Məhkəmə qərarları › İş №1(102)-526/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-526/2020

08.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-526/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuror-metodisti İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.Ə.Musayev) Məhkum-02 oktyabr 1953-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, Ünvan1-da qeydiyyatda olmaqla yaşayan, AzərbaycanRespublikasıCM-nin 128-cimaddəsiilətəqsirlibilinərəkaylıq qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkumedilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhku m ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 28.02.2017-ci il tarixdə saat 21 radələrində yaşadığı Masallı şəhəri, Fizuli küçəsindəki evin həyətində X3 deməsinə görə ona verdiyi 1800 manat pulun qaytarılması tələbi ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun qarın nahiyəsinin sol hissəsinə və sağ bud nahiyəsinə bıçaqla qəsdən vuraraq ona qarının sol yarısını ön divarının qarın boşluğuna keçməyən və sağ bud nahiyəsinin deşilmiş- kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Hökmdən Məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: K.H.Əkbərov (sədr lik edən və məruzəçi), İ.H.Əhmədov və K.S.Bəşirovdan ibarət tərkibdə) 01 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Cinayət Kollegiyası (hakimlər;Ə.S.Seyfəliyev (sədrlik edın və məruzəçi), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) 27 iyun 2018-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməmiş, Məhkum kassasiya şikayəti qismən təmin edilərk cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyası (hakimlər: R.M.Cəfərov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdan ibarət tərkibdə) 25 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o heç vaxt X8 adlı adam tanımamışdır və heç vaxt ona xəsarət yetriməmişdir. X8 15 yanvar 2017-ci il tarixli ərizəsində Məhkumin 2014-cü ildə Xətai parkında yerləşən çayxanada ondan 1800 manat borc pul aldığını, 28 fevral 2017-ci il tarixli ərizəsind ə isə Məhkumun ona pensiya düzəldəcəyini vəd edib ondan pul aldığını sonra isə qaytarmadığını göstərmişdir. onun ifadələri ziddiyətli və yalandır. Oan görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şik ayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətin də Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarının ləğv edilərək ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 həm ibtidai istintaqda sərbəst ifadəsində və üzləşdirmə zamanı, həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında və həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, 2014-cü ilin əvvəllərində o, özünə pensiya düzəltdirmək üçün DSMF-nin Masallı rayon filialına getmiş, orada əvvəllər tanıdığı Məhkum ilə rastlaşmışdır. Məhkum ondan nə üçün orada olduğunu soruşduqda o, Məhkumə özünə pensiya düzəltdirmək istədiyini bildirmişdir. Məhkum də ona cavabında həmin idarədə işlədiyini, onu birinci qrup əlil kimi pensiyaya çıxaracağını demişdir. Məhkum ondan bunun qarşılığında 1800 manat pul istəmiş, o da Məhkumin bu təklifi ilə razılaşmışdır. Həmin vaxt yanında heç kim olmamış, o, Məhkumdən telefon nömrəsini istədikdə sonuncu ona mobil telefon işlətmədiyini, lakin onunla Masallı şəhərində yerləşən “Xətai” parkında görüşə biləcəyini demişdir. Sonra oradan çıxıb yaşadığı evə getmiş, 10 gün sonra həmkəndlisi Möhübbətdən 1800 manat borc olaraq həmin pulu Məhkum adlı şəxsə verəcəyini və onun üçün pensiya düzəldəcəyini demişdir. O Möhübbətdən 1800 manatı aldıqdan sonra tək “Xətai” parkına gəlmiş, həmin parkda olan çayxanaya daxil olmuşdur. Həmin vaxt Məhkum də orada tək olmuş, o da Məhkumin oturduğu masaya oturmuş və onlar birlikdə çay içmişlər. O, çay içdikləri zaman 1800 manat pulu cibindən çıxarıb Məhkumə vermiş, Məhkum o na 5-6 ay ərzində pensiya işinin düzələcəyini demiş, o da Məhkumin dediyi ilə razılaşaraq çayxanadan çıxmışdır. O Məhkum ilə arabir Masallı şəhəri ərazisində rastlaşanda Məhkum ona narahat olmamasını bildirmiş, lakin 6 ay keçdikdən sonra o, Məhkumə bu barədə irad bildirdikdə sonuncu müxtəlif bəhanələrlə onu aldatmışdır. O isə Məhkumdən ona pensiya düzəltmək adı ilə verdiyi 1800 manatı geri istəmiş, lakin Məhkum yenə də ona bəhanə gətirərək narahat olmamasını bildirmişdir. O, 2017-ci ilin fevral ayına kimi Məhkumlə Masallı şəhəri ərazisində bir neçə dəfə rastlaşmış və Məhkum ona hər dəfə pulunu geri qaytaracağını bildirmişdir. 15.01.2017-ci il tarixdə saat 12:30 radələrində Masallı şəhərində yerləşən Cümə Məscidinin qarşısında o, Məhkumla təsadüfən rastlaşmış, o, Məhkumdən yenə pulunu istəd ikdə aralarında mübahisə yaranmış, Məhkum onu əli ilə sinəsindən itələmiş, sifətinə sillə ilə vurduqdan sonra o, asfalt yolun üzərinə yıxılmışdır. Sonra da Məhkumin ağzında olan siqaret kötüyü boynuna düşmüş və o, bu barədə şikayət ərizəsi yazmışdır. Lakin sonradan Məhkum ilə barışdığından bu barədə aralarında problem olmamışdır. Sonuncu dəfə 28.02.2017-ci il tarixdə saat 13 radələrində o, piyada və tək Məhkum yaşadığı Masallı şəhəri Füzuli küçəsindəki evə getmiş, həmin vaxt onun arvadı Məlahət ona Məhkumin evdə olmadığını demişdir. Bu vaxt Məhkum həyətə daxil olmuş, o, yenə də Məhkumdən 1800 manatı istədikdə sonuncu ona həmin gün saat 21 radələrində yaşadığı evə gəlməsini, 1800 manat puldan 200-300 manatını qaytaracağını, qalan pulu isə sonralar hissə-hissə verəcəyini demişdir. O da Məhku min bu təklifi ilə razılaşmış və onun yaşadığı evdən çıxıb yaşadığı Həsənli kəndinə qayıtmışdır. Həmin gün saat 21 radələrində o, istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkumin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, ona pulu almaq üçün gəlibgəlməməsini soruşmuş, Məhkum də ona yaşadığı evə gəlməsini və ona 1800 manat puldan 200-300 manatını verəcəyini demişdir. O, həmkəndlisi, taksi sürücüsü olan X11in avtomobilinə əyləşmiş və onu Masallı şəhərinə aparmasını xahiş etmişdir. Onlar birlikdə yola çıxmış və Masallı şəhərinə çatdıqlarında o, X11ə avtomobili Füzuli küçəsinə sürməsini demişdir. X11 avtomobili Məhkumə məxsus evin darvazasından 4-5 metr aralıda saxlamış, X11 avtomobildə oturmuş, o isə avtomobildən yerə düşmüşdür. Bu vaxt həmin yoldan piyada tək keçən tanışı X1 2lə təsadüfən rastlaşmış, ora nə üçün gəldiyini soruşduqda o, X12ə Məhkumin onu pul verməsi üçün çağırdığını demişdir. O, həmçinin X12ə Məhkumin həyətinə birlikdə daxil olmağı, oradan çıxdıqdan sonra isə birlikdə çayxanaya getməyi təklif etmişdir. X12 də bu təkliflə razılaşmış və onlar birlikdə Məhkumin yaşadığı evin həyətinə daxil olmuşlar. Bu vaxt yaşadığı evin arxasında olan Məhkum onu yanına çağırmış, o da X12lə birlikdə Məhkumə yaxınlaşmışdır. O, Məhkumlə görüşmək üçün əl uzatmış, lakin Məhkum birdən sağ əlində olan bıçaqla onun qarnının sol tərəfinə və sağ bud nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu vaxt yanında olan X12 qaçaraq həyətdən çıxmış, o da bədənindən qan axdığını görüb qaçaraq həyətdən çıxmış və X11in avtomobilinin ön sərnişin oturacağına əyləşmişdir. X11 də onu Masallı rayon xəstəxanasına aparmış və ona orada tibbi yardım göstərilmişdir. O, Məhkum əvvəllər də tanımış, onunla hər hansı düşmənçiliyi olmamışdır. O, 28.02.2017-ci il tarixdə saat 21 radələrində baş vermiş hadisə zamanı Məhkumə heç bir xəsarət yetirməmişdir. Məhkum əlində olan və ona xəsarət yetirdiyi bıçağın uc hissəsini görsə də, lakin digər əlamətlərini görə bilməmişdir. 28.02.2017-ci il tarixdə onun əynində qara rəngli şalvar, boz rəngli poliver və ağ rəngli mayka olmuşdur, həmin paltarları sonradan yandırmışdır. Məhkum onu bıçaqla vuran zaman bir söz deməmiş, lakin Məhkumin onu bıçaqla vurmasının səbəbi ona qaytarmalı olduğu 1800 manat pulu verməməsi olmuşdur. X2 və X11 həm ibtidai istintaqda sərbəst ifadəsində və Məhkumla üzləşdirmələr zamanı, həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında və həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında eyni məzmunlu ifadələr verərək X3 ifadələrində göstərdiyi Məhkum tərəfindən ona bıçaqla xəsarət yetirməsi ilə əlaqədar halları tam təsdiq etmişlər. AZERSELL Telekom MMC-dən alınmış X3 istifadəsində oln ***-***-**-** saylı mobil telefonla Məhkum istifadəsində olan ***-***-**-** saylı telefonlar arasında 28 fevral 2017-ci il saat 20:49-da 21 saniyə danışıq aparılması və həmin vaxt Məhkum Masallı şəhərində olması, onun həmin vaxa Öncəqala kəndindəki qohumunun evində olması barədə ifadəsini, eləcə də X5 əvvəllər heç vaxt tanımaması barədə ifadələrini təkzib etmişdir. İbtidai istintaq gedişində təqsirləndirilən şəxs qismində 22 may 2017-ci il tarixdə ifadə verərkən həmin telefon danışığı ilə bağlı suala cavab verərkən M əhkum göstərmişdir ki, 28.02.2017-ci il tarixdə saat 13:30 ilə 00:00 radələri arası Öncəqala kəndində olmuş və həmin vaxt içərisində ***-***-**-** saylı nömrəsi olan mobil telefonun onun üstündə olduğunu göstərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2018-ci il tarixli iclasında isə eyni suala cavabında Məhkum göstərmişdir ki, həmin vaxt o evdə olmamış, mobil telefonu isə evdə qalmışdır. Belə ziddiyyətlər Məhkum qeyrisəmimiliyinə dəlalət edir və ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Məhkum ittiham edən sübutlar daha mötəbər, biri-birini tamamlayan və həqiqətə uyğundur. Məhkum 15 yanvar 2017-ci il və 28 fevral 2017-ci il tarixlərdə X6 qarşı zor tətbiq edərək xəsarətlər yetirməsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqi q edilmiş məhkəmə-tibb ekspertizalarının rəyləri ilə də təsdiq edılmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədə n saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar