Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-499/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə, Şəmkir rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Mustafayev) x1- xx.xx.1948-ci il tarixdə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli işləməyən, məhkum olmamış, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinnə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 70-ci mad dəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddətinə şərti məhkum edilmişdir. İşin halları: x1ə ittiham verilmişdir ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə 2018-ci ilin sentyabr ayının əvvəllərində Şəmkir rayonu Ceyrançöl ərazisində yerləşən əkin sahələrini suvarmaq üçün nəzərdə tutulmuş x2 məxsus 2014-cü ildə Rusiya Federasiyasında istehsal olunmuş diametri 530 millimetr, 1 metrinin qiyməti 135 (yüz otuz beş) manat olan, 255 (iki yuz əlli beş) metr uzunluğunda dəmir boruları elektrik qaynaq aparatı ilə kəsib gizli talama yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxs x2 34425 (otuz dörd min dörd yüz iyirmi beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən veri lmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə apellyasiya protestini qismən təmin edilərək, birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək, yeni hökm çıxarılmş, Y.U.Çitadza Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə şərti məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti verərək, hökmün ləğv edilməsini, cinayət işinin yeni apel yasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protestində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, cinayət işi üzrə toplanmış digər sübutlara istinadən göstərmişdir ki, məhkəmə biri digərini tamamlayan sübutları obyektiv qiymətləndirməmiş, işdə olan mötəbər sübutların məcmusu ilə Yaşa Çitatzünin oğurluq cinayət əməlini törətməsi tam sübuta yetirilməsinə baxmayaraq, yanlış olaraq x1 əməlini Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 177.2.4-cü maddələrindən CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif etmişdir. işin faktiki hallarından da göründüyü kimi x1 x3 hadisədən əvvəl də boru satmaq istəmiş, bu məqsədlə x2 Yevlax şəhərində yerləşən ofisinə getm iş, Cəmiyyətin direktoru boruların satılmadığı barədə birmənalı fikrini bildirdikdən bir müddət sonra x1 x3 zəng vurub boruların satılması üçün rəhbərlikdən icazə aldığını bildirərək Şəmkir rayonu Ceyrançöl adlanan ərazidən keçən 530 mm-lik 10 metr uzunluöunda 6-7 ədəd boruları ona satacağını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarınpn təyin edilmsi təcrübəsi haqqında qərarının 1-ci bəndinə və Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə istinad edərək göstərmişdir ki, məhkəmə x1nin əməlini CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edərkən belə, onun həmin hərkəti öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib talamasına baxmayaraq CMnin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma h üququndan məhrum etmə əlavə cəza təyin olunması məsələsini yalnız onun yaşını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alaraq əsassız olaraq məqsədə müvafiq hesab etməmişdir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmünün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci və 416.1.15-ci maddələrinə əsasən ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kas sasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri əsasən məhkumun cinayət əməlinin düzgün tövsif olunmaması barədədir. Cinayət işinin materiallarında olan ittiham aktından müəyyən edilmişdir ki, x1ə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını mənimsəmə və israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama ittihamı verilməmişdir. x1ə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 177.2.4-cü maddələrilə yuxarıda göstərilən məzmunda oğurluq, yəni özgə nin əmlakını gizli olaraq talamaxeyli miqdarda ziyan vurmaqla törədildikdə və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə ittihamları verilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsaəsn məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işinə birinci instansiyada b axmış Şəmkir rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündə göstərilmişdir ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs x1ə ona saxlanca verilmiş x2-ə məxsus 2014-cü ildə Rusiya Federasiyasında istehsal olunmuş diametri 530 mm, 1 metrinin qiyməti 135 manat olan 70 metr uzunluğunda cəmi dəyəri 9450 manat dəmir boruları mənimsəməklə törətdiyi cinayət əməli ona ittiham verilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlindən daha yüngül olduğundqan x1 əməli həmin maddələrdən CMnin 179.2.4-cü maddəsinə tövsif olunmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə həmin məsələ ilə əlaqədar olaraq özünün xx xxxxxx 2019-cu il tarixli hökmündə göstərmişdir ki, iş materiallarında olan İnventarlar və borular barədə x4, x 5 və x1 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə imzalanmış aktdan görünür ki, 198,85 m borular x1 təhvil verilmişdir. Lakin həmin aktda boruların hansı əraziyə aid olması və x1 təhvil verilməsi göstərilməmişdir. Aktda göstərilən borular ayrı-ayrı hissələrdən ibarətdir, diametri göstərilməmişdir və ümumi uşunluğu da sözügedən boruya uyğun deyildir. Bir sözlə həmin akta istinad etməklə oğurlanmış boruların x1ə inanılıb tapşırılmış borular olması nəticəsinə gəlinməsi ziddiyyət və şübhə doğurur. Daha sonra apellyasiya instansiyası məhkəməsinin hökmündə göstərilmişdir ki, madi məsul şəxs kimi x1ə təhvil verilmiş 198 metr uzunluğunda dəmir boruların 70 metrini, cımi dəyəri 9450 manat olan dəmir boruları 2018-ci ilin təxminən avqust ayında metrəsi 30 manatdan olmaqla x3 satması, sonuncunun həmin boruları apardıqdan sonra iş üzrə Polis bölməsində təhqiqat aparılan zaman gətirib əraziyə tökməsi təsdiqini tapmamışdır. Bu da ona dəlalət edir ki, x1 hərkətləri Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrinin tərkibini yaradır. Apellyasiya məhkəmə kollegiyası öz mövqeyini ümumiləşdirərək hökmündə göstərmişdir ki, x1 ona saxlanca verilmiş x2ə məxsus 2014-cü ildə Rusiya Federasiyasında istehsal olunmuş diametri 530 millimetr, 1 metrinin qiyməti 135 manat olan 70 metr uzunluğunda, cəmi dəyəri 9450 manat dəmir boruları mənumsəməklə törətdiyi cinayət əməli, ona ittiham olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlindən daha yüngül olduğundan birinci instansiya məhkəməsi onun əməlini həmin maddələrdən CM-nin 17 9.2.4-cü maddəsinə tövsif edərkən düzgün nəticəyə gəlsə də, öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib talamasına qiymət verməmişdir. məhkəmə kollegiyası qeyd edir ki, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olacaqdır ki, həmin əməllər əmlakın etibar edildiyi və özz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malikməsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman təqsirkar göstərilən cinayəti törədərkən öz qulluq səlahiyyətlərindən istifadə edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 4.2.5-ci bəndinə görə x1 x2 tərəfindən ona etibar edilmiş maddi sərvətlərin (toxum, gübrə, yanacaq və digər predmet) qorunmasını təmin etmək, ayrılmış sərvətlərin aidiyyəti üzrə istifadə olunmasına və onlara təhlükə yaradan hallar barədə rəhbərliyi vaxtında yazılı xəbərdar etmək və təhlükənin qarşısını almaq üçün öz imkalnarı daxilində lazimi tədbirlər görmək öhdəliyi götürmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə gəldiyi nəticələr mötəbər sübutlara əsaslanmır və cinayət işinin faktiki hallarına da uyğun deyil. Cinayət işinin materiallarında olan İnventarlar və borular barədə x4, x5 və x1 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə imzalanmış aktda 198,85 m boruların x1 təhvil verilməsi göstərilməmişdir. Həmin aktda göstərilən borular kiçik hissələrdən ibarətdir və yalnız həmin hissələrin uzunluqlarının cəmi 198,85 metrdir. Digər tərəfdən məhkuma elan edilmiş ittihamda 255 metr uzunluğunda borudan söhbət gedir, 198,85 metr uzunluqda borudan deyil. Bundan başqa x1 ilə x2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 4.2.5ci bəndinə görə x1 x2 tərəfindən ona etibar edilmiş maddi sərvətlərin (toxum, gübrə, yanacaq və digər predmet) qorunmasını təmin etmək, ayrılmış sərvətlərin aidiyyəti üzrə istifadə olunmasına və onlara təhlükə yaradan hallar barədə rəhbərliyi vaxtında yazılı xəbərdar etmək və təhlükənin qarşısını almaq üçün öz imkalnarı daxilində lazimi tədbirlər görmək öhdəliyi götürmüşdür. Boruların saxlanmasına və qorunmasına görə x1 tam maddi məsuliyyət daşıması barədə müqavilədə bənd nəzərdə tutulmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi məhkumun barəsində CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzanın təyin olunmaması n əticəsini də cəzanın məqsədi barədə qanunun tələbinə uyğun əsaslandırmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işi üzrə sübutları qiymətləndirilməsində və bununla da məhkumun cinayət əməlinin hüquqi tövsifində səhvə yol vermişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci və 416.1.15-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərar ını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilcin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-499/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-499/2020
08.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver