Məhkəmə qərarları › İş №1(102)-486/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-486/2025

26.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-486/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və mülki iddiaçı Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 213.3-ci ma ddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 sentyabr tarixli, 1(103)-117/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (X5), 2023-cü il 21 sentyabr tarixli, 1(005)- 34/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1971-ci il tarixdə Ermənistan Res. Razdan rayonu, Axundov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, alı təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Sabunçu rayonu, S Cəfərov küçəsi, ev 1, mənzil 32- də qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və onun üzərində 3 (üç) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddəti ərzində Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Məhkum üzərində nəzarətin həyata keçir ilməsinın Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 880 (səkkiz yüz səksən) manat pulun Məhkum tutulub dövlət büdcəsinə keçirilməsi, iş üzrə verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Məhkum 659.152,54 manat pulun tutulub dövlət büdcəsinə keçirilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəşi), İbrahim İbrahimli və Ziya Şirinovdan ibarət tərkibdə) 2024-cü il 9 sentyabr tarixli, 1(103)-117/2024 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şik ayəti qismən təmin edilmiş, hökm "mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Məhkum 659.152,54 manat tutulub dövlət büdcəsinə keçirilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması” hissəsində dəyişdirilmiş, mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iş üzrə verilmiş mülki iddianın qismən təmin edilməsi, Məhkum 821.871,31 (səkkiz yüz iyirmi bir min səkkiz yetmiş bir manat, otuz bir qəpik) manat tutulub dövlət büdcəsinə keçirilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmaqla hüquqi ünvanı ünvan 2” MMC-nin (VÖEN**********) xx.xx.2015-ci il tarixdən xx.xx.2020-cu il tarixədək olan dövrdə fəaliyyətinə rəh bərlik edərkən, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, bina tikintisi fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti üzrə vergilərin və sosial sığorta haqlarının hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmış və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin və sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 103, 104.1, 105.1, 196, 201 və 219.3-cü və Azərbaycan Respublikası "Sosial sığorta haqqında” qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiy bəyanna mələrə təhrif olunmuş məlumatlar daxil edərək, xüsusilə külli miqdar təşkil edən, 3989644,35 manat məbləğində vergiləri, 169718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜLKİ İDDİAÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materiallarından göründüyü kimi yoxlamanın xx.xx.2016-cı il tarixli 69 nömrəli sərəncamına əsasən Yasamal rayonu, İ.Zülalov küçəsi 19 ünvanda 2 bloklu, 16 mərtəbəli, 180 mənzilli, Yasamal Rayon icra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 167 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanda 4 bloklu, 16 mərtəbəli 330 mənzilli, Nizami Rayon icra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə 3 bloklu 14-15 mərtəbəli 200 mənzilli yaşayış binasının, Pirallahı Rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən həmin ərazidə yaşayış massivinin tikintisi işləri aparılmışdır. Müəssisədə aparılmış səyyar vergi yoxlaması zamanı mütəxəssis rəyinə əsasən ünvan 6 ünvanda tikilməkdə olan binanın ümumi sahəsinin 37.832,85 kv.m., o cümlədən yaşayış sahəsinin 3.5142,75 kv.m., qeyri-yaş ayış sahəsinin 2.690,1 kv.m., Yasamal rayonu, İ.Zülalov Küçəsi,19 ünvanda olan yaşayış binəsinin ümümi sahəsinin 17.949,0 kv.m., o cümlədən yaşayış sahəsinin 16.258,7 kv.m., qeyri-yaşayış sahəsinin 1.690,3 kvm, ünvan 8 ünvanda tikilməkdə olan binanin ümümi sahəsinin 23.470,8 kv.m., o cümlədən yaşayış sahəsinin 21.927,56 kv.m. qeyri-yaşayış sahəsinin 1.543,24 kv.m. olduğu müəyyən edilmişdir. İstintaq dövründə qeyd edilən binalara baxış keçirilərkən "xxxx" MMC tərəfindən ünvan 9 ünvanında inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi kimi 16 deyil, 17 mərtəbəli, ünvan 4 ünvanında inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi kimi 16 deyil, 17 mərtəbəli, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi kimi 14-15 deyil, 1 7 mərtəbəli olduğu müəyyən edilmişdir. Beləliklə, istintaq zamanı "xxxx" MMC tərəfindən ünvan 9 ünvanda inşa edilmiş binanın 17 mərtəbəli, 192 mənzilli olmaqla ümumi sahəsinin 18.977,76 kv.m., ünvan 4 ünvanında inşa edilmiş bina 4 bloklu, 17 mərtəbəli 352 mənzilli olmaqla ümumi sahəsinin 39.963,16 kv.m., Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş bina 2 bloklu 17 mərtəbəli, 240 mənzilli olmaqla ümumi sahəsinin 27.154,68 kv.m., 3 bina üzrə ümumi sahənin cəmi 86.095,6 kv.m., (fərq + 6.842,95 kv.m.) olduğu müəyyən edilmişdir. İstintaq dövründə "xxxx" MMC-nin təsisçisi Məhkum cəmiyyətə hesablanmış vergilər ilə razılaşmayaraq müəssisə tərəfindən Nizami rayonunda pilot layihə üzrə inşa edilən bina ilə əlaqədar həmin ərazidə sökülmüş binaların sakinlərinə əvəzi ödənilmədən ve riləcək 76 ədəd mənzilin ümumi sahəsinin yoxlama zamanı nəzərə alınmadığını, ünvan 10 ünvanda 2 bloklu, 16 mərtəbəli yaşayış binasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilmiş 10-cu zona ərazisinə aid olmasına baxmayaraq 5-ci zona ərazisinə aid edildiyini, bunun isə vergilərin qanunsuz olaraq ciddi fərqlə hesablanmasına səbəb olduğunu göstərmişdir. Bu səbəbdən onun göstərdiyi xüsusatlar üzrə müvafiq araşdırma aparılmış, sorğular göndərilməklə ünvan 9 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binası sadələşdirilmiş verginin hesablanması məqsədləri üçün 5ci zona aid olması təsdiq edilmiş, həmçinin "xxxx" MMC tərəfindən Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi 2538-ci məhəllədə aparılan inşaat işləri ilə əlaqədar həmin ərazidən köçürülmüş 76 sakin ilə bağlanmış müqav ilələrə əsasən ödənişsiz veriləcək yaşayış sahəsinin 5.340,0 kv.m. təşkil etdiyi müəyyən edilərək göstərilən məlumatlar da nəzərə alınmaqla "xxxx" MMC tərəfindən xx.xx.2015-ci tarixdən 01,03.2018-ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. İstintaq dövründə təyin edilmiş ekspertizaların nəticəsi olaraq məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2878 saylı, xx.xx.2020-ci il tarixli, 9/2396 saylı, xx.xx.2021-cu il tarixli, 9/1444 saylı və xx.xx.2021-cu il tarixli, 9/4515 saylı rəyləri ilə "xxxx" MMC-də ümumilikdə 3.989.644,35 manat məbləğində vergilərin, 169.718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcə sinə ödənilməkdən yayındırılması öz təsdiqini tapmışdır. Məhkəmənin hökm çıxararkən mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyinin təsviri hissəsində qeyd edilir ki, müəssisənin fəaliyyəti üzrə tərtib edilmiş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2019-cu il, tərtib olunma tarixi xx.xx.2019-cu il və məsuliyyətə cəlb edilməsi qərarının tarixi xx.xx.2019-cu il olmasına baxmayaraq yoxlama ilə əhatə edilən dövrün xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olması Vergi Məcəlləsinin maddələrinin tələblərinə ziddir. Halbuki, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlama sının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********146563 nömrəli qərarı əsasında "xxxx" MMC-nin fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş, xx.xx.2018-ci il tarixli qərara əsasən yoxlamanın əhatə etdiyi vergi dövrü mart 2015 - fevral 2018 tarix aralığı müəyyən edilmişdir. Lakin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi rəydə yuxarıda qeyd edilənlərə əsaslanan ekspertlərin gəldiyi nəticəyə görə, hesablama müddəti ötdüyündən 2016-cı ilin 2-ci rübü üzrə müəssisəyə hesablanmış 308.254,95 manat BTFSV-nin düzgünlüyü müəyyən edilmədiyi qeyd edilmişdir. Ekspert həmin dövrdə Ver gi Məcəlləsinin 56-cı maddəsinin qüvvədə olan redaksiyasına istinad edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarıldığı tarixdən 3 il əvvəlki dövrə görə məsuliyyətə cəlb edilməməsi ilə bağlı rəy verməklə əsassız olaraq qanunvericiliyin normalarının pozulmasına istinad etməklə rəy vermişdir. Bundan başqa məhkəmə mülki iddianın qismən təmin edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1- ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və CM-nin 75-ci və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60- cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə işə baxılaraq qərar qəbul edilərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilmiş, 2016-cı ilin 2-ci rübü üzrə 308.254,95 manat BTFSV məbləğini az hesabladığına görə vergi ödəyicisi məsuliyyətə cəlb edilməmişdir. Ekspert tərəfindən qeyd olunan maddələrin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq Qərarının da tələbləri gözlənilməmiş, səlahiyyətlərindən kənara çıxaraq qeyd olunan normaları da təhrif edilmiş şəkildə şərh edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq Qərarının tələblərini görməzdən gələrək nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız rəy vermişdir. Tikilmiş binalarda layihədə nəzərdə tutulduğundan artıq mərtəbə və mənzilin tikilməsi təqsirləndirilən şəxsin verdiyi ifadələrdə də öz əksini tapmış, bunu mənzilləri sökülən sakinlərin nəzərdə tutulduğundan daha artıq mənzil sahəsi tələb etmələri ilə əsaslandırmışdır. Bu hal istintaq zamanı cəlb edilmiş tikinti sahəsi üzrə mütəxəssis rəyində də öz təsdiqini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun Texniki rəyində yaşayış binalarının layihədən kənaraçıxmalarla inşa edildiyi bir daha təsdiqini tapmışdır. Ekspert rəyində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” 3.1-ci bəndinin tələblərinə istinad edərək binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənir mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylana mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmədiyini bildirməklə qeyd edilən tələblərin SVY zamanı gözlənilmədiyini bildirmişdir. Göründüyü kimi, ekspertiza rəyində yuxarıda qeyd edilən sahələr vergitutma obyekti kimi nəzərə alınmamışdır. Lakin həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Beləliklə, tikilən binanın vergiyə cəlb edilən və vergidən azad edilən hissələri vergi qanunvericiliyi ilə tənzimlənir. Buna əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binalardan dövlətə ayrılan hissədən başqa, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsin ə sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir. Ekspertlərin istinad etdiyi Şəhərsalma və Tikinti Məcəlləsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyir. Yəni, qeyd edilən normalar vergitutma məqsədləri üçün deyil, tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması məqsədləri üçün tətbiq edilir. Ekspertlər tərəfindən isə səhvə yol verilərək, qeyd edilən normalar vergitutma məqsədləri üçün istifadə edilmiş, nəticədə işin faktiki hallarına, qanunvericiliyin tələblərinə zidd olaraq qərəzli rəy verilmişdir. Məhkəmə isə bu halı araşdırmadan ekspert rəyinin dəlilləri ilə razılaşaraq onu mötəbər sübut kimi qəbul etmişdir. Bundan başqa məhkəmənin özünün mötəbər sübut kimi qəbul etdiyi təkrar məhkəmə- mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1216 saylı nömrəli rəyində göstərilmişdir ki, tədqiqi hissədə göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə hüquqi şəxs "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 140.222,56 manat məbləğində mənfəət vergisinin, 2017 -ci il üzrə 1 -ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi döyrdən sonrakı dövrdə vergi ödəyicisinin ünvan 11 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş yaşayış və qeyri yaşayış sahələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə borcunun olması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, iş materiallarından (ittiham aktına əlavə edilmiş arayış və s.) göründüyü kimi, mülki iddia məbləğindən 1.276.536,13 manat məbləği dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərdən əlavə qeyd edili r ki, bütün yuxarıda qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzgün azalma verilməməsi müəyyən olunur. Həmçinin elə həmin rəyin növbəti bəndində isə qeyd edilir ki, inşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binalarda müəyyən edilən layihə sənədlərində göstəriləndən artıq olan mərtəbələr, aparılmış istintaqla hər bina üzrə təsdiq edilmiş sahələr, eyni zamanda pilot layihə üzrə sakinlərə ödənişsiz verilmiş sahələr, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2878 saylı, 04.11,2020-ci il tarixli, 9/2396 saylı, xx.xx.2021 -ci il tarixli, 9/1444 saylı və xx.xx.2021-ci il tarixli, 9/4515 saylı rəyləri nəzərə alınmaqla yoxlanılan dövrdə bina tiki ntisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hansı məbləğdə olması iş materiallarında olan sənədlərdə (ittiham aktı və s.) öz əksini tapmışdır. Yəni vergi orqanı tərəfindən sualda göstərilənlər nəzərə alınaraq müəssisəyə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablama aparılmış və həmin hesablamalar iş materiallarında olan ittiham aktında öz əksini tapmamışdır. Yəni istintaq orqanının gəldiyi qənaət bir daha təsdiq olunmuşdur. Göründüyü kimi məhkəmələr tərəfindən hərtərəfli olmayan ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək, nəticədə iş üzrə işin mahiyyətinə uyğun olmayan, prosessual pozuntularla müşayiət olunan əsassız qərarlar qəbul edilmişdir. Bundan başqa hətta məhkəmələrinin özünün hökm və qərarda mötəbər sübut nö vü kimi qəbul etdikləri təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1216 saylı nömrəli rəyinə istinad etsək belə, həmin rəy əsasında məhkəmənin Məhkum vergidən yayındırdığı, yəni mülki iddia məbləğinin cəmi - “1.935.688,67 manat” müəyyən edilməsinin özünün belə hansı qaydada hesablanması, qeyd olunan nəticənin necə müəyyən edilməsi məlum deyildir. Məhkəmələrinin müəyyən etdiyi həmin vergidən yayındırılmış məbləğə isə (1.935.688,67 manat məbləğə) işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayındırılmış 169.718,77 manat məbləğ isə ümumiyyətlə daxil edilməmişdir. Halbuki, istintaq orqanı tərəfindən Məhkum ittiham verilərkən ona yalnız vergilərdən yayındırılmış məbləğə görə deyil, həm də işsizlikdən sığorta və məcburi d övlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayındırdığı 169.718,77 manat vəsaitə görə də ittiham elan edilmişdir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həmçinin məhkəmə istintaqı zamanı həmin məbləğə dair hissədə özünü tam təqsirli bilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin xx.xx.2022-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətində də ekspertlər qarşısında qoyulan suallar arasında yalnız müvafiq vergilər üzrə məbləğlərin yenidən hesablanaraq müəyyən edilməsi barədə suallar qoyulmuş, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının yenidən hesablanması ilə bağlı ekspertlər qarşısında heç bir sual qoyulmamış, yəni həmin hissə müdafiə tərəfindən heç vaxt mübahisələndirilməmişdir. Həmçinin məh kəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndinə istinad edərək məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməli olduğunu göstərmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmələr təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdan la yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, Məhkum cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Lakin məhkəmələr Məhkum təyin edilmiş cəzanı şərti hesab edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq cəzanın şərti hesab edilməsini şərtləndirən arqumentləri nə hökmdə, nə də qərarda ə saslandırmamışlar. Göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum real azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, sonuncuya işin hallarını tədqiq etmədən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını sınaq müddəti müəyyən edərək şərti tətbiq etmələr nə cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onların törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Bundan başqa Məhkum cinayət işi üzrə elan edilmiş ittihama əsasən ümumilikdə 4.159.363,12 manat vurulmuş ziyan məbləğindən yalnız 1.276.536,13 manatını ödəmiş, yerdə qalan ziyan isə ödənilməmiş qalmışdır. Bütün bu qeyd olunanlar bir daha sübut edir ki, məhkəmələr tərəfindən əsassız olaraq təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilmişdir. Bundan başqa, məhkəmələr Məh kum CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilərək, onun 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini göstərmişlər. Halbuki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 23-cü bəndinə əsasən CM-nin 46.1 -ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyə tlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müə yyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Lakin göründüyü kimi nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri Məhkum əlavə cəza təyin edərkən onun konkret olaraq hansı fəaliyyət növü ilə məşğul olma və ya konkret olaraq hansı sahədə, nə kimi vəzifələri tutma hüququnun məhdudlaşdırılmasını göstərməməklə səhvə yol vermişlər (halbuki bu məsələ apellyasiya protestində də qoyulmuşdur). Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sent yabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, CinayətProsessual Məcəllənin 125-ci, 127.3- cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmələr hökm çıxararkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5441 nömrəli, xx.xx.2023-cü il tarixli 9/1216 nömrəli və 30 avqust 2024-cü il tarixli, 9/2918 saylı ekspert rəylərini mötəbər sübut kimi qəbul etmişlər. Mülki iddiaçı bildirmişdir ki, yoxlamanın əhatə etdiyi dövrdə "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 69 nömrəli sərəncamına əsasən ünvan 12 ünvanda 2 bloklu, 16 mərtəbəli, 180 mənzilli, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 167 nömrəli sərəncamına əsasən ünvan 14 ünvanda 4 bloklu, 16 mərtəbəli 330 mənzilli, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Nizami rayonu, M.Abbasov küçəsi. 2538-ci məhəllədə 3 bloklu 14-15 mərtəbəli 200 mənzilli yaşayış binasının, Pirallahı Rayon İcra Hakim iyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən həmin ərazidə yaşayış massivinin tikintisi işləri aparılmışdır. Müəssisədə aparılan səyyar vergi yoxlaması zamanı dəvət edilən mütəxəssis rəyinə əsasən ünvan 6 ünvanda tikilməkdə olan binanın ümumi sahəsinin 37.832,85 kv.m., o cümlədən yaşayış sahəsinin 3.5142,75 kv.m., qeyri-yaşayış sahəsinin 2.690,1 kv.m.; Yasamal rayonu, İ.Zülalov Küçəsi,19 ünvanda olan yaşayış binasınin ümümi sahəsinin 17.949,0 kv.m., o cümlədən yaşayış sahəsinin 16.258,7 kv.m., qeyri-yaşayış sahəsinin 1.690,3 kvm; ünvan 8 ünvanda tikilməkdə olan binanin ümümi sahəsinin 23.470,8 kv.m., o cümlədən yaşayış sahəsinin 21.927,56 kvm, qeyri-yaşayış sahəsinin 1.543,24 kv.m. olduğu müəyyən edilmişdir. İstintaq dövründə qeyd edilən binalara baxış keçirilərkən "xxxx " MMC tərəfindən ünvan 10 ünvanında inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi kimi 16 deyil, 17 mərtəbəli, ünvan 4 ünvanında inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi kimi 16 deyil, 17 mərtəbəli, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi kimi 14+15 deyil, 17 mərtəbəli olduğu müəyyən edilmişdir. Beləliklə, istintaq zamanı "xxxx" MMC tərəfindən ünvan 10 ünvanda inşa edilmiş binanın 17 mərtəbəli, 192 mənzilli olmaqla ümumi sahəsinin 18.977,76 kv.m., ünvan 4 ünvanında inşa edilmiş bina 4 bloklu, 17 mərtəbəli 352 mənzilli olmaqla ümumi sahəsinin 39.963,16 kv.m., Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilmiş bina 2 bloklu 17 mərtəbəli, 240 mənzilli olmaqla ümumi sahəsinin 27.154,68 kv.m., 3 b ina üzrə ümumi sahənin cəmi 86.095,6 kv.m., (fərq + 6.842,95 kv.m.) olduğu müəyyən edilmişdir. Məhkəmənin hökm çıxararkən mötəbər sübut kimi qəbul etdiyi ekspert rəylərinin təsviri hissələrində qeyd edilir ki, müəssisənin fəaliyyəti üzrə tərtib edilmiş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2018-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2019-cu il. tərtib olunma tarixi xx.xx.2019-cu il və məsuliyyətə cəlb edilməsi qərarının tarixi xx.xx.2019- cu il olmasına baxmayaraq yoxlama ilə əhatə edilən dövrün xx.xx.2015ci il tarixdən xx.xx.2018-ci il tarixədək olması Vergi Məcəlləsinin maddələrinin tələblərinə ziddir. Qeyd olunanla əlaqədar olaraq bildiririr ki, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstəri lən haı üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cu maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********146563 nömrəli qərarı əsasında "xxxx" MMC-nin fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş, xx.xx.2018-cı il tarixli qərara əsasən yoxlamanın əhatə etdiyi vergi dövrü mart 2015 - fevral 2018 tarix aralığı müəyyən edilmişdir. Lakin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi rəydə yuxarıda qeyd edilənlərə əsaslanan ekspertlərin gəldiyi nəticəyə görə, hesablama müddəti ötdüyündən 2016-cı ilin 2-ci rübü üzrə müəssisəyə hesablanmış 308.254,95 manat BTFSV-nin düzgünlüyü müəyyən edilmədiyi qeyd edilmişdir. Ekspert həmin dövrdə Vergi Məcəlləsinin 56-cı maddəsinin qüvvədə olan redaksiyasına istinad edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarıldığı tarixdən 3 il əvvəlki dövrə görə məsuliyyətə cəlb edilməməsi ilə bağlı rəy verməklə əsassız olaraq qanunvericiliyin normalarının pozulmasına istinad etməklə qanunla onun səlahiyyətinə aid edilməyən məsələlərlə bağlı rəy vermişdir. Bundan başqa Kollegiyanın nəzərinə çatdırırıq ki, məhkəmə qərar çıxararkən istinad etdiyi mühasibatlıq ekspertizasının 30 avqust 2024-cü il tarixli, 9/2918 saylı ekpert rəyi vergi orqanına təqdim edilsə də, rəyə yazılı mülahizə bildirmək üçün vaxt verilməmiş və ilk ic lasda yekun qərar qəbul edilmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Bundan başqa məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən mülki iddianın qismən təmin edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci və 213-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyə tə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması hallar iə əlaqədar tətbiq olunmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə işə baxılaraq qərar qəbul edilərkən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri gözlənilmiş, 2016-cı ilin 2-ci rübü üzrə 308.254,95 manat BTFSV məbləğini az hesabladığına görə vergi ödəyicisi məsuliyyətə cəlb edilməmişdir. Ekspert tərəfindən qeyd olunan maddələrin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq Qərarının da tələblər gözlənilməmiş, səlahiyyətlərindən kənara çıxaraq qeyd olunan normaları da təhrif edilmiş şəkildə şərh edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in müvafiq Qərarının tələblərini görməzdən gələrək nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız rəy vermişdir. Məhkəmənin istinad etdiyi ekspert rəylərində ekspertlər onların qarşısına qoyulmuş konkret suallara cavab vermək əvəzinə, səyyar vergi yoxlamasının aparıldığı dövrdə “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş ekspert rəyinin əsassızlığının aşkara çıxarılması yönündə araşdırma aparmışlar. Belə ki, rəydə qeyd edilir ki, "Azərekspertiza” Birliyinin mütəxəssisi qarşısında yaşayış binalarının ümumi sahəsinin müəyyən edilməsi sualı qoyulmasa da səyyar vergi yoxlaması aktında həmin mütəxəssis tərəfindən tərtib edilmiş rəyə istinad olunmuşdur. Bununla əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasına köməklik göstərilməsi üçün vergi orqanının qərarı ilə mütəxəssis dəvət oluna bilər. "xxxx" MMC-də səyyar vergi yoxlaması zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu üçün müqavilə əsasında mütəxəssis dəvət olunmuş və onun qarşısında müvafiq suallar qoyulmaqla rəy verilməsi üçün zəruri olan sənədlər (Forma 2-lər, bank sənədləri, satınalma müqavilələri və layihə smeta sənədləri) təqdim edilmişdir. Mütəxəsis də sənədlər əsasında rəy vermişdir. Rəy verən zaman bina sahəsində nəyin nəzərə alınıb-alınmamasını mütəxəssis müəyyən etmişdir. Mütəxəssis qarşısın da inşa edilmiş binaların yaşayış, qeyri-yaşayış, zirzəmi və sair sahələrində MTK tərəfindən görülmüş işlərin tərkibində əmək tutumunun müəyyən edilməsi sualı qoyulsa da görülmüş inşa işlərinin tərkibində əmək tutumunun hesablanması üçün, ilk növbədə inşa edilmiş binaların sahələri müəyyən edilməli və sonradan isə həmin işlərin görülməsi məqsədi ilə hansı sayda işçi qüvvəsinin cəlb edilməsi müəyyən edilməli idi. Mütəxəssis tərəfindən isə inşa edilmiş binaların sahələri qeyd olunduğu təqdirdə vergi orqanı tərəfindən həmin məlumatların istifadə edilməsinə dair hər hansı qadağa qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun Texniki rəyində yaşayış binalarını n layihədən kənara çıxmalarla inşa edildiyi bir daha təsdiqini tapmışdır. Ekspert rəyində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ciil tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” 3.1 -ci bəndinin tələblərinə istinad edərək binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylana mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açı- pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmədiyini bildirməklə qeyd edilən tələblərin SVY zamanı gözlənilmədiyini bildirmişdir. Göründüyü kimi, ekspertiza rəyində yuxarıda qeyd edilən sahələr vergitutma obyekti kimi nəzərə alınmamışdır. Lakin, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Beləliklə, tikilən binanın vergiyə cəlb edilən və vergidən azad edilən hissələri vergi qanunvericiliyi ilə tənzimlənir. Buna əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binalardan dövlətə ayrılan hi ssədən başqa, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsinə sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir. Məhkəmə ibtidai istintaq zamanı verilmiş ekspert rəylərini deyil, məhkəmə istintaqı dövründə verilmiş mötəbərliyi şübhə doğuran, ziddiyyətli ekspertiza rəylərini mötəbər sübutlar kimi qəbul edərək yekun nəticəyə gəlmişdir. Qeyd edilən hallar isə məhkəmə hökmünün maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığını bir daha təsdiq edir. Odur ki, prosessual pozuntularla müşayiət olunan, daha çox hüquqi rəyi xatırladan məhkəmə istintaqı zamanı verilmiş mühasibatlıq ekspertizası rəyləri deyil, ibtidai istintaq zamanı verilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməli idi. Bütün bunlar onu göstərir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma dü zgün aparılmamış, iş materialları düzgün tətqiq edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan yalnış və əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar mülki iddianın təmin ediməyən hissəsində əsassızdır. Mülki iddiaçı kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)- 117/2024 nömrəli qərarının qismən - mülki iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mülki iddiaçının nümayəndəsi Samirə Bayramova kassasiya şikayətinin təmin olunmasını və Məhkum CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestininin əsaslı hesab edilib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 213.3-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 sentyabr tarixli qərarının ləğv edilməsini və cinayə t işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, eləcə də kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edil ib-edilməməsi məsələlərini yoxlayır. Mülki iddiaçı kassasiya şikayətində mülki iddianın tam həcmdə təmin edilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının, həmin hissədə qismən ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Dövlət ittihamçısı kassasiya protestində ittihamın həcmini, maddi hüquq normalarının tətbiqini və şərti məhkum etməni mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etmək lə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətb iqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin təmin olunması barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesa b edir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya protestində və kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və ittiham tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş, həm apellyasiya protesti, həm də apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar sadalamadan, məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, sübutların qiymətləndirilməsində məhkəmələrin mövqeyi qanuna müvafiq olmaqla, kassasiya müraciətləri əsasınd a apellyaisya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Həm kassasiya protestində, həm də kassasiya şikayətində qeyd edilmişdir ki, ekspert rəyində 2016-cı ilin 2-ci rübü üzrə müəssisəyə hesablanmış 308.254,95 manat BTFSV-nin düzgünlüyünün müəyyən edilmədiyi qeyd edilmişdir. Ekspert həmin dövrdə Vergi Məcəlləsinin 56-cı maddəsinin qüvvədə olan redaksiyasına istinad edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarıldığı tarixdən 3 il əvvəlki dövrə görə məsuliyyətə cəlb edilməməsi ilə bağlı rəy verməklə əsassız olaraq qanunvericiliyin normalarının pozulmasına istinad etməklə rəy vermişdir. Bundan başqa, məhkəmə mülki iddianın qismən təmin edilməsi hissəsində Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarında Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tətbiqi ilə bağlı şərhlərini nəzərə almamışdır. Həmin məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarından görünür ki, vergi ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb etmə müddətləri barədə qanunvericilikdə ziddiyyətli müddəaların mövcudluğunu ehtimal edən və bu müddəaların tətbiqi ilə bağlı çətinlikləri nəzərə alan Azərbaycan Respublikasının Prokurorluğu Vergi Məcəlləsinin 56-cı maddəsinin və Cinayət Məcəlləsinin 75 və 213-cü maddələ rinin şərh olunmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə belə nəticəyə gəlmək olar ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Vergi və Cinayət Məcəllələrində vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etməklə bağlı müxtəlif müddətlərin nəzərdə tutulması vergi münasibətlərinin sabitliyinə, o cümlədən vergi ödəyicilərinin hüquqi və iqtisadi vəziyyətlərinin möhkəmliyinin və davamlılığının təmin olunmasına xidmət edir. Bu baxımdan Vergi Məcəlləsində nəzərdə tutula n vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan vergi ödəməkdən yayınma cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri he sab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Həmin iş üzrə Konstitusiya Məhkəməsi qərara alımışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında vergi məsuliyyətinə və cin ayət məsuliyyətinə cəlb etmə müddətləri ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Ekspert rəyində isə səyyar vergi yoxlamasının keçirilməsi müddətlərindən bəhs edilmişdir. Məlum bir məsələdir ki, səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi müddət və prosedurları Cinayət Məcəlləsi ilə deyil, Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi Məcəlləsində də 3 illik müddətin göstərilməsində məqsəd vergi orqanlarını daha operativ və vaxtında nöqsanları aşkara çıxarmasına sövq etməklə bərabər, üstündən uzun müddət keçmiş vergi borclarının hesablanmasının və ödənilməsinin risklərinin çoxalması etimalının artması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinin tələblərinə, o cümlədən, müddətlə bağlı tələblərinə əməl etməklə istənilən formada vergi yoxlamaları keçirilərsə və cinayət xarakterli pozun tular vaxtında aşkara çıxarılırsa, həmin pozuntunun törədildiyi gündən 3 il müddətində şəxs vergi məsuliyyətinə, 7 il müddətində isə cinayət məsuliyyətinə cəlb edilə bilər. Ekspert rəyindən də görünür ki, ekspert rəyi qanunamüvafiq qaydada əsaslandırmış və düzgün nəticəyə dəlmiş və məhkəmə də həmin ekspert rəyini mötəbər sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Eyni zamanda, həm ekspert rəyində, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə zidd heç bir mövqe sərgilənməmişdir. Bundan əlavə, kassasiya protestində və kassasiya şikayətində göstərilmişdir: Ekspert rəyində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” 3.1-ci bəndinin tələblərinə istinad edərək binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylana mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmədiyini bildirməklə qeyd edilən tələblərin SVY zamanı gözlənilmədiyini bildirmişdir. Göründüyü kimi, ekspertiza rəyində yuxarıda qeyd edilən sahələr vergitutma obyekti kimi nəzərə alınmamışdır. Lakin həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üç ün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Beləliklə, tikilən binanın vergiyə cəlb edilən və vergidən azad edilən hissələri vergi qanunvericiliyi ilə tənzimlənir. Buna əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binalardan dövlətə ayrılan hissədən başqa, tikilən binanın hər mərtəbəsinin ümumi sahəsinə sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir. Ekspertlərin istinad etdiyi Şəhərsalma və Tikinti Məcəlləsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyir. Yəni, qeyd edilən normalar vergitutma məqsədləri üçün deyil, tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması məqsədləri üçün tətbiq edilir. Ekspertlər tərəfindən isə səhvə yol verilərək, qeyd edilən normalar vergitutma məqsədləri üçün istifadə edilmiş, nəticədə işin faktiki hallarına, qanunvericiliyin tələblərinə zidd olaraq qərəzli rəy veri lmişdir. Məhkəmə isə bu halı araşdırmadan ekspert rəyinin dəlilləri ilə razılaşaraq onu mötəbər sübut kimi qəbul etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin qüvvədən düşmüş 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin hazırda qüvvədə olan 219.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintis i fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. VM-in 219.3-1-ci maddəsi, Məcəlləyə xx.xx.2015-ci il tarixli Qanunla daxil edilmişdir. VM-in 219.3-cü maddəsi isə xx.xx.2019-cu il tarixli Qanunla ləğv edilmişdir. Vergi Məcəlləsinin 3.9, 3.10 və 3.11-ci maddələrinə əsasən -- Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -- Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -- Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qüvvədən düşmüş Vergi Məcəlləsinin 219.3-cü maddəsində göstərilmişdir ki, “..tikilən binanı n yaşayış və qeyri yaşayış sahələri vergi tutma obyektidir”. Növbəti cümlədə isə yazılmışdır ki, “tikilən binanın hər mərtəbənin ümumi sahəsi vergi tutma obyektidir”. Göründüyü kimi, bir maddənin ardıcıl gələn iki cümləsi arasında ziddiyyət var və hər iki məna bir-birini təkzib etməklə bərabər, birinci hal vergi ödəyicisinin xeyrinə, ikinci hal isə vergi ödəyicisinin ziyanınadır. Belə ki, yaşayış və qeyri-yaşayış sahələri və bu məfhumların ifadə etdiyi məna məlum, dəqiq və konkretdir. Lakin ümumi sahə kimi ifadə edilən məfhum isə qeyri-dəqiq, mücərrəd və anlaşılmazdır. Vergi Məcəlləsinin qeyd edilən ziddiyyətli və aydın olmayan məqamı, VM-in 3.11-ci maddəsinin imperativ tələbinə uyğun olaraq, nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası hazırkı məqamda hesab edir ki, VM-in 219.3-cü maddəsin in məhz bu anlaşdılmasılığı nəzərə alınmaqla Qanunverci olqan tərəfindən həmin norma haqlı olaraq ləğv edilmişdir. Qeyd edilən məsələnin detallı təhlilindən meydana çıxan mənzərə ondan ibarətdir ki, ekspert düzgün olaraq VM-in 3.11-ci maddəsinin tələblərinə uyğun ekspertiza tədqiqatı aparmış, ekspert rəyi Vergi Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələ ilə bağlı da kassasiya müraciətlərinin dəlilləri əsassızdır. Kassasiya protestinin növbəti dəlili məhkəmə tərəfindən işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dəyəri kimi 169.718,77 manat məbləğin ümumi məbləğə daxil edilməməsi ilə bağlıdır. Halbuki, apellyasiya instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində 169.718,77 manat da nəzərə alınmaqla ümumi məbləğ in 2.105.407,44 manat olduğu, dövlət büdcəsinə ödənilmiş məbləğin 1.283.536,13 manat olması nəzərə alınmaqla, 821.871, 31 manat vurulmuş ziyanın və ödənilməmiş məbləğin qaldığı müəyyən edilmişdir. Göründüyü kimi, kassasiya protestinin həmin dəlili də əsassızdır. Mülki iddiaçı kassasiya şikayətində göstərir ki, məhkəmə qərar çıxararkən istinad etdiyi mühasibatlıq ekspertizasının 30 avqust 2024-cü il tarixli, 9/2918 saylı ekpert rəyi vergi orqanına təqdim edilsə də, rəyə yazılı mülahizə bildirmək üçün vaxt verilməmiş və ilk iclasda yekun qərar qəbul edilmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Bu dəlillə bağlı qeyd edilməsi zəruridir ki, apellyasiya instansiyası məhkəməsinin 9.9.2024-cü il tarixli məhkəmə iclasının audio-video görüntülər indən görünür ki, sədrlik edən məhkəmə iclasını açır, hansı işə baxıldığını elan edir və bildirir ki, məhkəmə tərəfindən təyin edilmiş qərar əsasında məhkəmə-mühasibatlıq ekspertizasının rəyi daxil olmuşdur, sədrlik edən ekspert rəyinin nəticə hissəsini elan edir, rəyi izah edir və cinayət prosesi tərəflərindən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Həmin məhkəmə iclasında mükli iddiaçının nümayəndəsi də iştirak edir və heç bir vəsatət vermir. Cinayət prosesi tərəfləri də heç bir etiraz və vəsatətlərinin olmadığını və məhkəmə istintaqının tamamlanmasına etiraz etmədiklərini bildirirlər. Bundan sonra, məhkəmə çıxışlarına keçilir. Göründüyü, məhkəmə iclası qanunvericiliyin tələblərinə uyğun davam etdirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, kassasiya şik ayətinin həmin dəlilə də əsassızdır. Bundan əlavə, kassasiya protestində məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi mübahisələndirilərək, məhkumun cəzasını yüngülləşdirən halların düzgün nəzərə alınmadığı, məhkumun yalnız real cəza çəkməklə islah olunmasının mümkünlüyü iddia olunmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin həmin dəlili ilə bağlı qeyd edir ki, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkum barəsində cəza məsələsini həll edərkən qəbul etdikləri qərarları kifayət qədər əsaslandırmış, bu zaman CM-in 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərini, tərədilmiş cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsini və xarakterini, işin hallarını, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən ayrı-ayrı halları, cəzasını ağırl aşdıran halların olmamasını nəzərə almaqla qanuni, əsaslı və ədalətli qərar qəbul etmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin cəza ilə bağlı dəlilləri də əsassızdır. Kassasiya protestinin növbəti dəlili əlavə məhkuma təyin edilmiş əlavə cəza ilə bağlıdır. Protestin həmin hissəsində göstərilmişdir ki, məhkəmələr Məhkum CM-nin 213.3cü maddəsi ilə təqsirli bilərək, onun 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini göstərmişlər. Halbuki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peş ə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Lakin göründüyü kimi, nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri Məhkum əlavə cəza təyin edərkən onun konkret olaraq hansı fəaliyyət növü ilə məşğul olma və ya konkret olaraq hansı sahədə, nə kimi vəzifələri tutma hüququnun məhdudlaşdırılmasını göstərməməklə səhvə yol vermişlər (halbuki bu məsələ apellyasiya protestində də qoyulmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin həmin dəlili əsaslıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 23-cü bəndinə əsasən CM-in 46.1 -ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğ ul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunm uş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin hissədə kassasiya protestinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarında dəyişiklik edilməsi məhkumun vəziyyətini ağırlaşdırmadığından mümkün hesab edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarında yol verilmiş pozuntu aradan qaldırılmaqla, hökmdən və qərardan Məhkum əlavə cəza kimi təyin edilmiş “müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə” müddəları xaric edilməli, “Məhkum 2 (iki) il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə” müddəaları, “Məhkum 2 (iki) il müddətə dövlət orqanlarınd a rəhbər (inzibati) vəzifə tutma hüququndan məhrum edilməklə” müddəaları ilə əvəz edilməlidir. Kassasiya protestinin və kassasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsinin qərarında əsaslandırılmış münasibət bildirildiyindən, məhkəmə kollegiyası həmin əsaslandırmanı hazırki qərarda təkrar etmədən, həmin əsaslandırma və məhkəmənin həmin sübutlara münaibətdə mövqeyi ilə razılaşdır və hesab edir ki, kassasiya müraciətlərinin həmin dəlilləri də əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayət təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qi smən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9.9.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayət təmin edilməsin Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 sentyabr tarixli, 1(103)-117/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə, əlavə cəzaya aid hissədə dəyişdirilsin. Hökmdən və qərardan Məhkum əlavə cəza kimi təy in edilmiş “müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə” müddəaları xaric edilsin və “Məhkum 2 (iki) il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə” müddəaları, “Məhkum 2 (iki) il müddətə dövlət orqanlarında rəhbər (inzibati) vəzifə tutma hüququndan məhrum edilməklə” müddəaları ilə əvəz edilsin. Məhkəmənin qərarı, kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə, qalan hissədə, dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar