Məhkəmə qərarları › İş №1(102)-452/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-452/2025

17.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-452/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X15 oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Bakı şəhəri Xəzəru Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarın dan Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-33/2024 saylı, 12 fevral 2024-cü il tarixli (sədrlik edən X7) hökmü ilə xx xxxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, cinayət törədilən vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında fakti ki yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə y etirməsi, Məhkum üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş hüquqi hüquqi şəxsə dəymiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat maddi ziyanın tamamilə ödənilməsinin nəzərə alınması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X3, hakimlər: X2 və X1 ibarət tərkibdə) 18 aprel 2024-cü il tarixli, 1(103)-827/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər i Xəzər Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 27 fevral 2019-cu il tarixli, 100/219Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəis müavini, 10 yanvar 2022-ci il tarixli, 100/026Ş nömrəli əmrlə həmin tarixdən xx.xx.2022-ci il tarixədək qeyd olunan idarənin Əməliyyat Şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinin balansında olmaqla xx.xx.2020-ci il tarixli aktla xidməti istifadə üçün ona təhvil verilmiş minik tipli, “Hyundai Sonata” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd ********** nömrəli yanacaq kartını əmək məzuniyyətində olduğu tarixlərdə təhvil verməyərək xx.xx.2020-ci il tarixli 1900/572E nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətd ə, xidməti istifadəsində olan və idarə etdiyi digər nəqliyyat vasitələrinə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 417,5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixli 1900/434E nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 274,8 (iki yüz yetmiş dörd manat səksən qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixli 1900/549E nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 529,2 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat dəyərində, xx.xx.2022-ci il t arixli 1900/263E nömrəli əmrlə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllədə yerləşən 6 nömrəli yanacaqdoldurma məntəqəsindən 56 manat dəyərində olmaqla cəmi 613,8 (altı yüz on üç manat səksən qəpik) manat dəyərində ümumilikdə xx.xx.2020xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə qeyd edilən qaydada 1835,3 (bir min səkkiz yüz otuz beş manat otuz qəpik) manat dəyərində yanacağı şəxsi məqsədləri üçün istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus ümumilikdə 1835,3 (bir min səkkiz yüz otuz beş mana t otuz qəpik) manat dəyərində əmlakı vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməklə talamışdır. Bundan başqa, Məhkum həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 1900/031 nömrəli sərəncamı ilə təsdiq edilmiş Əsasnaməsinə əsasən şöbənin inspektorlarının iclaslarını keçirmək, şöbə inspektorları arasında vəzifə bölgüsünü aparmaq, qanunvericilikdə cinayət sayılan hüquqazidd əməlləri törətmiş və törətməyə hazırlıq görən şəxsləri aşkar etmək məqsədi ilə, həmçinin digər dövlətlərin səlahiyyətli orqanlarının sorğusu ilə və baş idarə rəisini n razılığı əsasında öz səlahiyyəti daxilində əməliyyat axtarış fəaliyyətini həyata keçirtmək, əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması barədə baş idarə və idarə rəisinə təkliflər vermək, şöbə inspektorlarının normativ aktlara, o cümlədən gömrük işini tənzimləyən əmr, əsasnamə və texnoloji sxemlərin tələblərinə əməl etmələrinə nəzarət etmək, baş idarə və idarə rəhbərliyinin əmr və göstərişlərinin şöbə inspektorları tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, şöbənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması üçün lazimi tədbirlər görmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz q ulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, gömrük hüquq pozmalarına qarşı mübarizə aparmalı, gömrük hüquqpozmalarının icraatı zamanı qanunvericiliyə riayət edilməsini təmin etməli, gömrük hüquqpozmaları törətmiş şəxsləri aşkar etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirməklə qanunamüvafiq qaydada araşdırma aparılmasını təmin etməli olduğu halda, şöbənin əməliyyat müvəkkilləri X10 və Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X8 aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 həmin tarixdə Moskva-Bakı aviareysi ilə gələn istintaqla müəyyən edilməmiş şəxslər vasitəsilə, eləcə də istintaqla şəxsiyyətləri müəyyən olunmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının gömr ük sərhədindən gömrük nəzarətindən kənar bəyan etməməklə istintaqla dəqiq müəyyən olunmayan müddətdə gətirilmiş hər birində 10 qutu olmaqla 11 blok “Marlboro Flip-Top Box”, hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets gold selection” markalı siqaretlər, 03 ədəd üzərində “X4 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri olan ümumi dəyəri 1521 manat təşkil edən malları xx.xx.2022-ci il tarixədək qeyd edilən ünvanda yerləşən xidməti otağında saxlayıb həmin m allar üzrə hər hansı bir rəsmiləşdirmə aparılmasını təmin etməməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük işini təşkili və inkişafı, gömrük işinə dair qanunvericilik aktlarının pozulması hallarının qarşısının alması və müvafiq araşdırmalar aparması, eləcə də malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki, apellyasiya instansiya məhkəməsi iş üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə bağlı əməlində cinayət tərkib i olmaması ilə əlaqədar işin aşağıda qeyd olunan hallarını nəzərə almamışdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərarında hüquqlarımi müdafia etdiyim Məhkum tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5 308.1-ci maddəsində nezerde tutulmuş cinayəti törətməkdə təqsirli olması sübuta yetirilməmiş, onun həmin əməli törətməsini təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmiş, apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verilməmiş, 19 səhifəlik və Azərbaycan Respublikasının adından çıxarılmış hökmdə yalnız apellyasiya şikayətinin mətni, birinci instansiya məhkəməsində proses iştirakçılarının verdikləri ifadələrin mətni, tədqiq olunmuş sənədlər, müxtəlif qanunvericilik normalarının mətnləri göstərilmiş. apellyasiya şikayətinin dəlillərində göstərilə n və Məhkum əməlində cinayət tərtkibi olmaması ilə bağlı arqumentlərə ümumiyyətlə toxunulmamış və həmin fakt və sübutlar təkzib edilməmiş, buna baxmayaraq Məhkum guya həmin əməlin törədilməsində təqsirinin sübuta yetirildiyi qənaətinə gəlindiyi göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdən yayınmaqla əslində Məhkum əməlində cinayət tərkibi olmadığını dolayısı ilə təsdiq etmişdir. Çünki əgər apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırsaydı və həmin dəlillərə hüquqi qiymət versəydi birmənalı olaraq Məhkum əməlində cinayət tərkibi olmadığı barədə hökm çıxarmalı idi. Qeyd edirəm ki, hüquqlarını müdafiə etdiyim Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nezerpe tutulmuş cinayətin tərkib i olmadığı halda onun barəsində ittiham hökmü çıxarılması qanunsuz və əsassız olmaqla, Məhkum cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməsinin əsas və səbəbi olaraq - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin şöbəsinin əməliyyat müvəkkilləri X10 və Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X8 aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 həmin tarixdə Moskva-Bakr aviareysi ilə gələn istintaqla müəyyən edilməmiş şəxslər vasitəsilə, eləcə də istintaqla şəxsiy yətləri müəyyən olunmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar bəyan etməməklə istintaqla dəqiq müəyyən olunmayan müddətdə gətirilmiş hər birində 10 qutu olmaqla 11 blok "Marlboro Flip-Top Box", hər birində 10 qutu olmaqla 2 blok "Heets green zing" markalı, hər birində 10 qutu olmaqla 2 blok "Heets turquoise selection" markalı, içərisində 10 qutu olmaqla 1 blok "Heets summer breeze" markalı, hər birində 10 qutu olmaqla 2 blok "Heets gold selection" markalı siqaretlər, 03 ədəd üzərində "X4 Gel" yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində "mikro Gen İml" yazılmış dərman preparatları və 14 ədəd üzərində "Fautest Amnio" yazılmış gigiyenik qadın bezləri olan ümumi dəyəri 1521 manat təşkil edən malları xx.xx.2022-ci il tarixədək qeyd edilən ünvanda yerləşən xidməti otağında saxlayıb həmin mallar üzrə hər hansı bir rəsmiləşdirmə aparılmasını təmin etməməsi olmuşdur. İbtidai istintaq orqaı gömrük nəzarətindən kənar bəyan edilməməklə ölkəyə gətirilmiş və ümumi dəyəri 1521 manat olan həmin malların xx.xx.2022-ci il tarixdon xx.xx.2022-ci il tarixədək Məhkum xidməti otağında olan seyfdə saxlaılması ilə bağlı Məhkum hərəkətlərini vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə əməli kimi qiymətləndirib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləs inin 308.1-ci maddəsi ilə ittiham elan etsə da. Məhkum həmin malları öz xidməti otağında saxlamaqda məqsədinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək olmasını, bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmasını təsdiq edən heç bir sübutu iş materiallarına əlavə etməmiş və onun həmin əməli törətməkdə təqsirli olmasını sübuta yetirən konkret hansısa sübut və ya sübutlara istinad etməmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasının məzmunundan göründüyü kimi əməlin həmin maddədə nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməsi üçün vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçünc ü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi olmalı, həmin məqsədə uyğun olaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməli və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməli, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmalıdır. Məhz həmin hərəkətlərin mövcudluğu sübuta yetirildikdə qeyd olunan madpepe nəzərdə tutulan cinayət tərkibi yaranmış olur. Hazırkı iş üzrə verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı Məhkum tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin şöbəsinin əməliyyat müvəkkilləri X10 və Şahid2 tərəfi ndən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X8 aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 həmin tarixdə Moskva-Bakı aviareysi ilə gələn istintaqla müəyyən edilməmiş şəxslər vasitəsilə, eləcə də istintaqla şəxsiyyətləri müəyyən olunmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar bəyan etməməklə istintaqla dəqiq müəyyən olunmayan müddətdə gətirilmiş ümumi dəyəri 1521 manat təşkil edən malları xx.xx.2022-ci il tarixədək öz xidməti otağında saxlamaqda məqsədinin xidməti vəzifələrinin ierası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək olması və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması sübuta yetirilməmişdir. Ona görə də hesab edirik ki, Məhkum CM-in 308.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Hüquqi məsələlər: Müdafiəçinin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, E.H.Mirzıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətini törətməməsini, onun əməlində bu cinayətin tərkib əlamətlərinin olmamasını, buna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində qanunsuz və əsassız yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi nin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüd udlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkə məsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiya sı məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilər kən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayətprosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə ba xan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlı qlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəf indən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsi rləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin ə sassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yo xdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictim ai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiy ası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifə li şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsu liyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməli dir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətpro sessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmaması nı, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini təl əb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxla nılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli v ə obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktl arı araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş zərər çəkmiş şəxsləri və şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməllərinin CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə t əqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib edildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini qəbuledilməz sayaraq belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilmir. Bütün yuxarıda təsvir edilənlər dən çıxış edərək məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür və eyni zamanda həmin qərarın istər cəza təyini hissəsində, istərsə də başqa hissələrdə dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Zəminə Əliyevanın və kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi1 çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı həmin şikayətə mü nasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar