonların anten dairələrinə dair məlumatların əldə edilməsini xahiş etmişdir. Müdafiəçinin bu vəsatətləri müstəntiqin müvafiq qərarları ilə təmin olunsa da onun tərəfindən yalnız hal şahidlərinin iştirakları, lakin müdafiəçinin və Məhkum iştirakları olmadan 17 və 24 iyun 2021-ci il tarixlərdə "xxxx" MTK-nın Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində yerləşən binasının və həmin binada fəaliyyət göstərən marketin müşahidə kameralarına baxış keçirilmiş, bu istintaq hərəkətinin aparılması nəticəsində 08 iyun 2021-ci il tarixə aid olan hər hansı görüntü aşkar edilməmiş və bu haqda tərtib olunmuş protokollara görə, bunun səbəbi videogörüntülərin 48 saat müddətində saxlanılması və bundan sonra silinməsi ilə əlaqədar olmuşdur. Lakin, cinayət işinin materialları, o cümlədən Məhkum anası X2 həmin materiallara əlavə edilmiş çoxsaylı şikayət ərizələri və həmin ərizələrə əlavə edilmiş elektron məlumat daşıyıcılarına (fleş-kartlara və CD disklərə) yazılmış telefon danışıqları, habelə sonuncunun məhkəmə iclaslarında verdiyi ifadələri öyrənilərkən müəyyən edilmişdir ki, sonuncu oğlu Məhkumun 08 iyun 2021-ci il tarixdə naməlum şəraitdə və vaxtda itkin düşməsindən naraha t olaraq bu haqda DİN-nin 102 xidmətinə məlumat vermiş, eyni zamanda oğlu haqqında hər hansı məlumat almaqdan ötrü yaşadığı binanın həyətində mühafizəçi işləyən Yaqub adlı şəxsə müraciət etmiş, sonuncu da Məhkumun polis əməkdaşları tərəfindən saxlanılıb özləri ilə aparılmasını bildirərək bununla bağlı binanda quraşdırılmış videkameraların görüntülərinə baxmağı məsləhət görmüşdür. Buna görə o, yaşadığı binada yerləşən ofisə gedərək orada işləyən X18dan və X7dən binanın videokameraları ilə çəkilmiş videogörüntülərin ona göstərilməsini xahiş etmiş, onlar buna etiraz etməmiş və birlikdə həmin görüntülərə baxarkən müəyyən etmişdir ki, oğlu Məhkum 08 iyun 2021-ci il tarixdə saat 12:30 radələrində (bu vaxt videogörüntələrdə əksini tapmışdır) Məhkum marketə girib qısa müddətdən sonra oradan çıxdıq da iki nəfər polis əməkdaşı onu arxadan tutub qara rəngli “Mercedes” markalı avtomaşına mindirərək özləri ilə aparmış, lakin həmin vaxt onun əlində və ya üzərində heç bir çanta olmamışdır. Bu görüntülərə iki dəfə baxdıqdan sonra o, həmin görüntüləri öz mobil telefonuna yazmış, lakin həmin vaxt X7 kiməsə zəng edib danışdıqdan sonra görüntüləri telefonundan silməsini tələb etmiş və həmin görüntüləri vəkillə birlikdə gəlib əldə edə bilməsini bildirmişdir. Lakin sonradan oğlunun müdafiəçisi bununla bağlı istintaq orqanına müraciət etsə də, müstəntiq ona görüntülərin silindiyini bildirmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Məhkum binanın sakini kimi tanıyır. Bina Sumqayıt şəhəri, 1 -ci mkr., S.Vurğun küçəsində yerləşir və həmin binada 8 ədəd müşahidə kameraları quraşdırılmışdır. O, 08 iyun 2021-ci il tarixdə Məhkum hansı şəraitdə və hansı vaxtda tutulmasını görməsə də, onun anası X2nın xahişinə əsasə onunla birlikdə videokameralar tərəfindən aparılmış videogörüntülərə birlikdə baxarkən, 08 iyun 2021-ci il tarixdə gündüz saatlarında Məhkumun marketdən çıxdıqda polis əməkdaşları tərəfindən saxlanıldığı və avtomaşına otuzduraraq özləri ilə aparılmasını müşahidə etmişlər. Bu vaxt Məhkumun əlində hansısa əşyaların olmasına diqqət yetirməmiş, müşahidə kameralarının yaddaş qurğusuna heç kim müdaxilə etməmişdir. Eyni ilə müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X18 məzmunca X7in ifadələrinə uyğun olan ifadələr vermiş və əlavə olaraq gö stərmişdir ki, hələ Məhkum tutulmazdan bir neçə gün əvvəl polis əməkdaşları binaya gələrək həmin binada quraşdırılmış videokameralara baxmış, lakin bunun hansı məqsədlə etdikləri ona məlum olmamışdır. Kameralarla çəkilmiş görüntülərə baxarkən isə müəyyən olunmuşdur ki, Məhkum polis əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixdə günorta saatlarında tutulmuş, bundan əvvəl Məhkum blokdan çıxıb dükana girmiş, sonra çıxdıqda polis əməkdaşları qolundan tutub maşına otuzdurmuşlar. Həmin vaxt onun Məhkumun əlində telefon və pul qabı olmuşdur. Göründüyü kimi, Məhkum polis əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixdə məhz günorta saatlarında saxlanılmasını və bu vaxt üzərində hər hansı çantanını olmamasını X2 ilə yanaşı həmçinin şahid X18 da təsdiq etmişdir. Lakin, məhkəmələr tərəfindən qəbu l edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr həm hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında adları yuxarıda göstərilən şahidlərin ifadələrini çox səthi şəkildə təsvir etməklə kifayətlənmiş, bu ifadələrin sübut kimi qəbuledilməzliyini hər hansı şəkildə əsaslandırmamış, onların istinad etdikləri videogörüntülərin nə vaxt və kim tərəfindən silinməsini aydınlaşdırmamış, həmin görüntülər silindikdən sonra X2nın X7lə apardıqları telefon danışıqları üzrə heç bir araşdırma aparmamış (həmin danışıqlar X2nın şikayət ərizələrinə əlavə edilmiş elektron məlumat daşıyıcılarında yazılmışdır) və eyni zamanda nəzərə almamışlar ki, bu daşıyıcılarla yanaşı X2 öz şikayət ərizələrinə həmçinin binada quraşdırılmış kameraların yaddaş qurğusuna texniki müayinənin nəticələrinə dai r sənəd də əlavə etmişdir. Həmin sənədə görə isə, müayinə üçün təqdim olunmuş yaddaş qurğusunda olmuş, lakin silinmiş videogörüntülərin bərpası mümkün deyil. Bundan əlavə, video-qeydiyyat aparatının qeydlərində hər hansı videogörüntülərin yazılmasından sonra sərt diskin instalizasiya edilməsi müşahidə olunmuşdur. Məhkəmə kolegiyası hesab edir ki, göstərilən sənəddə təsvir edilən halların yoxlanılması üçün mütəxəssis dəvət edilməklə 08 iyun 2021-ci il tarixdə aparılmış videoçəkilişlər üzrə videogörüntülərin hər hansı şəxs tərəfindən və ya avtomatlaşdırılmış şəkildə silinməsi mümkünlüyünün yoxlanılması zəruri olmuşdur ona görə ki, yalnız bundan sonra həm şahidlər X2nın, X7in və X18un ifadələrinə, habelə müstəntiq tərəfindən keçirilmiş baxış istintaq hərəkətlərinə və bu istintaq hərəkətlərini n aparılmasına dair onun tərtib etdiyi 17 və 24 iyun 2021-ci il tarixli protokollara qiymət verilə bilər (şahid X18 öz ifadələrində qeyd etmişdir ki, 08 iyun 2021-ci il tarixdən sonra polis əməkdaşları binaya gəlməmişlər). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrin həqiliyinin yoxlanılması üçün müdafiə tərəfinin vəsatətinə əsasən onun istifadəsində olmuş mobil telefonların anten dairəsinə dair məlumatlar əldə edilsə də, bu məlumatların yalnız bir qismi apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş, bu tədqiqat nəticəsində müəyyən edilmiş hallar məhkəmənin qərarında təsvir edilmiş və məhkəmə öz mülahizələrinə əsasən belə nəticəyə gəlmişdir ki, əldə olunmuş məlumatlarla Məhkum ifadələri təkzib edilir. Lakin məhkəmə kollegiyası hesab edir ki, belə nəticəyə gəlmək üçün telefon operatorlarından daxil olmuş məlumatlar ətraflı şəkildə yoxlanılmalı, zərurət yarandığı halda həmin operatorların nümayəndələri də dindirilməli, əldə olunmuş sübutlara və telefonların anten dair dairələrinə uyğun olaraq Məhkum 08 iyun 2021-ci il tarixdə saat 12.30-dan sonrakı vaxtlarda hansı ərazilərdə olması dəqiq müəyyən edilməlidir. Ən nəhayət, məhkəmə kollegiyası iş üzrə məhkəmə araşdırmalarının natamam aparılması haqqında qənaəti ilə bağlı aşağıda göstərilənlərə müraciət etməyi vacib sayır. Belə ki, ibtidai araşdırma materiallırndan görünür ki, 11 iyun 2021-ci il tarixdə iş üzrə naməlum şəraitdə işə şahid qismində cəlb edilmiş Şahid5 dindirilərkən göstərmişdir ki, o, 2021-ci ilin iyun ayının əvvəllərində narkotik vasitələrin və psixotr op maddələrin satışı ilə məşğul olan Məhkum müraciət edərək ondan özünün istifadəsi üçün 7 manat müqabilində 1 bükümdə psixotrop maddə olan metamfetamin almış, lakin bundan sonra onunla əlaqə saxlamamışdır. Şahid5 Məhkum qarşı verdiyi və sonuncunun əməllərini ifşa etdiyi bu ifadələrinə əsasən o, ittiham aktında şahid qismində məhkəməyə dəvət edilməli olan şəxslərin siyahısında göstərilsə də və müdafiə tərəfi məhkəmə iclaslarında onun məhkəmədə dindirilməsi barədə dəfələrlə vəsatətlər qaldırsa da, məhkəmələr tərəfindən bu vəsatətlər təmin olunmamış, hətta işə birinci instansiya məhkəməsində baxılarkən onun nəinki dindirilməsindən, hətta ibtidai araşdırma zamanı verdiyi ifadələrinin elan edilməsindən imtina olunmuş, sonradan isə müdafiə tərəfinin təkidi ilə şahidin yuxarıda göstərilən ifadəl əri elan edilmiş, lakin nə həmin iclasda, nə də apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bu ifadələr üzrə heç bir araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, təsvir olunanlar onunla nəticələnmişdir ki, Məhkum ona qarşı ifadələr vermiş həmin şahidi dindirmək hüququ təmin edilməmiş, nəticədə isə həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiysının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin, həm də CPM-nin 19.4.5-ci maddəsinin tələbləri pozulmuş, digər tərəfdən isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri nəzərə alınmamışdır. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu ş ahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. CPM-nin 19.4.5-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndində nəzərdə tutulmuş hüquqa həsr olunmuş bir çox Qərarlarında, o cümlədən “Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı iş” üzrə 15 dekabr 2011-ci il tarixli, “Matisına Rusiyaya qarşı iş” üzrə 27 mart 2014-cü il tarixli, “Scholer Almaniyaya qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Əfənd iyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Yevgeniy İvanov Rusiyaya qarşı iş” üzrə 25 aprel 2013-cü il tarixli Qərarlarda bütövlükdə məhkəmə prosesinin “ədalətli məhkəmə araşdırması” standartına uyğun olub-olmamasının müəyyən edilməsi baxımından təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüququna əməl olunmasının xüsusi əhəməyyət kəsb etdiyini vurğulamış və bir sıra işlərdə, o cümlədən “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli Qərarda məhkəmənin ibtidai istintaqda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməməsinin həqiqi səbəblərini (bunu istisna edən halların gerçəkdən də olub- olmamasını) araşdırmadan, məhkəmə iclasında iştirakını təmin etmək üçün kifayət qədər və səmərəl i tədbirlər görmədən onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin elan edilməsi ilə kifayətlənməsini və həmin sübuta ittihamı təsdiq edən material kimi məhkəmə qərarlarında istinad edilməsini Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsinə görə, ilk növbədə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməsini gercəkdən də istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi hər hansı səbəblə bağlı olursa-olsun işə baxan məhkəmə şahidin məhkəmə iclasında iştirakının təmin edi lməsi üçün kifayət qədər səy göstərməlidir (“Yevgeniy İvanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərar). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 10-cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun... Həmin Qərarın 12-ci bəndinə görə, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının m ümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329cu maddələri ilə yanaşı Avropa Məhkəməsinin Qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin də nəzərə alınması vacibdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (AlKhawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011- ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. Qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir (Hazı rki iş üzrə şahid Xin məhkəmə iclasında iştirak etməməsinin qaçılmaz olduğunu göstərən hallar, digər tərəfdən isə məhkəmənin onun iştirakının təminedilməsi lazımi səylər göstərməsi iş materialları ilə müəyyən edilmir). İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” Qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya e dilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırı lması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-nin 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ib tidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət işinin materialları öyrənilərkən X2nın öz şikayət ərizələrinə əlavə etdiyi elektron məlumat daşıyıcılarında Şahid5 h əmin daşıyıcalara yazılmış videomüraciəti də aşkar edilmişdir. Həmin müraciətində isə Şahid5 bildirir ki, 08 iyun 2021-ci il tarixdə o, istədiyi yerə taksi ilə getmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı Məhkum zəng etmiş və onu dediyi yerə aparmasını xahiş etmişdir. Lakin, Məhkum gözləsə də, o, gəlmədiyindən, lazım olan yerə başqa taksi ilə getmişdir. Bundan bir qədər o, polis bölməsinə çağırılmış və oraya gəldikdə tanımadığı polis əməkdaşları onun üzərini yoxladıqdan sonra ona Məhkumla əlbir olmasını bildirmiş və məsuliyyətə cəlb olunmaması üçün ondan 5000 manat məbləğində pul verməyi tələb etmişlər. O, bu qədər pulu olmadığına görə qardaşından 300 ABŞ doları və 100 manat pulu götürərək növbəti gün polis bölməsinə getmiş və həmin pulu tanımadığı polis əməkdaşına verdikdən sonra bilmədiyi məzmunda tərtib edilmiş sənədləri imzalayaraq oradan getmişdir. Şahid5 həmçinin qeyd etmişdir ki, əvvəllər Məhkum ilə onun arasında heç bir alış-veriş olmamış və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını görməmiş və bilməmiş, videogörüntünü isə heç bir təsir və ya təzyiq olmadan yazmışdır ki, həmin videogörüntü məhkəmədə araşdırılsın. Göründüyü kimi, yuxarıda göstərilənlərlə yanaşı təsvir edilmiş videomüraciət də Şahid5 onun göstərdiyi bütün hallar üzrə məhz məhkəmə iclasında dindirilməsini zəruri etmiş, lakin məhkəmələr bu zərurətdən irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişlər. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırki cinayət işi üzrə məhkəmələrdə baxılarkən məhkumun müdafiəçisi iş üzrə həqiqətin müəyyən e dilməsi üçün çəkişmə prinsipinə uyğun olaraq üçün bir sıra vəsatətlər qaldıraraq məhkəmələrdən həmin vəsatətlərin təmin edilməsini xahiş etsə (həmin vəsatətlər məhkəmə iclas protokoluna əlavə edilmişdir), bu vəsatətlərin yalnız bir qismi təmin olunmuş, digərlərin rədd edilməsinin səbəbləri isə lazımi şəkildə əsaslandırılmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı zamanı vəsatətlər və xahişlər cinayət prosesi iştirakçılarının, habelə cinayət prosesində iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. CPM-nin 121-ci maddəsinin tələbinə əsasən vəsatət və ya xahişlərə onların verilməsindən bilavasitə sonra baxılmalı və onun təmin və ya rədd edilməsi barədə qərar qəbul edilməlidir. CPM-nin 121.2-ci maddəsində təsbit edilmişdir ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məq sədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsinə görə isə, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət p rosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-nin 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Beləliklə, göründ üyü kimi məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılması milli qanunvericiliklə yanaşı Avropa Məhkəməsinin qərarlarında da əks etdirilmişdir. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diqqət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümk ün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (“Fərzəliyev Azərbaycana qarşı” iş üzrə 25 may 2020-ci il tarixli Qərarı, § 35). İş materiallarından görünür ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu dövrdə də məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatətlər üzrə ətraflı məhkəmə araşdırmasının həyata keçirilməsindən imtina etmiş, yuxarıda göstərilən qanun pozuntularına isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, CPM-nin 397.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apardığı təhlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulm ası ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq ed ilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Lakin hazırki qərarın “Hüquqi məsələlər” hissəsində ətraflı şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmazdan əvvəl buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı araşdırmadığından, bununla bağlı müdafiə tərəfinin qaldırdığı vəsatətlər üzrə müvafiq qərarlar qəbul edərkən həmin qərarları lazımi şəkildə əsaslandırmadığından, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, ibtidai araşdırma zamanı məhkum olunmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına diqqət yetirmədiyindən, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işi üzr icraata hər hansı əsasla xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkü n deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Ə.Tumasovun, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin mad dədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 4 19.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-423/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-423/2024
13.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver