Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-507/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikas ıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti X13 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası C M-nin 178.3.2, 32,4,312.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi-vəkil X15 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X24, hakimlər X5 və X4 ibarət tərkibdə) Məhkum- 15 aprel 1969-cu ildə İmişli rayonu, Ağcüyür kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hüquq təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi, Azərbaycan Yazıçılar birliyinin üzvü, ailəli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşamış Azərbaycan RespublikasıCM-ni n 178.3.2, 32,4,312.1 və 320.1-ci maddələriilətəqsirlibilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Cinayət Məcəlləsinin təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti, Məhkum təqsirləndirildiyi az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan elan olunmuş ittihamın birinci epizodunu törətməsindən Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1 və 320.1-ci maddələri ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 13 sentyabr 2015-ci il tarixdən 30 aprel 2016-cı il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət, cəmi 07 ay 17 gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 08 il 04 ay 13 gün müddətinə azadlığdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 09 oktyabr 2017-ci il tarixdən he sablanmışdır. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs5 irəli sürdüyü iddia tələbi tam təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 26343 manat pul vəsaiti və dövlət rüsümu kimi ödədiyi otuz manat pul vəsaiti, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs4 irəli sürdüyü iddia tələbi tam təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 30.000 manat pul vəsaiti və dövlət rüsümu kimi ödədiyi otuz manat pul vəsaiti, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2 irəli sürdüyü iddia tələbi tam təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 17000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə ekvivalenti 17819,4 manat pul vəsaiti və dövlət rüsümu kimi ödədiyi otuz manat pul vəsaiti, Zərərçəkmiş şəxs3ün irəli sürdüyü iddia tələbi qismən təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 10000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə ekvivaienti 10537 manat pul vəsaiti və dövlət rüsümu kimi ödədiyi otuz manat pul vəsaiti, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1in irəli sürdüyü iddia tələbi qismən təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla cəmi 254648,5 manat pul vəsaiti və dövlət rüsümu kimi ödədiyi otuz manat pul vəsaiti, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs6nın irəli sürdüyü iddia tələbi tam təmin edilərək ona vurulmuş maddi ziyan olmaqla ödənilməmiş qalan cəmi 1700 manat pul vəsaiti təqsirləndirilən şəxs Məhkum həmin şəxslərin xeyrinə tutulması, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6a vurulmuş maddi ziyanın ödənil məsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Məhkum keçmiş arvadı X12 mülkiyyətində olan ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 17-ci mərətəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzilindəki payına yönəldilmiş, həmin pay zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam aradan qaldırılması üçün yetərli olmadığı halda, qalan hissədə vurulmuş ziyan təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs, mülki iddiaçıların xeyrinə tutulmuş, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar Zərərçəkmiş şəxs3 oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın vaxtında ödənilmədiyi və hununla bağlı əldən çıxmış fayda ilə bağlı müİki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə Məhkum qarşı müvafiq qaydada məhkəməyə müraciət etmək hüquqları ol ması izah edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərardadı ilə ünvan10un üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa ləğv edilmiş və həmin mənzil qanuni mülkiyyətçisi olan X1 saxlanılmış, Məhkum keçmiş arvadı X12 mülkiyyətində olan ünvan 4 ünvanda inşa edillən çoxmərtəbəli yaşayış binasının 17-ci mərətəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzilin üzərinə qoyulmuş özgəninkiləşdirilməsinə dair qadağa mənzilin üzərinə tutma yönəldilənədək dəyişdirilmədən saxlanmış, iş üzrə maddi sübutlar cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 10 yanvar 1999-cu il tarixli, 1222 nömrəli sərəncamı, Bakı şəhəri 19 saylı Dövlət Notariat kontorunda 01 iyul 2011-ci il tarixdə təsdiq edilmiş ƏN-İ N-li 157557 saylı etibarnamə nin əsli, 15 yanvar 2002-ci il tarixli "xxxx" MMC ilə Məhkum arasında bağlanmış "İlkin müqavilə"nin surəti və 15 yanvar 2002ci il tarixli və 31 mart 2002-ci il tarixli Məhkum tərəfindən ünvan 5 ünvanda yerləşən mənzilin döyərinin ödənilməsinə dair qəbzlər cinayət işinin materiallarında saxlanılmaqla iş üzrə ekspertiza xərclərinin cəmi 170 manat təqsirləndirilən şəxs Məhkum dövlətin xeyrinə tutulmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmiş, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxsə(lərə) xeyli, həmçinin külli miqdarda ziyan vurmaqla, eləcə də külli miqdarda əmlaka olan hüquqlarını əldə etməklə təkrarən dələduzluq etmiş, şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Belə ki, o, özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə övladının ali məktəbə qəbul olunmasına köməklik etmək barədə ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 dayısı - Şəmkir rayonu, Düzqışlaq kənd sakini X6 özünü işgüzar şəxs kimi təqdim edərək Azərbaycan Beynəlxalq Universitetinin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu bildirib, həmin şəxslərin vasitəsi ilə müəyyən məbləğdə pulun müqabilində qızı X20-i həmin universitetin Maliyyə fakultəsinə qəbul etdirmək, qəbul olunduqdan sonra dərslərdə iştirak etməmək və sonda diplom almasına köməklik etmək imkanına malik şəxs olmasına ina ndırıb aldadaraq, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verib, X21-in ona olan inam və etibarından istifadə etməklə sonuncudan 17 oktyabr 2006-cı il tarixdə ünvan11də yerləşən ofisində həmin dövrün rəsmi məzənnəsinə uyğun 8738 manata bərabər 10000 ABŞ dolları məbləğində pulunu alaraq X21-1i rüşvət verməyə təhrik edib, sonuncuya məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə tanışı Göygöl rayon sakini Zərərçəkmiş şəxs1 Bakı şəhərində daşınmaz əmlak və avtomobil axtaran real alıcı olduğunu, atası X27 Federasiyasında iş adamı olmaqla bununla bağlı oğluna istədi yi məbləğdə pul vəsaiti göndərdiyini bildiyi üçün, Zərərçəkmiş şəxs1 məxsus əmlakı vahid qəsdlə ələ keçirmək qərarına gələrək, sonuncuya dövlət mülkiyyətində olub, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, Azərbaycan Beynəlxalq Universitetin yaxınlığında yerləşən, 0.06 ha torpaq sahəsini göstərib, qeyd olunan torpaq sahəsini Bakı şəhər İcra Hakimiyyəti vasitəsi ilə onun adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, aralarında yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etimadından istifadə edərək, Zərərçəkmiş şəxs1 torpaq sahəsinin dəyəri kimi Bakı şəhər İcra Hakimiyyətinə ödənilmək adı ilə 2006-cı ilin dekabr ayının əvvəllərində ünvan11də yerləşən ofisində əvvəlcə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 4361.5 manata bərabər 5000 ABŞ dolları, bir neçə gün sonra 8723 manata bərabər 10000 ABŞ dolları məbləğində olmaqla, həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 13084.5 manata bərabər cəmi 15000 ABŞ dollarını almaqla, həmçinin, o, eyni niyyətlə Zərərçəkmiş şəxs1 dövlət mülkiyyətində olub Bakı şəhəri, Binəqədi rayonunda, “Matadrom” adlı ərazinin yaxınlığında yerləşən 0.06 ha torpaq sahəsini göstərib, həmin sahəni Bakı şəhər İcra Hakimiyyəti vasitəsi ilə sonuncunun adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, sonuncudan torpaq sahəsinin dəyəri kimi 2007-ci ilin yanvar ayının sonları, fevral ayının əvvəllərində qeyd olunan ünvanda yerləşən ofisində həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 26136.0 manata bərabər 30.000 ABŞ dolları pulu alaraq, həmin torpaq sahəsinin guya Zərərçəkmiş şəxs1 qardaşı X22-in adına fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına dair istintaqa məlum olmayan şəraitdə hazırladığı saxta rəsmi sənədi – Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1222 nömrəli sərəncamını Zərərçəkmiş şəxs1 təqdim etməklə, bundan əlavə, o, eyni məqsədlə Zərərçəkmiş şəxs1 Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən hər biri 10000 ABŞ dolları olmaqla 3 ədəd 0,12 ha torpaq sahəsi təşkil edəcəyini, həmin torpaq sahələrinin bələdiyyə tərəfindən müvafiq olaraq sonuncunun, qardaşı X22-in və özünün arvadı X12 adına sənədləşdiriləcəyini yalandan vəd verib aldadaraq, torpaq sahələrinə görə Zərərçəkmiş şəxs1 xx.xx.2007-ci il tarixdə, qeyd olunan ünvanda yerləşən ofisində ümumilikdə 26082 manata bərabər 30000 ABŞ dolları məbləğində pulu alıb, sonuncuya Qala bələdiyyəsi ərazisind ən 0,12 ha və X12nin adına 0,12 ha torpağın ayrılmasına dair verilmiş sənədləri təqdim etməklə, həmin torpaq sahələrinə görə bələdiyyənin xəzinəsinə cəmi 4224 manat məbləğində pul vəsaitini ödəyib, qalan 21858 manat məbləğində pulu, eləcə də, eyni niyyətlə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən, dövlət mülkiyyətində olub, üvna12nin bir hissəsini təşkil edən 0.04 ha torpaq sahəsini göstərib, həmin torpaq sahəsinin sonuncunun adına sənədləşdirilməsi və orada ictimai iaşə obyektinin tikilməsi üçün Bakı şəhər İcra Hakimiyyətindən müvafiq sərəncam alacağına dair yalandan vəd verib aldadaraq, 2007-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1 torpaq sahəsinə görə ödəmək adı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerəşən “Şəki” restoranında 65000 manat, nö vbəti gün isə ünvan11də yerləşən ofisində həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 17338 manata bərabər 20.000 ABŞ dolları məbləğində pulu almış, 2007-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs1 ondan torpağın sənədlərini tələb etdikdə, həmin torpaq sahəsinin sənədlərinin düzəlmədiyini bildirib, sonuncuya başqa ərazidən, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarı istiqamətində, Bakı metropoliteninin Nərimanov stansiyasından təxminən 200-300 metr aralıda yerləşən, dövlət mülkiyyətində olan 0.05 ha torpaq sahəsini göstərib, əlavə 25000 ABŞ dolları məbləğində pul verəcəyi halda həmin sahənin adına rəsmiləşdirilməsini yalandan vəd verərək, ondan 2007-ci ilin aprel ayının sonlarında qeyd olunan ofisində əlavə olaraq həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 21630 manata bərabər 25000 ABŞ dolları məbləğində olmaqla cəmi 103968 manat məbləğində pulu almaqla, bundan əlavə, eyni məqsədlə X14 Zərərçəkmiş şəxs1 olan borcunun müqabilində verdiyi ünvan 8 ünvanda yerləşən 16 mərtəbəli 2 bloklu yaşayış binasının 2-ci mərtəbəsindəki 160 kv.m olan mənzilin sahəsini sonuncu əlavə ödəniş etməklə artırıb 288 kv.m etdikdən sonra, ümumi dəyəri 230.400 ABŞ dolları olan həmin mənzilə görə öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmək istədikdə, Zərərçəkmiş şəxs1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri ilə qohumluq münasibəti olduğunu, mənzili adına keçirəcəyi halda mülkiyyət hüququna dair çıxarışın ucuz qiymətə alacağını bildirib aldadaraq, mənzilə mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra etibarnamə ilə geri özünə qaytaracağına dair y alandan vəd verib, 2007-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs1 razılığı ilə qeyd olunan MTK tərəfindən mənzili öz adına sənədləşdirdikdən sonra dəyəri həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 199342 manata bərabər 230400 ABŞ dolları olan mənzili Zərərçəkmiş şəxs1 geri qaytarmamaqla, ümumilikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus külli miqdar təşkil edən 165046.5 manat məbləğində pulunu ələ keçirməklə və 199342 manat məbləğində əmlaka olan hüquqlarını əldə etməklə təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Bundan başqa, o, təkrarən eyni niyyətlə Zərərçəkmiş şəxs5 vasitəsilə tanıdığı Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Səbail rayonu, Badam dar qəsəbəsində, “Kempinski” otelinin yaxınlığında yerləşən dövlət müliyyətində olan boş torpaq sahəsini göstərib, həmin torpaq sahəsini alacağını, orada şərikli olaraq ev tikib satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalandan vəd verib aldadaraq, sonuncunun ona olan inam və etibarından istifadə edib şərikli ev tikib satmaq adı ilə 04 iyul 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 13 saylı Dovlət Notariat Kontorunda sonuncudan 30000 manat pulu alıb, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə tanışı – Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 oğluna övladı X18 Respublikasının “Torverqato” Universitetində dövlət hesa bına təhsil alması məqsədi ilə dövlət proqramına daxil edəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 2015-ci il aprel ayında ünvan11də yerləşən ofisində həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 12644.4 manata bərabər 12000 ABŞ dolları məbləğində pulunu alıb, sonuncuya külli miqdarda ziyan vuraraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən eyni məqsədlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə geniş əlaqələrinin olmasına, xarici dövlətlərin ali təhsil müəssisələrinə tələbə qəbul etdirmək imkanlarının olmasına inandırıb aldadaraq, sonuncuya bacısı oğlu X20 İngiltərədə yerləşən “Nyucasl” Universitetində dövlət hesabına təhsil alması məqsədi ilə dövlət proqramına salacağını yalandan vəd verərək, aralarında olan tanışlıq münasibətlərinə görə Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından istifadə edib ondan 05 iyun 2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Bakı X2rşısında həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 17819.4 manata bərabər 17000 ABŞ dolları məbləğində pulunu alıb, sonuncuya məxsus külli miqdar təşkil edən əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən eyni məqsədlə, Bakı şəhər sakini olan, tanışı Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, “Kempinski” otelinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs4-ə göstərdiyi torpaq sahəsindəki tikintisi davam etdirilən binanı göstərib, həmin binanı sonuncu ilə birlikdə inşa etdirdiyini, pul verəcəyi halda onu da şərik edəcəyini bildirib, binanın inşası başa çatdıqdan sonra sataraq külli miqdarda qazanc əldə edəcəklərinə dair yalandan vəd verməklə 28 avqust 2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 13 saylı Dovlət Notariat Kontorunda Zərərçəkmiş şəxs5 21100 manat məbləğində pulu almaqla, eləcə də Zərərçəkmiş şəxs5 Belarusiya Dövlət Universitetində iqtisadiyyat sahəsində magistraturaya qəbul etdirəcəyinə dair yalandan vəd verib bu adla sonuncudan 2015-ci ilin sentyabr ayının əvvəlində ünvan12də yerləşən xidməti otağında həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 5243 manata bərabər 5000 ABŞ dolları pulu alaraq, sonuncuya məxsus külli miqdar təşkil edən 26343 manat məbləğində pulu aldatma və etib ardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, "xxxx" MMC-nin təsisçisi olmaqla, qanuni təmsilçisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, təkrarən eyni məqsədlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs6, xalq şairi X38 xx.xx.2017-ci il tarixdə anadan olmasının 85-ci il dönümü münasibəti ilə sonuncunun əsərlərini 10 gün müddətində özünə məxsus "xxxx" MMC-də kitab formasında nəşr etdirmək barədə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 xx.xx.2017-ci il tarixdə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "xxxx" MMC-də, xalq şairi X38 “X38 gündəlikləri” əlyazmasının kitab formasında nəşr olunması üçün 2400 manat, 2017-ci ilin iyun ayında X38 “X28 və X11 əsərlərinin” tərcüməsini nəşr etmək üçün 1700 manat olmaqla, ümumilikdə 4100 manat pulu alıb, öz qulluq mövqeyindən istifadə etməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub, əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs1, təqsirləndirilən Məhkum və onun müdafiəçisi-vəkil X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), R.K.Səfərov və R.M.Abdulovdan ibarət tərkibdə) 14 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etməmiş, hökmü isə dəyişdirərək mülki iddianın təmin olunması hissəsində Zərərçəkmiş şəxs2-ə “17819,4 manat” və Zərərçəkmiş şəxs3-ə “10537 manat” müddəaları hökmdən xaric edilmiş, qalan hissədə qərar d əyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayətində qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətinə əlavə verərək məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dai epizod üzrə cinayət təqibinə xitam verimsini xahiş etmişdir. Daha sonra məhkum kassasiya şikayətinə yenidən əlavə verərək X12-nin adına olan mənzildəki onun payına yönəldilməsinə dair zərərçəkmiş şəxs kimi tanınmış şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin təmini üçün bindinin ləğv edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi-vəkil X15 kassasiya şikayəti verərək Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dai epizod üzrə Məhkum barəsində cinayət təqibinə xitam verimsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil X15 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs1 Məhkum pulu sonuncu dəfə 2007-ci ilin aprel ayında vermişdir. Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən ağır cinayət törədildiyi gündən 12 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət işi üzrə icraata xitam verilməlidir. Ona görə də hesab edir ki, Məhkum Azərbaycan Respubl ikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Məhkum kassasiya şikayətində məhkəmə iclasındakı ifadəsində göstərdiyi dəlilləri və cinayət təqibinə xitam verilməsinə dair müdafiəçinin kassasiya şikayətində göstərilən dəliləri göstərməklə yanaşı, qeyd etmişdir ki, X12 adına olan ünvan 4 ünvanda inşa edillən çoxmərtəbəli yaşayış binasının 17-ci mərətəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzil əzəlləşdirilməyib və onun mülkiyyətində deyil. Digər tərəfdən həmin mənzildə mənim heç bir payım yoxdur. Həmin mənzildə X8 başqa yetkinlik yaşına çatmayan iki övladımız - 1993-cü təvəllüdlü X21 və 1996-cı il təvəllüdlü X16 yaşayırlar. Mənzil cəmi 3 otaqdan ibarətdir. Maddi ziyanın ödənilməsinin yönəldilməsi ədalətsizlikdir. Həmin mənzil göstərdiyim şəxslərin sonuncu yaşayış yeridir. Ona görə də ödəmənin həmin mənzilə yönəldilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş əsaslar cəzanı yüngülləşdirən halları nəzərə almadan hökm çıxarmışdır. Ona görə də kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətlərinin dəlilərinin bir qismi ondan ibarətdir ki, Zərərçəkmiş şəxs1 Məhkum pulu sonuncu dəfə 2007-ci ilin aprel ayında verdiyini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən ağır cinayət törədildiyi gündən 12 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət işi üzrə icraata xitam verilməlidir. Ona görə də kassatorlar hesab edirlər ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməlidir. Cinayət işinin materialları ilə sübut edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı vahid niyyətlə dəfələrlə onun pul vəsaitini və əmlaka olan hüquqlarını dələduzluq yolu ilə ələ keçirmişdir. Həqiqətən Məhkum Zərərçəkmiş şəxs1 pulu sonuncu dəfə 2007-ci ilin aprel ayında dələduzluq yolu ilə almışdır. Lakin, növbəti dələduzluq epizodunu isə Məhkum Zərərçəkmiş şəxs1 2007-ci ilin may ayında törətmiş ünvan 8 ünvanda yerləşən 16 mərtəbəli 2 bloklu yaşayış binasının 2-ci mərtəbəsindəki 160 kv.m olan mənzilin sahəsini sonuncu əlavə ödəniş etməklə artırıb 288 kv.m etdikdən sonra, ümumi dəyəri 230.400 ABŞ dolları olan həmin mənzilə görə öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmək istədikdə, Zərərçəkmiş şəxs1 Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri ilə qohumluq münasibəti olduğunu, mənzili adına keçirəcəyi halda mülkiyyət hüququna dair çıxarışın ucuz qiymətə alacağını bildirib aldadaraq, mənzilə mülkiyyət hüququna dair çıxarış alındıqdan sonra etibarnamə ilə geri özünə qaytaracağına dair yalandan vəd verib, 2007-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs1 razılığı ilə qeyd olunan MTK tərəfindən mənzili öz adına sənədləşdirdikdən sonra dəyəri həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 199342 manata bərabər 230400 ABŞ dolları olan mənzili Zərərçəkmiş şəxs1 geri qaytarmamaqla, ümumilikdə aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus külli miqdar təşkil edən 165046.5 manat məbləğində pulunu ələ keçirməklə və 199342 manat məbləğində əmlaka olan hü quqlarını əldə etməklə təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmışdır. Cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı 14 mart 2019-cu il tarixdə qəbul edilmiş və bununla da hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası CM-nin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Göstərilənlərdən müəyyən edilmişdir ki, cinayət törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək 12 il müddə t keçmədiyindən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət əməllərinin CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmədiyindən, bu əsasilə cinayət təqibinə xitam verilməsi barədə kassasiya şikayəti təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada toplanıb, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndiilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə sübut edilərək düzgün tövsif edilmişdir. Cinayət əməlinin hüquqi tövsifi, cinayət təqibinə xitam verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilləri apellyasiya şikayəti vasitəs ilə apellyasiya instansiyası məhkəməsi qarşısında da qaldırılmış və həmin dəlillər cinayət işinin materialları üzrə tam, hərtərəfli və obyektiv yoxlanılmış və həmin dəlilər öz təsdiqini tapmamışdır. Kassasiya şikayətlərinin dəlillərindən biri də X12 adına olan ünvan 4 ünvanda inşa edillən çoxmərtəbəli yaşayış binasının 17-ci mərətəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzildəki Məhkum payına ödəmənin yönəldilməməsi barədədir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ünvan 4 ünvanda inşa edillən çoxmərtəbəli yaşayış binasının 17-ci mərətəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzil 07 mart 2017-ci il tarixdə Məhkum həyat yoldaşı X12 adına rəsmiləşdirilmiş və onun dəyəri şirkətə tam ödənilmişdir. Məhkum və onun keçmiş həyat yoldaşı X17 1992-ci ildən 2017-ci ilin iyul ayınadək rəsmi nikahada olmuşlar. Dövlət reyestrində qeydiyyata alınmayan həmin ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 17-ci mərətəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzilin dəyəri birgə nikah dövründə əldə olunmuş vəsait hesabına ödənmişdir. Ona görə də həmin mənzilin dəyərinə ödənmiş vəsaitin Məhkum payına düşən hissəsinə onun öhtəçilikləri üzrə ödəmələr yönəldilə bilər. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, məhkəmə cəza təyin edərkən Məhkum cinayət əməlini qismən etiraf edib peşiman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın bir hissəsinin öz ünün könüllü olaraq ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə məhkumun cəzasını yüngülləşdirməyə əsas verən başqa hallar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətlərinin bu barədə dəlili də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərba ycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum və onun müdafiəçisi-vəkil X9 kassasiya şikayətləri və bu şikayətlərə əlavələr təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32,4,312.1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı Məhkum və onun müdafiəçisi-vəkil X9 kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-507/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-507/2020
08.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver