Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-5/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-5/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Ağakərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə xüsusi ittiham qaydasında işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.H.Tağıyev) 08 noyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxxx 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü Məhkum olunmuşdur ona görə ki, o, kütləvi informasiya vasitəsi olan "xxxx" saytında 16.06.2016-cı il tarixdə yayımlanmış “xxxx” Şirkətinin adından sui-istifadə edən fırıldaqçı kimdir? başlıqlı məqalədəX10un “xxxx” Şirkətinin pul vəsaitlərini mənimsədiyini, saxta anbar müqavilələri tərtib etdiyini bildirməklə X10un şərəf və ləyaqətini ləkələ yən, onu nüfuzdan salan məlumatları yaymış və bununla da onu hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaq (Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi) və özgə əmlakını mənimsəmə (Azərbaycan Respublikasının CM-nin 179.1-ci maddəsi) cinayətlərini törətməsini bildirməklə ona böhtan atmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qail Məmmədov (sədrlik edən və məruzəçi), Rizvan Səfərov və Abid Abdinbəyovdan ibarət tərkibdə) 06 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilsin və işə bəraət verici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə cinayət prosesi tərəfinin (müdafiə tərəfinin) təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında əsaslandırma hissəsi yoxdur və qərar birinci instansiya məhkəməsinin müvafiq hökmünün tam köçürülməklə yazılmışdır. Qərarda apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirilməmiş və həmin dəlillərə düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, müəyyən edilmiş hallar mötəbər olmayan, ziddiyyətli, yolverilməz sübutlarla əsaslandırılmışdır. Məhkəmə öz qərarında gəldiyi nəticələri təsdiq edən mötəbər və ziddiyyətsiz sübutlara malik olmamış, hansı mötəbər sübutlar əsasında belə bir nəticəyə gəldiyini hökmdə göstərməmiş və gəldiyi nəticələri sübuta yetirməmiş, CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir. Məqalədə qeyd edilən məlumatların demək olar ki, tam olaraq əksəriyyətini məhz xüsusi ittiham qaydasında şikayət edən şəxsin özü və həyat yoldaşı bilavasitə X5ə demişdir, yəni ona həmin məlumatlar hər hansı kənar şəxslər tərəfindən deyil, məhz həmin şəxslər tərəfi ndən verilmişdir. Belə olduğu halda həmin məlumatlar onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumat hesab edilə bilməz, çünki həmin məlumatların mənbəyi məhz həmin şəxslərdir, yəni məlumatlar doğru deyildirsə buna görə də məsuliyyəti məhz özləri daşıyır. Həmin məlumatların X5ə aid olan hissəsi isə onların verdiyi məlumatların konteksində meydana çıxan və onların verdikləri məlumatların doğruluğunun təsdiq edildiyini ifadə edən fikirlər, mülahizələr kimi qəbul edilməlidir. Xüsusi ittihamçı öz şikayətində və məhkəmə öz hökmündə qanunsuz və əsassız olaraq qeyd edilən kütləvi informasiya vasitəsində yayılan məlumatın mənim tərəfimdən yayıldığına istinad etmişdir. Halbuki, həmin məlumatların yayılmasına nə yazılı, nə də şifahi for mada razılıq verməmiş və nə məhkəmə, nə də xüsusi ittihamçı həmin məlumatların yayılmasına razılıq verdiyimi təsdiq edən hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Məhkəmə və müdafiə tərəfi məhkəmədə şahid qismində dindirilmiş Şahid onun həmin məlumatların yayılmasına razılıq verdiyini təsdiq edən yazılı sənədin mövcud olub-olmadığını soruşduqda, həmin şahid guya onun razılıq verdiyimi açıq-aşkar və mübahisə doğurmayacaq şəkildə təsdiq edən sübutu məhkəmə təqdim edə biləcəyini bildirsə də və məhkəmə ondan həmin sübutu təqdim etməyi tələb etsə də nə xüsusi ittihamçı, nə də həmin şahid qeyd edilən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin sayt X5in razılığı və məlumatı olmadan, heç bir araşdırma aparmadan və yoxlamadan qanunvericiliyin tələbini pozaraq həmin məlumatları qeyd edilə n saytda yaymışdır. Hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materialları öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqiməsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və y a apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq h əmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili barəsində işin icraatına bəraət verici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsi rliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş xüsusi ittihamçının və şahidlərin ifadələri ilə, işə əlavə edilmiş sosial şəbəkə proqram təminatındakı ekran çəkmələri və işin digər materialları ilə tam təsdiq edilir. «Kütləvi informasiya vasitələri haqqında» 07 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasın ın qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 №-li “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarın 3-cü bəndənə əsasən məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Belə ki, şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxsl ərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə-, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının CM-in 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda gö stərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddənin orta həddində cəza təyin etmişdir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və baş qaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsul iyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həm in nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-5/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-5/2019
19.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver