Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-437/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X11 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli q ərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Aqil Musayev (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Nizami Quliyevdən ibarət tərkibdə) 1(099)-10/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1971-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Biləsuvar rayonu “İsmətli” Sudan İstifadə edənlər Birliyində mövsümi tarla agenti işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 42.1.4-cü maddəsinə əsasən CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 234.4.1, 234.4.3, 228.4 və 315.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri i lə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 315.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 44.2.1-ci maddəsinə əsasən CM-in 228.4-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmiş, CM-in 69.3cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hök münə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 2013-cü ilin avqust ayının əvvəllərində Biləsuvar şəhərində ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda narkotik vasitə olan tiryəkin (bundan sonra – tiryək) satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş mənbədən üzərində “Gharghavol” yazısı olan düyü torbasına üç ədəd bağlamada qoyulmuş, ayrı- ayrılıqda təmiz çəkiləri 995,00 qram, 985,00 qram və 1005,00 qram, ümumi təmiz çəkisi 2985,00 qram olmaqla külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış, xx xxxxxx 2013-cü il tarixdə idarə etdiyi “QAZ-24” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq Biləsuvar şəhəri, Zəhmət küçəsində əldə etdikləri razılığa uyğun olaraq cinayətkar qrupun üzvü olan X1 üçün vermiş, saat 22:45 radələrində sonuncu həmin narkotik vasitəni “VAZ-2107” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Biləsuvar şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin (bundan sonra – “Lukoil” YDM) qarşısına daşıyıb həmin ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirinə “Mehman” adı ilə şərti alıcı kimi cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük X5 Baş İdarəsinin Əməliyyat İdarəsinin (bundan sonra – DGK GHQMBİƏİ) əməkdaşı olmuş X2 istəyərkən saxlanılmışdır. Həmin tədbirin davamı olaraq Məhkum X12 ilə qabaq cadan əldə etdikləri razılığa uyğun olaraq, xx xxxxxx 2013-cü il tarixdə saat 00:15 radələrində sonuncudan verdiyi həmin tiryəkin satışından əldə edəcəyi pulu təhvil almaq məqsədilə Biləsuvar şəhəri, Zəhmət küçəsində idarə etdiyi “QAZ-24” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözlədiyi müəyyən edildiyinə görə DGK GHQMBİƏİ-nin əməkdaşları olmuş X10, X8 və X6 göstərilən yerə gəlmiş, özlərini təqdim edib Məhkum şübhəli şəxs qismində saxlamaq istəyərkən sonuncu üzərində gəzdirdiyi iri tiyəli bıçaqla hakimiyyət nümayəndəsi hesab edilən X10, X8 və X4 göstərilən xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar zor tətbiq etməklə müqavimət göstərmiş və oradan qaçmağa nail olmuşdur. Bundan başqa, Məhkum ibtidai istintaq orqanına məlum olmayan tarixdə və mənbədən qanunsuz olara q əldə etdiyi kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən ümumi təyinatlı bir ədəd ov bıçağını xx xxxxxx 2013-cü il tarixdə idarə etdiyi “QAZ-24” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, ön oturacağın üzərində gəzdirmişdir. Həmin bıçaq xx xxxxxx 2013-cü il tarixdə göstərilən avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)203/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Z.Qasımov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apell yasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kasasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilərini Məhkum vəkili Müdafiəçi onunla əsaslandırır ki, istintaqın və məhkəmənin gəldiyi nəticə yanlışdır və işdə olan sübutlarla tam təkzib olunduğundan sübut növü kimi istifadə edilə bilməz və qeyri qanuni yolla əldə edildiyindən sübut növü kimi istifadə edilə bilmədiyindən Məhkum əməlində cinayət tərkibi olmadığından haqqında bəraət hökmü qəbul edilməlidir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini cə nab R.Usubovun vəsatətin təmin edilməməsi barədə həmin qərarda göstərilmişdir ki, X9 CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilsə də, ona istintaqın yekununda həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş, lakin Bılıt Babayevə elan edilmiş ittihamlarda onun konkret olaraq Məhkum ilə qabaqcadan əlbir olub bir qrup halında cinayət törətməsinə dair hər hansı bir xüsusat göstərilməmişdir. Buna baxmayaraq Məhkum CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda onun bu əməlləri Bılıt Babayev və istintaqa məlum olmayan digər şəxslərlə əlbir olduğu göstərilmişdir. Bundan başqa Məhkum elan edilmiş ittihamda xx.xx.2013-cü il tarixdə Bılıt Babayevin üzərində tutulmuş narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tə rəfindən İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə respublika ərazisinə gətirildiyi göstərilsə də, istintaq zamanı Bılıt Babayevin xx xxxxxx 2013-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 2985 qram olan tiryəkin Məhkum və digəri tərəfindən respublika ərazisinə qaçaqmalçılıq yolu ilə keçirildiyi sübuta yetirilməmişdir, (yəni bu barədə qanuni qüvvəsini almış Bılıt Babayev barəsində hökm mövcuddur). Eyni zamanda istintaq zamanı Məhkum üzərində hər hansı miqdarda narkotik vasitənin aşkar edilmədiyi, sadəcə olaraq Bılıt Babayevin üzərində aşkar edilmiş narkotik vasitələri Məhkum aldığı müəyyən edilsə də, sonuncu iş üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində həmin xüsusatları təkzib edərək Bılıt Babayevi avtomobil ustası kimi tanıdığını, hadisə günü onunla bu məqsədlə g örüşdüyünü göstərmiş, lakin ifadələrin mahiyyəti arasında kəskin təzadın yaranmasına baxmayaraq onlar arasında üzləşdirilmə keçirilməmiş, həmin hadisə zamanı Məhkum görmüş sürücü Emil Məmmədovla tanınma istintaq hərəkəti aparılmamış, onlar arasında üzləşdirmə keçirilməmişdir. Yəni baş Prokurorun müavini cənab R.Usubov istintaq orqanı qarşısında işdəki çatışmamazlıqları, yəni sübutların kifayət qədər olmamasını izah edərək heç olmasa göstəriş verərək qeyd edilən qüsurların aradan qalmasını tapşırmışdır. Ancaq istintaq orqanı demək olar ki, həmin tapşırıqların heç birinə əməl etməmiş, təkcə X20 Abbaso\u üzləşdirməklə kifayətlənmişdir ki, həmin üzləşmədə də Bılıt Məhkum heç vaxt narkotik almadığını, yəni XXXın ona hər hansı bir narkotik maddəni satmaq üçün vermədiyini bildirmişdir. Bundan baş qa həmin qərarda sürücü Emil Məmmədovu dəvət edərək tanınma istintaq hərəkətinin keçirilməsi və eyni zamanda Emil ilə XXXın üzləşdirilməsi göstəriş olaraq verilsə də, həmin istintaq hərəkətləri də edilməmiş, yalnız Emil Məmmədovun ölkə ərazisində olmaması barədə bir arayışın alınıb işə tikilməsi ilə kifayətlənilmişdir. Hansı ki, həmin şəxsin dəvət edilib dindirilməsi, tanınma və üzləşdirilməsi zəruri olmuşdur. Belə ki, Emil Məmmədovun iş vərəqə 29 da olan xx xxxxxx 2019-cu il tarixli izahatından görünür ki, həmin izahatda XXX adlı şəxsin adı ümumiyyətlə yoxdur. Həmin izahatdan o da məlum olur ki, həmin şahid Emil Məmmədov heç bir xarici dövlətdə deyil, məhz Azərbaycan Respublikası ərazisində olmuşdur. X22 Məhkumla aralarında tanınma keçirilsəydi onun həmin şəxs olmadığım, eləcə də araların da üzləşmə keçirilsəydi Bılıtın narkotik vasitəni aldığı şəxsin Məhkum olmadığını bildirəcəkdi. Bundan başqa iş üzrə şahid qismində olan Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi rəisinin müavini X10, həmin idarənin digər əməkdaşları Ceyhun Fərzəliyev və Rahil İskəndərov xx xxxxxxxx 2013-cü il tarixli ifadələrində göstərmişlər ki, əməkdaşları olduğu idarəyə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin Biləsuvar şəhər sakini X12 tərəfindən ölkə ərazisində realizə olunacağı, Bılıt Babayevin həmin narkotik vasitələri satmaq üçün müştəri axtardığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Ancaq adları qeyd edilən şəxslərin məhkəmədə zərərcəkmiş şəxs qismində verdikləri ifadələrində isə başqa cür ifadə vermişlər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü əsassız və qeyri qanuni olmasına baxmayaraq Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs Məhkum hakimin qeyri qanuni hərəkətlərinə etiraz etməsinə görə ona vaxt verilməsini tələb etsə də, hakim X17 öz səlahiyyətlərini aşaraq təqsirləndirilən şəxsin hüquqlarını pozaraq əsassız qəbul edilmiş hökmü və işin mühüm xüsusiyyətlərini araşdırmaq istəməyərək, tələsik məhkəmənin yekun qərarını qəbul etmişdir,. Eyni zamanda möhtərəm məhkəmə kollegiyası məhkəmə təqsirləndirilən şəxsin razılığı olmadan ilkin məhkəmə baxışı xx xxxx 2020-ci il tarixdə baxaraq işin mahiyyəti üzrə baxılmasını qeyri müəyyən müddətə təxirə salmışdır. Şirvan Apellyasiya Məhkəməsi xx xxx 2020-ci il tarixdə işi məhkəmə baxışına təyin edib baxarkən, təqsirləndirilən şəxsin vəkil tutmaq və müdafiə olunmaq hüququnu pozaraq təyinat üzrə vəkil verməklə, işi tez və tələsik yekunlaşdırmışdır. İstər ilkin məhkəmə baxışı zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum müdafiə hüququnu pozaraq onun müdafiə olunmasına imkan verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından göründüyü kimi iş üzrə qəbul edilmiş ittiham hökmündə ittihamın tam, hərtərəfli, obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutlar tədqiqindən əsassız imtina etməklə şəxsin heç bir əsas olmadan məhkum edilməsinə şərait yaratmışdır. Beləliklə də, Məhkum haqqında cinayət tərkibini əlaməti olmadan qəbul edilmiş ittiham hökmünün qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işin m ateriallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 228.4 və 315.1-ci maddələr ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum təqsirsiz olması əsası ilə əlaqədar barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsi ilə yanaşı, iş üzrə digər təqsirləndirilən şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətinin digər dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. İş materialından görünür ki, Məhkum 2013-cü ilin avqust ayının əvvəllərində Biləsuvar şəhərində ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə k ülli miqdarda narkotik vasitə olan tiryəkin (bundan sonra – tiryək) satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş mənbədən üzərində “Gharghavol” yazısı olan düyü torbasına üç ədəd bağlamada qoyulmuş, ayrı- ayrılıqda təmiz çəkiləri 995,00 qram, 985,00 qram və 1005,00 qram, ümumi təmiz çəkisi 2985,00 qram olmaqla külli miqdar təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkisatış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış, xx xxxxxx 2013-cü il tarixdə idarə etdiyi “QAZ-24” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq Biləsuvar şəhəri, Zəhmət küçəsində əldə etdikləri razılığa uyğ un olaraq cinayətkar qrupun üzvü olan X1 üçün vermiş, saat 22:45 radələrində sonuncu həmin narkotik vasitəni “VAZ-2107” markalı, **RC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Biləsuvar şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin (bundan sonra – “Lukoil” YDM) qarşısına daşıyıb həmin ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirinə “Mehman” adı ilə şərti alıcı kimi cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük X5 Baş İdarəsinin Əməliyyat İdarəsinin (bundan sonra – DGK GHQMBİƏİ) əməkdaşı olmuş X2 istəyərkən saxlanılmışdır. Həmin tədbirin davamı olaraq Məhkum X12 ilə qabaqcadan əldə etdikləri razılığa uyğun olaraq, xx xxxxxx 2013-cü il tarixdə saat 00:15 radələrində sonuncudan verdiyi həmin tiryəkin satışından əldə edəcəyi pulu təhvil almaq məqsədilə Biləsuvar şəhəri, Zəhmət küçəsində idarə etdiyi “QAZ-24” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözlədiyi müəyyən edildiyinə görə DGK GHQMBİƏİ-nin əməkdaşları olmuş X10, X8 və X6 göstərilən yerə gəlmiş, özlərini təqdim edib Məhkum şübhəli şəxs qismində saxlamaq istəyərkən sonuncu üzərində gəzdirdiyi iri tiyəli bıçaqla hakimiyyət nümayəndəsi hesab edilən X10, X8 və X4 göstərilən xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar zor tətbiq etməklə müqavimət göstərmiş və oradan qaçmağa nail olmuşdur. Bundan başqa, Məhkum ibtidai istintaq orqanına məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən ümumi təyinatlı bir ədəd ov bıçağını xx xxxxxx 2013-cü il tarixdə idarə etdiyi “QAZ-24” markalı, **-EK-*** dövlət qeydiyyat ni şanlı avtomobilin salonunda, ön oturacağın üzərində gəzdirmişdir. Həmin bıçaq xx xxxxxx 2013-cü il tarixdə göstərilən avtomobilə keçirilmiş baxış zamanı aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edi lərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən əməliyyat tədbirləri Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparılmış, Məhkum razılığı əsasında onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi müvafiq protokolla rəsmiləşdirilmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yo l verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum Əliyev Əflatun Səfər oğlunun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağır olmasıdır. İşdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının yüngülləşdirilməsi və yaxud ona həbslə b ağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti edilməsi
Məhkəmə qərarları › İş №1(102)-437/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-437/2021
17.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver