Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-465/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlu və Məhkum müdafiəçisi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, e vli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.4, 66.2, 69.3-cü maddələri tətbiq edilməklə 2 il 6 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1825/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: A.Ə.A.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli hökmünə əsasən Məhkum təyin edilmiş 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası tam birləşdirməklə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 25 mart 2023-cü il tarixd ən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-511/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1ci maddələri ilə məhkum edilməsinə dair 20 dekabr 2023-cü il tarixli, 1(101)-1825/2023 nömrəli hökmü onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 1(101)-1825/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının və hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının qismən toplanmaq yolu ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli hökmünə əsasən Məhkum təyin edilmiş 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün hissəsinin Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasına tam birləşdirməklə, Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, hökmün apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əmi” təxəllüslü şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,032 qram, 1,493 qram, 0,336 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 5,986 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 4 ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 2,400 qram, 6,565 qram, 3,0 qram, 1,150 qram olmaqla ümumi təmiz çəkisi 13,115 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 7 (yeddi) ədəd kapsulda güclü təsir edən «preqabalin» təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan «preqabalin» tərkibli dərman preparatlarını əldə edib, daşıyaraq üzərində saxlamış, 25 mart 2023- cü il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan sol çiynindən asdığı kiçik ölçülü qara rəngli çantanın içindən külli miqdarda, 4 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,032 qram, 1,493 qram, 0,336 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 5,986 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,400 qram, 6,565 qram, 3,0 qram, 1,150 qram olmaqla ümumi təmiz çəkisi 13,11 5 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və konvalyutun içərisində 7 (yeddi) ədəd üzərində “P300” yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulda güclü təsir edən «preqabalin» təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan «preqabalin» tərkibli dərman preparatları aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kollegiyasının qənaətin ə görə, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə heroini və marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən onun miqdarının külli miqdarda və məqsədinin və niyyətinin satış olmasını mötəbər sübutlar əsasında müəyyən etməmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, birinci intansiya zamanı isə ifadəsində üzərində olan heroinin miqdarının 0,5 qram, apellyasiya icraatı zamanı isə 1 qrama yaxın olduğunu, satışı ilə məşğul olmadığını, həmin vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. O, eyni zamanda həm narkotik vasitələri, həm də «preqabalin» tərkibli dərman preparatlarını şəxsi isti fadəsi üçün saxladığını bildirmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının gəldiyi nəticə nəinki tədqiq edilmiş sübutlar və iş materialları, heç təqsirləndirilən şəxsin ifadələri ilə də uyğunluq təşkil etmir. Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan qərarında narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməməsinə dair, yəni ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Həmçinin apellyasiya məhkəməsi məhkumun apellyasiya baxışında verdiyi ifadəsində üzərində yalnız 1 qram heroin olduğunu əsas götürmüş, lakin «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda məhkumdan daha çox miqdarda eyni tərkibli narkotik vasitənin götürülməsinə aydınlıq verməmişdir. Eyni zamanda, maddi sübut kimi də 1 qram miqdarında narkotik vasitə olan heroin müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 4 ədəd bükümdəki təmiz çəkiləri-4,032 qram, 1,493 qram, 0,336 qram, 0,125 qram, ümumi təmiz çəkisi - 5,986 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik - heroindir. Məhkəmə kollegiyası isə qərarda bu maddi sübuta heç bir qiymət verməmiş, 5,986 qram narkotik vasitə ilə bağlı araşdırma aparılması üçün hər hansı tədbir nəzərdə tutmamış, həmin narkotik vasitəyə görə kiminsə məsuliyyət daşımalı olması məsələsini açıq qoymuşdur. Həmçinin məhkəmə kollegiyası hansı səbəbdən Məhkum üzərində aşkar olunan 7 ədəd üzərində “P300” yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsuld a güclü təsir edən “preqabalin” tərkibli dərman preparatlarının satış məqsədilə əldə edib saxlanması ilə razılaşsa da, sonuncunun eyni vaxtda, eyni yerdə üzərindən aşkar olunan narkotik vasitələrin satış məqsədi olmadan əldə etməsi qənaətinə gəlməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymə tləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Məmmədli Rəşad Təvəkkül oğlu kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi çıxış edərək, kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından onun təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlər inə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrind ə nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü m addəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, təqsirləndirilən şəxs Məhkum həmin cinayət əməlinə aidiyyətı və təqsirliliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırmaya qiymət verilməsini zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamı cinayət işinin materialları ilə əlaqəli araşdıraraq qeyd etmişdir ki, cinayət işində olan 25 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda Məhkum üzərində aşkar olunan narkotik vasitə olan heroinin və marixuanın miqdarı: bükümlər çəkildikdə heroinə bənzər maddənin 8 (səkkiz) qram, marixuanaya bənzər maddənin isə 37 (otuz yeddi) qram olmasının müəyyən edilməsi kimi qeyd olunmuşdur. Lakin Məhkum elan edilmiş ittihamda və 25 mart 2023-cü il tarixli 6/1715 nömrəli məhkəmə-kimyəvi ekspertizasına təqdim olunmuş heroinin ümumi təmiz çəkisi – 5,986 qram, 25 mart 2023-cü il tarixli 7/420 nömrəli məhkəmə-bioloji ekspertizasına t əqdim olunmuş marixuanın ümumi çəkisi 13,115 qram kimi qeyd olunmuşdur. Bükümlərin paketlərinin (qablaşdırmasının) çəkisi də nəzərə alınsa belə, Məhkum elan edilmiş ittihamda və ekspertlərə təqdim olunmuş narkotik vasitə olan heroin və marixuananın miqdarının şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilən miqdardan ciddi, çox əhəmiyyətli dərəcədə fərqlənməsi (marixuananın miqdarında demək olar ki 3 dəfə çox, heroinin miqdarında isə külli miqdardan artıq miqdarda) məhkəmə kollegiyasında Məhkum üzərində aşkar olunmuş narkotik maddələrin miqdarları ilə bağlı şübhələr doğurmuşdur. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində həlledici rol oynayır. Göründüyü kimi yuxarıda göstərilən hallar apellyasiya kollegiyasında şübhə doğurmuşdur ki, bu da Məhkum xeyr inə təfsir edilmiş, Məhkum üzərində aşkar olunmuş narkotik vasitələrin miqdarının onun özünün apellyasiya baxışı mərhələsində etiraf etdiyi miqdarda, yəni 1 qram heroin, 10 qram qurudulmuş marixuana və 7 (yeddi) ədəd kapsulda «preqabalin» maddəsi miqdarında qəbul edilmiş və buna müvafiq olaraq onun əməli tövsif edilmişdir, yəni qeyd olunan hərəkətləri ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası tərəfindən Məhkum əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsində ilkin istinad mənbəyi məhkumun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökm ü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadələrini elan etməklə tədqiq etmiş, məhkumun ittiham edildiyi “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,986 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 13,115 qram olan çətənə (kannabis) bitkisindən kus tar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması” epizodu ilə bağlı onun məhkəmə iclası zamanı verdiyi ifadəsi ilə əlaqədar şahidlər Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı X8, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin eksperti X2 əlavə şahid qismində cəlb edərək, ifadələrini almış və həmin ifadələrin əlaqəli təhlili nəticəsində belə qənaətə gəlmişdir ki, ekspertlərə təqdim olunmuş narkotik vasitə olan heroin və marixuananın miqdarının şəxsi axtarış və götürmə aparılması haqqında protokolda göstərilən miqdarla Məhkum üzərində aşkar olunmuş narkoti k maddələrin miqdarları arasında fərqin olduğu təsdiq olunmuşdur. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işi üzrə müəyyən edilmiş hallar və toplanmış sübutlarla müqayisəli təhlil edib apellyasiya instansiya məhkəməsinin mövqeyinə dair onu qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxs Məhkum narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, yalnız istifadəsi ilə məşğul olması barədə nəticəyə gəlib onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif edərkən onun üzərindən çıxan narkotik vasitənin miqdarının 2 növdə, külli miqdar olmasına qiymət verməmişdir. Məhkəmənin Məhkum əməlinin CM-nin 234.1-ci ilə tövsif edilməsi barədə qənaəti mötəbər sübutlara deyil, formal mülahizələrə əsaslanmış, məhkum edil miş şəxsin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi olmadan əldə etməsi barədə dəlillərini işdə olan digər sübutlarla müqayisə edilib bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmamişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün t əqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdardan artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qan unsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. Bundan başqa iş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 25 mart 2023-cü il tarixli raportundan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin kassasiya instansiya məhkəməsi kassasiya protestinin dəlillləri ilə də razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməs i Məhkum üzərində aşkar olunan 7 ədəd üzərində “P300” yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulda güclü təsir edən “preqabalin” tərkibli dərman preparatlarının satış məqsədilə əldə edib saxlanması ilə razılaşsa da, sonuncunun eyni vaxtda, eyni yerdə üzərindən aşkar olunan narkotik vasitələrin satış məqsədi olmadan əldə etməsi qənaətinə gəlməsini əsaslandırmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmə Məhkum ittiham edildiyi “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,986 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 13,115 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması” epizodunun sübut edilməsini bilavasitə narkotik vasitələrinin miqd arlarına dair hissəyə bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi 8 qram narkotik vasitə heroin və 37 qram qurudulmuş marixuana ilə bağlı «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 mart 2023-cü il tarixli protokoluna qiymət verərkən keçirilən tədbirin cinayət-prosessual hüquqi baxımdan bilavasitə qanuniliyi və əsaslılığı barədə ətraflı araşdırma aparmamışdır. Belə ki, cinayət işinin materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitələrin miqdarına dair “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 mart 2023-cü il tarixli protokolu ilə ekspert rəyləri arasında uyğunsuzluğu araşdırarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 mart 2023-cü il tarixli 7/420 nömrəli məhkəmə-bioloji ek spertizasının rəyini vermiş eksperti məhkəmə iclasına çağırsa da onun məhkəmə iclasında iştirakını təmin etməmiş, həmçinin 25 mart 2023-cü il tarixli 6/1715 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi vermiş ekspertin şahid qismində dindirərkən ifadəsində göstərdiyi hallara qiymət verməmişdir. Belə ki, apellyasiya baxışı zaman şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. O, yalnız narkotik vasitlərin kimyəvi tədqiqatını aparır. Şəxsi axtarış və götürmə zamanı Məhkum üzərindən aşkar edilmiş narkotik vasitələrinin çəkilərinin ekspert tədqiqatına verilmiş narkotik vasitələrinin çəkiləri arasındakı əhəmiyyətli fərqlər tərəzi və ya qablaşdırma ilə bağlıdır. Belə ki, tədqiqata təqdim olunmuş narkotik vasitələrin çəkisi müəyyən olunarkən, içində olduğu qablaşdırmadan narkotik vasitələr tamimilə çıxarılıb, ayrıca çəkilərək, onun hansı narkotik vasitə olması müəyyən edilir. Qabladırma ilə birlikdə çəkinin müəyyən edilməsi aparılmır, həmçının, qablaşdırma vasitələrinin özlərinin də çəkiləri müəyyən edilmir, yalnız narkotik maddənin təmiz çəkisi müəyyən olunur. Bundan əlavə o bildirmişdir ki, təhqiqatçılarda olan tərəzi ilə ekspertlərin istifadə etdiyi tərəzilərin göstəriciləri arasında da uyğunsuzluq ola bilər. Göründüyü kimi ekspert X3 ifadəsindən narkotik vasitənin miqdarında olan fərq barəsində münasibət bildirmək üçün nəticə hasil olmur və apellyasiya məhkəməsi bu hala da aydınlıq verməmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilməklə tədqiq edilən «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Məhkum paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra sol çiynindən asdığı kiçik ölçülü qara rəngli çantanın içindən 4 (dörd) bükümdə, qəhvəyi rəngli heroinə, 4 (dörd) ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya, 7 (yeddi) ədəd güclü təsiredici xassəyə malik preqabalin həbinə bənzər kütlələri təqdim etmiş, şifahi sorğu zamanı Məhkum həmin bükümlərin içərisində olan madd ənin narkotik vasitə olan "nəşə” və “kokos”, 7 ədəd həbin isə ağrıkəsici dərman olduğunu, İİR vətəndaşı, “Əmi” təxəllüslü şəxsdən aldığını, bədənində olan xəsarətləri bir neçə gün əvvəl Xaçmaz rayonunda ağaca dəyərək aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər çəkildikdə heroinə bənzər maddənin 8 (səkkiz) qram, marixuanaya bənzər maddənin isə 37 (otuz yeddi) qram olması müəyyən edilmişdir. Həmin çantadan əlavə olaraq 1 ədəd şarj cihazı və 1 ədəd alışqan aşkar edilmişdir. Məhkum üzərinə şəxsi axtarış zamanı həmçinin, 1 ədəd “Samsung” markalı mobil telefon, içərisində siqaret olan qutu, 1000 AZN pul, 2 ədəd bank kartları aşkar edilmişdir. Aşkar edilmiş bükümlər, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd bank kartı, 1000 manat pul qablaşdırılaraq götürülmüşdür. Qeyd edilənlər narkotik vasitələrin miqdarına dair cinayət işi üzrə toplanmış sübutlar arasında uyğunsuzluğun aradan qaldırılması istiqamətində apellyasiya instansiyası tərəfindən ətraflı araşdırma aparılmamış, iş üzrə müəyyən edilmiş hallara düzgün qiymət verməmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum üzərində 2 növdə narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələri əldə edib saxlamasının hansı zərurətdən irəli gəlməsini aydınlaşdırmamış, həmin maddələri özünün istifadəsi üçün əldə etməsi barədə dəlillərini əsaslı hesab edərkən mötəbər sübutlara istinad etmədən bu barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Məhkum barəsində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki müayinə zamanı Məhkum kannabinoi dlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, belə olan halda onun öz istifadəsi üçün 2 növdə narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddələri əldə edib saxlaması şübhə doğurur ki, apellyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət vermədən məhkum edilmiş şəxsin satış niyyətinin olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narkotik vasitəni və və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlilləri əsaslı saymaqla qeyd edir ki, göstərilən məhkəmən in Məhkum narkotik vasitəni və və psixotrop maddələri əldə etməkdə satış məqsədinin olmaması barədə qənaəti kifayət qədər əsaslandırılmiş və inandırıcı hesab edilə bilməz. Sübutların tədqiqinə, qərarın əsaslandırılmasına və tərtibatına dair CinayətProsessual Məcəllənin qeyd olunan maddələrinin tələblərinə əməl olunmadığı vəziyyətdə məhkəmənin müəyyən edilmiş saydığı halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsi, həmin hallara cinayət qanunu normasının düzgün şamil edilməsi, yəni Məhkum təmiz çəkisi 5,986 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 13,115 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı “satış məqsədi ilə” əldə edib, daşıması və saxlaması əlamətini xaric edilməklə onun əməli nin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirilməsinin əsaslı olması barədə nəticə əsaslandırılmış və inandırıcı qənaət kimi qəbul edilə bilməz. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Sadalanmış mülahizələrlə apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində 5,986 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 13,115 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı “satış məqsədi ilə” əlamətini inkar etməsinə qiymət verdikdə görün ür ki, apellyasiya məhkəməsinin həmin əlamətin mövcudluğunu subyektiv meyarlardan çıxış etməklə şərtləndirməsi bu məsələ üzrə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Məhkəmənin “satış məqsədi” əlamətinin olmaması haqqında qənaətini – “ibtidai istintaq zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitələri satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübutun müəyyən edilməməsi” kimi mülahizədən hasil etməsi isə, artıq yuxarıda əsaslandırıldığı kimi, sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarının pozulması ilə əldə edilmiş nəticə olduğundan, mötəbər sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 5,986 qram təşk il edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 13,115 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması epizodu üzrə apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti kifayət qədər əsaslandırmamış, məhkəmə narkotik vasitələrin miqdarına dair cinayət işinin materiallarında olan sübutlarda uyğunsuzluq olmasını məhkumun çoxsaylı, ziddiyyətli ifadələrindən biri ilə əsaslandırmış (yəni, 1 qram heroin, 10 qram qurudulmuş marixuana), sübutların tədqiqini birtərəfli aparmış, iş üzrə müəyyən edilmiş bütün hallara əlaqəli şəkildə qiymət verməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış süb utları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötə bərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən "Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, "...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir - bu qəbul edilən qərarın xarakterindən asılıdır (X7rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən isti fadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan hüquqlarınin və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.3-cü maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət al mış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsin əməlini tövsif edərkən cin ayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, qərarın əsasına ziddiyyətli, şəxsin təqsirliliyini şübhə altına alan ifadələri daxil etmiş, bununla da məhkəmə qərarının əsasını sözügedən cinayət əməlinə münasibətdə yolverilməz sübutlar təşkil etmişdir. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya protesti təmin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəz ərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara alır: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 511/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-465/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-465/2025
21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver