Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-489/2021 04.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum Məhkum müdafiəçisi Dünyamalıyev Faiq Mehdi oğlunun iştirakları ilə, 28.07.1961-ci il tarixdə Qazax rayonunun Vəhşi Heyvanlar Sovxozunda anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, çoban işləmiş, məhkum olunmamış, Ağstafa rayonunun Qarayazı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasmda saxlanılan, Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1 və 29, 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2020-ci il tarixli qərarından məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi Nəsibov Zaur Sakit oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və E.İ.Rüstəmov) Məhkum oğlu - Аzərbаycаn Respublikаsı CM-in 120.1 və29, 120.2.7-ci maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəlinin 04 avqust 2018-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş çəxsin hüquqi varisi Nəsirov Zaur Sakit oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü dəyişdirilməd ən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum oğlu 04 avqust 2018-ci il tarixdə saat 15-16 radələrində Ağstafa rayonu, Qarayaçı qəsəbəsində Nəsibov Sakit Şamil oğluna məxsus fermada onunla birlikdə yemək yeyib, spirtli içki qəbul edərək,Sakit Nəsibovun onu armud gətirmək üçün kəndə göndərməsindən sonra həmin fermada birlikdə yaşadığıarvadı Həməşayeva Şərifə İbrahim qızının Sakit Nəsibovla tək qalıb yaxın münasibətdə olmasından şübhələndiyindən armud gətirməyə getməyərək yolun yarısından geriyə qayıdıb fermadakı üstü örtülü, kənarlarının bir tərəfdən bağlı, digər tərəfdən isə açıq olan çardağa baxarkən, oradakı metal çarpayıda Həməşayeva Şərifə İbrahim qızını yarı çılpaq şəkildə fermanın sahibi Nəsibov Sakit Şamil oğlu ilə birlikdə uzanmasını aşkar etdikdən sonra sonuncuları qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin yerdən 47 metr aralıda yerləşən fermadakı yaşadığı otağa tərəf gedib istintaqa məlum olmayan mənbədən alıb həmin otaqda saxladığı MÜ 21-12 modelli 1182 №-li 12 kalibrli yivsiz odlu silah tüfəngi götürüb yatağına baxaraq orada 2 ədəd dolu patron olmasına əmin olduqdan sonra Şərifə Həməşayeva və Sakit Nəsibovun olduğu yerə qayıdaraq 7 metr məsafədən çarpayıda uzanıqlı vəziyyətdə olan Sakit Nəsibova tüfəngin lüləsini tuşlayıb ona namusuna sataşmasmı bildirməklə tüfəngdən Sakit Nəsibovun həyat fəaliyyəti üçün vacib olan sinə nahiyyəsinə qəsdən bir dəfə atəş açaraq ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan tüfəngdən atılmış qırmalardan əmələ gələn döş qəfəsinin sol tərəfinin kor qırma yaral arı, ürəyin və sol ağciyərin zədələnməsi ilə kəskin daxili qanaxma xəsarətləri yetirməklə Nəsibov Sakit Şamil oğlunu qəsdən öldürmüş, daha sonra həmin çardaqda stolun kənarında dayanan arvadı Şərifə Həməşayevanı da qəsdən öldürmək niyyətini həyata keçirmək məqsədi ilə 3 metr məsafədən həmin tüfənglə sonuncunun qarm nahiyyəsinə qəsdən bir dəfə atəş açaraq Şərifə Həməşayevaya yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan tüfəngdən atılmış qırmalardan əmələ gələn qarnın daxilə nüfuz etmiş odlu silah yaralanması, nazik bağırsaq ilgəklərinin, nazik bağırsaq müsariqəsinin, böyük piyliyin cırılmış-didilmiş yaraları xəsarətlərini yetirib sonuncunun qan axmadan öləcəyini düşünərək onu orada yaralı vəziyyətdə qoyub çıxıb getmiş, lakin Şərifə Həməşayevanm vaxtında təc illi tibbi yardım briqadası tərəfindən Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək Həməşayeva Şərifə İbrahim qızını qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Nəsirov Zaur Sakit oğlu kasassiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cəzanın yüngüllüyü və cinayətin motivi ilə bağlı cinayət işinin yenidən araşdırılması ilə bağlı ibtidai istintaqa göndərilməsini xahiş etmişdir. Kassasiya şik ayəti onunla əsaslandırmışdır ki, Məhkum tərəfindən törədilmiş cinayət verilmiş ittihamda göstərilən niyyətlə deyil, başqa istintaq tərəfindən gizlədilən alçaq niyyətlə əlaqədardır. Zərərçəkmiş şəxs Şərifə Həməşayeva ifadəsində " Məhkum $ sakit Nəsibovu vurması aralarında əvvəlcədən və hadiə gününədək olan davamlı mübahisələrdən irəli gəlmişdir". Məhkəmə zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin fərqli ifadələrinə istinad edərək cinayətin motivini ibtidai istintaq tərəfindən verildiyi kimi təsdiq etmişdir. Əslində isə zərərçəkmiş şəxs doğru ifadə vermiş, belə ki, zərərçəkmiş şəxs əvvəldən sona kimi ifadəsini eyni cür, dəyişdirmədən vermişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkum Mİsr İbrahimov tərəfindən verilmiş kassa siya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və CM-nin 29.120.2.7-ci maddəsinin CM-nin 126-cı maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Həməşayeva Şərifə İbrahim qızı ondan heç bir şikayət etməmiş, onu öldürmək niyyəti olmamış və qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi F.Dünyamalıyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya ları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların q anuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi mübahisə olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozul masına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olara q Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 120.1 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarları nda göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegi yası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkumun özünün verdiyi ifadələr ilə yanaşı, şahidlər ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri, protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqs iri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəl ilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Məhkum oğluna elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmə si haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarı qanuni v ə əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərinin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-489/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-489/2021
04.06.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver