Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-512/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Pərviz Müseyib oğlu Hüseynovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 a vqust 2024-cü il tarixli 1(106)-651/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Esmira Məmmədova (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Nahid Hüseynov) 06 may 2024-cü il tarixli 1(099)334/2024 nömrəli hökmü ilə xx xxxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində (indiki İstisu qəsəbəsi) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 1(049)-342/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.2-ci maddəl əri ilə təqsirli bilinib, qəti olaraq 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu götürülmüş, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya m əhkəməsinin hökmünə əsasən Məhkum vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almışdır. Belə ki, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 01 dekabr 2022-ci il tarixli, 1218/k nömrəli əmrə əsasən həmin tarixdən üç ay müddətinə Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru, Nazirlik üzrə 09 mart 2023-cü il tarixli, 234/k nömrəli əmrə əsasən həmin tarixdən altı ay müddətinə həmin Xidmətin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru və 12 sentyabr 2023-cü il tarixli, 1075/k nömrəl i əmrə əsasən həmin tarixdən həmin Xidmətin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Xidmət tərəfindən təsdiq edilmiş vəzifə təlimatına və rəhbərlik etdiyi mərkəzin əsasnaməsinə əsasən müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükü nə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyəti üzrə məhkəmə, polis, prokurorluq orqanların a göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidməti üzrə 05 aprel 2022-ci il tarixli əmrə əsasən Xidmətin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyiliyinin meşəbəyisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs müvafiq pul vəsaitlərini vətəndaşdan qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şirvan şəhər sakini Şahid1 2023-cü ilin oktyabr ayının əvvəllərində rəhbəri olduğu Mərkəz in balansında olan meşə fonduna aid, turizm üçün əlverişli olan, eyni zamanda yol kənarında yerləşən hər hansı torpaq sahəsinin kafe və ya restoran tikintisinin həyata keçirilməsi üçün ayrılması barədə müraciəti ilə əlaqədar sonuncuya rəhbəri olduğu Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus, Lənkəran rayonu Sinovli kəndindən Tükəvilə kəndinə gedən yolun üzərində yerləşən, əksər hissəsini düzənlik ərazi təşkil edən torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qayd alarının müvafiq bəndlərinə əsasən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin meşə fondu sahələrindən Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməli olması, təqdim olunmuş ərizənin nazirlik tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilməli, baxılmalı və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılmalı olması, həmçinin nazirlik tərəfindən müvafiq ərizəyə baxılarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyinin və şərtlərinin əsas tutulmalı olm ası barədə imperativ normaların tələblərinə əməl edilməsini təşkil etməli olduğu halda qeyd olunan hərəkətləri etməyərək Şahid1 tərəfindən müvafiq torpaq sahəsinin ölçüsünə görə icarə haqqının ödənilməsinin təmin edilməməsi, bundan başqa ilkin olaraq həmin ərazinin yaxınlığında olan kəndlərdə yaşayan vətəndaşlarda ikrah hissinin yaranmasının, gələcəkdə həmin vətəndaşların bu barədə edə biləcəkləri şikayətlərin qarşısının alınması məqsədilə arıçılığın inkişaf etdirilməsi adı altında ona verə biləcəyini və vətəndaşların Şahid1 ərazidə sahibkarlıq fəaliyyət ilə məşğul olması barədə şikayətləri olacağı təqdirdə həmin müraciətlərə “Arıçılıq haqqında” 02 fevral 2009-cu il tarixli, 765-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində göstərilmiş arı ailələrinin meşə, qoruq, yasaq lıq və digər dövlət mülkiyyətində olan ərazilərdən, habelə bələdiyyə mülkiyyətində olan meşə və meşə zolaqları, kolluq və örüş sahələrindən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələrinin tələb olunmamalı, eyni zamanda sahələrdən arıçılıq məqsədləri üçün istifadənin məhdudlaşdırılmasına yol verilməməli olması kimi imperativ normaya əsaslanıb müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını həmin normaların tələbləri altında pərdələyərək Mərkəzin direktoru qismində özü tərəfindən cavab veriləcəyini və qısa müddət sonra həmin torpaq sahəsində ictimai iaşə obyektinin tikintisinə şərait yaradılacağını bildirib, bu hərəkətlərinə görə Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məb ləğində pul vəsaitini 2023-cü ilin oktyabr ayının əvvəllərində Mərkəzin ünvan 1 ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, Şahid1 razılığını aldıqdan sonra həmin niyyətlə 17 oktyabr 2023-cü il tarixdə sonuncu tərəfindən 12.000 (on iki min) manat məbləğində pul vəsaiti gətirilməsi barədə Təqsirləndirilən şəxs tərəfindən özünə məlumat verilməsindən sonra həmin pul vəsaiti ilə razılaşmayaraq qalan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin sonuncunun adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus olan 4169-73889543-0514 nömrəli plastik bank kartına köçürülməsinə və Təqsirləndirilən şəxs tərəfindən həmin vəsaitin ünvan 2 ünvanda yerləşən bankomatdan nağdlaşdırılaraq Şahid1 təqdim edilməsinə nail olub, elə həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə ümumi likdə 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Şahid1 Mərkəzin ünvan 1 ünvanda yerləşən inzibati binasında rüşvət qismində alınaraq həmin tarixdə və yerdə özünə təqdim edilməsi ilə özü və Təqsirləndirilən şəxs üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini sonuncunun köməkçiliyi ilə rüşvət qismində alıb, onunla aralarında bölüb, şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar 17 oktyabr 2023-cü il tarixdə müvafiq torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsini təsdiq edən sənəd kimi sonuncu, Təqsirləndirilən şəxs və Osaküçə meşəbəyiliyində gözətçi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 iştirakı ilə akt tərtib edilib im zalanaraq Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus torpaq sahəsinin Şahid1 faktiki istifadəsinə verilməsinə nail olmuş və bununla da rüşvət almışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Yaşar Həşimov) 13 avqust 2024-cü il tarixli 1(106)-651/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2024cü il tarixli 1(099)-334/2024 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024- cü il tarixli 1(106)-651/2024 nömrəli qərarının ləğv edilərək ona bəraət verilməsini və ya işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas mahiyyətini araşdırmamış, onun çıxardığı hökmün ədalətsizliyi və ittiham aktının qərəzli şəkildə tərtib olunması əsaslı sübutlarla məhkəmə kollegiyasına sübut etdiyi halda hakim hökmdəki ədalətsiz yanaşmaları araşdırmamış - çıxarılmış hökmü eynilə təkrarlayaraq hərəkətsiz saxlamışdır. O, ibtidai istintaqda, əvvəlki instansiya məhkəmələrində işin faktiki halları barədə ətraflı məlumat vermiş, heç bir təqsiri olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş səs yazıları tam deyil. Əgər həmin səs yazılarına əvvəldən qulaq asılarsa məlum olar ki, orada söhbət ona məxsus olan 0,12 ha torpaq sahəsinin satılmasından gedir. Apellyasiya məhkəməsi səs yazısını əsas gətirərək onun rüşvət almasına qərar verib. Hətta həmin səs yazılarında belə ona heç kimin rüşvət verməsi eşidilmir. Ümumiyyətlə o heç kəsdən nəyəsə görə rüşvət almamış və bunu təsdiq edən heç bir dəlil yoxdur. O, ilkin məhkəmədə səs yazılarının tam olması barədə vəsatət vermişdir. Vəsatətə iş prosesində baxılması bildirilsə də, prosesdə bu barədə heç bir müzakirə olmamışdır. Cinayət işi materiallarında olan video görüntülərdə də pulun ona verilməsi barədə heç bir görüntü yoxdur. Göründüyü kimi məhkəmələr tərəfindən cinayət işi ətraflı və obyektiv araşdırılmamışdır. Məhkəmə k ollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə sübutları düzgün qiymətləndirməmiş, bunun nəticəsində məhkumun əməlini CM-in 311.3.3-cü maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Kassatorun fikrincə onun tərəfindən rüşvət alınmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Onun barəsində çıxarılmış hökm və qərar qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməy i zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil o lunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifə li şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu s übutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara – iş üzrə digər Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkətlərinin protokollarına və işin digər materiallarına əsasən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi nemə ti rüşvət qismində istəyərək alması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətinin dəlilləri cinayət işi üzrə toplanmış sübutlarla təkzib olunur. Belə ki, həm cinayət işi üzrə digər məhkum Təqsirləndirilən şəxs, həm şahidlərin ifadələri, həm də telefon danışıqların səs yazısı ilə məhkəmənin hökmü ilə müəyyən edilmiş işin halları tam təsdiq olunmuşdur. Həmin sübutların mahiyyəti hökmdə ətraflı təsvir edilmişdir. Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsində nəzərdə tutulan cinay ətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası həmçinin qeyd etmək istəyir ki, kassasiya şikayətinin əsasını təşkil edən dəlillər müdafiə tərəfinin apellyasiya şikayətinə baxışının predmeti olmuşdur. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə qiymət verilmiş, məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməsi barədə nəticəyə gəlmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə işə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünü r ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin hüquqi tövsifi barədə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 311.3.3-cü maddəsi ilə təqsirli bilinməsi əsaslı və cinayət qanununun normalarına tam uyğun olmuş, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və ya əməlinin daha yüngül cinayət məsuliyyəti nəzərdə tutulmuş əməl kimi tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkum yaşayış və iş yeri üzrə müsbət xasiyyətləndirilməsin i cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Məhkum cəza təyin edərkən işin hallarını və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(106)-651/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: assasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(106)-651/2024 nömrəli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-512/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-512/2025
02.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver