Məhkəmə qərarları › İş №1(102)-535/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-535/2025

24.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-535/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X11 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 t ərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İsmayıllı Rayon Məhkəməsinin 1(037)-1/2024 saylı, 7 may 2024-cü il tarixli (sədrlik edən hakim İlqar Hüseynov) hökmü ilə 10 yanvar 1970-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan,, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 178.2.4-cü maddəsi ilə bəraət verilməsi, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dərhal ləğv olunması, cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh X3 qarşı cəmi 34192 (otuz dörd min yüz doxsan iki) manat 40 (qırx) qəpik m əbləğində ziyan tələbinə dair mülki iddiaya xitam verilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X16 və X9 ibarət tərkibdə) 1(107)-327/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli, 1(037)-1/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanın mövqeyinə görə təqsirləndirilən şəxs X5 o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədilə 2017-ci ildə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda barəsində CM-in 179.3.2-ci madddəsi ilə olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsinin İstintaq təcridxanasında həbsdə saxlanılarkən onunla birlikdə həbsdə olan tanışı Zərərçəkmiş şəxs eitbarını qazanıb sonuncunu oğlu Ağaxan Soltanovu 34000 (otuz dörd min) manat pul müqabilində “hərbi məktəb”ə qəbul etdirə biləcəyinə inandırmaqla aldatmış, öz cinayətkar niyyətini davam etdirərək birinci dəfə 2017-ci ilin aprel ayında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 15000 manat məbləğində pulun X8 rayonunun Quşencə kəndinin ərazisində yolun kənarında dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan ağ rəngli “Vaz 2107” markalı avtomaşında oğlu Emin Qədirovun vasitəsi ilə almaqla, ikinci dəfə xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşad ığı İsmayıllı şəhəri, T.Bəkirov küçəsi, 30A ünvanında yerləşən evin ikinci mərtəbəsində 15000 manat pulu şəxsən özü oğlu Emin Qədirovla birlikdə almaqla, üçüncü dəfə isə xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, T.Bəkirov küçəsi, 30A ünvanında yerləşən evin ikinci mərtəbəsində 4000 manat pulu borc aldığı 6000 manat pulla bərabər şəxsən özü, oğlu Emin Qədirovla birlikdə alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 34000 (otuz dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-327/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdi r. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, ilk növbədə, məhkəmənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs M.Qədirova pulu borc olaraq verməsi mülahizəsinə münasibətdə qeyd olunmalıdır ki, zərər çəkmiş şəxs ümumiyyətlə həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı çoxsaylı ziddiyyətli ərizə, izahat və ifadələr vermişdir. Belə ki, zərər çəkmiş şəxs əvvəlcə ərizə ilə rayon Polis Şöbəsinə müraciət edərək, M.Qədirova borc müqabilində xeyli miqdarda pul verdiyini qeyd etmiş, ancaq qeyd olunan məsələnin mülki xarakterli olması əsası ilə ona məhkəməyə müraciət etməli olması barəde iz ah verilmişdir. Bundan sonra, o, məsələnin əsl mahiyyəti ilə bağlı Polis Şöbəsinə ərizə verməklə, M.Qedirovun 2017-ci ilin aprel ayından 2018-ci ilin mart ayınadək olan müddət ərzində oğlunu hərbi məktəbə düzəltmək adı ilə ondan 3 dəfəyə ümumilikdə 34.000 manat məbləğində pul aldığını göstərmiş, həmin ərizə əsasında 14 yanvar 2023-cü il tarixdə CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, oğlunu hərbi məktəbə düzəltmək adı M.Qədirovun ondan 3 dəfəyə 34.000 manat pul almasını zərər çəkmiş şəxs özü polisə müraciətində bildirmiş, pulun dələduzluq yolu ilə alınmasından təxminən 5-6 il müddət keçmiş, həmin müddət ərzində o, pulunun qaytarılacağına ümid edərək ondan şikayət etməmişdir. İbtidai istintaqda və məhkəmə baxışında verdiyi ifadələrd ə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsində göstərdiklərini təsdiq edərək, M.Qədirovun dələduzluq yolu ilə onun xeyli miqdarda pulunu ələ keçirməsini bildirmiş, onunla aralarında olan söhbətlər, pul vəsaitinin kimlərin vasitəsilə harada, nə vaxt və hansı şəraitdə verilməsi ilə bağlı ətraflı məlumatlar vermiş, pul vəsaitinin hansı qaydada toplanılmasını xırda detalları ilə göstərmişdir. Həmin müracətlərin və ifadələrin, eyni zamanda sonradan verilmiş ifadələrin təhlili zamanı görünür ki, təqsirləndirilən şəxs həqiqətən də zərər çəkmiş şəxsin ona olan etibarından istifadə etməklə oğlunu işə düzəltməsi müqabilində ondan pul istəmiş, hissə- hissə həmin pulu almış, sonradan zərər çəkmiş şəxs aldadıldığını başa düşdükdən sonra ondan şikayət etməyə başlamış, bu zaman təqsirləndirilən şəxs o na təsir edərək şikayətini geri götürməsini istəmiş və ya hansısa yolla tələb etmişdir. Zərər çəkmiş şəxs istintaqa verdiyi ifadəsində bir məqamı qeyd edir ki, M.Qedirov həbsdən çıxdıqdan sonra onun etibarını qazanmaq məqsədilə hətta cəzaçəkmə müəssisəsinə ona sovqat da göndərmiş, artıq bu zaman zərər çəkmiş şəxsin oğlu pulun bir hissəsini ona vermiş və çox ehtimal ki, artıq həmin ərəfələrdə işin düzəlmədiyini görüb zərər çəkmiş şexs narazılığını bildirməyə başlamışdır. Göründüyü kimi zərər çəkmiş şəxs özü ifadəsində təqsirləndirilən şəxsin onun etibarını qazanmaq istədiyini göstərmiş, müxtəlif yollarla ondan daha artıq pul almağa cəhdlər etmiş ve yalan vədlərinə davam etməklə, buna nail olmuşdur. İş materiallarından, zərər çəkmiş şəxs və digər şəxslərin ifadələrindən də görünür ki, Zərərç əkmiş şəxs təqsirləndirilən şəxsə pulu hissə-hissə vermiş, həmin məbləğin bir hissəsi onun evində olmadığından, hətta həmin pulu təsərüfatında olan heyvanları satmaqla toplamışdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsindən görünür ki, o, 2018-ci ilin yanvar ayında xalası oğlu Vüqarın fermasında olan və ona (zərər çəkmiş şəxsə) məxsus 80 baş qoyunun satılmasını Vüqara tapşırmış, heyvanların satılmasından əldə olunmuş 19.000 manat pulun 15.000 manatını 14 fevral 2018-ci il tarixdə yaşadığı evdə M.Qədirova vermişdir. Qeyd edilməsi zəruri olan faktlardan biri də odur ki, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında sonuncuya məxsus mağazanın "dirçəldilməsi üçün" onun tərəfindən müəyyən məbləğdə borc pulun istənilməsinə dair söhbətlər olmuşdur. Belə ki, z ərər çəkmiş şəxs özü də istintaqa verdiyi, təqsirləndirilən şəxsin cinayət əməllərini ifşa edən yuxarıda qeyd olunan ifadəsində qeyd etmişdir ki, oğlunun hərbi liseyə qəbul edilməsi üçün M.Qədirova yuxarıda qeyd olunan tarixdə, yəni 14 fevral 2018-ci il tarixdə yaşadığı evdə 15.000 manatı verdikdən sonra sonuncu ondan əlavə olaraq işin düzəlməsi üçün 4000 manat məbləğində, həmçinin həmin işlə əlaqədar olmayan, yəni zərər çəkmiş şəxsin oğlunun hərbi liseyə qəbulu ilə bağlı olmayan, öz sahibkarlıq fəaliyyəti üçün də əlavə 20.000 (iyirmi min) manat məbləğində pul istəmiş, o isə həmin pulu verə bilməyəcəyini demiş, ona bir müddət sonra 10000 manat pul verə biləcəyini qeyd etmiş, M.Qədirov da həmin puldan 4000 manatı oğlunun işinə görə, yerdə qalan 6000 manatı isə gələcəkdə qaytarılması şərti i lə sırf özünə, öz ticarət obyektinin dirçəldilməsi üçün götürəcəyi ilə bağlı onunla razılaşmış, bundan sonra rayon ərazisində qəssab işləyən X12 1 baş erkək dana və 1 baş inək, digər qəssab X13 adlı şəxsə 2 baş erkən dana, digər qəssab X17 təxminən 4-5 erkək dana sataraq həmin 10000 manatı toplamış və həmin ilin mart ayının 18-də M.Qedirova vermişdir. Sadə məntiqlə düşünsək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həbsdə qaldıqları müddətdə aralarında yaranmış münasibətə görə təqsirləndirilen şəxsə həmin pul məbləğini, yəni xeyli miqdar təşkil edən 34.000 manat pulu hətta evində qeyd olunan məbləğ olmadığından hissəhissə, müxtəlif tarixlərdə və təsərrüfatındakı xırda və iribuynuzlu heyvanları satmaqla çətinliklə toplayaraq yalnız "borc müqabilində" verməsi nə dərəcədə həqiqətə və məntiqə uyğun ola bilər? Aralarında olan münasibətə və öz maddi imkanına görə müəyyən məbləğdə borc pulun verilməsi anlaşılan ola bilər. Ancaq öz imkanları xaricində olmasına baxmayaraq, hissə-hissə, öz təsərrüfatında olan xırda və iribuynuzlu heyvanları ayrı-ayrı şəxslərə satib pulun toplanılaraq borc kimi verilməsi ilə bağlı mülahizənin məhkəmə tərəfindən qəbul edilməsi anlaşılan deyildir. Nə istintaq, nə də məhkəmə təcrübəsində yuxarıda qeyd olunan şəraitdə və həmin səbəbdən pulun borc kimi verilməsi halına rast gəlinməsi mümkün deyildir. Cinayət-Prosessual Məcəllənin 25.3-cü maddəsində göstərilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq dü şüncəsi ilə həll edirlər. Birinci instansiya məhkəməsi və apellyasiya kollegiyasında təqsirləndirilən şəxsə bəraət verilməsinə dair daxili inamın hansı səbəbdən və hansı faktlara əsasən yaranması təəccüb doğurur. İkincisi, iş materialları ilə, həmçinin məhkəmə baxışı zamanı da müəyyən edilmişdir ki, təqirləndirilən şəxs qeyd olunan müddətdə həbsdə olması səbəbindən hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, zərər çəkmiş şəxs ümumiyyətlə təqsirləndirilən şəxsin konkret hansı fəaliyyətlə məşğul olmasından məlumatlı olmamış, həbsdən çıxdıqdan sonra da onun təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi kimi "ticarət obyektinə" getməmiş, pulun verilməsi müqabilində təqsirləndirilən şəxs ona ticarət dövriyyəsi ilə əlaqədar hər hansı pul vəd etməmiş və verməmişdir. Yuxarıda qeyd olun anları ümumiləşdirsək, zərər çəkmiş şəxsin həbsdə yeni tanış olduğunu şəxsin konkret hansı fəaliyyətlə məşğul olmasından, "sahibkarlıq fəaliyyəti"-nin mahiyyətinin nədən ibarət olmasında xəbəri olmadan həbsdə saxlanıldığı müddətdə oğlunun vasitəsilə hissə-hissə, sonradan özü şəxsən, hətta təsərrüfatındakı heyvanları satmaqla xeyli miqdarda pulu verməsi qətiyyən inandırıcı deyildir. Bundan başqa, xüsusilə qeyd edilməsi zəruri olan faktlardan biri də odur məhkəmə öz mövqeyini əsaslandırmağa çalışarkən zərər çəkmiş şəxsin pulu təqsirləndirilən şəxsə borc kimi verməsi ilə bağlı sonradan verdiyi ifadəsini əsas gətirməsinə baxmayaraq, onun (zərər çəkmiş şəxsin) iş apellyasiya kollegiyasının icraatında olduğu vaxt, konkret olaraq ikinci iclası zamanı ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasına müraciətini hansısa səbəbdən qeyd etməmişdir. Belə ki, zərər çəkmiş şəxs ərizə ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsinin son iclasında və iş Şəki Apellyasiya məhkəməsinə daxil olduqdan sonra məhkəmə baxışı zamanı verdiyi ilk ifadənin doğru olmadığını, həqiqətən də təqsirləndirilən şəxs M.Qədirovun ondan oğlunu işə düzəltməsi müqabilində pul aldığını bildirmiş, təqsirləndirilən şəxs iştirak etmədiyi və ona görə də məhkəmə baxışının təxirə salınması ilə bağlı keçirilmiş həmin məhkəmə iclasında qeyd olunan ərizə ilə bağlı məhkəmə tərkibinin ona ünvanladığı sualları cavablandırarkən də ərizəsini təsdiq etmiş və təqsirləndirilən şəxsin xeyrinə verdiyi əvvəlki ifadələrinə görə məhkəmə kollegiyasından üzr istəmişdir. (Qeyd olunan ərizə rəsmi şəkildə qeydiyyatdan keçirilməklə məhkəmə kollegiyasına təqdim edilmiş, həmçinin qeyd olunan məhkəmə iclası audio və video çəkilişlə qeydə alınmışdır) Həm birinci instansiya məhkəməsinin hökmündən, həm də apellyasiya kollegiyasının qərarından görünür ki, məhkəmə bəraətin əsasını yalnız zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsin xeyrinə verdiyi ifadənin əsasında qurmuş, sonuncunun təqsirini əyani şəkildə təsdiq edən digər faktları görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş bütün məhkəmə iclaslarını təhlil edərkən müəyyən etmək olur ki, bütün məhkəmə baxışı sonuncu iclasa qədər məhz təqsirləndirilən şəxsə verilmiş ittihamın təsdiqi istiqamətində aparılmasına baxmayaraq, hansısa səbəbdən məhkəmə sonuncu iclasda məhkəmə istintaqını təzələmiş və zərər çəkmiş şəxs Zərərçək miş şəxs yenidən dindirməklə sonuncunun pulu təqsirləndirilən şəxsə borc müqabilində verməsi ilə bağlı ifadəsini alaraq, bunu asas gətirməklə təqsirləndirilən şəxsə bəraət vermişdir. Aydınlaşdırılmalı olan məqam ondan ibarətdir ki, məhkəmə tərəfindən ziddiyyətli ərize və ifadələr vermiş zərər çəkmiş şəxsin mövqeyi əsas tutulmuş, ancaq digər şahidlərin ifadələrinə isə ümumiyyətlə qiymət verilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş, zərər çəkmiş şəxs Ağabağır X1qları müddətdə bir kamerada qalmış Şahid1 istər ibtidai istintaqda, istərsə də məhkəmə baxışında verdiyi ifadələrində Zərərçəkmiş şəxs ona Məhəmmədəli Qədirovun ondan oğlunu hərbi məktəbə düzəltmək üçün 15000 manat pul istədiyi barədə bildirdiyini, bu səbəbdən də Zərərçəkmiş şəxs və əvvəlcədən dostluq münasibəti olan, so nuncunun qardaşı Ağasəf Soltanova zəng edərək, qardaşı Ağabağırın oğlunu hərbi məktəbə düzəltməsi üçün onlarla bir kamerada saxlanılan Göyçay şəhər sakini Məhəmmədəli adlı şəxsə 15000 manat pul vermək istədiyini, həmin şəxsin (M.Qedirovun) düz adama oxşamadığını, Ağabağırı aldada biləcəyini demiş, 2017-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ona oğlu Ağaxan və qardaşı Ağasəfin İsmayıllı rayonunda Məhəmmədəlinin oğlu ilə görüşüb 15000 manat pulu ona verdiklərini demişdir. Cəzasını çəkib qurtardıqdan sonra Zərərçəkmiş şəxsla görüşərkən sonuncu ona M.Qədirovun dələduz olduğunu, oğlu Ağaxanı hərbi məktəbə düzəltmək adı ilə 34000 manat, borc kimi isə 6000 manat pulunu alıb ələ keçirdiyini bildirmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Məhəmmədəli Qədirovun üzünə demişd ir. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsində məhkəmə baxışı zamanı da ifadəsi alınmış Şahid1 həm istintaqda, həm də birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etməklə, M.Qədirovun Zərərçəkmiş şəxs xeyli miqdarda pul vəsaitini sonuncunun oğlunun işə qəbul edilməsi müqabilində aldığını, bu barədə sonuncunun ona məlumat verdiyini qeyd etmişdir. Lakin, məhkəmə yekun qərar qəbul edərkən, nə təqsirləndirilən şəxsin, nə də zərər çəkmiş şəxsin qohumu olmayan Şahid1 həmin ifadələrini nəzərə almamış və ümumiyyətlə hökmdə həmin ifadələrə münasibət bildirilməmişdir. Kassasiya protestində X3 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qərarının ləğv edil məsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyün ü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanı n tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X3 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübah isələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X3 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçü n zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüquq una malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfi nin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X3 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsiz liyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, hazırki iş üzrə Zərərçəkmiş şəxs ilkin olaraq xx.xx.2022-ci il tarixdə İsmayıllı, sonradan isə xx.xx.2022-ci il arixdə Göyçay rayon Polis şöbələrinə demək olar ki, eyni məzmunlu ərizələrlə müraciət edərək təqsirləndirilən şəxsə borc verdiyini bildirir və bundan sonra polis şöbəsinin müvafiq səlahiyyətli şəxsi tərəfindən ona bu müraciətinin mülki xarakterli olduğunu bildirən cavab məktubu şəxsə təqdim edilir. Daha sonra zərərçəkmiş şəxs ifadələrini dəyişir, həmçinin birinci instansiya məhkəməsinin birinci baxış iclasında eyni məzmunlu ifadələr verir, daha sonra məhkəmə istintaqı təzələndikdən sonra Zərərçəkmiş şəxs, o cümlədən ilkin məhkəmə iclaslarında dindirilmiş şahidlərin əksər hissəsi ibtidai istintaq orqanına verdikləri ifadələrini təkzib edərək, verdikləri ifadələrin AZərərçəkmiş şəxs dediyinə görə verdiklərini, onun tərəfindən Məhəmmədəli Qədirova verilmiş pulların məhz borc olaraq verildiyini etiraf etmişlər. Cinayət işinin məhkəmə istintaqı zamanı həmin məbləğ Məhəmmədəli Qədirov tərəfindən ödənilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxsla aralarında barışıq əldə olunmuşdur. Oxşar münasibətləri nizama salan "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə y etirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxs Məhəmmədəli Qədirovun iş üzrə Zərərçəkmiş şəxs əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Belə ki, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin məhkəmə istintaqı təzələndikdən sonra verdikləri ifadələrindən göründüyü kimi, Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs Məhəmmədəli Qədirovun aralarında birgə biznes qurmaları və idarə etmələri ilə bağlı hələ hər ikisi istintaq təcridxanasında olduqları zamandan aralarında qarşılıqlı razılaşma olmuş, onlar azadlığa çıxdıqdan sonra bir müddət hətta birlikdə işləyərək bizneslərini idarə etmişlər. Zərərçəkmiş şəxsla təqsirləndirilən şəx s Məhəmmədəli Qədirovun aralarındakı razılaşmaya görə zərərçəkmiş tərəfindən Məhəmmədəli Qədirova verilən pullar məhz birgə biznes qurmaları üçün borc olaraq verilmişdir. Hazırda işdə olan sübutlara görə tərəflər arasında mövcud olmuş mübahisənin məhz cinayət xarakterli olmasını demək mümkün deyil. Əksinə cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar da həmin mübahisənin məhz mülki xarakterli mübahisə olmasını təsdiq edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Məhəmmədəli Qədirovun hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən o lunmur. Belə ki, X7 Soltanovdan aldığı pulların məhz borc olaraq alındığı, birgə idarə edəcəkləri biznesin dirçəldilməsi məqsədi ilə alındığı, həmin pulun sərmayə olaraq məşğul olacaqları biznes sahəsinə qoyularaq bununla da həm özünün, həm də Zərərçəkmiş şəxs qazanc əldə etmək məqsədi olmasını bir daha təsdiq edir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında araşdırılan sübutlara, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı təzələndikdən sonra verdikləri ifadələrinə əsaslanır ki, qeyd edilən şəxslər də ifadələrində X7 Soltanovdan aldığı pulların məhz borc olaraq alındığını göstərirlər. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yönələn bu hərəkətləri onun zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək niyyətinin olmasını tamamilə istisna edir.Bundan başqa, cinayət işi üzrə materiallar tədqiq edilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid6 İsmayıllı rayon Polis şöbəsinə yazmış olduğu 08 iyun 2022-ci il tarixdə qeydə alınmış ərizədən görünür ki, X7 Soltanovdan aldığı pullar birinciyə məxsus olmaqla Göyçay şəhərində yerləşən mağazanın yenidən fəaliyyətə başladılması üçün məhz borc olaraq alınmış, qazanılacaq gəlirin isə ikisini aralarında bölünəcəyi qeyd olunmuşdur.Zərərçəkmiş şəxs özünün şəxsən Göyçay rayon Polis şöbəsinə yazmış olduğu 19 avqust 2022-ci il tarixdə qeydə alınmış ərizəsində də Məhəmmədəli Qədirov tərəfindən ondan borc olaraq alınmış pulun qaytarılmasına köməklik edilməsi xahiş olunmuşdur. Belə olan ha lda, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X2 cinayət əməlinin CMin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya protestində qeyd olunan “zərər çəkmiş şəxs ibtidai istintaqda və məhkəmə baxışında verdiyi ifadələrdə M.Qədirovla dustaq yoldaşı olduqlarını, onunla “çörək kəsdiklərini", onun tutulmasını istəmədiyini, buna görə də pulunu almaq üçün hüquq-mühafizə orqanlarına müraciət etdikdə ona qarşı güzəştli mövqe tutduğunu və ərizələrini həmin məzmunda yazdığını göstərmişdir. Lakin, sonradan obyektiv həqiqət müəyyən edilmiş, kifayət qədər sübutlar toplanmış və M.Qədirova törətdiyi əmələ görə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Odur ki, məhkəmənin g əldiyi nəticəni əsaslandırmağa çalışdığı Zərərçəkmiş şəxs ilkin ərizələrində M.Qədirova pulu borc olaraq verməsi və polis orqanı tərəfindən ona müraciətin mülki xarakterli olduğunu bildirən cavab məktubu təqdim edilməsi barədə mülahizələr qeyd olunanlarla təkzib olunur” dəlilinə münasibətdə bildirmək istəyir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə cinayət işi üzrə məhkəmə istintaqı təzələnmiş və Zərərçəkmiş şəxs əvvəlki ifadəsini təkzib edərək Məhəmmədəli Qədirovun ona qarşı heç bir dələduzluq cinayətini törətmədiyi, pul verilmiş olsa da həmin pulun onların aralarında bizneslə əlaqədar aralarında yaranmış münasibətlərə görə verildiyini bildirmişdir. Bundan əlavə, o, oğlu Ağaxanın anadangəlmə xəstə olmasını etiraf edərək oğlunun hərbi məktəbə düzəlməsi ilə əlaqədar təqsirləndirilən şəxsə pul vermədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığına görə əsl həqiqəti söylədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı olan iddiasından imtina etdiyini, imtinanın hüquqi nəticələrinin ona izah edildiyini bildirərək mülki iddiasına xitam verilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə yazdığı ərizəni əsəbləşib yazdığını və Qədirov Məhəmmədəli ilə aralarında olan mübahisənin mülki xarakterli olduğunu bildirmişdir. Digər tərəfdən apellyasiya protestində Şahid1 ifadəsinin nəzərə alınmaması ilə bağlı məhkəmə kollegiyası bildirir ki, məhkəmə kollegiyasının iclasınd a Şahid1 ifadə verərək bildirmişdir ki, Ağabağırın Məhəmmədəliyə pul verməyindən məlumatı olub. O Ağabağırdan Məhəmmədəliyə pulu nə üçün verdiyini soruşduqda oğlunu hərbi məktəbə düzəldəcəyini demişdir. O onların bir biriylə danışığından başa düşmüşdür ki, Məhəmmədəli Ağabaladan pul istəyir. O ondan soruşduqda Məhəmmədəlinin pul istədiyini demişdir. O Ağabalaya mənidə həmin işə qoşmağını, əgər Məhəmmədəli pulu qaytarmasa o da şahid qismində iştirak edəcəyini bildirmişdir. Ağabala isə bu məsələnin Məhəmmədəli ilə öz aralarında olduğunu bildirmişdir. O Ağabvalanın qardaşını tanıdığından ona zəng vuraraq pulun verilməsinə razılıq verməməsini bildirsədə, Ağabala onun böyük qardaşı olduğunu və pulunu kimə istəsə verə bildiyini bildirmişdir. O Məhəmmədəlidən soruşmuş ki, sən Ağabalanın borcunu bir ay müddətində geri qaytaracan? Məhəmmədəli ona demişdir ki, qaytaracaq. Mart ayının 21-də Ağabala ilə görüşəndə pulunu alıb-almadığını soruşmuş, Ağabala isə ona pulun bir hissəsini aldığını demişdir. O bizneslə bağlı ona heçnə deməyib. Onların 3-ü arasında bu söhbət olmuşdur. Şahid Ağaxan Soltanovun birinci instansiya məhkəməsində ifadəsini təkzib etməsi ilə bağlı apellyasiya protestinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixdə məhkəmə kollegiyasının iclasında dindirilən Ağaxan Soltanov pulu biznes məqsədilə verdiyini bildirmişdir. Pulu verməsini atası ona zəng edərək demiş və o pulu aparıb Məhəmmədəlinin oğluna vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı d ili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X3 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüq uq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər süb utlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilmə si üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübu t qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağa n olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmas ına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının ink ar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəy ə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-327/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar